1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

39
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Azərbaycanda ciddi mübahisələrə səbəb olub. Hulusi Qılıcın açıqlamasına 
reaksiya  verən  Azərbaycan  Prezidenti  Administrasiyasının  İctimai-
siyasi  məsələlər  şöbəsinin  müdiri  Əli  Həsənov Azərbaycanın  hər  zaman 
Türkiyənin yanında olduğunu və bundan sonra da olacağını qeyd edib. İqtidar 
Partiyası olan Yeni Azərbaycan Partiyasının icraçı direktoru Əli Əhmədov 
Azərbaycanın Türkiyə və ya İsrail arasında seçim etmək məcburiyyətində 
olması halında Türkiyəni seçəcəyini bildirib. 
Səfir Azərbaycanın İsrail ilə münasibətlərini yenidən nəzərdən kecirməyi 
təklif  etsə  də,  tam  mənada Azərbaycandan  İsrailə  qarşı  hansı  tədbirlərin 
görülməsi açıqlanmayıb. Ümumiyyətlə, Türkiyənin istəklərinin nə olduğu 
bilinmir. Türkiyə-İsrail arasında olduğu kimi Azərbaycan-İsrail arasında da 
münasibətlər daha çox hərbi texnologiyalar sahəsindədir. Türkiyənin İsraildə 
səfirliyi  mövcud  olduğu  halda  Azərbaycanın  İsraildə  səfirliyi  mövcud 
deyil, hətta İsrailin Baş naziri Benyamin Netenyahu 1997-ci ildə Heydər 
Əliyev ilə görüşündə bunu xahiş etsə də, indiyə kimi Azərbaycanın İsraildə 
səfirliyi  açılmayıb.
52
  Azərbaycanın  Türkiyə-İsrail  münasibətlərindəki 
rolu haqqında ölkədə fikir ayrılığı mövcuddur. Bir qrup insan Türkiyənin 
İsraillə münasibətini dəyişməsini düzgün hesab etmədiyi halda, digər qrup 
Türkiyəni dəstəkləməyin tərəfdarıdır. Üçüncü qrup məsələdə tərəf olmaqdan 
çox problemin həlli üçün Azərbaycanın vasitəçi ola biləcəyini qeyd edir.  
Ümumiyyətlə, Azərbaycanın iki müttəfiqi arasındakı münasibətlərin daha 
çox zərər görməsi həm Azərbaycanın regional maraqlarına ziddir, həm də 
Azərbaycanı çətin vəziyyətə sala bilər. 
 
Ɔ
Azərbaycanın Şimali Kipr Türk Respublikası (ŞKTR) siyasəti 
Kipr 1571-ci ildə Osmanlı dövləti tərəfindən fəth olunub və Anadoludan 
olan  minlərlə  türkmən  adaya  yerləşdirilib.  1878-ci  ildə  Osmanlı  dövləti 
Rusiya  ilə  müharibədə  İngiltərənin  dəstəyinə  qarşılıq  olaraq  Misir  yolu 
üçün  əhəmiyyətli  olan  Kiprin  idarəçiliyini  İngiltərəyə  verib.  Müqaviləyə 
əsasən, Kipr hüquqi cəhətdən Osmanlıya bağlı olub və vergisini İstanbula 
ödəyib. Lakin 1914-cü ildə Osmanlı dövlətinin İngiltərəyə qarşı Almaniya 
tərəfindən  müharibəyə  girməsi  ilə  İngiltərə  adanı  tamamilə  ələ  keçirib. 
İngiltərənin  idarəçiliyinə  keçəndən  sonra  hər  fürsətdə  Yunanıstanla 
birləşməyi (Enosis
53
) tələb edən Kipr yunanları İkinci Dünya müharibəsi 
52   Elxan Şahinoğlu, “İsraildə səfirlik açmaq lazımdır”, http://www.mediaforum.az/az/2009/05/29/%C4
%B0SRA%C4%B0LD%C6%8F-S%C6%8FF%C4%B0RL%C4%B0K-A%C3%87MAQ-LAZIMDIR-
014429267c02.html, (29.05.2009).
53   “Enosis” yunan dilindən tərcümədə “bir ölkənin sərhədlərinə daxil olmaq”, “birləşmək” mənasını verir. 


40
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
zamanı və ondan sonra adada siyasi təşkilatlanmalarını artırıblar. 1950-ci 
illərdə “Enosis” tələblərinin adada yaşayan türklərə qarşı etnik təmizləmə 
siyasətinə  çevrilməsi  Türkiyədə  ciddi  narahatlıq  yaradıb  və  İngiltərənin 
vasitəçiliyi ilə problemin həlli ilə əlaqədar London və Sürixdə Yunanıstan, 
Türkiyə,  Kipr  və  İngiltərə  arasında  müzakirələr  aparılıb.  Müzakirələr 
nəticəsində  dörd  tərəf  arasında  Kipr  Respublikasının  qurulmasına  aid 
Əsas Müqavilə; İngiltərə, Türkiyə, Yunanıstan və Kipr arasında Zəmanət 
Müqaviləsi;  Kipr  Respublikası,  Türkiyə  və  Yunanıstan  arasında  İttifaq 
Müqaviləsi imzalanıb. Lakin bu müqavilələr problemi həll etməyib və 1964-
cü ildə adaya müdaxilə etmək istəyən Türkiyə ABŞ Prezidenti Consonun 
məktubu ilə durdurulub. 
Kiprdəki  yunanların  lideri  Makarios  ilə  Yunanıstan  arasında 
problemlərin  yaşanması  1974-cü  ildə  Kipr  adasına  Yunanıstanın  hərbi 
müdaxiləsi ilə nəticələnib. Türkiyə tərəfi bu müdaxiləni 1960-cı il Sürix və 
London müqavilələrinin pozulması kimi qiymətləndirib və 20 iyul 1974-cü 
ildə adadakı türkləri qorumaq üçün hərbi müdaxilə edib. Türkiyənin birinci 
müdaxiləsi beynəlxalq aləm tərəfindən etirazla qarşılanmayıb. Türk ordusu 
birinci müdaxilədə çox dar bir sahədə qalmışdı və adada yaşayan türklərin 
65%-i hələ də yunanların idarəsi altında idi. Bunun üçün ikinci əməliyyat 
həyata  keçirildi.  Türkiyənin  bu  ikinci  əməliyyatı  beynəlxalq  aləmin  sərt 
tənqidinə məruz qaldı və BMT Təhlükəsizlik Şurası 1 noyabr 1974-cü ildə 
3212 nömrəli qətnaməni qəbul edərək türk əsgərlərinin adadan çəkilməsini 
istədi.
54
 
1985-ci  il  noyabrın  15-də  isə  Kipr  Türk  Federal  Dövləti  Məclisi 
müqəddəratını  təyin  etmə  hüququndan  yararlanaraq  Şimali  Kipr  Türk 
Respublikasını  (ŞKTR)  elan  edib.  ŞKTR  elan  olunduğu  gündən  sonra 
yalnız Türkiyə tərəfindən tanınıb. Pakistan və Banqladeş ŞKTR-i tanımaq 
istəsə  də,  xarici  təzyiqlər  nəticəsində  geri  addım  atmaq  məcburiyyətində 
qalıblar. Avropa İttifaqı tərəfindən ŞKTR-ə iqtisadi blokada tətbiq olunub 
və bu blokada günümüzə qədər davam edir. 
Türkiyədə seçkilərdən sonra prezident və hökumət başçıları bir qayda 
olaraq ilk səfərlərini ya ŞKTR-ə, ya da Azərbaycana edirlər. Bu üç dövlət 
arasında  bir  çox  regional  məsələlər  haqqında  fikir  birliyi  mövcuddur. 
Türkiyədə  olduğu  kimi  Azərbaycan  cəmiyyəti  də  ŞKTR  məsələsinə 
həssaslıqla yanaşır. 
54   Kipr problemi haqqında ətraflı məlumat üçün baxın: Melek Fırat, “Yunanıstanla İlişkiler”, der. Baskın 
Oran, Türk Dış Politikası: Kurtuluş Savaşından Bugüne: Olgular, Belgeler, Yorumlar. I Cild. İletişim, 1-ci 
Basım 2011, İstanbul, ss.  718-767


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə