1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

35
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
neft  yataqlarına  qarşı  iddia  irəli  sürdü  və  bu  məqsədlə  2001-ci  ildə  İran 
təyyarələri  Azərbaycan  sərhədlərini  pozaraq  Xəzərdə  araşdırma  aparan 
gəmiləri təhdid etdi. Buna qarşılıq olaraq Türkiyə İrana nota verdi,
45
 həmin 
ilin avqustun 24-də türk təyyarələrinin Bakı səmasında nümunəvi göstərişini 
təşkil etdi və Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargah rəisi, 
ordu  generalı  Hüseyn  Kıvrıkoğlu  Bakıya  səfəri
46
  ilə Azərbaycana  dəstək 
verdi.
Enerji  məsələsində  İranı  Türkiyə  və  Azərbaycanla  rəqabətə  itələyən 
digər  bir  məqam  enerji  ehtiyatlarının  daşınması  istiqamətində  idi.  İran 
Xəzər hövzəsi enerji ehtiyatlarını öz ərazisindən keçirərək dünya bazarına 
çıxarmaqla beynəlxalq münasibətlərdə mövqeyini möhkəmlətmək istəyirdi. 
Azərbaycan  və  Türkiyə  buna  qarşı  çıxdı,  BTC  və  BTƏ  nümunəsindən 
göründüyü kimi enerji xətləri Türkiyə üzərindən dünya bazarına çıxarıldı. 
İranın Azərbaycan  və Türkiyə  ilə  münasibətlərində  digər  problem  bu 
ikiliyin  İsrail  və ABŞ-la  əlaqələridir.  İran  İslam  Respublikası  ekspertləri 
və  səlahiyyətli  dövlət  şəxsləri  bu  səbəbdən  vaxtaşırı Azərbaycanı  sionist 
rejim olaraq adlandırdıqları İsrailin maraqlarını qoruyan dövlət adlandırır 
və İsrail kəşfiyyatının Azərbaycanda İrana qarşı məlumat topladığını iddia 
edir. Bu iddiaları gündəliyə gətirən İran rəsmiləri və mətbuatı Azərbaycan 
rəsmilərinə qarşı təhqiramiz açıqlamalar verib. ABŞ-ın Azərbaycanda hərbi 
baza qurduğunu və burdan da İranı vura biləcəyini iddia edən İran mətbuatı 
Azərbaycandakı  dini  inanclı  insanları  hakimiyyətə  qarşı  istifadə  etməyə 
çalışıb. Lakin indiyə kimi “MOSSAD Azərbaycanda İrana qarşı fəaliyyət 
aparır” və ya “ABŞ Azərbaycanda İrana qarşı hərbi baza qurdu” iddiaları 
sübut olunmayıb. 
Lakin İran xarici siyasətindəki ikili standartlar hələ də cavabını gözləyən 
suallar olaraq qalmaqdadır. İran rəsmiləri işğalçı dövlət adlandırdıqları İsraili 
yer üzündən silmə şüarları səsləndirir, lakin digər tərəfdən işğalçı dövlət 
olan Ermənistanı iqtisadi cəhətdən dəstəkləyir. Qərb dövlətləri və İsrail ilə 
əməkdaşlıq edən Azərbaycanı ittiham etdiyi halda, Qərbin regiondakı əsas 
müttəfiqi olan Gürcüstana qarşı eyni iradlarla çıxış etmir. 
İranın  nüvə  proqramı  Qərb  dövlətləri  qədər  region  dövlətlərini  də 
narahat  edir.  Region  dövlətləri,  o  cümlədən  Türkiyə  və  Azərbaycan  bu 
coğrafiyada  İranla  rəqib  olduqları  üçün  nüvə  proqramının  nüvə  silahı  ilə 
nəticələnməsini  istəmir.  Digər  tərəfdən  hər  iki  dövlət  İrana  qarşı  iqtisadi 
sanksiyaların tətbiq olunmasına və hərbi müdaxiləyə qarşıdır. İrana qarşı 
45   Hürriyet, 13 avqust 2001.
46   http://www.voanews.com/turkish/news/a 17-a-2001-08-22-1-1-87860997.html, 22 avqsut 2001. 


36
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
hərbi  müdaxilə  nəticəsində  yaranacaq  regional  ixtişaşın  hər  iki  dövlətə 
sıçrama ehtimalı olduğu kimi, İranda yaşayan milyonlarla türkün müharibə 
zamanı Azərbaycan  və Türkiyəyə  üz  tutacaqları    da  aşkardır.  Həm  hərbi 
müdaxilə,  həm  də  iqtisadi  sanksiyalar  Azərbaycan  və  Türkiyənin  İranla 
iqtisadi münasibətlərinə ciddi zərər verəcək. 
Ədalət və İnkişaf Partiyası (AK Parti) hökumətinin İrana qarşı iqtisadi 
sanksiyalar  və  hərbi  müdaxiləyə  qarşı  çıxması  İran  tərəfindən  razılıqla, 
ABŞ tərəfindən isə narazılıqla qarşılanır. Türkiyə İranla münasibətlərdəki 
etimadsızlığın  aradan  qalxmasından  istifadə  edərək,  Azərbaycan-İran 
münasibətlərinin  də  düzəlməsinə  dəstək  verməyə  çalışdı.  Bu  məqsədlə 
Əhməd  Davudoğlunun  təşəbbüsü  ilə  Azərbaycan  və  İranın  xarici  işlər 
nazirləri arasında görüş keçirilib. 23 dekabr 2010-cu ildə İstanbulda keçirilən 
üçtərəfli  görüşdə  regional  problemlərin  dövlətlərin  torpaq  bütövlüyü 
çərçivəsində həlli, terrorizm, mütəşəkkil cinayət və silah, narkotika və insan 
alveri daxil olmaqla regional və qlobal səviyyədə müştərək maraq kəsb edən 
hadisələrdə  xarici  işlər  nazirləri  səviyyəsində  birgə  məsləhətləşmələrin 
davam etdirilməsi və nazirlərin mütəmadi görüşmələrinin davamlı olması 
qərara alınıb.
47
2011-ci  ildə  Yaxın  Şərqdə  baş  verən  “Ərəb  baharı”  Türkiyə-İran 
münasibətlərində yeni pərdə açıb. Türkiyə Yaxın Şərq ölkələrində (Misir, 
Tunis,    Liviya  və  Suriya)  cərəyan  edən  xalq  hərəkatlarına  ciddi  dəstək 
verdi, İran isə ölkələrə görə fərqli mövqe nümayiş etdirir. Xüsusən İranın 
regiondakı  müttəfiqi  Suriyada  cərəyan  edən  hadisələrdə  Türkiyə  və  İran 
fərqli  mövqelərdən  çıxış  edir.  Bundan  başqa,  RƏMS-in  radarlarının 
Türkiyədə İrana yaxın bölgəyə yerləşdirilməsi ikitərəfli münasibətlər üçün 
imtahan xarakteri daşıyır. 
 
Ɔ
Türkiyə-Azərbaycan münasibətləri və İsrail 
1970-ci illərdən etibarən Yaxın Şərqdə dəyişən vəziyyətə paralel olaraq 
Türkiyə-İsrail arasında ittifaq səviyyəsində geniş ikitərəfli əlaqələr yaranıb. 
Bu əlaqələr əsasən iki tərəfin təhlükəsizlik və hərbi texnologiya sahəsində 
qarşılıqlı  ehtiyacından  irəli  gəlib.  1996-cı  ildə  bağlanmış  bir  müqavilə 
ilə  ikitərəfli  münasibətlərdə  təhlükəsizlik  və  hərbi  texnologiya  sahəsində 
əməkdaşlıq  rəsmiləşib.
48
  Çox  geniş  hava  və  quru  sahəsi  olmadığı  üçün 
47   http://www.1news.com.tr/azerbaycan/spor/20110417110909741.html, 17 aprel 2011. 
48   Mustafa Kibaroğlu, “Turkey and İsrael Strategize”, Middle East Quarterly, Winter 2002, Volume IX, 
Number 1, pp. 61-65.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə