1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

23
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Prezidenti Abdullah Gülə zəng vuraraq Türkiyəyə dəstək, qərara isə etirazını 
bildirib.
15
 Həmin gün Azərbaycanda siyasi partiya nümayəndələri və dövlət 
rəsmiləri də açıqlamaları ilə ABŞ Konqresi Nümayəndələr Palatası Xarici 
əlaqələr  komitəsinin  qəbul  etdiyi  qərara  öz  etirazlarını  bəyan  ediblər. 
Azərbaycan  Milli  Məclisi  isə  5  mart  2010-cu  ildə  Konqresə  müraciət 
edərək, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi tərəfindən qəbul 
edilən bu qətnamənin Konqres tərəfindən qəbul edilməməsini tələb edib.
16
 
Ɔ
Rusiya və Azərbaycan-Türkiyə münasibətləri
Azərbaycan təxminən son iki yüz il ərzində Rusiyanın idarəsi altında 
olub.  1991-ci  ildə Azərbaycan  rəsmi  Moskvaya  qarşı  mübarizə  apararaq 
müstəqilliyini əldə edib və bu mübarizə ərəfəsində yaşanan bəzi hadisələr 
Azərbaycan xalqında Rusiyaya qarşı “nifrət” hissinin yaranmasına səbəb 
olub.  1918-ci  ildə  qurulan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  (AXC) 
bolşeviklər  tərəfindən  işğal  olunması,  tarixən  Azərbaycan-Ermənistan 
müharibələrində rusların erməniləri dəstəkləməsi, 19-20 yanvar 1990-cı il 
tarixində Sovet Ordusunun Bakını işğal edərək dinc insanları qətlə yetirməsi 
və  Qarabağ  müharibəsi  dövründə  regiondakı  rus  qoşunlarının  ermənilərə 
yardım  göstərməsi  Azərbaycan  xalqında  Rusiyaya  qarşı  etimadsızlıq 
yaradıb. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycandakı xalq hərəkatı 
liderlərinin şüarları xalqdakı bu nifrəti daha da artırdı.
Türkiyə ilə Rusiya Cənubi Qafqazda yüz illər boyu bir-birinə rəqib olub. 
XIX əsrdə iki dövlət arasında dörd müharibə yaşanıb. Cənubi Qafqaz eyni 
zamanda  Rusiya təhlükəsinə qarşı Türkiyə üçün bir tampon bölgə olub. 
Məsələn,    1877-1878-ci  illər  Rus-Türk  müharibəsində  və  İkinci  Dünya 
müharibəsindən sonra Sovet İttifaqı Türkiyəni  Cənubi Qafqaz üzərindən 
təhdid edib.
17
Ortaq düşmən (İngiltərə) səbəbi ilə 1920-ci illərdə Türkiyədə Qurtuluş 
mübarizəsi, Rusiyada isə Bolşevik inqilabı vaxtında müttəfiq olan bu iki 
dövlət  İkinci  Dünya  müharibəsindən  sonra  təkrar  “düşmən”  dövlətlərə 
çevrildilər. İkinci Dünya müharibəsindən sonra regionda şərtlərin dəyişdiyini 
irəli sürən Sovet İttifaqı Birinci Dünya müharibəsində Türkiyəyə vermək 
məcburiyyətində  qaldığı  torpaqları  geri  tələb  edib.  Türkiyənin  NATO-ya 
üzvlüyünə səbəb olan bu hadisə Stalinin ölümünə qədər davam edib, ondan 
15   http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20100305081100545, 2010-03-05
16   http://www.meclis.gov.az/?/az/statement/view/27/
17   Ahmet Davudoğlu, göstərilən əsəri, s.125. 


24
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
sonra Sovet İttifaqı Türkiyə ilə münasibətlərini düzəltməyə çalışıb. Stalinin 
ölümündən  sonra  ikitərəfli  münasibətlərdə  ciddi  problem  yaranmasa  da, 
Sovet İttifaqının dağılmasından sonra Cənubi Qafqaz uğrunda rəqabət hələ 
də davam edir. 
Azərbaycan xalqı Rusiyadan fərqli olaraq Osmanlı dövlətini və Türkiyə 
Respublikasını  özünün  müttəfiqi  qismində  görüb.  1918-ci  ildə  Nuru 
Paşanın  rəhbərliyindəki  Qafqaz  İslam  Ordusunun  Bakını  işğaldan  azad 
etməsi,  1920-ci  ildə  bolşevik  işğalından  sonra  AXC  nümayəndələrinin 
Türkiyəyə  köçməsi,  Sovet  İttifaqı  dönəmində  Azərbaycanda  milliliyin 
qorunub  saxlanılmasında  Türkiyənin  mənəvi  yardımı,  ötən  əsrin  80-ci 
illərində  azadlıq  hərəkatı,  Qarabağ  məsələsində  Türkiyə  ictimaiyyətinin 
Azərbaycana  dəstəyi  və  milli  hərəkat  liderlərinin Türkiyə  meyilli  olması 
Azərbaycan elitasının və cəmiyyətinin Türkiyəni seçməsinə səbəb olub. 
İttifaq  dönəmində  Azərbaycandakı  xalq  hərəkatını  sovetlərin  daxili 
məsələsi kimi görən Türkiyə hökumətləri öz ictimaiyyətindən fərqli olaraq 
həm Qarabağ, həm də milli hərəkata qarşı məsafədə dururdu.
18
 1990-cı ildə 
ABŞ-a səfər edən Türkiyə Prezidenti Turqut Özalın 20 yanvar hadisələri 
haqqında  danışarkən  azərbaycanlıların  şiə  olmasını  vurğulayaraq
19
 
Azərbaycan  məsələsinə  sahib  çıxmaması  Türkiyənin  bu  siyasətinin 
işarəsidir.  Azərbaycanın  müstəqilliyinin  Türkiyə  tərəfindən  tanınması 
prosesində  Rusiyanın  mövqeyi  nəzərə  alınıb.  Dövrün  diplomatlarından 
Bilal  Şimşirin  “Azərbaycanın  müstəqilliyini  tanımağı  ruslara  necə  izah 
edəcəyik?
20
 kimi sual verməsi bu mənada etirafdan xəbər verir. 
Türkiyə  region  ölkələri  üçün  parlament  demokratiyası,  sərbəst  bazar 
iqtisadiyyatını əsas götürən iqtisadiyyat və dünyəvi dövlət sistemini ehtiva 
edən  model  ölkə  olaraq  göstərilir.  Sovet  İttifaqının  dağılmasından  sonra 
Türkiyənin  Cənubi  Qafqazda  əsas  vəzifəsi  Rusiyanın  təsirini  azaltmaq, 
bu  regionun  Qərb  dünya  sisteminə  inetqrasiyasını  təmin  etməkdir.  Bu 
dövrdə Türkiyə qərarvericilərinin əsas məqsədi Cənubi Qafqaz ölkələrini, 
o cümlədən Azərbaycanı köhnə Sovet sistemindən qopardıb, Qərb mərkəzli 
sistemə  inteqrasiya  etməyi  təmin  etmək  olub.  Eyni  zamanda,  Rusiya 
və  İranı  regiondan  uzaqlaşdırmaq,  onların  regional  hadisə  və  dövlətlərə 
müdaxiləsini minimuma endirmək hədəfi güdülüb. 
21
Azərbaycanın müstəqilliyinin ilk illərində Türkiyənin Cənubi Qafqaza 
18   Bilal Şımşır, göstərilən əsəri, s. 178.
19   Milliyet, 19 Ocak 1990, s. 13
20   Bilal Şımşır, göstərilən əsəri, s. 266.
21   Mitat Çelikpala, Güney Kafkasya`da Yeni Jeopolitik Denge, der. Cavid Veliev ve Araz Aslanlı, Güney 
Kafkasya: Toprak Bütünlüğü, Jeopolitik Mücadeleler ve Enerji, Ankara, Berikan, 2011, s.297. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə