1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

92
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
verirmi? “Hub” sadəcə olaraq müxtəlif boru xətlərinin kəsişmə nöqtəsidir, 
yoxsa real və həqiqi ticarət məkanı?      
Avropanın  digər  ölkələri  də  bu  cür  xüsusiyyətə  malikdirlər  və 
regionun enerji alış-satış mərkəzinə çevrilmək niyyətindədirlər. Onları da 
Avropanın tranzit mərkəzi adlandırmaq olarmı? Məsələn, İtaliya Əlcəzair 
və Liviyadan qaz alır və qazın bir hissəsinin şimala - İsveçrə və Avstriyaya 
tranzitini  həyata  keçirir.  Regionun  “ITGI”  (Türkiyə-Yunanıstan-İtaliya 
İnterkonnektoru)  və  “TAP”  (Transadriatik  boru  xətti)  layihələri  İtaliyaya 
və  oradan  da  şimal  istiqamətinə  -  digər  qonşu  ölkələrə  qaz  ötürülməsini 
planlaşdırır. Əgər “hub” dedikdə boru kəmər qovşağı nəzərdə tutulursa, o 
zaman İtaliya, Yunanıstan və Bolqarıstan regionun enerji “hub”ı adlanmaq 
iddiasında çıxış edə bilərlər. 
Türkiyə  boru  kəmərlərinin  qovşağı  olmaq  meyarlarına  cavab  verir. 
Yuxarıda qeyd olunan, mövcud və planlaşdırılan bütün boru kəmərlərinin 
ehtiyac  yarandıqda  əks  istiqamətdə  işləməsi  də  mümkündür.  Bu  fakt 
regional  kontekstdə  olduqca  vacibdir,  cünki  gələcəkdə  istənilən  qaz 
gıtlığının qarşısını ala bilər. 
Enerji ilə bağlı Türkiyənin böyük ambisiyaları var. O, enerjinin ticarət 
mərkəzinə çevilmək istəyir. Bu amil əsasən qaza aiddir. Neftlə bağlı qeyd 
etmək  lazımdır  ki,  Türkiyə  sadəcə  dünyanın  nəhəng  neft  boru  xətlərinin 
kəsişdiyi məkan deyil. Azərbaycan və İraq neftini dünya bazarlarına çıxaran 
Ceyhan  limanı  artıq  qiymət  formalaşdıran  bir  məkana  çevrilib.  Ceyhan 
həmçinin Azərbaycan və İraqla yanaşı, Rusiya, Qazaxıstan və İran neftini 
dünya  bazarlarına  çıxarma  potensialına  malikdir.  Burada Anadolu  ticarət 
mərkəzi yaradaraq, regionun neft bazarında qiymət standartını formalaşdıra 
bilər.  Lakin  qeyd  etmək  lazımdır  ki,  açıq,  beynəlxaq  bazar  mühitində 
fəaliyyət göstərmək və xammalın alış və satışından gəlirini artırmaq üçün 
Türkiyə  məhsula  dəyər  əlavə  etməli  və  dəyər  zənciri  yaratmalıdır.  Bu, 
sadəcə xam nefti bir qiymətə alıb, onu daha yüksək qiymətə satmağı nəzərdə 
tutmur. Bu, əsasən neft-kimya və ya neft emalı müəssisələri şəklində həyata 
keçirilə bilər. Bu səbəbdən Türkiyə və Azərbaycan uğurlu və aktiv şəkildə 
“PETKİM” neft-kimya zavodunun tikilməsini həyata keçirir. Azərbaycan 
tərəfindən layihəyə 13 milyardadək investisiyanın ayrılması nəzərdə tutulur. 
Oktyabrın 26-da təməli qoyulan neft emalı və neft-kimya zavodu Türkiyəni 
dəyər  zəncirinə  çəvirəcək.  Bundan  əlavə,  Türkiyə  Ceyhanda  maye  qaz 
(LNG) zavodunun tikilməsini planlaşdırır və bu da Ceyhanın əsas ticarət 
“hub”ına çevrilməsini təmin edəcək. 
Qazla  bağlı  “hub”  məkanında  bir  çox  istehsalçı  və  istehlakçı  açıq  və 


93
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
şəffaf bir bazarda fəaliyyət göstərir. Bu cür “hub”ın yaranması tək buradan 
boru  xətlərinin  keçməsi  anlamına  gəlmir,  hər  şeydən  öncə,  bu,  bazarın 
liberallaşması deməkdir. 2001-ci ildə Türkiyədə qaz bazarı haqqında 4646 
nömrəli qanunun qüvvəyə minməsi ilə bazarın liberallaşması rəsmi məqsədə 
çevrilib. Qanun yüksək keyfiyyətli qazın stabil və rəqabətə davamlı qiymətə 
satışını  təmin  edir.  Qanun,  xüsusilə  özəl  şirkətlərin  azad  şəkildə  bazara 
daxil  olmasını,  qaz  təminatında  “Botaş”  şirkətinin  inhisarçılığının  ləğv 
edilməsini,  istifadəçilərə  maraqlarını  təmin  etməklə  uyğun  qiymətlərin 
təklif  olunmasını  və  qazpaylayıcı  sistemin  liberallaşmasını  nəzərə  alır. 
Bundan  əlavə,  real  “hub”  dedikdə  qazın  idxalı  və  ixracında  yüksək 
rəqabətin mövcudluğu nəzərdə tutulur. Həmçinin, “Botaş” qaz boru sistemi 
haqqında qaz istehsalçısı olan ölkələr üçün şəffaf məlumata girişin, habelə 
şirkətə məxsus boru xətlərinin ümumi həcmi və boş qalan həcmi haqqında 
məlumatın açıq və əlçatan olması ölkənin “hub”a çevrilməsinə böyük töhfə 
verəcək. 
Lakin 4646 nömrəli qanunun qəbulundan 10 il keçməsinə baxmayaraq, 
“Botaş” bu ilin oktyabr ayınadək ölkənin 80-90% bazarına nəzarət edirdi. 
Azərbaycan və Türkiyə arasında imzalanan tranzit haqqında saziş “BOTAŞ” 
şirkətinin monopolyasına son qoyur və ölkənin yaxın bir neçə ildə həqiqi 
qaz “hub”ına çevrilməsinə imkan yaradır.
 
Ɔ
Azərbaycanla Türkiyə arasında imzalanan İzmir tranzit sazişi 
2010-cu  ilin  iyununda  tranzit  və  qazın  qiymətlərini  razılaşdırdıqdan 
və  memorandum  imzaladıqdan  sonra  bir  ildən  artıq  idi  ki,  Türkiyə  ilə 
Azərbaycan arasında fasiləsiz danışıqlar davam edirdi. Nəhayət, bu proses 
2011-ci  il  oktyabrın  26-da  İzmir  şəhərində  Prezident  İlham  Əliyev  və 
Türkiyənin Baş naziri Rəcəb Tayyıb Ərdoğanın tranzit sazişi imzalaması 
ilə başa çatdı.
Saziş  Cənub  qaz  dəhlizinin  reallaşması  üçün  qarşıda  duran  əsas  və 
sonuncu maneəni - tranzit problemini həll etməklə layihənin reallaşmasını 
bir  qədər  də  asanlaşdırdı.  Sazişə  əsasən,  Azərbaycan  “Şahdəniz”  qaz 
yatağının  ikinci  fazasında  (2017-ci  ildən  etibarən)  əldə  etdiyi  illik  6,6 
milyard m
3
 qazı Türkiyəyə və ildə 10 milyard m
3
 qazı Türkiyə ərazisi ilə 
Avropa bazarlarına ixrac edəcək. 
İki ölkə arasında tranzit sazişinin imzalanması Azərbaycan, Türkiyə və 
Avropa enerji münasibətlərində yeni mərhələyə start verir. Qaz təchizatının 
60%-dən  100%-ədək  hissəsini  yeganə  mənbədən  –  Rusiyadan  alaraq, 


94
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
ondan asılı vəziyyətə düşən Cənub-Şərqi Avropa ölkələri və Balkan regionu 
“Şahdəniz”  yatağının  ikinci  fazasının  hasilatından  sonra  (2017-ci  ildən 
etibarən) enerji təhlükəsizliyi baxımından daha əlverişli vəziyyətə düşəcək. 
Cənub-Şərqi Avropa ölkələri və Balkan regionu üçün enerji təhlükəsizliyi 
olduqca  vacibdir,  çünki  bir  ölkədən  asılılıq  və  həssaslıq  ölkələrin  milli 
təhlükəsizliyinə  də  təhdid  ola  bilər.  Bu  baxımdan,  yeni  mənbədən  – 
Xəzər regionundan qərb istiqamətində qazın nəqli çox vacibdir və Avropa 
Azərbaycan qazının qərb istiqamətində nəqlində olduqca maraqlıdır. 
Gələcəkdə  “Şahdəniz”in  ikinci  fazasından  başqa,  yeni  aşkar  olunmuş 
və  hazırda  inkişaf  etdirilən  yataqlardan  (“Abşeron”,  “Ümid”,  “Babək”, 
“Zəfər-Məşəl”, “Naxçıvan” və s.) əldə olunan qazın da Türkiyə üzərindən 
Avropa bazarlarına nəqli nəzərdə tutulur. Hər biri 200 milyard m
3
-dən 400 
milyard m
3
-dək qaz ehtiyatına malik olan “Ümid”, “Babək” və “Abşeron” 
yataqlarından əlavə 10 milyard m
3
 qazın ixracı 2020-ci ildən sonra mümkün 
olacaq.  Başqa  sözlə, Azərbaycan  2020-ci  ildən  sonra Avropa  bazarlarına 
qazın ixracat həcmini 20 milyard m
3
-ə çatdırmaq iqtidarındadır. 
Bundan əlavə, sentyabrın 12-də Avropa İttifaqının (Aİ) Şurası və Avropa 
Komissiyası  Transxəzər  boru  xəttinin  reallaşmasına  dair  Azərbaycan  və 
Türkmənistanla  vahid  qurum  kimi  danışıqlar  aparılması  və  danışıqların 
sonunda hüquqi gücə malik olan sazişin imzalanmasını qərara alıb. 
Bu  qərar  Avropa  İttifaqının  vahid  xarici  enerji  siyasəti  həyata 
keçirilməsində  mühüm  inkişafdan  xəbər  verir  və  Aİ-nin  layihədə  nə 
qədər  maraqlı  olduğunu  nümayiş  etdirir.  Hər  zaman  regionda  Rusiyanın 
maraqlarını nəzərə alan və onunla ehtiyatlı siyasət yürüdən Aİ ilk dəfədir ki, 
Rusiyanın maraqlarına zidd olan addım atır və bu məsələdə kəskin qərarlı 
olduğunu bildirir. Bu qərar Cənub qaz dəhlizinin reallaşmasına geniş imkan 
yaradır, xüsusilə Aİ üçün strateji və ən böyük layihə olan “Nabukko”nun 
həyata keçməsi üçün qaz həcminin qıtlığı probleminə də son qoyur.            
Transxəzər boru xətti regionun ən böyük və əlverişli “hub”ına çevrilməsi 
üçün Türkiyənin imkanlarını və rolunu daha da artırır. Bu layihə vasitəsilə 
Türkmənistan  Azərbaycan  və  Türkiyə  ərazisindən  ilkin  olaraq  ildə  10 
milyard m
3
, gələcəkdə 20 milyard m
3
 və daha artıq qazı Avropa bazarlarına 
nəql edəcək. Layihəyə gələcəkdə Özbəkistan və Qazaxıstanın da qoşulması 
mümkündür. 
Lakin Aİ-nin Transxəzər layihəsinə dair apardığı siyasəti kifayət qədər 
düşünülmüş  adlandırmaq  olmaz.  Avropa  İttifaqı  öncə  infrastrukturun 
qurulması  siyasətini  irəli  sürüb.  İngiltərənin  geoloji  şirkəti  “Glaffney, 
Cline&Assosiate”-in  verdiyi  məlumata  görə,  Türkmənistanın  sübut 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə