1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

79
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
Şirkəti  ilə  “BOTAŞ”    İnterneşnal  Limitid  arasında  qaz  satışı  sazişləri, 
ARDNŞ və “BOTAŞ” arasında qaz tranziti sazişi və Azərbaycan mənşəli 
qazın Türkiyə ərazisi vasitəsilə tranziti üçün şərt və qaydaları müəyyən 
edən  çərçivə  sazişi  daxildir.  Sazişlərə  uyğun  olaraq  Türkiyədən  tranzit 
ya  “BOTAŞ”-ın  mövcud  ötürmə  şəbəkəsinin  modernləşdirilməsi,  ya  da  
Türkiyə  ərazisində  yeni  bir  boru  kəmərinin  yaradılması  yolu  ilə  həyata 
keçiriləcək.  Bu  sənədlər  “Şahdəniz”  yatağının  tammiqyaslı  işlənməsi 
üçün və Azərbaycanın Xəzərdəki bu nəhəng qaz yatağından “Mərhələ-2” 
qazını  Türkiyəyə  və  Avropa  bazarlarına  çıxarmaq  üçün  imkanlar  açır. 
“Şahdəniz”  yatağının  işlənilməsinin  2-ci  mərhələsi  Azərbaycan  qazını 
Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni 
“Cənub  qaz  dəhlizi”  vasitəsilə  Avropa  bazarlarına  qaz  təchizatını  və 
enerji təhlükəsizliyini artıracaq. Layihənin 1-ci mərhələsində hasil olunan 
ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz əlavə 
ediləcəyi gözlənilir. Bu, dünyada ən böyük qaz işlənməsi layihələrindən 
biridir
26
.
 
Ɔ
Monetar və maliyyə sahəsində əməkdaşlıq
“Azərbaycan  Respublikası  ilə  Türkiyə  Respublikası  arasında 
uzunmüddətli  iqtisadi  əməkdaşlıq  Proqramı  və  İcra  Planı”na  görə, 
Azərbaycan  və  Türkiyə  bankları  arasındakı  əlaqələrin  daha  da  inkişaf 
etdirilməsi məqsədilə əməkdaşlıq davam etdiriləcək. Azərbaycanda kapital 
bazarı  və  birjaların  inkişafı  məqsədilə  əməkdaşlıq  aparılacaq,  bu  sahədə 
Azərbaycanın ehtiyac duyduğu texniki yardım və mütəxəssisləri imkanlar 
çərçivəsində Türkiyə təmin edəcək
27
.
Ortaq  monetar  məkanın  qurulmasında  milli  valyutaların  rolu 
danılmazdır.  Yeni  türk  lirəsi  (TRY)  yeni  Azərbaycan  manatı  (AZN) 
qarşısında  son  5  ildə  müxtəlif  məzmunlu  faktorların  təsiri  ilə  dəyişkən 
məzənnə  sərgiləyib.  2006-cı  ilin  ortalarına  qədər  davam  edən  lirədə 
dalğalı  ucuzlaşmanı,  2008-ci  ilin  əvvəllərinə  qədər  davam  edən  dalğalı 
bahalaşma əvəz edib. 2008-ci ilin əvvəllərindən 2009-cu ilin əvvəllərinə 
qədər  isə  durğunluq  və  yenidən  lirənin  manat  qarşısında  bahalaşması 
dönəmi olub. 2009-cu ilin aprelində isə lirə bir qədər bahalaşaraq 1 TRY 
= 0.5 AZN həddinə çatıb. Ancaq 2010-2011-ci illər ərzində bu məzənnədə 
26   http://socar.az/3889-news-view-az.html 
27   http://e-qanun.az/print.php?internal=view&target=1&docid=13851&doctype=0 


80
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
dəyişikliklər olub. 2011-ci ilin ortalarına doğru yeni türk lirəsi daha da 
ucuzlaşaraq  1  TRY  =  0.42  AZN  həddinə  düşüb
28
.  Dolayısı  ilə  lirənin 
uzunmüddətli  bahalaşma  trendinə  keçəcəyi  ehtimalı  o  qədər  də  yüksək 
deyil. Manat təqribən eyni reaksiyanı avro və dollar qarşısında da göstərib. 
Lirə  isə  avro  və  dollar  qarşısında  qısa  vaxt  intervalında  daha  dəyişkən 
və fluktual məzənnəyə malik olur və onun qlobal valyuta bazarında baş 
verənlərə təbii olaraq daha həssas olduğunu söyləmək olar. Azərbaycanın 
Türkiyə  ilə  qarşılıqlı  ticarət  əməliyyatları  hesablaşmalarının  üçüncü 
ölkə  valyutasından  istifadə  etmədən  manat-lirə  bazasında  aparılması 
perspektivi realdır. Çünki qarşılıqlı ticarət dövriyyəsi artdıqca tranzaksiya 
və  mübadilə  xərclərini  azaltmaq  üçün  üçüncü  valyutadan  istifadə 
etməyərək,  ödəmələrin  birbaşa  manat-lirə  bazasında  aparılması  zərurəti 
də artır.
 
 
Ɔ
Yekun 
Azərbaycanla  Türkiyə  arasındakı  ticarət  və  investisiya  həcminin 
yüksələn dinamikasına baxmayaraq, fikrimizcə, ümumi dövriyyə qarşılıqlı 
potensialı  əks  etdirmir.  Çıxış  yolu  kimi  isə  Türkiyədən  Azərbaycana 
idxal edilən sənaye və investisiya təyinatlı malların, o cümlədən xammal 
və  yarımfabrikatların  gömrük  rüsum  və  vergilərindən  azad  olunmasını 
vurğulamaq  istərdik.  Digər  ticari  mallar  üzrə  isə  tətbiq  olunan  gömrük 
rejimi qaydaları və rüsum səviyyələri saxlanıla bilər. Eyni zamanda, türk iş 
adamlarının Azərbaycandakı nisbətən ucuz işçi qüvvəsi və daha az istehsal 
xərclərindən  yararlanaraq  istehsallarını  burada  qurmaları  və  Azərbaycan 
üzərindən  Orta Asiya  və  digər  region  ölkələrinə  mallarını  ixrac  etmələri 
səmərəli olardı. MDB ölkələrinə (Türkmənistan istisna olmaqla) güzəştli 
gömrük rejimi tətbiq olunur. Azərbaycanın türk mallarını reeksport etmək 
imkanları da genişdir. İki ölkə arasında qeyri-tarif baryerlərinin (non-tariff 
barriers) də yumşaldılması mühümdür.
Regionda  Rusiya-Gürcüstan  konflikti,  Yaxın  Şərqdə  baş  verənlər  və 
Ermənistanla sərhədlərin açılması ajiotajı nəticəsində yaranan yeni reallıqlar 
və bunun ikitərfli əlaqələrə təsiri məsələsi nəzərdən keçirilməlidir. Bölgədəki 
enerji layihələrinin (“Nabukko”, “Mavi axın 2”, “Cənub axını”) perspektivi, 
Azərbaycan və Türkiyənin bu istiqamətdə regional aktorlarla, o cümlədən 
28   http://www.cbar.az (2011) 


81
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
Avropa Birliyi ilə əlaqələri, həmçinin ikitərfli yeni enerji müqavilələrinin 
mümkün şərtlərinin müzakirəsi isə növbəti istiqamət olacaq.
Azərbaycan  və  Türkiyə  arasında  qaşılıqlı  ticarət  dövriyyəsi  və 
investisiya  qoyuluşları  mütləq  ölçüdə  artsa  da,  bu,  xüsusən  son  qlobal 
iqtisadi  böhrandan  sonra  daha  təhlükəsiz  bazarların  arandığı  dövrdə 
iqtisadi əməkdaşlığın tam potensialını əks etdirmir. İkitərəfli investisiya və 
ticarət əlaqələrinin qarşısında duran milli qanunvericilik, gömrük və vergi 
sistemlərinin tələbləri ilə bağlı, həmçinin, qarşılıqlı əməkdaşlıq üçün sənaye 
və kənd təsərrüfatı ilə yanaşı, digər klasterlərin tam müəyyən edilməməsi 
ilə əlaqədar problemlər geniş müzakirə olunmalıdır.
Türkiyənin  iqtisadi  baxımdan  aktiv  regionlarında  Azərbaycanın 
investisiya  imkanlarının  tanıdılması  və  eyni  zamanda,  Azərbaycanda 
həmin  işin  görülməsi  vacibdir.  Sahibkarlıq  subyektləri  üzrə  yoxlamalar 
və  mövcud  lisenziyalaşdırma  prosesinin  çətinliyi,  ölkədə  müntəzəm 
qalmadıqları üçün Türkiyədən gələn işçilərin tibbi sığortasının olmaması 
da  problemlər  sırasındadır.  İqtisadi  inteqrasiya  səviyyəsi  də  iki  ölkənin 
potensialına cavab vermir. Türkiyədə qlobal maliyyə böhranının təsiri ilə 
hələ  də  bir  sıra  sənaye  müəssisələrində  durğunluq  hökm  sürür.  Onların 
bir  qismi  müəyyən  təşviqlər  ilə  Azərbaycana  köçürülsə,  buradan  çox 
perspektivli MDB ölkələri bazarlarına nəqliyyat baxımından daha rahat, 
iqtisadi baxımdan daha sərfəli şərtlərlə çıxış əldə edə bilərlər. Türkiyə tərəfi 
Azərbaycanda çalışan türk şirkətlərinin güzəştli şərtlərlə kreditlərlə təmin 
olunmasına da diqqət ayırmalıdır. Hər iki ölkənin şirkətlərinin qarşılıqlı 
şəkildə  özəlləşdirmə  müsabiqələrinə  daha  aktiv  şəkildə  qoşulmalarına 
ehtiyac  var.  Ölkələrimiz  arasında  təhsil,  mədəniyyət  və  digər  sosial 
əlaqələrin  də  inkişafına  xüsusi  diqqət  verilməlidir.  Standartlaşdırma  və 
sertifikatlaşdırma  sistemlərinin  uyğunlaşdırılması,  ticarət  logistikası 
imkanlarından bərabər istifadə ilə bağlı əməkdaşlıq da gücləndirilməlidir. 
Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin, xüsusilə investisiya 
əlaqələrinin  koordinasiyası  və  mövcud  vəziyyətin  müntəzəm  nəzərdən 
keçirilməsi  üçün  “Azərbaycan-Türkiyə  Qarşılıqlı  Sərmayələr  üzrə 
Məşvərət  Şurası”nın  təsis  edilməsi  iqtisadi  inteqrasiyanı  gücləndirən 
addım olardı. 
Baxmayaraq  ki,  ikitərəfli  mədəni  əlaqələr,  sivil  toplum  səviyyəsində 
əlaqələrdən daha aktivdir və onun əsas təşkilatçısı hökumət təşkilatlarıdır, 
aşkardır  ki,  sosial  əlaqələri  daha  da  kütləviləşdirmək  lazımdır.  Elə  bir 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə