1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

82
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
qarşılıqlı  effektiv  platformalar  formalaşdırılmalıdır  ki,  mədəni  təsisatlar, 
sivil toplum qurumları, universitetlər, araşdırma mərkəzləri hökumətlərin 
çağırışı olmadan da ikitərəfli iqisadi, mədəni, elmi, tarixi, sosial və ekoloji 
əlaqələrin inkişafına töhfə verə bilsinlər 
29
.  
29   Qeyd: yazıda istinad edilən əlavə mənbələr bunlardır:  http://www.deik.org.tr; http://www.setav.org; 
http://www.sam.gov.tr


83
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
 
Ɔ
Giriş
Azərbaycan  və  Türkiyənin  siyasi,  hərbi  və  iqtisadi  münasibətləri 
son iyirmi il ərzində daha aktiv inkişaf etməyə başlayıb. Hər iki ölkənin 
möhkəm etnik, tarixi və coğrafi bağlılığı olsa da, siyasət və enerji sahələri 
üzrə  münasibətlərdə  müəyyən  boşluqlar  qalmaqdadır.  “Yüksək  siyasətə” 
(high politics) aid olan siyasi və hərbi əməkdaşlıq hələ də hər iki ölkə üçün 
prioritet təşkil etmir. Halbuki, “aşağı siyasətə“ (low politics) aid olan ticarət 
və enerji münasibətləri daha önəmli forma alaraq, öz anlamından çıxıb və 
əgər belə demək mümkünsə, “yüksək siyasət” təəssüratı bağışlayır. Xüsusilə 
enerji əməkdaşlığı digər sahələrdəki münasibətlərə təsir göstərərək, onları 
yaxşılaşdırmaq  və  ya  pisləşdirmək  gücünə  malikdir.  Enerji  məsələləri 
kommersiya  və  mənfəətlə  bağlı  olduğundan  hər  iki  ölkə  qərar  verdikdə 
“rasional  seçim”  nəzəriyyəsinə  uyğun  olaraq  milli  maraqlarından  çıxış 
edir. Bu halda yuxarıda qeyd etdiyimiz etnik, tarixi və coğrafi bağlılıq kimi 
amillər qərarların qəbul olunmasında təsiredici gücə malik olmur.
Son iyirmi il ərzində bu iki türk dövlətinin enerji sektorunda mürəkkəb 
münasibətlər  meydana  gəlib.  Müstəqiliyinin  ilk  illərində  Azərbaycanın 
enerji  sektoruna  cəlb  olunan  ilk  ölkələrdən  biri  Türkiyə  olub.  Keçən 
Gülmira RZAYEVA
Strateji Araşdırmalar Mərkəzinin 
İqtisadiyyatın təhlili və qloballaşma 
şöbəsinin elmi işçisi
Azərbaycan-Türkiyə enerji münasibətləri: 
çağırışlar və perspektivlər


84
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
əsrin  90-cı  illərinin  əvvəlindən  indiyədək  hər  iki  ölkə  arasında  enerji 
əməkdaşlığı üçüncü tərəflərin təsiri və çoxtərəfli münasibətlər çərçivəsində 
həyata  keçirilir.  Bu  mənada  Türkiyənin  siyasi  və  enerji  ambisiyaları 
Türkmənistandan Avstriyaya, Rusiyadan Suriyayadək mürəkkəb geosiyasi 
kontekstdə  inkişaf  edir.  Şübhəsiz,  soyuq  müharibədən  sonrakı  dönəmdə 
enerji  sahəsində  ikitərəfli  münasibətlər  yürüdülməsi  və  hər  iki  dövlətin 
tranzit və ya istehsalçı ölkə kimi yalnız öz maraqlarından çıxış etməsi, digər 
oyunçuların maraqlarının nəzərə alınmaması yanlış olardı. Bu baxımdan, 
Xəzər  dənizi  karbohidrogen  resurslarının  Türkiyə  üzərindən  qərbə  nəql 
olunması barədə hər iki ölkə arasında aparılan danışıqlarda birtərəfli şərtlərin 
irəli sürülməsi, adətən, prosesin uzanmasına gətirib çıxarır və nəticə vermir. 
Azərbaycan-Türkiyə enerji münasibətlərində üçüncü tərəfin rolunu, bu və 
ya digər layihənin reallaşması üçün maraqlı qrupların lobbiçiliyini və qərar 
verən zaman transmilli enerji şirkətlərinin təsirini nəzərə almaq vacibdir. 
Məqalədə iki ölkə arasındakı mürəkkəb enerji münasibətlərində mövcud 
olan boşluqlar analiz edilib, bir-biri ilə bağlı qərarların qəbulunda güclü və 
zəif tərəflər sadalanıb, çoxmərhələli yanaşma çərçivəsində hər iki dövlətin 
rasional seçiminin təhlili nəzərdə tutulub. 
 
Ɔ
Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri
Qeyd etdiyimiz kimi, müstəqilliyinin ilk illərində Azərbaycanın enerji 
sektoruna  cəlb  olunan  ölkələrdən  biri  Türkiyə  idi.  Hələ  1993-cü  ildə 
Türkiyənin  dövlət  şirkəti  “BOTAŞ”  neftin  mümkün  ixrac  yollarını  təklif 
edərək  ən  səmərəli  və  potensial  marşrutun  Bakı  və  Türkiyənin  Aralıq 
dəniz limanı olan Ceyhan arasında olduğunu iddia edirdi. Eyni zamanda, 
Türkiyənin  digər  dövlət  neft  şirkəti  “TPAO”  (Türkiye  Petroleri  A.O.) 
“Azəri-Çıraq-Günəşli” yatağından neft hasilatına dair danışıqlarda iştirak 
edən konsorsiuma daxil idi. 
1993-cü ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin xüsusilə 
enerji  sahəsində  yürütdüyü  balanslaşdırılmış  siyasəti  rəsmi Ankaranı  tək 
və əsas strateji tərəfdaş qismində görmür və bunun nəticəsi kimi “TPAO” 
Azərbaycan  Beynəlxalq  Əməkdaşlıq  Şirkəti  (ABƏŞ)  konsorsiumunda 
yalnız 2% paya sahib olur
1
. Bu fakt Azərbaycanın xarici siyasətinin qərb 
istiqamətində balanslaşdırılmış şəkildə formalaşmasından xəbər verir. 
İranın  neft  şirkəti  “NİOC”-a  ABƏŞ  konsorsiumunda  5%-lik  payın 
1   Hemming, Jonathan (1998) “The Implications of the Revival of Oil Industry in Azerbaijan”, CMEIS 
Occasional Paper 58 (Durham: University of Durham), available at http://dro.dur.ac.uk/94/1/58DMEP.pdf 


85
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
verilməsi  o  zaman  Türkiyəni  narahat  edən  əsas  məsələ  idi.  İki  dəfədən 
artıq payın İrana verilməsi rəsmi Ankaranı vadar edir ki, daha böyük pay 
qazanmaq  üçün  deyil,  nəqliyyat  marşrutlarının  ərazisindən  keçirilməsi 
istiqamətində fəaliyyətə başlasın və beləliklə, Türkiyənin regionda enerji 
üzrə  mühüm  yer  tutmasına  nail  olsun.  Bunun  nəticəsi  kimi Azərbaycan 
neftinin  Gürcüstan  vasitəsilə  qardaş  ölkə  ərazisindən  dünya  bazarlarına 
çıxarılmasını müdafiə edən əsas dövlət Türkiyə olur və bu yanaşma BTC-
nin reallaşmasına böyük töhfə verir.
Tranzit  gəlirlərdən  əlavə  BTC  həm  də  ona  görə Türkiyə  üçün  sərfəli 
idi ki, nefti dünya bazarlarına ölkənin həddindən artıq yüklənmiş Bosfor 
boğazından  deyil,  digər  marşrutla  nəql  edəcəkdi.  BTC  layihəsi  ilk  dəfə 
gündəmə  gələndə  bəzi  transmilli  enerji  şirkətləri  bu  təşəbbüsü  siyasi  və 
mürəkkəb sayaraq, bunun əvəzinə Bakı-Supsa marşrutunu genişləndirməklə 
əlavə həcmdə neftin məhz bu yolla nəql olunmasını təklif etmişdilər. Lakin 
Türkiyə  həddindən  artıq  yüklənmiş  Bosfor  boğazından  neftin  keçməsinə 
kəskin etirazını bildirir və onun ətraf mühitə zərərli olduğunu iddia edir. 
Rəsmi  Ankara  bəyan  edir  ki,  boğazda  tanker  tıxacının  yaranmaması 
məqsədilə onların oradan keçməməsinə göstəriş vermə hüququna malikdir 
ki, bu da Bakı-Supsa kəmərini kommersiya baxımından əlverişsiz duruma 
sala  bilər.  Şirkətlər  1936-cı  ilin  “Montreux  Konvensiyasına”
2
  istinadla 
Bosfor  boğazına  çıxış  hüquqlarının  mövcud  olmasına  iddia  etsələr  də, 
ABŞ Türkiyənin mövqeyini və BTC-nin reallaşmasını dəstəkləyir. Bundan 
əlavə,  BTC ABŞ-ın  Xəzər  dənizi  enerji  siyasətində  əsas  mərkəz  nöqtəsi 
olur. ABƏŞ-in prezidenti Terri Adams Bakı-Supsa və Bakı-Novorossiysk 
boru  xətləri  ilə  neftin  nəqli  arzusunda  olmasına  baxmayaraq,  BTC-nin 
reallaşmasını  dəstəkləyir  və  onun  ərsəyə  gəlməsində  böyük  siyasi  rol 
oynayır
3
.  Layihə  ABŞ-ın  siyasi  maraqlarına  tam  cavab  verirdi  və  boru 
xətti nə Xəzər dənizindən Rusiya ərazisi vasitəsilə Qara dənizə, nə də İran 
ərazisindən Türkiyəyə çıxırdı. Bu amil ABŞ üçün olduqca vacib idi. 
Bakının  layihəyə  İran  kimi  mürəkkəb  bir  oyunçunu  gətirməsi  və  ona 
5%  pay  ayırması  təsadüfi  deyildi.  Keçən  əsrin  90-cı  illərinin  əvvəlində 
Xəzər dənizi karbohidrogen resurslarının qərb istiqamətində nəqli İranın da 
milli maraqlarına zidd idi və məhz bu səbəbdən kəskin etiraz sərgiləyirdi. 
İran üçün Xəzər dənizinin delimitasiya məsələsi həll olunmadan və İranın 
2   “Montreux Convention 1936” http://www.globalsecurity.org/military/world/naval-arms-control-1936.
htm (October 20, 2011)
3   Terry Adams (2009) “Baku Oil Diplomacy and ‘Early Oil’ 1994-1998: an External Perspective”, in 
Petersen, Alexandros and Fariz Ismailzade (2009) Azerbaijan in Global Politics: Crafting Foreign Policy 
(Bakı: Azərbaycan Diplomatik Akademiya), s. 225-252.


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə