63
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
3.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası
Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında” Saziş
Ankara,
2 noyabr 1992
4.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası
Hökuməti arasında kicik və orta
həcmli sənaye müəssisələrini
inkişaf etdirmək sahəsində texniki əməkdaşlıq haqqında” Protokol
Ankara,
2 noyabr 1992
5.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında” Saziş
Ankara, 9
fevral
1994
6.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında kənd
təsərrüfatı
sahəsində elmi, texniki və iqtisadi əməkdaşlıq haqqında”
Protokol
Ankara, 9 fevral
1994
7.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında gömrük
sahəsində əməkdaşlıq və qarşılıqlı yardıma dair” Protokol
Ankara, 9 fevral
1994
8.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında gəlirlərin
ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Saziş
Ankara, 9 fevral
1994
9.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi
əməkdaşlıq haqqında”
Memorandum
Bakı, 8 dekabr
1995
10.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
Azərbaycan təbii qazının Türkiyəyə tədarük edilməsinə dair” Saziş
Ankara, 12 mart
2001
11.
“Azərbaycan Respublikası Milli Bankı ilə Türkiyə Bank
Tənzimlənməsi və Nəzarəti Agentliyi arasında
bank nəzarəti
sahəsində Anlaşma Memorandumu”
7 sentyabr
2005
12.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
uzunmuddətli iqtisadi əməkdaşlıq Proqramı və İcra Planı”
Bakı, 6 noyabr
2007
13.
“Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi
ilə Türkiyə Respublikasının Kapital Bazarı Şurası arasında əməkdaşlıq
və informasiya mubadiləsi haqqında” Anlaşma Memorandumu
Ankara, 13 iyul
2010
14.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji
tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Muqavilə
Bakı, 16
avqust
2010
15.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə
Bəyannamə.
İstanbul,
15 sentyabr
2010
Mənbə: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
2010-cu il avqustun 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və
qarşılıqlı yardım haqqında” Müqavilədə tərəflər ölkələrində və üçüncü
dövlətlərdə karbohidrogen ehtiyatlarının inkişaf etdirilməsi, daşınması
və satışının təmin edilməsi üçün müştərək investisiya layihələri həyata
64
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
keçirmək məqsədilə
Enerji Sahəsində Birgə Komissiya formalaşdırmaq
barədə ilkin razılığa gəliblər
4
.
2007-ci il noyabrın 6-da Bakı şəhərində imzalanmış “Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi
əməkdaşlıq Proqramı və İcra Planı”na əsasən isə tərəflər iqtisadi
əməkdaşlıqda 8 prioritet sahə müəyyən ediblər ki, bunlar da aşağıdakılardır:
ticarət, azad iqtisadi zona, sənayə, energetika, nəqliyyat, rabitə, turizm
və kənd təsərrüfatı. Sənədə əsasən, Azərbaycan-Türkiyə azad iqtisadi
zonasının yaradılması imkanlarının araşdırılması məqsədilə müzakirələr
başlanmalı və müzakirələr nəticəsində tərtib olunacaq
hesabat azad iqtisadi
zona layihəsinin hazırlanması və həyata keçirilməsi ilə məşğul olan təşkilat
və firmalara təqdim edilməlidir. Azərbaycanda azad iqtisadi zonanın
yaradılması zamanı lazım olan təlim dəstəyi və texniki yardımları Türkiyə
təmin edəcək
5
.
Ɔ
İkitərəfli iqtisadi münasibətlərin institusional bazası
2010-cu il sentyabrın 15-də İstanbul şəhərində “Azərbaycan Respublikası
ilə Türkiyə Respublikası arasında
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının yaradılması haqqında” Birgə Bəyannamə imzalanıb. Bəyannaməyə
əsasən, “Şura Azərbaycan və Türkiyə arasında mövcud olan siyasi, hərbi,
iqtisadi, ticarət, energetika, nəqliyyat, mədəniyyət, elm və humanitar
sahələrdə həyata keçirilən əlaqələrin strategiyasını müəyyən edəcək, bu
strategiyanın əsasında əməkdaşlıq layihələrinin inkişafını və həmin layihələrin
icra olunmasını təşviq edəcək. Azərbaycan Respublikasının Prezidenti və
Türkiyə Respublikasının Baş naziri Şuranın həmsədrləri vəzifəsini üzərlərinə
götürürlər. Şuranın iclaslarında, gündəlikdə olan mövzulara uyğun olaraq
Azərbaycan və Türkiyə Respublikası hökumətlərinin üzvləri iştirak edəcəklər.
Şuranın iclasları tərəflərin razılığı ilə mütəmadi keçiriləcək. Hökumət üzvləri
Şuranın qərarlarının həyata keçirilməsi üçün məsuliyyət daşıyacaqlar. Şuranın
bazasında, siyasi mövzularda iki ölkə arasındakı əlaqələrin və əməkdaşlığın
daha da inkişaf etdirilməsi, ikitərəfli, regional və qlobal mövzularda siyasi
fikir mübadiləsinin aparılması və əməkdaşlığın prioritet sahələrinin və
layihələrinin müəyyən edilməsi məqsədilə
Birgə Strateji Planlaşdırma Qrupu
təsis ediləcək. Qrupun iclasları il ərzində ən azı bir dəfə, xarici işlər nazirlərinin
həmsədrliyi ilə keçiriləcək. Birgə Strateji Planlaşdırma Qrupu lazım olduğu
4 http://e-qanun.az/print.php?internal=view&target=1&docid=21158&doctype=0 (2011)
5 http://e-qanun.az/print.php?internal=view&target=1&docid=13851&doctype=0 (2011)