1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

59
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
qurumda  iştirak  könüllülük  əsasında  həyata  keçirilir.  Lakin  gələcəkdə 
həyata keçiriləcək layihələrin bu ölkələr üçün cəlbedici olacağına və onların 
da təşkilatın işinə qoşulacağına ümid var.
Türkdilli  ölkələrin  real  birliyinin  yaradılması  baxımından  mövcud 
mexanizmlər çərçivəsində ortaq dildən istifadə olunması vacib amil kimi ön 
plana çıxır. Əvvəllər türkdilli dövlətlər arasında keçirilən zirvə görüşlərində 
və yüksək səviyyəli digər toplantılarda əksər hallarda rus dilindən istifadə 
olunsa da, TürkPA-nın İstanbul toplantısında hər bir dövlətin nümayəndəsi 
ana dilində danışır, bu çıxışlar sinxron tərcümə edilirdi. Bu həm türklərin 
bir-birlərini daha yaxından başa düşməsi üçün geniş imkanlar açır, həm də 
hər bir türkdilli dövlətin özünəməxsusluğunu toplantı iştirakçılarına çatdır-
mağa imkan verir. Bu mənada, türkdilli ölkələrin gələcəkdə vahid dildə da-
nışması ideyasının reallaşması istisna edilməməlidir.
TürkPA-nın gələcək inkişafı və nüfuzlu beynəlxalq təşkilata çevrilməsi 
ilə bağlı real perspektivlər mövcuddur və bu perspektivlərin artıq indidən 
müəyyənləşdirilərək  həyata  keçiriləcək  tədbirlər  planına  daxil  edilməsi 
təşkilatın  çevik  mexanizmə  çevrilməsinə  imkan  yaradacaq.  Hazırda  üzv 
dövlətlər  arasında  ikitərəfli  və  çoxtərəfli  qaydada  reallaşdırılan  enerji, 
nəqliyyat, mədəniyyət və digər sahələrdə layihələr mövcuddur. TürkPA üzv 
dövlətlərin problemlərinin müzakirəsi, narahatlıq doğuran məsələlərə hü-
quqi  qiymətin  verilməsi,  ortaq  qanunvericilik  aktlarının  hazırlanması,  bu 
sahədə təcrübə mübadiləsi, üzv ölkələrlə bağlı tövsiyə xarakterli qərarların 
qəbul  edilməsi  üçün  mühüm  platforma  rolunu  oynamağa  qadirdir.  Digər 
tərəfdən, üzv dövlətlər arasında mövcud olan və reallaşdırılması mümkün 
layihələrin təşkilat çərçivəsində müzakirəsi, fikir birliyinin əldə olunması 
və dəstəklənməsi bu layihələrin həyata keçirilməsi üçün əlverişli şərait ya-
rada  bilər.  Üzv  dövlətlər  arasında  hərtərəfli  inteqrasiyanın  əldə  olunması 
üçün iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi və bu istiqamətdə or-
taq layihələrin reallaşdırılması zəruridir. Hətta üzv dövlətlər arasında vahid 
iqtisadi məkanın, azad ticarət zonalarının yaradılması ideyaları da istisna 
edilməməlidir.
TürkPA-nın fəaliyyət istiqamətlərindən biri kimi türkdilli ölkələrin birlik 
formasında beynəlxalq aləmdə təmsil olunması nəzərdən keçirilə bilər ki, 
bu məqsədlə qurumun beynəlxalq təşkilatlarla əlaqələrinin gücləndirilməsi 
zəruridir. TürkPA-nın nüfuzlu beynəlxalq təşkilatlarda qonaq, müşahidəçi və 
üzv statusunda qəbul olunması türkdilli ölkələrin mövqelərinin beynəlxalq 
müstəvidə kollektiv şəkildə müdafiə edilməsinə, mövcud problemlərlə bağlı 


60
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
beynəlxalq təşkilatlar çərçivəsində müəyyən təşəbbüslərin irəli sürülməsinə 
imkan yarada bilər.
Müxtəlif  ölkələrin  parlamentlərinin  türk  əsilli  deputatlarının,  türkdilli 
muxtar  qurumların  təşkilatın  işinə  cəlb  olunması  imkanları  da  araşdırıl-
malıdır. Bu, təşkilatın beynəlxalq səviyyədə tanınması və əhatə dairəsinin 
genişlənməsi üçün zəruridir.
Türkdilli  Dövlətlərin  Parlament Assambleyasının  yaradılması  türkdil-
li  ölkələrin  birliyi  üçün  mühüm  hadisədir.  Bu,  türkdilli  ölkələr  arasında 
əlaqələrin geniş formatda sürətlə inkişaf etidiyini göstərir, onların qlobal-
laşan dünyaya inteqrasiyası və dünya miqyasında böyük gücə çevrilməsi 
üçün əlverişli zəmin yaradır. 


61
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
 
Ɔ
Giriş 
Azərbaycanla Türkiyə arasındakı ikitərəfli iqtisadi əlaqələr son 20 ildə 
digər qonşu ölkələr üçün nümunə və model ola biləcək keyfiyyət və dinamika 
səviyyəsinə  yüksəlib.  1991-ci  il  noyabrın  9-da  Türkiyə  Azərbaycanın 
müstəqilliyini tanıyıb, diplomatik əlaqələr isə 1992-ci il yanvarın 14-dən 
qurulub. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətdir
1

Türkiyə-Azərbaycan  münasibətlərində  müstəqilliyin  ilk  illərində  olduğu 
kimi  son  dövrlərdə  də  maraqlı  yeniliklər  yaşanır.  İlk  növbədə  Strateji 
Əməkdaşlıq Şurasının yaradılmasını qeyd etmək lazımdır. Eyni zamanda, 
enerji  sahəsi  başda  olmaqla  iqtisadiyyatın  bütün  sahələrində  əməkdaşlıq 
yeni səviyyəyə çatıb. Qarşılıqlı rəsmi səfərlərin intensivliyi xeyli artıb.
Azərbaycanın  sosial-iqtisadi  inkişafında  əvəzsiz  rolu  olan  türk 
şirkətlərinin (sayı  1000-dən  artıqdır)  ölkədə neft  və  qeyri-neft sektoruna 
qoyduğu investisiyaların ümumi həcmi 6 milyard dollardan çoxdur. Bunun 
yarısı  qeyri-neft  sektorunun  payına  düşür  ki,  son  məlumatlara  əsasən, 
bu  rəqəm  3  milyard  dollardan  artıqdır.  Türkiyə  sərmayəli  şirkətlərdə 
1   http://mfa.gov.az/images/stories/Ikiterefli%20munasibetler/Avropa/Turkiye.pdf 
Rəşad RƏSULLU 
Azərbaycan Türkiyə İş Adamları Birliyinin 
İdarə Heyəti sədrinin müavini
Kənan ASLANLI 
Azərbaycan Türkiyə İş Adamları Birliyinin 
şöbə müdiri
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: 
əsas trendlər və nailiyyətlər 


62
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
ümumilikdə 50.000 işçi çalışır
2
. Azərbaycanda fəaliyyət göstərən Türkiyə 
şirkətlərini digər ölkələrin şirkətlərindən fərqləndirən əsas cəhət odur ki, bu 
şirkətlər iqtisadiyyatın, demək olar ki, bütün sektorlarında fəaliyyət göstərir. 
Türkiyə  şirkətləri  qeyri-neft  sektorunun  inkişafında  xüsusi  rol  oynayır. 
Türkiyə  şirkətlərinin  inşaat,  xidmət,  kənd  təsərrüfatı  və  qida  sektoru, 
bank və sığorta sahəsi, tekstil və yüngül sənayedə mövqeləri kifayət qədər 
güclüdür.  Son  zamanlar  yerli Azərbaycan  şirkətləri  idarəetməyə  türkiyəli 
menecerləri geniş şəkildə cəlb etməkdədirlər ki, bu da ölkələrimiz arasında 
sosial-iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verir. Son illərin mühüm 
tendensiyalarından  biri  də  ondan  ibarətdir  ki,  Azərbaycan  əsas  etibarilə 
Dövlət  Neft  Şirkətinin  (ARDNŞ/SOCAR)  timsalında  Türkiyəyə  dəyəri 
milyard  dollarla  ölçülən  sərmayələr  yatırır.  Daha  da  konkretləşdirsək, 
hazırda  Türkiyədə  850 Azərbaycan  şirkəti  fəaliyyət  göstərir  və  son  illər 
həmin  şirkətlər  Türkiyə  iqtisadiyyatına  4.5  milyard  dollar  investisiya 
qoyub
3
.
 
Ɔ
İkitərəfli iqtisadi əlaqələrin hüquqi bazası
Türkiyə  ilə  Azərbaycan  arasındakı  iqtisadi  əlaqələrin  hüquqi 
çərçivəsini təşkil edən “Türkiyə ilə Azərbaycan arasında ticarət və iqtisadi 
əməkdaşlıq haqqında” Saziş 1992-ci ildə, “Türkiyə ilə Azərbaycan arasında 
investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında” Saziş ilə “Türkiyə 
ilə Azərbaycan arasında ikiqat vergitutmanın qarşısının alınması haqqında” 
Saziş isə müvafiq olaraq 1994 və 1997-ci illərdə imzalanıb və bununla da 
hüquqi bazanın qurulması önəmli ölçüdə tamamlanıb. 
Türkiyə ilə Azərbaycan arasında imzalanan 
mühüm iqtisadi əməkdaşlıq sazişləri

Sənədin adı
Yeri və tarixi
1.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası 
Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında” Saziş
Ankara, 
2 noyabr 1992
2.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası 
Hökuməti arasında mütəxəssis kadrların hazırlığı haqqında” 
Protokol
Ankara, 
2 noyabr
1992
2   http://www.atib.az (2011)
3   http://abc.az/news_28_11_2011_59965.html


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə