1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

29
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
və  hələ  də  bəzi  regional  məsələlərin  həllində  rəsmi  Moskvanın  səmimi 
olmadığı  düşünülür.  Türkiyə  və  Azərbaycan  Qərbin  Cənubi  Qafqazda 
müttəfiqidir,  lakin  hər  iki  dövlət  regionda  Rusiya  ilə  müsbət  əlaqələr 
qurmadan mövqelərinin güclü olmayacağını düşünürlər. Hər iki dövlət bu 
mənada  Cənubi  Qafqaz  problemlərinin  həllində  Rusiya  ilə  əməkdaşlığa 
əhəmiyyət verir. 
Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərdə yaşanan böhranlar 
Cənubi  Qafqazda  rəqabəti  sərtləşdirir,  bu  isə Azərbaycana  təzyiqi  artırır. 
Bir  tərəfdə  qonşusu,  digər  tərəfdə  isə  qardaş  dövlət  və  strateji  müttəfiqi 
Türkiyə arasında seçim etməkdə çətinlik çəkən Azərbaycan xarici, enerji 
və  təhlükəsizlik  siyasətində  əlavə  problemlərlə  qarşı-qarşıya  qalır.  2012-
ci  ildə  Cənubi  Qafqazda  və  Rusiyanın  daxili  siyasətində  yaşanacaq  bəzi 
dəyişikliklər  regionda  yeni  rəqabət  mərhələsi  yaradacaq.  Prezidentlik 
postu  üçün  təkrar  namizəd  olan  Vladimir  Putin  “İzvestiya”  qəzetində 
çap etdiyi məqaləsində bildirib ki, postsovet məkanında siyasi və iqtisadi 
sahədə  inteqrasiya  olunmuş  “Avrasiya  Birliyi”  qurmaq  arzusundadır.  Bu 
strukturda iştirak etməyəcəyini bildirməsi Azərbaycana Rusiya təzyiqlərinin 
artmasına  səbəb  olacaq.  Rusiyanın  “Avrasiya  Birliyi”  layihəsi  regionda 
Türkiyə-Rusiya  rəqabətini  artıracaq,  eyni  zamanda  Türkiyənin  Qərb  ilə 
əməkdaşlığını sıxlaşdıracaq. Rəqabəti artıracaq digər məsələ isə NATO-nun 
Raket Əleyhinə Müdafiə Sisteminə (RƏMS) qarşı Rusiyanın öz sistemini 
qurması  qərarıdır.  NATO-nun  RƏMS-inin  bir  hissəsi  Türkiyə  ərazisində 
yerləşir və bu da Türkiyəni Rusiya raketlərinin hədəfinə çevirir. 
Azərbaycana  təzyiqi  artıracaq  ikinci  bir  məsələ  isə  Türkmənistan 
və  Qazaxıstan  qazını  Qərbə  çatdıracaq  qaz  xəttinin  Xəzərdən  çəkilməsi 
planlarıdır.  “Transxəzər”  layihəsinə  Qərb  dövlətlərinin  dəstəyi  get-gedə 
artır.  BTC  və  BTƏ-nin  reallaşmasından  sonra  regiondakı  gücünə  ciddi 
zərər  vurulduğunu  düşünən  Rusiya  hesab  edir  ki,  “Transxəzər”  layihəsi 
onun  Mərkəzi  Asiyadakı  gücünə  qarşı  yönəlib.  Bu  səbəbdən  də  Rusiya 
Azərbaycana və Türkmənistana təzyiqlərini artıra bilər. 
29
 
Ɔ
Gürcüstanın mövqeyinin gücləndirilməsi 
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Türkiyəyə qarşı 
torpaq  tələbləri  nəticəsində  hər  iki  dövlətlə  sərhədlərinin  bağlanması 
Gürcüstanın  regionda  geosiyasi  dəyərini  artırıb.  Gürcüstan Azərbaycanın 
29   Сергей Куликов, “Война на Каспии может стать реальностью”, http://www.ng.ru/
economics/2011-11-22/1_kaspiy.html, 22.11.2011. 


30
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Qərbə  çıxış  qapısı  və  Xəzər  hövzəsi  enerji  xətləri  üçün  yeganə  etibarlı 
istiqamət olaraq qəbul olunur. Gürcüstanda 400 min azərbaycanlı yaşayır, 
onların  sosial,  iqtisadi  və  humanitar  vəziyyəti  Azərbaycan  dövləti  və 
cəmiyyətinin maraq dairəsindədir. Gürcüstanda yaşayan ermənilərin siyasi 
fəaliyyətləri  həm Azərbaycan,  həm  də  Türkiyənin  diqqət  mərkəzindədir. 
Türkiyə 1921-ci il Moskva və Qars müqavilələri ilə Gürcüstan sərhədləri 
daxilində müsəlmanların çoxluqda yaşadığı Acarıstan Muxtar Vilayətinin 
statusu  üçün  qarant  dövlətdir.
30
  Saakaşvilinin  hakimiyyətə  gəlməsindən 
sonra  Acarıstanın  muxtar  statusunun  azaldılması  addımları  Türkiyədə 
narazılıqla qarşılanıb.
31
  Azərbaycan və Türkiyə 1944-cü ildə Gürcüstandan 
Stalin tərəfindən qovulan Məshəti türklərinin geri qaytarılması üçün rəsmi 
Tbilisinin atdığı addımları dəstəkləyir. Türkiyədəki gürcü və abxaz lobbisi 
daim Türkiyənin buraya marağını artırır. Həm Azərbaycan, həm də Türkiyə 
Cənubi Osetiya və Abxaziya problemlərinin Gürcüstanın ərazi bütövlüyü 
çərçivəsində həllinin tərəfdarıdır. 
Gürcüstan  regionda  əldə  etdiyi  geosiyasi  dəyərdən  maksimum 
güzəştlər  qazanmaq  üçün  istifadə  edir.  Azərbaycan  və  Türkiyənin  daxil 
olduğu layihələrin mərkəz ölkəsi olaraq Gürcüstan sadəcə Cənubi Qafqaz 
üçün deyil, Şərq-Qərb layihələrində də əhəmiyyət qazanıb. Qara dənizdə 
limanları  olan  Gürcüstan Azərbaycanın  neft  və  digər  məhsullarının  açıq 
dənizlərə çıxışı üçün əhəmiyyətli rol oynayır. 
Ermənistan və erməni faktoru Gürcüstan-Türkiyə-Azərbaycan üçlüyünün 
ortaq problemidir. Erməni millətçi təşkilatının doğuş yeri Gürcüstanın indiki 
paytaxtı Tbilisidir. 1918-ci ildə Gürcüstan da Ermənistanın hücumuna məruz 
qalıb.  Sovet  İttifaqının  qurulması  ilə  Azərbaycanla  Ermənistan  arasında 
olduğu kimi Gürcüstan-Ermənistan arasında da problemlər dondurulub və 
İttifaq dağıldıqdan sonra təkrar alovlanıb. 
32
Gürcüstanda azərbaycanlılardan sonra ikinci böyük azlıq ermənilərdir.
33
 
Qamsaxurdiyanın  Gürcüstanda  etnik  siyasətindən  narahat  olan  ermənilər 
1990-cı  illərdə  təşkilatlanıb.  Cavax  Xalq  Hərəkatı  başda  olmaqla  bəzi 
erməni  təşkilatları  ermənilərin  çoxluqda  yaşadığı  Cavaxetiya  regionunda 
idarəçiliyi ələ keçiriblər. Bu təşkilatlar Rusiyadan aldığı dəstəklə mərkəzi 
hakimiyyətə qarşı muxtariyyət tələb edib. Gürcüstan mərkəzi hökumətinin 
30   Türkiye-Gürcistan siyasi ilişkileri, http://www.mfa.gov.tr/turkiye-gurcistan-siyasi-iliskileri.tr.mfa, (19 
noyabr 2011).
31   Hasan Kanbolat, “Gürcüstan`da neler oluyor?”, Zaman, (8 Mayıs 2004). 
32   Kamil Ağacan, “Ermenistan Gürcüstan İlişkileri”, Ermeni Araştırmaları, Sayı 19, Sonbahar 2005
33   Ethnic Groups in Georgia–Armenians, The Georgian Times, 14 april 2008. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə