1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

37
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
İsrail Türkiyənin hava və quru sahəsindən hərbi təlimlər üçün istifadə edib. 
Türkiyə də öz növbəsində hərbi texnologiya sahəsindəki boşluqlarını İsrail 
vasitəsilə doldurmağa çalışıb. 
Ötən əsrin 90-cı illərində İsrailin adı Cənubi Qafqazdakı qütbləşmələrdə 
Azərbaycan-Türkiyə-Gürcüstan  üçlüyü  ilə  birlikdə  hallanmağa 
başlayıb.  İsrail  və  Türkiyə  vaxtaşırı  Azərbaycanın  mövqeyinin  regionda 
möhkəmlənməsi  üçün  əməkdaşlıq  edib.  Hər  iki  dövlətin  Cənubi  Qafqaz 
siyasəti  üst-üstə  düşürdü  və  ABŞ-ın  regiondakı  müttəfiqi  idilər.  İranın 
regionda  yaymaq  istədiyi  rejimə  qarşı  Türkiyə-İsrail  və  Azərbaycanın 
maraqları üst-üstə düşür. 
İsrail-Azərbaycan  münasibətlərinin  inkişafında  Sovet  İttifaqının 
dağılmasından sonra İsrailə köç edən azərbaycanlı yəhudilərin və Türkiyənin 
böyük rolu olub. Azərbaycanın İsrail ilə müstəqillik dövründən sonra yaxın 
əlaqələr qurmasının özünəməxsus səbəbləri aşağıdakılardır:
1.  Müstəqilliyinin  ilk  illərində  bir  tərəfdən  Ermənistanın  işğalına 
məruz  qalan  Azərbaycan  digər  tərəfdən  beynəlxalq  aləmdə  erməni 
diasporunun hədəfinə çevrildi. 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana 
qarşı  “907-ci  düzəliş”i  qəbul  etməsi  erməni  diasporunun  zəfəri  olaraq 
qiymətləndirilə  bilər.  Bu  illərdə  diaspor  fəaliyyəti  inkişaf  etməmiş 
Azərbaycan yəhudi diasporunun imkanlarından istifadə etmək üçün İsrail 
ilə münasibətlərinə əhəmiyyət verdi. 
49
2.  Qarabağ  müharibəsi  illərində  Ermənistan  erməni  diasporu  və 
Rusiyadan  ciddi  silah  dəstəyi  alırdı,  Azərbaycan  isə  hərbi  texnologiya 
sahəsində çatışmazlıqlarını İsrail ilə əməkdaşlıq edərək aradan qaldırmağa 
çalışırdı.
50
 Hərbi sənaye kompleksi yaratma istəyi Azərbaycanı bu sahədə 
inkişaf etmiş İsrail dövləti ilə əməkdaşlığa sövq edir. 
İsrailin də Azərbaycanla yaxşı münasibətlər qurmaq üçün özünəməxsus 
səbəbləri var. İsrail enerji ehtiyatı olmayan və dünya enerji ehtiyatlarının 
65%-nin  çıxarıldığı  Yaxın  Şərq  regionunda  yerləşməsinə  baxmayaraq, 
enerji zəngini Ərəb qonşuları ilə düşmən vəziyyətində olan dövlətdir. İsrail 
təbii  qaz  və  neft  ehtiyacını  Azərbaycandan  təmin  etməyə  çalışır.  İsrail 
Azərbaycan ilə enerji əlaqələrini Türkiyənin Ceyhan limanı və Qara dəniz 
üzərindən qurur. Fələstin məsələsinə görə İslam dünyasında çox mənfi bir 
obrazı yaranan İsrail bu obrazı dəyişdirmək üçün digər müsəlman dövlətləri 
ilə  (Pakistan,  Türkiyə,  Azərbaycan)  yaxın  əlaqələr  qurmaq  istəyir.  Bu 
49   İlya  Bourtman, “İsrael and Azerbaijan`s Furtive Embrace”, Middle East Quarterly, Summer 2006, pp. 
47-57, p. 48. 
50   İlya  Bourtman, göstərilən əsəri, s. 49.


38
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
mənada  Azərbaycanla  qurduğu  əlaqələr  onun  müsəlman  dünyasında 
obrazının müsbət istiqamətdə dəyişməsinə xidmət edə bilər. 
Bəzi  təhlillərə  görə,  90-cı  illərdə  Türkiyə-İsrail  münasibətlərinin 
yüksələn xətlə inkişafı İsrail hökumətinin Fələstin məsələsində barışa yaxın 
olmasından  irəli  gəlirdi.  2000-ci  ildə  İsraildə  Ariel  Şaron  hökumətinin 
hakimiyyətə gəlməsi ilə birlikdə İsrail sülh prosesindən uzaqlaşdığı üçün 
Türkiyə-İsrail  münasibətləri  dəyişməyə  başlayıb.
51
  Dəyişən  münasibətlər 
regional  hadisələrə  də  təsir  edib.  İraqın  işğalından  sonra  İsrailin  Şimali 
İraqdakı fəaliyyətləri, 2006-cı ildə Fələstində keçirilən seçkilərdə Həmasın 
zəfərindən sonra Həmas Siyasi Bürosunun rəhbəri Halid Meşalın Türkiyə 
tərəfindən qəbul olunması, 2006-cı il İsrail-Livan müharibəsinə Türkiyənin 
sərt  reaksiyası,  2008-ci  ildə  İsrailin  Fələstinə  qarşı  hərbi  əməliyyatı  və 
bu əməliyyatda istifadə etdiyi silahlara Türkiyənin reaksiyası, Ərdoğanın 
Davosda  İsrail  Prezidenti  Şimon  Perezə  qarşı  jesti  və  nəhayət,  “Mavi 
Mərmərə” gəmisində 9 türk vətəndaşının İsrail əsgərləri tərəfindən öldrülməsi 
iki  ölkə  arasında  diplomatik  münasibətlərin  ikinci  katib  səviyyəsinə 
düşməsinə  səbəb  olub.  Əvvəlki  illərdən  fərqli  olaraq  “Davos”  və  “Mavi 
Mərmərə”  hadisələri  sadəcə  siyasi  deyil,  iqtisadi  və  hərbi  münasibətlərə 
də  zərər  verib. Türkiyə-İsrail  münasibətlərində  yaşanan  böhranın  İsrailin 
mövcud  hökumətinin  tutduğu  mövqedən  qaynaqlandığını  müdafiə  edən 
Türk hökuməti beynəlxalq aləmdə hər fürsətdə İsrailin mövcud hökumətinə 
qarşı  sərt  açıqlamalar  verir.  Türkiyə  İsrail-Fələstin  məsələsini  və  İsrailin 
nüvə silahları məsələsini beynəlxalq təşkilatlarda gündəliyə gətirmək yolu 
ilə İsrail hökumətinə təzyiqləri artırmağa çalışır. 
İsrail hökuməti hər fürsətdə Türkiyə ilə münasibətləri düzəltmək istədiyini 
bildirsə də, Türkiyə hökuməti İsrailin Həmas və Fələstin məsələsinə baxış 
tərzi  dəyişməyincə  geri  addım  atmayacağını  bildirir.  Mütəxəssislərin  bir 
çoxu Türkiyənin İsrailə qarşı bu siyasi dəyişikliyini ABŞ-dakı Barak Obama 
administrasiyasının İsrail siyasətinin dəyişməsindən irəli gəldiyini müdafiə 
edir.  Bəzi  mütəxəssislər  isə  Türkiyənin  dəyişən  İsrail  siyasətinin  Yaxın 
Şərqdəki Ərəb xalqlarının dəstəyini almaq məqsədi daşıdığını bildirirlər.  
Türkiyə-İsrail  münasibətlərində  yaşanan  dəyişikliklər  Türkiyədə 
Azərbaycanın  da  Türkiyəyə  açıq  dəstək  verəcəyi  gözləntisini  yaratdı. 
Türkiyənin  Azərbaycandakı  səfiri  Hulusi  Qılıçın  “Türkiyə  Azərbaycana 
görə  Ermənistanla  sərhədlərini  bağlı  saxladı,  Azərbaycan  da  İsrail 
ilə  münasibətlərini  yenidən  gözdən  keçirməlidir”  sözləri  Türkiyə  və 
51   Özlem Tür, “Türkiye-İsrail İlişkileri: Yakın İşbirliğinden Gerilime?”, Orta Doğu Analiz, Nisan 2009, 
Cilt 1, Sayı. 4, ss. 22-29, ss. 23-24. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə