«Diplomatiya aləmi».-2011.-№30.-С.94-98.
AZAD İQTİSADİ ZONALAR VƏ AZƏRBAYCAN
Elçin ƏKBƏROV
Azad İqtisadi Zonaların (AİZ) dünya ölkələrinin iqtisadiyyatında özünəməxsus rolu var. Xüsusi iqtisadi
imtiyazları - aşağı vergi dərəcələri - olan ərazilərin formalaşdırılmasına hələ orta əsrlərdən başlanılmışdır. Lakin,
XX əsrin ortalarınadək AİZ dünya iqtisadiyyatında az-az hallarda tətbiq olunmuşdur. Ikinci Dünya müharibəsindən
sonra AİZ-lər sürətlə inkişaf etməyə və dünya üzrə yayılmağa başladı. Onlar müxtəlif inkişaf mərhələsinə malik
olmaqla, həm də fərqli iqtisadi və siyasi əsaslara malikdirlər. Bu səbəbdən də AİZ-lərlə əlaqəli, iqtisadi və
Texnoloji İnkişaf Zonası, Azad Ticarət Zonası (Çində), Azad Limanlar (Hong Kong, İtaliya, Filippin, Tayvanda)
kimi bir çox terminlər vardır. Lakin, AİZ yuxarıda qeyd olunanların əsas xüsusiyyətlərini əks etdirib
ümumiləşdirdiyi üçün bu terminin istifadəsinə üstünlük verilir. Həm inkişaf etməkdə olan və həm də inkişaf etmiş
ölkələr iqtisadi inkişafı sürətləndirmək, xarici investisiyaları cəlb etmək və işsizliyi azaltmaq məqsədilə AİZ
yaratmağa meyl edirlər. Xüsusilə də, keçid iqtisadiyyatı dövründə olan ölkələr AİZ yaratmaqla iqtisadi
üstünlüklərdən yararlanmaq istəyirlər. Buraya eyni zamanda Azərbaycanı da aid etmək olar.
AİZ əmtəələrin (malların), kapitalların və iş qüvvəsinin hərəkəti üçün geniş açılan, iqtisadi və inzibati
güzəştlərə malik olan ərazidir. Burada xarici və yerli sahibkarlar üçün ən əlverişli vergi, maliyyə və gömrük şərtləri
yaradılır. AİZ-nin ərazisində həm xarici investisiyalı tam xarici müəssisələr, həm də ölkənin hər hansı mülkiyyət
formasında olan müəssisələri fəaliyyət göstərir. О bir ölkənin daxilində və ya sərhəd ərazilərində olmaqla bir neçə
ölkənin ərazisində yerləşə bilər. AİZ həm də daxili iqtisadiyyata nəzarət etmək və onu dünya iqtisadiyyatının mənfi
təsirindən qorumaq üçün istifadə olunur
2
.
AİZ bu məqsədlərlə yaradılır: xarici tərəfdaşların və ölkə sahibkarlarının maddi və maliyyə resurslarının cəlb
edilməsi, istehsalın ən mühüm sahələrində qabaqcıl texnika və texnologiyaların tətbiq edilməsi, ixrac yönümlü
istehsalın yaradılması hesabına beynəlxalq əmək bölgüsünə fəal qoşulma, rəqabət qabiliyyətli idxal əvəzləyici
istehsalın yaradılması əsasında valyuta resurslarına qənaət edilməsi, istehsalın və marketinqin idarə edilməsində və
təşkilində qabaqcıl təcrübənin praktikada öyrənilməsi, ən yeni növ məhsul və texnologiyaların işlənib
hazırlanmasına və tətbiqinə çəkilən xərclərin və vaxtın azaldılması, ölkələr arasında əmtəələrin və kapitalların
axınının sadələşdirilməsi.
Hər bir AİZ-in özünün aparıcı sahələri vardır. Məsələn: ticarət və yükləmə, daşınma və saxlanma Azad
Limanlar və Azad Ticarət Zonaları üçün, sənaye, yüksək texnologiyalar və ticarət İxrac Prosessinq Zonası və Azad
Müəssisə Zonası üçün, maliyyə, sığorta, turizm isə Azad Xidmət Zonası üçün aparıcı sahələr hesab olunur. Böyük
AİZ-ləri aparıcı sahələri yuxarıda qeyd olunan demək olar ki, bütün sahələri əhatə edir.
AİZ-lər yerləşməsinə və funksionallığına görə əsasən ərazi və rejim baxımından fərqləndirilir. Lakin, eyni
zamanda beynəlxalq və ya milli (yerli), bağlı və ya açıq tipləri də vardır. AİZ-in əraziyə görə klassifikasiya olunan
forması dünya iqtisadiyyatında daha mühüm rol oynayır. Bu formanın yüksək keyfiyyətli infrastrukturu və daha
yaxşı təlim görmüş işçi heyəti olan idarəetmə vasitələri vardır. AİZ-in rejim klassifikasiyası isə ev sahibi olan
ölkədə hər hansı bir yerdə yerləşən müəssisələrə müəyyən mənfəətin təmin olunmasını nəzərdə tutur. Rejim
klassifikasiyası üzrə bölünmüş AİZ-lər əraziyə görə bölünənlərə nisbətən daxili iqtisadiyyatla daha intensiv əlaqədə
olurlar. Bundan başqa rejim tipi ərazi tipi ilə birlikdə mövcud ola və ondan inkişaf etməyə başlaya bilər. Məsələn
Tayvanda, AİZ qarşısında duran vəzifələrin həlli üçün əlverişli şərtlərin formalaşması üzrə kompleks tədbirlərə
daxildir: vergi həvəsləndirilməsi - zona müəssisələrinin vergidən azad edilməsi və ya əsas iqtisadi ərazilər və qonşu
ölkələrlə müqayisədə aşağı vergilərin müəyyən edilməsi; gömrük güzəştləri - müəssisələrin istehsal fəaliyyəti üçün
xaricdən və ölkənin digər rayonlarından xammalın, yarımfabrikatların, maşın və avadanlıqların gömrük vergisiz
idxalı və AİZ-də istehsal olunan əmtəələrin ixracı; daha az sərt valyuta maliyyə tənzimlənməsi - sadələşdirilmiş
valyuta hesablaşmaları sistemi, xüsusi (özünün) maliyyə-kredit sistemi, investisiya olunmuş xarici kapitalın və
mənfəət və gəlirlərin xaricə qeyri-məhdud miqdarda köçürülməsinə zəmanət; resurslara və xidmətlərə elektrik və su
təchizatı, torpağın binaların və tikililərin icarəyə verilməsinə görə ödəmələrin azalması.
AİZ-in təşkil edilməsi regional inkişafa, vergi sisteminə, investisiyalara, işsizliyə və ətraf mühit mühafizəsinə
öz müsbət təsirini göstərir və eyni zamanda regionun digər ölkələri ilə münasibətlərin də inkişafına yardım edir.
Demək olar ki, bütün ölkələr eyni tipli idxal və ixracdan azad olmanı təmin edir, lakin, tətbiq edilən vergi güzəştləri
ölkələr üzrə dəyişir.
Kiçik inkişaf edən iqtisadiyyatın ixracatı artırması və beynəlxalq bazarlarla əlaqələri inkişaf etdirməsi üçün
ən uğurlu seçim xarici investorlarla əməkdaşlıq etməkdir. Bu, ölkəyə kapital axını ilə yanaşı idarəetmə və
marketinqin də inkişafına öz müsbət təsirini göstərir. Buna görə də möhkəm idarəetməsi olan və ticarətə açıq,
stimullaşdırıcı AİZ xarici investisyaların qoyulması üçün iqtisadiyyatın başqa sahələrinə nisbətən daha cəlbedicidir.
İnkişaf etməkdə olan ölkələrdə təşkil edilmiş AİZ-lər, xüsusən də Azad Ticarət Zonaları (ATZ) buraya güclü kapital
Azərbaycan Dövlət İqtisad Universiteti, Xüsusi İstedadlar Qrupu (bakalavr) və Maliyyə üzrə MBA (magistr) məzunu.
2
Р.И. Хасбулатов - Мировая экономика и международные экономические отношения.
axınına səbəb olur ki, bu da öz növbəsində perspektivdə həmin ölkənin rifah halının yüksəlməsinə xidmət edir.
Qeyd etmək lazımdır ki, adətən inkişaf etməkdə olan ölkələrdə olan güclü tənzimlənmə və mühafizəkarlıq siyasəti
bu ölkələrə kapital axını üçün sədd rolunu oynayaraq, onun qarşısını alır. Buna görə də AIZ təşkil edilməsi bu tipli
səddlərin aradan qaldırılmasına, kapital axınının artımına yol açır ki, bunun da nəticəsində əməyin məhsuldarlığı
artır, ölkələrarası əlaqələr genişlənir, yeni iş yerləri açılır və ödənilən gəlir və mənfəət vergilərinin artımına yol açır
ki, bu vəsaitlər dövlət büdcəsinə ödənilir. Təbii ki, bu da uzunmüddətli dövrdə ev sahibi olan ölkənin rifahını
yüksəldir və inkişafıq şərtləndirir.
AİZ yaradılmasının işsizliyin azaldılması üçün də mühüm əhəmiyyəti vardır. Bu işçi qüvvəsinin işlə təmin
olunmasını və əksər hallarda həm də qadın işçi qüvvəsinin də işlə təmin olunmasını artırır. İşsizliyin azalması
gəlirlərin artımı ilə yanaşı, yoxsulluğun azalmasına da yardım edir. AİZ-də fəaliyyət göstərən müəssisələrdəki işləri
əmək tutumlu olduğunu və inkişaf etməkdə olan ölkələrdə ucuz ixtisassız işçi qüvvəsinin olduğunu nəzərə alaraq
demək olar ki, AİZ-lərin inkişaf etməkdə olan ölkələrdə təsis edilməsi daha məqsədəuyğundur. Lakin, sonradan
AİZ-in inkişafı ixtisaslı işçi qüvvəsinə də tələbatı artıra bilər. Təcrübə göstərir ki, AİZ-də fiziki infrastrukturun
qurulması və tikinti sektorunun stimullaşdırılması geniş ixtisassız işçi kütləsinə tələbat yaradır ki, bu da bəzən hətta
işçi qüvvəsinin çatışmazlığına gətirib çıxarır. Bu sadaladıqlarımız birbaşa iş yerlərinin yaradılmasını nəzərdə tutur.
Bununla yanaşı, otellərə, restoranlara, nəqliyyat vasitələrinə, bank, sığorta, turizmə olan tələbat da artır ki, bu da
dolayısıyla yeni iş yerlərinin yaradılmasına səbəb olur. Burada isə həm ixtisaslı və həm də ixtisassız işçi qüvvəsinə
tələbat yaranır. Bundan başqa, iqtisadiyyatın digər sahələrində investisya fondlarının əsas vəsaitlərə çevrilməsi,
malların və xidmətlərin alınması hesabına AİZ-dən kənarda da iqtisadi fəallıq artır. Bütün bunların nəticəsində isə
əlavə gəlir əldə edilir, bu səbəbdən də yeni təhsil, səhiyyə, nəqliyyat və s. sahələrdə daxili tələbat da artır. Bunun da
nəticəsində gəlirlər və işsizlikdə multiplikator effekti yaranır.
Bundan əlavə, AİZ-də qadın əməyi də geniş formada istismar olunur ki, bu da qadınların daha
nizam-intizama meylli olması və daha çox əməksevər olması ilə izah olunur. Müəyyən edilmişdir ki, AİZ-də
işəgötürənlər ixtisassız və yarımixtisaslı işçiləri seçərkən, onların daha tolerant, dözümlü və nizam-intizamlı
olduğunu əsas gətirərək qadın işçilərə daha çox üstünlük verirlər.
AİZ-in yüksək ixtisaslı iş qüvvəsi ilə təmin edilməsi milli kadrların, о cümlədən yerli mütəxəssislərin
hazırlanması və yenidən hazırlanması sisteminin inkişafını, xaricdə təhsil və staj keçmədən geniş istifadəni tələb
edir. Xarici mütəxəssisləri cəlb etmək üçün maliyyə həvəsləndirilməsi metodlarından, həm də AİZ-in ərazisində
dünya səviyyəli infrastrukturun yaradılmasından istifadə olunur. AİZ-in ərazisinə gəlmə və getmə rejimi xarici
vətəndaşlar üçün sadələşdirilmişdir.
AİZ ərazisində dünya səviyyəli sosial və mühəndis infrastrukturunun yaradılması bir qayda olaraq, tamamilə
qəbul edən tərəfin üzərinə düşür və külli miqdar məsrəflər tələb edir və buna görə də AİZ nadir hallar istisna
olmaqla, kiçik əraziləri əhatə edir.
AİZ qarşısında duran məqsəd və vəzifələrdən asılı olaraq, Azad Ticarət Zonalarına (ATZ), İxrac-İstehsal
Zonalarına (İİZ), Texnopolislərə, Texnoparklara, dar çərçivəli ixtisaslaşdırılmış zonalara bölünür.
ATZ - məhsulun qorununb saxlanması və emalının tamamlanması üçün lazım olan avadanlığa malik olan,
ölkənin gömrük ərazisindən təcrid olunan dəniz limanının dəmir yolu sərhəd keçidinin, təyyarə limanının ərazisinin,
ölkənin digər yerlərinin bir hissəsidir. Zonanın ərazisinə gətirilən mallar (əmtəələr) gömrük rüsumlarının, idxal
vergilərinin ödənilməsindən və idxal üzərində digər nəzarət növlərindən azaddır. Ölkə ərazisində fəaliyyət göstərən
bütün digər qanunlar və əsasnamələr ATZ ərazisinə tam həcmdə şamil olunur.
İİZ - xüsusi statusa malik, azad ticarət rejimindən savayı, vergiqoyma sahəsində güzəştləri, resurslara və
xidmətlərə görə tədiyələri, valyuta nəzarətini ehtiva edən ərazi anklavıdır. Zonada istehsal məqsədləri üçün nəzərdə
tutulan idxal malları (əmtəələri) gömrük rüsumlarından azaddırlar. İIZ ərazisində istehsal olunan məhsulun ixracı
gömrük vergisiz həyata keçirilir.
Müəssisələr üçün vergi güzəştləri müəyyən dövr üçün (çox zaman 5 il üçün) gəlir vergisinin, xaricə mənfəətə
köçürülməsinə görə verginin ödənilməsindən azadolmanı, yerli və regional vergilərdən azad olmanı ehtiva edir.
Xarici mütəxəssislər üçün güzəştlər şəxsi gəlir vergisinin azalmasından və ya tam azad olmasından və alınmış
gəlirlərin xaricə sərbəst köçürülməsi imkanından ibarətdir.
Əsas fondların sürətli amortizasiyasında - ilkin fəaliyyət mərhələsində avadanlığın dəyərinin birinci xidmət
ilində 100%-ə qədər silinməsinə icazə verilməsi, torpaq, su və elektrik enerjisinə görə icazə haqqının azaldılması
geniş tətbiq olunur. Texnologiyaların ATZ və İİZ-dən fərqli olaraq qapalı ərazi anklavları olması vacib deyil,
zonanın adı şərti xarakter daşıyır, çünki bir çox güzəştlər zona xarakterinə malikdir. Texnoparklara və
texnopolislərə daxil olan müəssisələr üçün fəaliyyət göstərən güzəşt rejimi elm tutumlu texnologiyaların
fundamental işləmələr bazasında yaradılmasına və elmi-texniki tərəqqinin qabaqcıl sahələrini təmin etmək
məqsədilə onların istehsala sürətli tətbiqinə yönəldilmişdir. Texnoparklar və texnopolislər müdafiə kompleksi üçün
mühüm əhəmiyyətə malikdir. Texnoparkın yaradılması vergi, gömrük və digər güzəştlərdən başqa 5-10 il üçün
nəzərdə tutulan ən yeni texnologiyaların işlənib hazırlanmasını tələb edir. Bunun üçün isə sabit dövlət
sifarişlərindən yaranan bilavasitə dövlət yardımı və dəstəyi, konkret layihələr üçün təmənnasız dotasiyalar, dünya
bazarlarında rəqabət mübarizəsində dövlət yardımının göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Dar çərçivəli
ixtisaslaşdırılmış zonalar konkret fəaliyyət növü (turizm, mehmanxana təsərrüfatı, idman və ovçuluq və s.) ilə
əlaqədardır. Onlar bir qayda olaraq, nisbətən kiçik zaman kəsiyində əsas tip zonaların təqdim etdiyi güzəştlərin bir
hissəsindən istifadə edirlər. Güzəştlər ayrı-ayrı müəssisələrə verilir, ərazi cəhətdən belə zonalar məhdudlaşmır
3
.
Müxtəlif ölkələr üzrə Azad İqtisadi Zonalar və inkişaf istiqamətləri
Əvvəldə qeyd olunduğu kimi dünya ölkələri üzrə AİZ-lər əsasən XX əsrin ortalarından sonra genişlənməyə
başlamışdır. Bunlardan biri də Çindir və burada 1980-ci illlərdə struktur islahatlardan sonra və dünyaya açılma
siyasətinə başlamasından sonra AİZ-lər inkişaf etməyə başladı. Bu həm də onu göstərirdi ki, AİZ-lər dünyaya
açılma siyasəti üçün, xarici kapitalın, texnoloji və idarəetmə təcrübəsinin mənimsənilməsi və istifadəsi, sosialist
olsa da bazar yönümlü iqtisadiyyatın qurulması və nəhayət milli və beynəlxalq bazarların əlaqələndirilməsi üçün
mühüm əhəmiyyət kəsb edir. Sonrakı dövr ərzində iqtisadiyyatın inkişafı ilə AİZ-lərin dolayı siyasi və iqtisadi rolu
birbaşa iqtisadi rola çevrilərək regional iqtisadi inkişafa öz töhfəsini verməyə başladı. AİZ-lər bir neçə yolla
regional iqtisadi inkişafa yardım edir. Bunlardan - ilkin olaraq, daxili regionların xarici investisiyanı cəlb etməsi,
ixracı artırması və yeni iş yerləri yaratmaq vasitəsilə regional iqtisadi inkişafa yardım edir. İkinci daxili inkişafı
təmin edir. Yəni zəif inkişaf etmiş daxili regionlar daha güclü inkişaf etmiş regionların maliyyə dəstəyinə ehtiyac
duyur və bu maliyyə vəsaitlərindən yararlanma imkanı əldə edir. Nəzərə alsaq ki, Çin AİZ-lərinin əsas məqsədi
ölkədə ümumi yüksək səviyyəli və perspektivli yaşayışa nail olmaqdır, onda zəif və güclü inkişaf etmiş regionlar
arasında kapital axını normal qarşılanmalıdır. Bundan başqa, daxili və xarici müəssisələr və investorlar tərəfindən
səhmdar cəmiyyətlərin yaradılmasını və iqtisadi əməkdaşlıq zonalarının yaradılmasını da misal göstərmək olar.
iqtisadi əməkdaşlıq zonaları (İƏZ) əsasən AİZ-lər arasında iqtisadi əməkdaşlığın yüksək səviyyəsi hesab olunur və
bu məqsədlə yaradılır.
Türkiyədə AİZ
1980-ci illərdə Türkiyənin ixrac yönümlü strategiyanı gücləndirməsindən sonra AİZ-lərin yaradılmasına
diqqət artırıldı. Əslində Türkiyədə AİZ yaradılması ideyası hələ 1920-ci illərdə Türkiyə parlamentinin bu məsələ ilə
bağlı qərar qəbul etməsi ilə başlayır. Lakin, 1920-ci illərin sonu və 1930-cu illərdə dünya iqtisadi böhranı bunun
yaradılmasına mane oldu bu məsələ 1980-ci illərdə yenidən gündəmə gəldi. 1980-ci illərin ortalarında ixrac
yönümlü investisiya və istehsalatı dəstəkləyən, işsizliyin azaldılmasını, xarici kapitalın və texnologiyaların ölkəyə
axınının sürətləndiriliməsini, xarici maliyyə və ticarət imkanlarının effektiv mənimsənilməsi və istifadəsini nəzərdə
tutan qanun qəbul edildi. Həmin vaxtlar Mersin, Antalya, Adana və İzmirin yaxınlığında zonaların yaradılması
nəzərdə tutulurdu. Artıq 1990-cı illərin ortalarında Mersin (ticarət əməliyyatları, tekstil və hazır paltar istehsalı
üstünlük təşkil edir), Antalya (turizm yönümlü ticarət mərkəzlərinin təsis edilməsi regionun turizm potensialının
inkişafına töhfə vermək üçün təsis edilmişdi), Atatürk Hava Limanı (əsasən tekstil, hazır paltar, elektrik və optik
malların idxal və ixracı üzrə ixtisaslaşıb), İstanbul Dəri (dəri və dəri mallarının istehsalı və saxlanması üzrə bütün
fəaliyyət növlərini əks etdirən özəl sektorda ilk ixtisaslaşmış zonadır) və Trabzonda (Avropa ölkələri, Müstəqil
Dövlətlər Birliyi üzv ölkələri və Türkiyə Respublikası arasında malların tranziti üzrə) azad zonalar fəaliyyət
göstərirdi. Dövlət proqramı çərçivəsində və ilk azad zona olduğundan Mersin və Antalya azad zonalarının
infrastrukturu və torpağı dövlət tərəfindən təmin olunub, lakin maliyyələşmə özəl sektor tərəfindən həyata keçirilir.
Azad zonaların tətbiq edilməsi və idarə olunması üzrə təcrübə artdıqca maliyyələşmənin özəl sektor tərəfindən
aparılmasına üstünlük verilir. Bunlardan fərqli olaraq, İstanbul Dəri və Trabzon azad zonalarının infrastrukturu və
maliyyələşdirilməsi hətta torpağın təmin olunması belə özəl sektor tərəfindən həyata keçirilib.
Avrozonada İrlandiya və İtaliya AİZ-ləri
İrlandiyada AİZ-in inkişafı dövlətin və Avropa İttifaqının dəstəyi ilə yaradılmış azad müəssisələr zonasına
yaxınlıqda yerli və xarici müəssisələrin yaradılması ilə inkişaf etməyə başlayır. Beləliklə, iqtisadiyyatın inkişafı
burada universitetin sonra isə texnoloji parkın təsis edilməsini şərtləndirir.
İtaliya sənaye zonalarının yaradılmasına görə fərqləndirilir. Six yol şəbəkəsinin və inkişaf etmiş
infrastrukturun olması burada sənaye zonasının yaradılması üçün münbit şərait yaratmışdır. Bundan əlavə
nəqliyyatın və daşımaçılığın çox sürətli inkişafı ölkədaxili və digər ölkələrlə münasibətlərin dərinləşdirilməsi üçün
imkan yaradır.
Azərbaycanda Azad İqtisadi Zonaların yaradılması perspektivləri və onların yaradılması ilə həll oluna
bilən məsələlər
Azərbaycan neft-qaz hasilatı və ixracatında sürətli yüksəliş üçün tələb olunan infrastrukturu demək olar ki,
artıq formalaşadıraraq ölkəyə pul vəsaitlərinin axınını effektiv bir şəkildə idarə etmək və bu prosesin şəffaflığını
təmin etməkdədir. Nəzərə alsaq ki, Azərbaycan neft-qaz ehtiyatları eyni sektorda olan digər ixracatçılara nisbətən
çox azdır və neft hasilatının yaxın illər üzrə hasilat proqnozuna nəzər salsaq görərik ki, Azərbaycanda bu hasilat
tezliklə azalmağa və tədricən tükənməyə başlayacaqdır. Ona görə də hal-hazırda əsas prioritet məsələlərdən biri
yaxın illər ərzində qeyri-neft sektorunun tədricən və sağlam inkişafını təmin etməli və eyni zamanda ölkədə
yoxsulluğun və işsizliyin səviyyəsinin azaldılmasıdır. Bunlara nail olmaq üçün dövlət bir sıra planlarını
3
reallaşdırmağa başlayaraq qeyri-neft sektorunda biznes mühitini cəlbedici etmək və bu sektora daha çox investisiya
cəlb etməyə, təhsil və səhiyyədə islahatlar aparmağa və sürətlə dəyişən dünya ilə ayaqlaşmağa meyl edir.
Azərbaycanın Böyük İpək Yolunun üzərində, Avropa və Asiya arasında yerləşməsi və buna görə də "şərqin qapısı"
adlanması, Xəzər dənizinin sahilində uğurlu mövqeyə malik olması burada Azad iqtisadi Zonaların yaradılması
üçün geniş imkanlar yaradır və eyni zamanda bunu labüd edir. Bu halda AİZ-in yaradılması qeyri-neft sektoru ilə
yanaşı eyni zamanda neft-sektorunu da dəstəkləyəcək və regional inkişafı və inteqrasiyanı daha da sürətləndirəcək.
Cari dövrdə dünyanın aparıcı neft şirkətləri ilə bağlanmış Hasilatın Pay Bölgüsü üzrə Sazişlər çərçivəsində
Azərbaycanın dövlət büdcəsinə kifayət qədər böyük maliyyə vəsaitləri daxil olur ki, bu da qeyri-neft sektoruna
xarici investisiyalarla yanaşı daxili investisiyanın qoyulmasını, ölkə vətəndaşlarının sosial ehtiycalarının və rifah
halının yaxşılaşdırılması, təhsil və səhiyyədə lazımi islahatların aparılması üçün tələb olunan prosedurların yerinə
yetirilməsinə imkan yaradır.
Azərbaycan ixtisaslı və ucuz işçi qüvvəsinə malikdir ki, bu da AİZ-in yaranması üçün əlverişli hesab olunan
əsas şərtlərdən biri hesab olunur. Neft və qaz ehtiyatları ilə yanaşı, Azərbaycan dəmir filizi, sink, mis və molibden
yataqlarına, bir çox tikinti materialları ehtiyatlarına malikdir. Hal-hazırda qeyri-neft sektoru olaraq inkişaf edən
əsas sahələr kənd təsərrüfatı, kənd təsərrüfatı sənayesi, emal sənayesi, nəqliyyat və xidmət sektorları fərqləndirilir.
Bunlar qeyri-neft sektorunda təməl inkişaf istiqamətləri hesab oluna bilər. Hal-hazırda neft gəlirlərinin çoxluğu
qeyri-neft sektorunun inkişafı üçün müəyyən mənada maneə yaradır.
Kənd təsərrüfatının emal sənayesi inkişaf və yeni iş yerlərinin açılması üçün böyük imkanlara malikdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, qeyd etmək lazımdır ki, AİZ yaradılması Azərbaycan üçün çox
böyük əhəmiyyət kəsb edir və Azərbaycan bunun yaradılması üçün konkret addımlar atmaqdadır. Aşağıda barəsində
ətraflı məlumatın verildiyi "Azərbaycanda Xüsusi İqtisadi Zonaların yaradılması haqqında" 14 aprel 2009-cu il
tarixli qanunun qəbul edilməsi buna əyani sübutdur.
AİZ-in Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti vardır. Belə ki, AIZ-in yaradılmasının Azərbaycan
üçün hansı əhəmiyyətinin olduğuna nəzər salsaq görərik ki, bu, regionda yeni müəssisələrin yaradılması, bazardakı
malların keyfiyyətinin yüksəlməsi, ixracatın artması ilə nəticələnəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan üçün
uyğun olan AİZ forması kimi Azad Ticarət Zonası, Azad Turist Zonası, Xüsusi İqtisadi Zona və Texnoloji park
göstərilə bilər. Hal-hazırda Sumqayıt Texnoloji Parkı tikinti mərhələsindədir.
Hər zaman biznesin inkişafı üçün ən böyük maneələrdən biri olan korrupsiyaya qarşı mübarizə tədbirlərinin
son zamanlar gücləndirilməsi, biznes mühitinin inkişafına stimul verməkdədir. Bu da AİZ yaradılacağı təqdirdə
onun şəffaf fəaliyyətə başlayacağına zəmin yaradır.
Azərbaycanda Xüsusi İqtisadi Zonaların yaradılması haqqında qanun
Xüsusi İqtisadi Zonaların (XİZ) yaradılması haqqında Qanun (Qanun) 14 aprel 2009-cu il tarixdə qəbul
edilmiş, Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli fərmanı ilə təsdiqlənmiş və 6 iyun 2009-cu
il tarixdə rəsmi dövlət qəzetində çap olunmaqla qüvvəyə minmişdir
4
. Qanun XİZ-in yaradılmasının məqsədini, XİZ
ərazisində fəaliyyət göstərən müəssisələrə aid edilən güzəştləri, müvafiq orqanların səlahiyyətlərini və s. müəyyən
edir.
XİZ-də sahibkarlıq fəaliyyətinin güzəştli şərtlərlə həyata keçirilməsi üçün onun rezidentlərinə xüsusi hüquqi
rejim tətbiq olunur. XİZ-in rezidenti olmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq
dövlət qeydiyyatına alınmış hüquqi və fiziki şəxslər Qanuna əsasən müəyyən edilmiş qaydada XİZ-in qeydiyyat
şəhadətnaməsini almalıdır. Səhmləri və ya payları 100 (yüz) faiz dövlətə məxsus olan hüquqi şəxslər xüsusi iqtisadi
zonanın rezidenti kimi qeydiyyatdan keçə bilməzlər.
Azərbaycan Respublikasında XİZ-in yaradılmasının məqsədi xüsusi hüquqi rejimin və müasir
texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkili yolu ilə Azərbaycan
Respublikasında sahibkarlığın və bütövlükdə iqtisadiyyatın inkişafını sürətləndirməkdir
5
.
Aşağıdakılar istisna olmaqla XİZ ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan
edilməyən, yüksək rəqabət qabiliyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq
fəaliyyətini həyata keçirmək olar:
—
qanunvericiliyə əsasən mülki dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların istehsalı,
saxlanılması və satışı, yerin təkindən faydalı qazıntıların çıxarılması, habelə qiymətli metalların, neftin, neft
məhsullarının və təbii qazın hasilatı və emalı;
—
teleradio yayım fəaliyyəti;
—
spirtli içkilərin və tütün məmulatlarının istehsalı.
Xüsusi iqtisadi Zonaların gömrük rejimi
Mallar (aksizli mallardan başqa) Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən XİZ-ə idxal
edilərkən idxal rüsumu və əlavə dəyər vergisi (ƏDV) və həmin mallar XİZ-dən Azərbaycan Respublikasının
gömrük ərazisi xaricinə ixrac olunarkən, XİZ-də istehsal və ya emal olunmuş mallar Azərbaycan Respublikasının
4
Azərbaycan qəzeti – 6 iyun 2009-cu il, .
5
Xüsusi iqtisadi Zonalar haqqında Azərbaycan Respublikasının Qanunu.
gömrük ərazisi xaricinə ixrac edilərkən, XİZ-də istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri,
nümunələrin sərgisi və bu kimi məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti idxal
edilərkən, Azərbaycan Respublikasında mallar XİZ-lər arasında idxal-ixrac edilərkən gömrük rüsumları və vergilər
tutulmur.
Xüsusi İqtisadi Zonaların vergi rejimi
XİZ ərazisində sahibkarlıq fəaliyyəti göstərən qeydiyyatdan keçmiş rezidentlər malların təqdim
edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdikləri vəsaitin məbləğindən (ümumi
hasilatın həcmindən) və satışdan kənar gəlirlərdən 0.5 faiz dərəcə ilə vergini (sadələşdirilmiş vergini) hesablayıb,
rüb qurtardıqdan sonrakı 20-dək ödəməlidirlər. XİZ rezidentləri bu 0.5 faiz sadələşdirilmiş vergi və fiziki şəxslərin
muzdlu işlə əlaqədar gəlirindən vergi istisna olmaqla, vergi qanunvericiliyi ilə müəyyən edilmiş digər vergiləri
ödəməkdən azaddırlar.
Xüsusi iqtisadi Zonalarda dövlət təminatı
Dövlət XİZ yaradılarkən onun ərazisində müəyyənləşdirilmiş xüsusi hüquqi rejimin XİZ-in fəaliyyət
göstərəcəyi bütün müddət ərzində qüvvədə qalacağına təminat verir. XİZ-in rezidentlərinin XİZ ərazisində
qoyduqları investisiyaya, əldə etdikləri gəlir və mənfəətə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə, qanuni
qazanılmış vəsaitlərin xaricə köçürülməsi şərtlərinə dair hüquqlarına təminat verir
6
.
6
Xüsusi iqtisadi Zonalar haqqında Azərbaycan Respublikasının Qanunu.
Dostları ilə paylaş: |