1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

56
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
İki  ölkə  arasında  Strateji  Əməkdaşlıq  Şurasının  qurulması  haqqında 
Birgə  Bəyannamənin  imzalanması  Bakı-Ankara  münasibətlərində  yeni 
keyfiyyət dəyişiklikləri yaratmaqla yanaşı, bütün sahələrdə daha geniş və 
əhatəli addımların atılması üçün əlavə imkanlar formalaşdırır. Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Dövlət Baş-
çılarının X Zirvə Görüşündə iştirakı çərçivəsində Türkiyə Respublikasının 
Prezidenti Abdullah  Gül  və  Baş  nazir  Rəcəb  Tayyib  Ərdoğanla  iki  ölkə 
arasındakı strateji münasibətlərin inkişaf meyillərinə dair fikir mübadiləsi 
aparıb. Prezident İlham Əliyevin Baş nazir Rəcəb Tayyib Ərdoğanla “Çıra-
ğan” sarayında görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Türkiyə 
Respublikası arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının ya-
radılması haqqında” Birgə Bəyannamə imzalanıb. Bəyannamənin imzalan-
ması ilə ölkələr arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm 
qoyub.
Tarixin müxtəlif dövrlərində olduğu kimi son zamanlar da bəzi güclər 
Azərbaycanla Türkiyə arasında nifaq toxumu salmağa hesablanmış addım-
lar atırlar. Daha doğrusu, dünyanı idarə edən bəzi qlobal aktorlar və onla-
rın əlaltıları özlərinin milli və transmilli maraqlarını reallaşdırmaq naminə 
dağıdıcı siyasi aktlar gerçəkləşdirməklə iki qardaş ölkənin münasibətlərinə 
zərbə endirməyə çalışırlar. Məsələn, “Böyük Ortadoğu” layihəsinin növbəti 
halqası olan Türkiyə ilə Ermənistan arasında “Sürix protokolları”nın im-
zalanmasına  cəhd  etməklə  nəhəng  aktorlar  Cənubi  Qafqazda  yeni  ge-
osiyasi  xəritə  yaratmağa  meyil  edirlər.  İşğalçı  Ermənistanın  blokada-
dan  çıxması  məqsədini  də  ehtiva  edən  bu  protokol  Azərbaycan-Türkiyə 
münasibətlərinin  ruhuna  zidd  prinsipləri  daşımaqla  bərabər,  iki  ölkə  ara-
sındakı tarixi təməllərin sarsılması mənasına gəlirdi. Amma Azərbaycanın 
praqmatik siyasi-strateji kursuna paralel olaraq Türkiyə özünün və ən ya-
xın  tərəfdaşının  milli  maraqlarını  zərbə  altına  qoymayaraq  protokolların 
təsdiqlənməsindən  imtina  etməklə  növbəti  dəfə  dünyaya  sarsılmaz  qar-
daşlıq əlaqələrinin əbədiliyini sübut etdi. Rəsmi Ankara birmənalı şəkildə 
bəyan etdi ki, qardaş ölkə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan - 
Ermənistanın işğalına son qoyulmadan sərhədlərin açılması baş tuta bilməz. 
Bundan  başqa,  Qərbin  və  onun  tərəfdaş  aktorlarının  (buraya  bəzi  hərbi-
siyasi alyanslar, bir sıra beynəlxalq təşkilatlar daxildir – müəllif) təxribat 
xarakterli addımları da Bakı-Ankara tandeminin əsaslarını sarsıda bilmədi.
Azərbaycan ilə Türkiyə arasında  yüksək səviyyəli Strateji Əməkdaşlıq 
Şurasının qurulması haqqında bəyannamənin imzalanması siyasi, iqtisadi, 


57
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
hərbi, mədəni-ideoloji və digər sahələrdə daha geniş, əhatəli birgə addımla-
rın atılması üçün yeni imkanlar yaradacaq. Prezident İlham Əliyev bununla 
bağlı bildirib ki, iki ölkə arasında imzalanmış bu sənəd strateji əhəmiyyət 
daşıyır  və  tərəflərin  tam  şəkildə  müttəfiqliyini  nümayiş  etdirir:  “Bu  gün 
həqiqətən tarixi bir gündür və belə bir gündə bərabər olmağımızdan çox 
məmnunam. Əminəm ki, bu gün Türkiyə və Azərbaycan arasında imzalan-
mış tarixi sənəd hər iki ölkənin münasibətlərinin gələcək inkişafını təmin 
edəcək... Bizim xalqlar arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri 
mövcuddur. Bu əlaqələr bu gün zənginləşir və yeni səviyyəyə qalxır. Bu 
münasibətlər, əslində, iki ölkə arasında olan əlaqələrin təməlidir. Möhkəm 
təməl üzərində biz bu əlaqələri qururuq. Azərbaycan dövlət müstəqilliyini 
bərpa etdikdən sonra Türkiyə ilə münasibətləri daim inkişaf edir və bu gün 
bu əlaqələr müttəfiqlik səviyyəsinə qalxır”.
Məhz  belə  bir  kontekstdə,  2006-cı  ildə Antalyada  keçirilmiş Türkdil-
li  Ölkələrin  Dövlət  Başçılarının  Zirvə  Görüşündə  təklif  edilmiş  Türkdil-
li  Dövlətlərin  Parlament  Assambleyasının  yaradılması  türkdilli  ölkələr 
arasında  əməkdaşlığın  mühüm  amili  olub.  Parlament  diplomatiyasının 
əhəmiyyətinin və rolunun xeyli artdığı müasir dünyada bu qurumun yara-
dılması türkdilli ölkələr arasında parlamentlər birliyi şəklində ortaq bir me-
xanizmin qurulmasına və qarşılıqlı münasibətləri gücləndirərək siyasi ba-
xışların uyğunlaşdırılmasına, təcrübə mübadiləsinə, birgə layihələrin həyata 
keçirilməsinə imkan verir.
 
Ɔ
TürkPA çərçivəsində əməkdaşlıq 
2008-ci il fevralın 21-22-də Antalyada Türkdilli Dövlətlərin Parlament 
Assambleyası (TürkPA) ilə bağlı keçirilmiş ilk iclasda Assambleyanın ya-
radılmasına  dair  niyyət  protokolu  imzalanıb.  Martın  27-28-də  Astanada 
keçirilən iclasda isə qurumun yaradılması ilə bağlı sənədlər razılaşdırılıb. 
Nəhayət,  2008-ci  il  noyabrın  21-də Azərbaycan,  Türkiyə,  Qazaxıstan  və 
Qırğızıstan  parlament  rəhbərlərinin  İstanbulda  görüşü  keçirilib.  Görüşdə 
Milli Məclisin  sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan nümayəndə 
heyəti  iştirak  edib.  Tədbir  nəticəsində  “Türkdilli  Dövlətlərin  Parlament 
Assambleyasının  yaradılmasına  dair”  İstanbul  Anlaşması  imzalanıb  və 
TürkPA qurulub. Bu təşkilatın əsas məqsədlərindən biri parlamentlərarası 
əməkdaşlığın  keyfiyyətcə  yeni  mərhələsi  olan  parlament  diplomatiyası 
vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf 


58
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
etdirilməsinə kömək göstərməkdir.
TürkPA-nın  2009-cu  il  sentyabrın  29-da  Azərbaycan  Respublikası 
Milli  Məclisinin,  Qazaxıstan  Respublikası  Parlamenti  Senatının,  Qırğı-
zıstan Respublikası Joqorku Keneşinin, Türkiyə Böyük Millət Məclisinin 
nümayəndə heyətlərinin iştirakı ilə Bakıda keçirilmiş birinci plenar iclası 
qurumun gələcək fəaliyyəti ilə bağlı qərarların qəbul edilməsi baxımından 
əhəmiyyətli  olub.  İclasda  təşkilatın  26  bənddən  ibarət  Nizamnaməsi  və 
katibliyin Əsasnaməsi, habelə iclasın yekunlarına dair Bakı Bəyannaməsi 
qəbul edilib. Bəyannamədə TürkPA çərçivəsində əməkdaşlığın üzv dövlətlər 
arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələri dərinləşdirməyin, xalq-
ları bir-birinə daha da yaxınlaşdırmağın mühüm bir vasitəsi olduğu, parla-
ment diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialo-
qun daha da inkişaf etdiriləcəyi, regional və qlobal təhlükəsizliyi qorumaq 
məqsədi  ilə  müxtəlif  təşəbbüslərin  irəli  sürülməsi  və  həyata  keçirilməsi 
üçün əlverişli siyasi meydan açacağı qeyd olunur.
Türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində, həmçinin 
TürkPA-nın yaradılması prosesində Türkiyə və Azərbaycan xüsusi rol oy-
nayıb. Türkdilli ölkələrin birliyinin yaradılması təşəbbüsünü irəli sürmüş 
və bu işdə böyük səylər göstərmiş Türkiyə ilə yanaşı Azərbaycan da bu 
ideyaların  həyata  keçirilməsi  yönündə  intensiv  fəaliyyət  göstərib,  türk-
dilli ölkələrin birliyinin yaradılması və inkişaf edilməsi ideyasını özünün 
xarici  siyasətinin  mühüm  prioritet  istiqamətlərindən  biri  kimi  müəyyən 
edib.  Azərbaycanın  eyni  vaxtda  həm  TürkPA-nın  ilk  plenar  iclasına, 
həm  də  dövlət  başçılarının  zirvə  toplantısına  ev  sahibliyi  etməsi  onun 
bu birliyə nə dərəcədə əhəmiyyət verməsinin göstəricisi idi. Azərbaycan 
Prezidenti İlham Əliyevin türk birliyini dəstəkləməsi ilə bağlı dəfələrlə 
bəyanatlar  səsləndirməsi  bu  istiqamətdə  siyasi  iradənin  nümayişi  kimi 
başa düşülməlidir: “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında 
birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, 
bizim  köklərimizdir.  Eyni  zamanda,  bu,  bugünkü  vəziyyətin  reallıqları-
dır”. Təşkilatın Daimi katibliyinin Bakıda yerləşdirilməsi Azərbaycana bu 
prosesdə xüsusi rolun ayrılması anlamına gəlir. Çünki hazırda Azərbaycan 
Türkiyə ilə Mərkəzi Asiya arasında siyasi, iqtisadi və strateji əhəmiyyət 
daşıyan körpü funksiyasını həyata keçirir.
Türkmənistan və Özbəkistanın türkdilli ölkələr arasındakı əməkdaşlıqda 
zəif iştirak etməsi və xüsusilə TürkPA-nın üzvləri sırasında olmaması türk-
dilli ölkələr arasındakı inteqrasiya proseslərinə mənfi təsir göstərir. Əlbəttə, 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə