1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

86
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
iştirakı olmadan hər hansı bir yatağın istismar olunması və böyük layihələrin 
həyata  keçirilməsi  yolverilməz  idi.  İranın  bu  istiqamətdə  maneçilik 
törətməməsi  üçün  o  zamankı  hakimiyyət  ABƏŞ-də  pay  ayırmaqla  İranı 
layihənin reallaşmasında maraqlı tərəf edir. Lakin Bakının bu planı ABŞ 
hökuməti və şirkətləri tərəfindən müsbət qarşılanmır və onlar ABƏŞ-i tərk 
edəcəklərini bildirərək Bakıya təzyiq göstərirlər. Bunun nəticəsində, 1995-
ci  ilin  əvvəlində Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  (ARDNŞ, 
ingiliscə “SOCAR”) payının yarısını satmalı olur və “TPAO” bunu alaraq 
payını 6,75%-ə çatdırır
4
. Lakin “TPAO”-nun payının artması neftin xarici 
bazarlara daşınması üçün boru kəmər marşrutu məsələsini həll etmirdi. 
BTC layihəsi ilə Türkiyə ilk dəfə Azərbaycanın enerji sektoruna daxil 
olur və bu əməkdaşlığı 1996-cı ildə “Şahdəniz” qaz yatağının 9% payına 
sahib olması ilə uğurla davam etdirir. Bu cür manevrlər və Azərbaycanın 
artan gəlirləri nəticəsində Türkiyə Azərbaycan üçün enerji investorundan 
daha  çox  enerji  tərəfdaşına  çevrilir.  1999-cu  ildə  Azərbaycan-Türkiyə-
Gürcüstan  tərəfindən  BTC-nin  tikilməsinə  dair  hökumətlərarası  sazişin 
imzalanması  qaz  sahəsində  əməkdaşlıq  üçün  yeni  qapı  açır  və  yeni  İpək 
Yolunun təməlini qoyur. 
Şərq-Qərb  enerji  dəhlizi  Ankara  və  Bakı  arasında  siyasi  və  iqtisadi 
əlaqələri  möhkəmləndirsə  də,  Türkiyənin Azəbaycanda  investisiyalarının 
artımına gətirib çıxarmır. Türkiyə Azərbaycandan ildə 6,6 milyard kubmetr 
qaz idxal edir, lakin buna baxmayaraq türk şirkətləri ölkədə həddən artıq 
passiv rol oynayırlar. “Şahdəniz”də az paya sahib olan “TPAO” şirkəti heç 
vaxt  strateji  məsələlərdə  söz  sahibi  olmayıb.  Vəziyyət  2001-ci  ildə  qaz 
sazişinin yenidən razılaşdırılması zamanı daha da pisləşir. “TPAO” dövlət 
şirkəti olduğundan ABƏŞ-in digər üzvləri onun danışıqlara qatılmamasını 
tələb  edirdilər.  Buna  görə  də  Azərbaycan  qazının  nəqli  məsələsində 
danışıqlara “TPAO” şirkətindən heç kəs xüsusi olaraq cəlb edilməyib.  
 
Ɔ
İnvestisiyalar 
Son bir neçə il ərzində Türkiyənin Azərbaycana investisiyaları kəskin 
dərəcədə azalıb. Türkiyənin iki ən böyük dövlət şirlkəti olan “BOTAŞ” və 
“TPAO” Azərbaycana,  ümumiyyətlə,  investisiya  yatırmır
5
. Azərbaycanın 
4   “Baku-Tbilisi-Ceyhan Pipeline: Oil Window to the West”, edited by S. Frederick Starr and Svante 
E. Cornell 
http://www.silkroadstudies.org/new/inside/publications/BTC.pdf
 
(October 23, 2011)
5   Bağırov Sabit (2007) Azərbaycan nefti: gəlirlər, xərclər və risklər (Bakı: Mərkəzi Avropa Universiteti).


87
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
neft  gəlirləri  perspektivini  nəzərə  alaraq  bu  şirkətlər  indi  Yaxın  Şərq 
ölkələrinə  xüsusilə  İraqın  neft  “upstream”  sahəsinə  investisiyaların 
yatırılmasına  üstünlük  verirlər.  Son  on  ildə  Azərbaycanda  yeni  neft 
yataqlarının  quru  çıxması  nəticəsində  bir  çox  enerji  şirkətləri  hasilat 
məkanlarını  tərk  edib.  Məsələn,  Türkiyənin  “TEKFEN  Construction” 
şirkəti mütəmadi şəkildə Azərbaycanda enerji infrastrukturlarının tikilməsi 
və reabilitasiya olunmasına dair sazişlərə imza atıb. Ən iri sazişi 2007-ci 
ildə Sənqəçalda Cənub dəhliz boru xəttinin qaz ixrac terminalının tikilməsi 
idi
6
.  Rəsmi  Bakı  və  Ankara  arasında  əməkdaşlıq  güclənsə  də,  son  bir 
neçə il ərzində Azərbaycanın enerji sektoruna Türkiyə tərəfindən yatırılan 
investisiyaların həcmində artım müşahidə edilmir. 
Bu, iki səbəblə bağlıdır. Bir tərəfdən Azərbaycanda yalnız qaz “upstream” 
layihələri cəlbedicidir və hər türk şirkəti mürəkkəb Xəzər mühitində qazın 
hasil olunması üçün nə texnoloji, nə də maliyyə imkanlarına malikdir. Digər 
tərəfdən isə Türkiyənin digər qonşuları daha cəlbedici investisiya məkanına 
çevrilirlər.  Nəzərə  alaq  ki,  İraq  böyük  həcmdə  neft  və  qaz  potensialına 
malikdir  və  buna  görə  də  həmin  ölkə  Türkiyənin  ən  böyük  enerji 
investisiya məkanına  çevrilib. Bundan  əlavə, rəsmi Ankaranın  bu  ölkədə 
siyasi  ambisiyaları  da  mövcuddur.  Türkiyənin  hazırkı  hakimiyyətinin 
məqsədlərindən  biri  ərəb  ölkələri  və  İraqa  siyasi  təsirini  bərpa  etmək  və 
Osmanlı  imperiyası  dönəmində  olduğu  kimi  bu  təsirin  coğrafiyasını 
genişləndirməkdir.
İki  ölkə  arasında  enerji  münasibətlərinin  ilk  on  illiyində  Türkiyənin 
Azərbaycana  olan  məhdud  enerji  investisiyaları Azərbaycanın  Türkiyədə 
məhdud  investisiyaları  ilə  əvəz  olunur.  2005-ci  ilədək  Azərbaycan 
Türkiyədə, xüsusilə enerji sektorunda investisiyaların yatırılması iqtidarında 
deyildi.  2000-ci  ilədək  ölkəyə  daxil  olan  neft  gəlirlərinin  əsas  hissəsi 
dövlət  büdcəsinin  kəsirlərinin  aradan  qaldırılması  üçün  xərclənirdi.  Neft 
Fondunun yaradılması və faktiki fəaliyyətindən sonra neft gəlirlərinin bir 
qismi Azərbaycan iqtisadiyyatını saxlamaq üçün sərf olunurdu. Lakin son 
illərdə dövlət büdcəsinə ən çox gəlir verən ARDNŞ Azərbaycandan kənarda 
da fəaliyyətinin artırılması üçün yatırımlar edir.
Ölkənin  yürütdüyü  enerji  siyasəti  nəticəsində  ARDNŞ-in  bu  qədər 
sürətlə güclənməsi və zənginləşməsi yaxşı mənada təəccüb doğurur. On beş 
il ərzində təcrübə toplayıb və gəlirlərini artıraraq həm şirkət, həm də ölkənin 
maraqlarına  uyğun  xaricdə  neft  “downstream”  bazarlarına  investisiyalar 
6   
http://www.tekfeninsaat.com/achievements_awards.asp
  (October 24, 2011)


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə