1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

43
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
inkişafı kontekstində nəzərdən keçirdiyini
63
 bildirdi. Səfər zamanı ATİB ilə 
ŞKTR-in turizm, kənd təsərrüfatı və ticarət təşkilatları arasında beş protokol 
imzalandı. ATİB-in sədri Ahmet Erentok 5 ay sonra ŞKTR-dən Azərbaycana 
portağal  ixracatına  başlanacağını, Azərbaycandan  da  Qafqaz  və  Mərkəzi 
Asiya ölkələrinə satılacağını və ilk olaraq illik ixracat miqdarının 1 milyon 
dollar olacağını bildirdi.
64
Bu səfərdən sonra Azərbaycandan ŞKTR-ə birbaşa uçuş olması gündəliyə 
gəldiyi  üçün  Yunanıstan  və  Kipr  yunanları  Avropa  İttifaqı  və  Rusiya 
vasitəsilə  Azərbaycana  təzyiq  göstərib.  Avropa  İttifaqı  Komissiyasının 
xarici siyasət məsələləri üzrə məsul üzvü Benita Ferrero-Valdner ŞKTR-
lə  əlaqələrini  kəsməzsə,  Birliyin  Azərbaycanla  münasibətlərini  gözdən 
keçirəcəyini  bildirib.  Kipr  yunanları  Azərbaycanın  Avropa  İttifaqının 
“Genişlədilmiş Avropa siyasəti” proqramına daxil olmasına veto qoyduqları 
üçün İttifaq Cənubi Qafqaz dövlətlərinə yönəlik bu proqramını ləğv edib. 
Yunanıstan  Azərbaycana  nota  verib,  Kiprin  yunan  tərəfi  isə  ŞKTR-ə 
Azərbaycandan  birbaşa  uçuş  olarsa,  Dağlıq  Qarabağa  birbaşa  təyyarə 
reysləri təşkil edəcəyini bildirib.
65
 Azərbaycan Respublikası Baş nazirinin 
müavini Əli Həsənovun sözlərinə görə, Azərbaycan ŞKTR-i tanıyarsa, 15 
dövlət Qarabağın de-fakto müstəqilliyi tanıya bilər.
66
 
Azərbaycan  müstəqilliyini  əldə  etdiyi  gündən  etibarən  ŞKTR-in 
tanınması  istiqamətində  bir  addım  atmaq  məcburiyyətini  hiss  edib,  lakin 
real siyasət bu istəyin qarşısında əngəl olub. Lakin Azərbaycanın ŞKTR-
in tanınması və təcridin aradan qaldırılması istiqamətində atdığı addımlar 
bir nəticə verməyib. Azərbaycan ŞKTR-i tanımadığı kimi, ŞKTR-ə birbaşa 
uçuşlar  da  həyata  keçirə  bilmədi  və  iki  tərəf  arasında  bu  gün  idxalat  və 
ixracat  həyata  keçirilmir.  Azərbaycanın  atdığı  addımların  nəticəsiz 
qalmasında Qarabağ məsələsinin və bu istiqamətdə Kiprin yunan tərəfi və 
Yunanıstanın Avropa təşkilatları vasitəsilə Azərbaycana təzyiqlərinin rolu 
böyük olub. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının ŞKTR haqqında 
qəbul etdiyi qərar Qarabağ məsələsində Təhlükəsizlik Şurası qərarlarının 
tətbiq olunmasını istəyən Azərbaycana ŞKTR-in müstəqilliyinin tanınması 
baxımından  çətinlik  yaradır.  Azərbaycan  xalqı  ilə  ŞKTR-in  türk  icması 
arasında  təhsil  və  mədəni  sahələrdə  əlaqələr  davam  etsə  də, Azərbaycan 
dövləti və hökuməti real siyasət və arzuları arasında qalıb. 
63   Trend, 29 avqust 2005. 
64   Vatan Gazetesi, 31 Ağustos2005. 
65   http://www.usakgundem.com/haber/1567/rumlar-ab-kafkasya-ilkiskilerini-kilitledi.html
66   Haberturk, 11.07.2011.


44
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
 
Ɔ
Nəticə 
Azərbaycan-Türkiyə  əlaqələri  sadəcə  ikitərəfli  əlaqələr  olmayıb, 
regional balansa və hadisələrə təsir edən, regional və qlobal güclərin regiona 
siyasətinə  qarşı  ortaq  mövqedən  çıxış  edə  bilən  və  regional  hadisələrin 
təsirinə məruz qalan münasibətlərdir. İki dövlətin bir çox regional hadisədə 
ortaq mövqe göstərməsi regional maraqlarının üst-üstə düşməsindən irəli 
gəlir. Enerji ehtiyatları və xətləri, erməni problemi, Rusiya, İran və ABŞ-ın 
Cənubi Qafqaz siyasəti Türkiyə və Azərbaycanın münasibətlərinə təsir edən 
regional məsələlərdir və bu məsələlərdə hər iki tərəfin görüşləri bəzən fərqli 
olsa da, əsasən üst-üstə düşür. 
Soyuq müharibədən sonra hər iki dövlət regionda eyni qrupda yer aldı. 
Qarşılıqlı ortaq güvən, ictimaiyyətin təzyiqləri, Azərbaycan siyasi elitasının 
Türkiyəni seçməsi və iki dövlətin regional mənada ortaq təhlükələrlə qarşı-
qarşıya qalması onların regional siyasətlərinin üst-üstə düşməsinə və regional 
məsələlərə bənzər reaksiya verməsinə səbəb olub. Ortaq təhlükələrə qarşı 
bənzər reaksiyalar iki dövlətin region siyasətini birlikdə qurmasına gətirib 
çıxarıb.
67
 Bu mənada iki dövlətin regional münasibətlərində bir qarşılıqlı 
asılılığın (“interdependence”) olduğunu söyləmək mümkündür.
Regional  hadisələrə  qarşı  iki  dövlət  arasında  reaksiyalar  2009-cu  ilə 
qədər eyni olub. 2009-cu ildə Türkiyənin Ermənistanla sərhəd açılımı və 
münasibətləri  “normallaşdırma”  cəhdi,  həmçinin  Qarabağ  məsələsinin 
həllinə  baxışda  yaşanan  fərqli  yanaşma  və  2011-ci  ildə  Yaxın  Şərqdə 
cərəyan edən hadisələr məsələsində Türkiyənin rolu tərəflərin bəzi regional 
hadisələrdə fərqli mövqelərdən çıxış etməsinə səbəb olub. 
Bu iki dövlətin regional əməkdaşlığı çərçivəsində həyata keçən layihələr 
hərbi layihələr deyil, region insanının sosial və iqtisadi rifahını artıracaq 
layihələrdir.  BTC,  BTƏ  və  BTAQ  bu  layihələrin  bariz  nümunələridir.  
Bu iki dövlət Gürcüstana da dəstək verərək regionda üçüncü bir dövlətin 
inkişafına və müstəqilliyinin möhkəmlənməsinə kömək göstərib. 
Türkiyə və Azərbaycan Ermənistana vəd verib ki, Qarabağ ətrafındakı 
işğal etdiyi rayonlardan çəkiləcəyi halda kommunikasiya və enerji xətlərini 
yenidən  bərpa  edəcəklər.  Ermənistan  bu  təklifi  qəbul  edəcəyi  təqdirdə 
regionda  onun  da  xeyrinə  olan  ümumi  bir  iqtisadi  və  sosial  əməkdaşlıq 
mexanizmi  yarana  bilər.  Bu  isə  regionda  əməkdaşlıq  təşkilatının  ortaya 
çıxmasına  və  xarici  güclərin  regiondaxili  məsələlərə  müdaxiləsinin 
azalmasına səbəb ola bilər. 
67   Bilal Şımşır, göstərilən əsəri, s. 296.


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə