1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

27
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Rusiyada  Putinin  hakimiyyətə  gəlməsi,  enerji  layihələrinin  həyata 
keçməsi, münaqişə zonalarında nisbi sakitliyin yaranması regionda rəqabəti 
azaltdı.  2001-ci  il  Əfqanıstan  əməliyyatı  və  2003-cü  il  İraq  əməliyyatları 
qlobal mənada diqqəti Cənubi Qafqazdan sözügedən yerlərə çəkdi. ABŞ-ın 
mübarizəsinə  dəstək  verən Azərbaycan  İraq  və  Əfqanıstana  əsgər  yolladı, 
Əfqanıstandakı Azərbaycan  əsgərləri  türkiyəli  həmkarlarının  komandanlığı 
altında  fəaliyyət  göstərdi.  Türkiyə  və Azərbaycan  kimi  Rusiya  da ABŞ-a 
dəstək verərək, bu məsələdə Türkiyə və Azərbaycanla eyni mövqedə yer aldı. 
Regional mənada Türkiyə-Azərbaycan-Rusiya arasında fikir ayrılığına 
səbəb  olacaq  digər  bir  hadisə  2004-cü  ildə  Gürcüstanda  yaşanan  inqilab 
və  Mixail  Saakaşvilinin  hakimiyyətə  gəlməsi  olub.  Regionda  Rusiya  ilə 
Qərbi  qarşı-qarşıya  gətirən  növbəti  hadisə  2008-ci  ilin  avqustunda  baş 
verən Rusiya-Gürcüstan müharibəsi idi. Saakaşvilinin hakimiyyətə gəlmə 
metodu və qərb meyilli, Rusiyaya qarşı radikal xarici siyasəti Azərbaycan 
və Türkiyədə müsbət qarşılanmasa da, Gürcüstanı qorumaq hər iki dövlətin 
regional siyasətinin əsasını təşkil etdi. 
2000-ci  illərdən  etibarən  Türkiyənin  Rusiya  siyasəti  soyuq  müharibə 
əhval-ruhiyyəsindən  daha  fərqli  bir  vəziyyətə  keçdi  və  Türkiyə-Rusiya 
münasibətləri  xüsusilə  ticarət  sahəsində  inkişaf  etdi.  Ədalət  və  İnkişaf 
Partiyasının (AK Parti) hakimiyyəti dövründə isə bu inkişaf siyasi sahəyə də 
yayılmağa başladı. 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsində 
müttəfiqi  ABŞ  və  Gürcüstanın  narazılığı  bahasına  Gürcüstana  yardım 
aparan  ABŞ  hərbi  gəmilərinə  1936-cı  il  Montro  Boğazlar  Müqaviləsini 
tətbiq etdi və nəticədə, ABŞ gəmiləri 21 gün ərzində Qara dənizi tərk etmək 
məcburiyyətində qaldı. Rəsmi Ankara Rusiyanın da daxil olduğu Sülh və 
Sabitlik Platformasını təklif etdi. ABŞ ekspertləri Türkiyənin bu təklifindən 
Vaşinqtonun xəbərsiz olmasını iradla qarşıladı. Gürcüstan Avropa İttifaqı və 
ABŞ-ın bu platformda yer almamasından narazılığını bildirdi, Azərbaycan 
isə qeyri-şərtsiz platformaya dəstək verdi. Əslində, bu dəstək Türkiyənin 
Cənubi Qafqazda qurmaq istədiyi sistemə dəstək anlamına gəlirdi.
2009-cu ildə Türkiyə-Azərbaycan münasibətlərində Türkiyə-Ermənistan 
protokolları səbəbindən yaşanan böhranı Rusiya daha da dərinləşdirməyə 
çalışdı. Bir tərəfdən Türkiyənin Ermənistanla gizli protokollar imzaladığını 
rəsmi  Bakıya  bildirərək  münasibətlərə  zərər  verməyə  çalışan  Rusiya 
Azərbaycanı  öz  tərəfinə  çəkərək  enerji  müqavilələrində  bu  fürsətdən 
bəhrələnmək  istədi.  Digər  tərəfdən  Türkiyə-Ermənistan  sərhədlərinin 
açılmasına  qarşı  çıxmayan  Rusiya  protokolların  təsdiqlənməsi  üçün 
Türkiyənin Qarabağ şərtinin qəbuledilməz olduğunu bildirdi. Azərbaycanın 


28
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Rusiya  ilə  enerji  müqaviləsi  imzalaması  və  Prezident  İlham  Əliyevin 
Rusiya səfəri Ankarada “Türkiyəyə qarşı gözdağı” kimi qiymətləndirildi. 
Azərbaycan  regionun  böyük  dövləti,  Qarabağ  məsələsində  açar  rolu 
oynayan və qonşusu Rusiya ilə yaxın əməkdaşlıq edərkən bəzən Türkiyənin 
narazılıqları ilə qarşılaşır. “Qarabağın işğalında əsas rol oynayan Rusiya” 
ilə Azərbaycanın əməkdaşlığını tənqid etməsi Türkiyə-Azərbaycan arasında 
bu məsələdə yanaşma fərqliliyini göstərir. 
Türkiyə  son  illərdə  xarici  siyasətdə  aktivliyini  artırmaqla  yanaşı, 
regionda  Azərbaycana  dəstəyini  də  çoxaldıb.  Türkiyə  Prezidenti 
Abdullah Gül 2010-cu il avqustun 16-da Azərbaycana səfəri zamanı uzun 
illərdən  sonra  ilk  dəfə  iki  ölkə  arasında  “Strateji  tərəfdaşlıq  və  qarşılıqlı 
yardım  haqqında”  Müqavilə  imzalanıb.
27
  Müqavilənin  1-ci  maddəsinə 
əsasən,  Tərəflərin  hər  hansı  biri  ərazi  bütövlüyünün,  suverenliyinin  və 
sərhədlərinin  toxunulmazlığının  təhdid  edildiyi  və  ya  təhlükə  altında 
olduğu  qənaətində  olduqda,  Tərəflər  bu  təhdid  və  təhlükələrin  aradan 
qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan 
məsləhətləşmələr  aparacaqlar.  2-ci  maddəyə  görə  isə    Tərəflərdən  biri 
üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi 
təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə 
tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi 
üçün  hərbi  imkan  və  qüdrətlərindən  istifadə  etmək  də  daxil  olmaqla, 
mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi 
ilə bir-birinə qarşılıqlı yardım göstərəcəklər. Bu yardımın forması və həcmi 
təxirəsalınmadan  Tərəflər  arasında  razılaşdırılacaqdır.  Bu  müqavilə 
əsasən  Azərbaycanı  Rusiya-Ermənistan  ikiliyinin  hücumundan  qorumaq 
xarakteri  daşıyır.  Bu  səfərdən  üç  gün  sonra  Rusiya  Prezidenti  Dmitri 
Medvedev  Ermənistana  səfər  edərək  Ermənistandakı  rus  hərbi  bazasının 
qalma  müddətini  49  il  uzatdı.  İmzalanan  müqaviləyə  əsasən,  rus  hərbi 
bazaları Ermənistanda olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri 
ilə  birlikdə  Ermənistanın  təhlükəsizliyini  qoruyur  və  bu  məqsədlər  üçün 
Rusiya tərəfi Ermənistan Respublikasının müasir və uyğun silahlar, hərbi 
(xüsusi) texnika ilə təminatının gerçəkləşməsinə yardımçı olur.
28
Türkiyə  və  Azərbaycanın  Rusiya  ilə  münasibətləri  düzəltmək  üçün 
gərgin  fəaliyyətlərinə  baxmayaraq,  rəsmi  Moskva  Ermənistan  kartından 
istifadə edir. Rusiya Cənubi Qafqazda Türkiyə ilə rəqabətini davam etdirir 
27   Türkiyə ilə Azərbaycan arasında bağlanmış “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 
Müqavilənin mətni üçün bax. http://www.mediaforum.az/articles.php?lang=az&page=02&article_
id=20101215054430699, (15 avqust 2010). 
28    http://www.tert.am/tr/news/2011/04/12/base/ (2 dekabr 2010)


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə