1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

51
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
ildə  1416  saylı  qətnaməni  qəbul  etməsinə  də Türkiyə  nümayəndə  heyəti 
kömək edib. Bu qətnamə Ermənistandan işğal etdiyi Azərbaycan torpaq-
larından  geri  çəkilməsini,  azərbaycanlı  qaçqın  və  məcburi  köçkünlərin 
yurd-yuvalarına  dönməsinin  təmin  olunmasını  tələb  edir.  Eyni  zaman-
da,  Azərbaycan  nümayəndə  heyəti  də  daim  Türkiyə  ilə  münasibətlərdə 
birmənalı olaraq qardaş ölkəni dəstəkləyib. Türkiyə nümayəndə heyətinin 
üzvü Mövlud Cavuşoğlunun AŞPA-nın sədri vəzifəsinə şeçilməsinə aktiv 
dəstək verib.     
AŞPA-dan başqa iki dövlətin nümayəndə heyətləri ATƏT, NATO, QİƏT 
və  s.  beynəlxalq  qurumların  parlament  təşkilatlarında  ciddi  əməkdaşlıq 
edirlər. Azərbaycan nümayəndə heyətləri bu xarakterli təşkilatlarda qəbul 
olunacaq ümumi maraqlara xidmət edən hər hansı bir sənədə imza atmazdan 
əvvəl türkiyəli həmkarları ilə də məsləhətləşmələr aparırlar. Hər iki tərəfin 
bəzi məsələlərə dair məsləhətləşməsi və müzakirələr aparması, demək olar 
ki, ənənəvi xarakter alıb. 
2000-ci  illərin  əvvəllərində  iki  ölkə  parlament  üzvlərinin  qarşılıqlı 
səfərlərində, hər iki ölkənin parlamentində mövcud olan dostluq qrupları-
nın keçirdiyi görüşlərdə ən çox Ermənistanın təcavüzü nəticəsində yaran-
mış Dağlıq Qarabağ münaqişəsi, enerji (Bakı-Tbilisi-Ceyhan neft kəməri; 
Bakı-Tbilisi-Ərzurum  qaz  kəməri;  Türkmənistan  qazının  Azərbaycan  və 
Türkiyədən  keçərək Avropaya  idxalı  və  s.)  məsələləri,  qondarma  erməni 
soyqırımı  mövzusu,  türkiyəli  iş  adamlarının  Azərbaycandakı  yatırımları 
kimi məqamlar müzakirə olunub.
2002-ci ildən iki ölkənin parlamentləri arasındakı əlaqələr daha da canlan-
mağa başlayıb. TBMM-in sədri Bülənt Arıncın 2005-ci il fevralın 9-da  Ba-
kıya səfəri, ardından Milli Məclisin sədri Oqtay Əsədovun 2006-cı il fevralın 
8-12-də Türkiyəyə rəsmi səfəri iki ölkə arasında çoxsahəli əlaqələrin inkişa-
fına təkan verib. Bülənt Arıncla keçirilən görüşdə Oqtay Əsədov Atatürkdən 
“Azərbaycanın üzüntüsü bizim üzüntümüzdür, Azərbaycanın sevinci bizim 
sevincimizdir”  sitatını  gətirərək  iki  ölkə  parlamentlərarası  əlaqələrinin  va-
cibliyini  vurğulayıb. Azərbaycan-Türkiyə  dostluq  qrupunun  da  səfərdə  iş-
tirakından danışan Oqtay Əsədov bunun Azərbaycan parlamentində ən bö-
yük qrup olduğunu qeyd edərək “əgər imkan olsaydı, 125 millət vəkilinin 
hamısı bu dostluq qrupunda olmaq istəyərdi” fikrini əlavə edib. Türkiyə iş 
adamlarının Azərbaycandakı yatırımlara görə 2-ci yerdə olduğunu bildirən 
Azərbaycan parlamentinin sədri əlaqələrin güclənməsi üçün parlamentlərarası 
əməkdaşlığın  əhəmiyyətli olduğunu xatırladıb. 


52
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
2008-ci  il  iyunun  17-19-da  TBMM-in  yeni  spikeri  Köksal  Topta-
nın  Azərbaycana  səfəri  zamanı  parlamentlərarası  əməkdaşlıq  məsələləri 
müzakirə  edilib.  Keçirilən  görüşlər  sadəcə  dostluq  qrupu  və  millət 
vəkillərini  deyil,  Azərbaycan  parlamentində  qanunvericiliyin,  informasi-
ya  texnologiyalarının,  modern  kitabxana  sisteminin  inkişafı  üçün  aparat 
nümayəndələrini də əhatə edib. Görüşün nəticəsi olaraq Milli Məclisin ge-
niş tərkibli qruplarından biri 2010-cu ilin iyulunda TBMM-in təcrübəsindən 
yararlanmaq məqsədi ilə Ankarada olub.
2008-ci il iyunun 16-da Azərbaycan-Türkiyə Tarix Araşdırma Cəmiyyəti 
(ATAF)  qondarma  erməni  soyqırımını  araşdırmaq  məqsədilə  fəaliyyətə 
başlayıb. ATAF-ın təsis edilməsində hər iki ölkənin parlamentləri ciddi səy 
göstərib. Qurumun fəxri sədrləri iki ölkənin prezidentləri, sədr müavinləri 
isə Türkiyə və Azərbaycanın parlament sədrləri olub. 
Bakıda  səfərdə  olan  TBMM-in  sədrləri  Azərbaycan  parlamentində 
çıxış  edərək  dəfələrlə  “Dağlıq  Qarabağ  münaqişəsi  həll  olunmadan, 
Azərbaycanın  ərazi  bütövlüyü  təmin  olunmadan,  Azərbaycanın  1  mil-
yona  yaxın  köçkünü  dədə-baba  yurduna  dönmədən  Türkiyə-Ermənistan 
münasibətlərindən söz gedə bilməz” bəyanatlarını veriblər. Lakin 2009-cu 
ilin  əvvəllərində  Türkiyə  və  Ermənistan  nümayəndələrinin  iki  ölkə  ara-
sındakı  münasibətlərin  normallaşdırılması  və  sərhədlərin  açılması  barədə 
Sürixdə gizli müzakirələr aparması həm Azərbaycan-Türkiyə hökumətləri, 
həm də iki ölkə parlamentləri arasındakı münasibətlərdə yumşaq sözlə yeni 
“qayğılar” yaratmışdı. Bu zaman MHP-li İzmir millət vəkili Şenol Balın 
dəvəti  ilə  2009-cu  il  aprelin  15-də Türkiyəyə  səfər  edən    bir  qrup  qadın 
millət  vəkili  Türkiyədə  Prezident Abdullah  Gül,  TBMM-in  sədri  Köksal 
Toptan, müxalifət partiyaları olan MHP-nin sədri Dövlət Baxçalı, CHP-nin 
sədri Dəniz Baykal və digər siyasətçilərlə görüşlərdə son hadisələrlə bağlı 
Azərbaycanın narahatçılığını  ifadə ediblər. 
Millət vəkilləri bütün görüşlərdə qeyd ediblər ki, Türkiyə-Ermənistan 
münasibətlərinin qaydaya salınması üçün görülən işlərdə Azərbaycanın ma-
raqlarının nəzərə alınması vacibdir. Türkiyəli millət vəkilləri Azərbaycanın 
narahatçılığını anlayışla qarşılayıblar. 
Bu səfərinin ardından, aprelin 19-da TBMM-də təmsil olunan müxalifət 
partiyaları MHP və CHP üzvü millət vəkillərindən ibarət nümayəndə heyəti 
Bakıya gəlib. 
TBMM-in  yeni  sədri  Məhmət  Əli  Şahin  ilk  xarici  ölkə  səfərini 
Azərbaycana  edib.  Azərbaycan  rəsmiləri  ilə  görüşən  Şahin  bildirib  ki, 


53
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
Türkiyə hakimiyyətinin Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik 
baş verməyib və Dağlıq Qarabağ məsələsi həll edilmədən, Azərbaycanın 
ərazi  bütövlüyü  təmin  olunmadan  Ermənistanla  heç  bir  diplomatik 
əlaqələrin qurulmasından və sərhədlərin açılmasından söhbət gedə bilməz. 
TBMM  sədrinin    bu  səfəri  iki  ölkə  arasında  yaranmış  gərginliyi  azalt-
sa da, “Protokol böhranı” ilə meydana çıxan gərginliyi aradan qaldırmaq 
üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr 
komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi 11 nəfərlik deputat qru-
pu Ankarada  Baş nazir Rəcəb Tayyib Ərdoğan, TBMM-in sədri Məhmət 
Əli  Şahin,  ana  müxalifət  partiyalarının  rəhbərləri  ilə  görüşlər  keçirərək 
məsələni müzakirə edib. 
Bu səfərdən qısa bir müddət sonra TBMM-in Xarici əlaqələr komitəsinin 
sədri Murad Mərcanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana gəlib. 
Prezident  İlham  Əliyev  və  parlamentin  sədri  Oqtay  Əsədovla  görüşən 
nümayəndə  heyəti Azərbaycanın  maraqlarını  zədələyəcək  heç  bir  addım 
atılmayacağını bir daha bəyan edib.
Türkiyə Ermənistan ilə sərhədini açmayıb. Bu məsələ ilə bağlı görüşlərin 
birində  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  “dünyada 
Türkiyə  ilə  Azərbaycan  qədər  səmimi  əməkdaşlıq  edən  ölkələr  yoxdur” 
deyərək ölkələr arasındakı münasibətlərin səviyyəsini qiymətləndirib.
 
Ɔ
Türkdilli Dövlətlərin Parlament Assambleyasının qurulmasına 
gedən yol
Dövlət  müstəqilliyinin  bərpasından  ötən  illər  ərzində Azərbaycan  ilə 
Türkiyə arasında çoxtərəfli parlament əlaqələri özünəməxsus yer tutub. Belə 
əməkdaşlıq qurumlarından biri Türkdilli Dövlətlərin Parlament Assamble-
yası  olub.  Dövlətçilik,  müstəqillik,  ərazi  bütövlüyü,  milli  təhlükəsizliyin 
qorunması,  beynəlxalq  aləmə  çoxtərəfli  inteqrasiyanın  təmin  olunması, 
iqtisadi  və  geostrateji maraqların  həyata  keçirilməsi xarici  siyasətdə  mü-
hüm vəzifələrdən biridir. Dövlətlərin ikitərəfli əməkdaşlıqla yanaşı, regio-
nal və daha geniş qlobal mexanizmlər çərçivəsində çoxtərəfli əməkdaşlığı 
bu  istiqamətlərin  reallaşması  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir. 
Beynəlxalq münasibətlərin mövcud vəziyyətində hər bir dövlətin beynəlxalq 
həyatda  nüfuz  və  mövqeyinin  möhkəmlətməsi,  ümummilli  problemlərin 
həllinə  yönəlmiş  addımlarını  beynəlxalq  təşkilatlar  çərçivəsində  reallaş-
dırması məhz çoxtərəfli əməkdaşlıqla, digər dövlətlərin kollektiv dəstəyini 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə