59
Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər
qurumda iştirak könüllülük əsasında həyata keçirilir. Lakin gələcəkdə
həyata keçiriləcək layihələrin bu ölkələr üçün cəlbedici olacağına və onların
da təşkilatın işinə qoşulacağına ümid var.
Türkdilli ölkələrin real birliyinin yaradılması baxımından mövcud
mexanizmlər çərçivəsində ortaq dildən istifadə olunması vacib amil kimi ön
plana çıxır. Əvvəllər türkdilli dövlətlər arasında keçirilən zirvə görüşlərində
və yüksək səviyyəli digər toplantılarda əksər hallarda rus dilindən istifadə
olunsa da, TürkPA-nın İstanbul toplantısında hər bir dövlətin nümayəndəsi
ana dilində danışır, bu çıxışlar sinxron tərcümə edilirdi. Bu həm türklərin
bir-birlərini daha yaxından başa düşməsi üçün geniş imkanlar açır, həm də
hər bir türkdilli dövlətin özünəməxsusluğunu toplantı iştirakçılarına çatdır-
mağa imkan verir.
Bu mənada, türkdilli ölkələrin gələcəkdə vahid dildə da-
nışması ideyasının reallaşması istisna edilməməlidir.
TürkPA-nın gələcək inkişafı və nüfuzlu beynəlxalq təşkilata çevrilməsi
ilə bağlı real perspektivlər mövcuddur və bu perspektivlərin artıq indidən
müəyyənləşdirilərək həyata keçiriləcək tədbirlər planına daxil edilməsi
təşkilatın çevik mexanizmə çevrilməsinə imkan yaradacaq. Hazırda üzv
dövlətlər arasında ikitərəfli və çoxtərəfli qaydada reallaşdırılan enerji,
nəqliyyat, mədəniyyət və digər sahələrdə layihələr mövcuddur. TürkPA üzv
dövlətlərin problemlərinin müzakirəsi, narahatlıq doğuran məsələlərə hü-
quqi qiymətin verilməsi, ortaq qanunvericilik aktlarının hazırlanması, bu
sahədə təcrübə mübadiləsi, üzv ölkələrlə bağlı tövsiyə xarakterli qərarların
qəbul edilməsi üçün mühüm platforma rolunu oynamağa qadirdir. Digər
tərəfdən, üzv dövlətlər arasında mövcud olan və reallaşdırılması mümkün
layihələrin təşkilat çərçivəsində müzakirəsi, fikir birliyinin əldə olunması
və dəstəklənməsi bu layihələrin həyata keçirilməsi üçün əlverişli şərait ya-
rada bilər. Üzv dövlətlər arasında hərtərəfli inteqrasiyanın əldə olunması
üçün iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi və bu istiqamətdə or-
taq layihələrin reallaşdırılması zəruridir. Hətta üzv dövlətlər arasında vahid
iqtisadi məkanın, azad ticarət zonalarının yaradılması ideyaları da istisna
edilməməlidir.
TürkPA-nın fəaliyyət istiqamətlərindən biri kimi türkdilli ölkələrin birlik
formasında beynəlxalq aləmdə təmsil olunması nəzərdən keçirilə bilər ki,
bu məqsədlə qurumun beynəlxalq təşkilatlarla əlaqələrinin gücləndirilməsi
zəruridir. TürkPA-nın nüfuzlu beynəlxalq təşkilatlarda qonaq, müşahidəçi və
üzv statusunda qəbul olunması türkdilli ölkələrin mövqelərinin beynəlxalq
müstəvidə kollektiv şəkildə müdafiə edilməsinə, mövcud problemlərlə bağlı
61
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
Ɔ
Giriş
Azərbaycanla Türkiyə arasındakı ikitərəfli iqtisadi əlaqələr son 20 ildə
digər qonşu ölkələr üçün nümunə və model ola biləcək keyfiyyət və dinamika
səviyyəsinə yüksəlib. 1991-ci il noyabrın 9-da Türkiyə Azərbaycanın
müstəqilliyini tanıyıb, diplomatik əlaqələr isə 1992-ci il yanvarın 14-dən
qurulub. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətdir
1
.
Türkiyə-Azərbaycan münasibətlərində müstəqilliyin ilk illərində olduğu
kimi son dövrlərdə də maraqlı yeniliklər yaşanır. İlk növbədə Strateji
Əməkdaşlıq Şurasının yaradılmasını qeyd etmək lazımdır. Eyni zamanda,
enerji sahəsi başda olmaqla iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq
yeni səviyyəyə çatıb. Qarşılıqlı rəsmi səfərlərin intensivliyi xeyli artıb.
Azərbaycanın sosial-iqtisadi inkişafında əvəzsiz rolu olan türk
şirkətlərinin (
sayı 1000-dən artıqdır) ölkədə neft və qeyri-neft sektoruna
qoyduğu investisiyaların ümumi həcmi 6 milyard dollardan çoxdur. Bunun
yarısı qeyri-neft sektorunun payına düşür ki, son məlumatlara əsasən,
bu rəqəm 3 milyard dollardan artıqdır. Türkiyə sərmayəli şirkətlərdə
1 http://mfa.gov.az/images/stories/Ikiterefli%20munasibetler/Avropa/Turkiye.pdf
Rəşad RƏSULLU
Azərbaycan Türkiyə İş Adamları
Birliyinin
İdarə Heyəti sədrinin müavini
Kənan ASLANLI
Azərbaycan Türkiyə İş Adamları Birliyinin
şöbə müdiri
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri:
əsas trendlər və nailiyyətlər
62
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
ümumilikdə 50.000 işçi çalışır
2
. Azərbaycanda fəaliyyət göstərən Türkiyə
şirkətlərini digər ölkələrin şirkətlərindən fərqləndirən əsas cəhət odur ki, bu
şirkətlər iqtisadiyyatın, demək olar ki, bütün sektorlarında fəaliyyət göstərir.
Türkiyə şirkətləri qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayır.
Türkiyə şirkətlərinin inşaat, xidmət, kənd təsərrüfatı və qida sektoru,
bank və sığorta sahəsi, tekstil və yüngül sənayedə mövqeləri kifayət qədər
güclüdür. Son zamanlar yerli Azərbaycan şirkətləri idarəetməyə türkiyəli
menecerləri geniş şəkildə cəlb etməkdədirlər ki, bu da ölkələrimiz arasında
sosial-iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verir. Son illərin mühüm
tendensiyalarından biri də ondan ibarətdir ki, Azərbaycan əsas etibarilə
Dövlət Neft Şirkətinin (
ARDNŞ/SOCAR) timsalında Türkiyəyə dəyəri
milyard dollarla ölçülən sərmayələr yatırır. Daha da konkretləşdirsək,
hazırda Türkiyədə 850 Azərbaycan şirkəti fəaliyyət göstərir və son illər
həmin şirkətlər Türkiyə iqtisadiyyatına 4.5 milyard dollar investisiya
qoyub
3
.
Ɔ
İkitərəfli iqtisadi əlaqələrin hüquqi bazası
Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin hüquqi
çərçivəsini təşkil edən “Türkiyə ilə Azərbaycan arasında ticarət və iqtisadi
əməkdaşlıq haqqında” Saziş 1992-ci ildə, “Türkiyə ilə Azərbaycan arasında
investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında” Saziş ilə “Türkiyə
ilə Azərbaycan arasında ikiqat vergitutmanın qarşısının alınması haqqında”
Saziş isə müvafiq olaraq 1994 və 1997-ci illərdə imzalanıb və bununla da
hüquqi bazanın qurulması önəmli ölçüdə tamamlanıb.
Türkiyə ilə Azərbaycan arasında imzalanan
mühüm iqtisadi əməkdaşlıq sazişləri
№
Sənədin adı
Yeri və tarixi
1.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası
Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında” Saziş
Ankara,
2 noyabr 1992
2.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası
Hökuməti arasında mütəxəssis kadrların hazırlığı haqqında”
Protokol
Ankara,
2 noyabr
1992
2 http://www.atib.az (2011)
3 http://abc.az/news_28_11_2011_59965.html