1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

76
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
Son  zamanlar  tez-tez  səsləndirilən  üçüncü  ölkələrdə  birgə  layihələrin 
həyata  keçirilməsi  üçün  qeyd  etdiyimiz  məsələlər  vacibdir. Azərbaycan-
Türkiyə İş Adamları Birliyinin üzvü olan Türkiyə sərmayəli şirkətlərdən bir 
çoxu ilk zamanlar işə başlarkən peşəkar yerli kadrlar tapa bilmədiklərindən 
Türkiyədən  ixtisaslı  kadrlar  gətirməli  olurdular.  Lakin  apardığımız 
monitorinq göstərir ki, getdikcə Türkiyədən gələn işçiləri onların yanında 
yetişmiş yerli işçilər əvəz etməyə başlayır. Nəticədə şirkətlərdə yerli işçilər 
mütləq çoxluğa malik olurlar. Bundan sonra isə həmin şirkətlər Azərbaycan 
vətəndaşı olan işçilərindən Türkiyədə, o cümlədən digər ölkələrdə həyata 
keçirdikləri  layihələrdə  də  istifadə  edirlər.  Beləliklə,  əməyin  sərbəst 
hərəkətinin  təmin  edilməsi  ilə  üçüncü  ölkələrdə  birgə  layihələrin  həyata 
keçirilməsi üçün ciddi kadr potensialını formalaşdırmaq mümkündür.
İki  ölkənin  iş  adamları  üçüncü  ölkələrdə,  xüsusilə  də  keçmiş  sovet 
respublikalarında birgə ciddi nailiyyətlərə imza ata bilərlər. Azərbaycanla 
Türkiyə  arasındakı  əlaqələr  kompleks  şəkildə  gücləndirilərək,  sinerji 
yaradılmalı və bu, ölkələrimiz arasında mövcud olan münasibətlərlə yanaşı, 
digər ölkələrlə əlaqələrə də töhfə verməlidir.
Beləliklə, Azərbaycan  bu  prosesdən  keyfiyyətli  insan  resursları  axını, 
Türkiyə  isə  işsizlik  probleminin  müəyyən  qədər  də  olsa  yumşalması 
faydasını  görəcək.  Qarşılıqlı  viza  tələbinin,  ümumiyyətlə,  ləğv  edilməsi 
və  MDB  məkanında  tətbiq  edilən  vizasız  rejimin  bu  halda  Türkiyə 
vətəndaşlarına tətbiq edilməsi vacibdir. Azərbaycana daxil olarkən cəmi 3 
ölkənin vətəndaşları viza haqqı ödəməkdən tamamilə və ya qismən azad 
ediliblər ki, bunlar da Türkiyə, Pakistan və Yaponiya vətəndaşlarıdır.
Hazırda  Azərbaycanda  11,3  min  əmək  miqrantı  əmək  fəaliyyəti  ilə 
məşğul olur. Əgər 2006-cı ilə kimi Azərbaycan işçi qüvvəsi ixrac edirdisə, 
ölkə 2011-ci il iyunun 1-nə təxminən 90 ölkədən miqranta malikdir. Burada 
Rusiya, Türkiyə və İran üstünlük təşkil edir
22

 
Ɔ
Enerji daşıyıcılarının ixracı sahəsində əməkdaşlıq 
Azərbaycanla  Türkiyə  arasında  20  illik  iqtisadi  əməkdaşlıqda  enerji 
sahəsi xüsusi yer tutur. Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi Ərzurum 
neft-qaz ixrac kəmərlərində Türkiyə həm tranzit, həm də layihə iştirakçısı 
kimi  çıxış  edir.  BTC-də  TPAO-nun  payı  6.53%,  “Azəri-Çıraq-Günəşli” 
22   http://www.apa.az (2011)


77
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
layihəsində 6.75%, “Şahdəniz” layihəsində 9%-dir
23
. Beş il əvvəl - 2006-cı 
il iyunun 4-də ilk neft partiyası BTC ilə Azərbaycan, Gürcüstan, Türkiyə 
ərazisindən 1.768 km məsafə qət edib, Ceyhan limanına çatdı. 
Bakı-Tbilisi-Ərzurum  qaz  kəməri  “Şahdəniz”  yatağından  hasil  edilən 
qazın  bir  hissəsini  (7,7  mlrd.  m
3
)  Bakıdan Türkiyənin  Ərzurum  şəhərinə 
nəql  etmək  üçün  tikilib.  Uzunluğu  970  km  olan,  məhsuldarlığı  ildə  30 
mlrd.  m
3
  olan  kəmər  BTC-yə  paralel  çəkilib.  Kəmərin  tikintisi  2004-cü 
ildə  başlayıb  və  2006-cı  ilin  sonunda  başa  çatıb.  Bağlanmış  müqaviləyə 
müvafiq olaraq Türkiyə 15 il ərzində 91,0 milyard m
3
 qaz alacaq
24
. Ərzurum 
şəhərindən kəmər Türkiyənin daxili qaz kəmərləri şəbəkəsinə qoşulacaq ki, 
bu da Azərbaycan qazının Türkiyənin qərbinə nəql olunaraq Cənubi Avropa 
ölkələrinə çıxmasına imkan yaradacaq. Beləliklə, Azərbaycan qazını nəinki 
Türkiyəyə,  həm  də  Türkiyə  üzərindən  Yunanıstana,  İtaliyaya,  Balkan 
yarımadasına və başqa Avropa ölkələrinə ixrac etmək mümkün olacaq. 
Eyni  zamanda,  ARDNŞ  Yaxın  Şərq  bazarına  da  Türkiyə  vasitəsilə 
çıxmaq istəyir. Azərbaycan qazının Suriyaya tədarükü 65 km-lik Türkiyə-
Suriya  (Kilis-Hələb)  boru  kəməri  çəkiləndən  sonra  mümkün  olacaq. 
Amma Suriyadakı siyasi qeyri-sabitlik layihənin müddətinə təsir edə bilər. 
Türkiyənin BOTAŞ şirkəti bu marşrutu gələn il başa çatdırmağı planlaşdırır. 
O, Türkiyəni Hələblə birləşdirəcək və ARDNŞ-ə qazını İordaniya və İsrailə 
satmaq imkanı verəcək. 
Türkiyə  və  Azərbaycanın  əməkdaqlıq  edə  biləcəyi  növbəti  layihə 
“Nabukko”dur.  “Nabukko”  layihəsi  (“TAP”  və  “ITGI”  layihələri  ilə 
paralel)  Xəzər  regionundan  təbii  qazın  Rusiyadan  yan  keçməklə, 
Azərbaycan,  Gürcüstan,  Türkiyə,  Bolqarıstan,  Macarıstan,  Rumıniya 
və Avstriyadan Avropa  ölkələrinə  nəqlini  nəzərdə  tutur.  Bu  layihə  ildə 
31  milyard  kubmetr  qaz  nəqli  üçün  nəzərdə  tutulub  ki,  bu  da  2020-ci 
ildə Avropa  İttifaqının  tələbatının  5%-ə  qədərini  təşkil  edəcək.  Layihə 
iştirakçıları  Avstriyanın  “OMV”,  Macarıstanın  “MOL”,  Bolqarıstanın 
“Bulgargaz”,  Rumıniyanın  “Transgaz”,  Türkiyənin  “BOTAŞ”  və 
Almaniyanın “RWE” şirkətləridir. Hər birinin layihədə iştirak payı 16,7%-
dir. “Nabucco Gas Pipeline International GmbH” və beş tranzit ölkəsinin 
(Avstriya,  Bolqarıstan,  Macarıstan,  Rumıniya  və  Türkiyə)  səlahiyyətli 
nazirləri  arasında  layihəyə  dəstək  sazişinin  imzalanması  ilə  “Nabukko” 
boru kəməri üzrə hüquqi çərçivələr tamamlanıb. Layihəyə artıq imzalanan 
23   http://socar.az/btc-az.html (2011)
24   http://socar.az/btc-az.html (2011)


78
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
dəstək sazişləri Nabukko Konsorsiumuna daxil olan şirkətlər və hər bir 
tranzit ölkəsinin hökuməti arasında imzalanan ikitərəfli hüquqi sazişlərdir. 
Dəstək  sazişlərinin  əsas  elementləri  Türkiyə  qanunvericiliyi  əsasında 
Avropa  İttifaqının  yardımı  ilə  işlənib  hazırlanmış  səmərəli  tranzit 
rejiminin təsdiq olunması, “Nabukko” boru kəmərinin qanunda potensial 
dəyişikliklərdən müdafiəsi və layihənin gələcək icrası üçün qanunverici 
və inzibati fəaliyyətə dəstəkdən ibarətdir.
İki  ölkə  arasında  qaz  sahəsində  əməkdaşlığın  perspektivləri  çox 
əhatəlidir. Azərbaycan 2011-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 
üçün əlavə vəsait ayırıb. Həmçinin elektrik enerjisi sahəsində əməkdaşlıq, 
xüsusən  Türkiyə,  Gürcüstan  və Azərbaycanın  elektrik  ötürücü  xətlərinin 
birləşdirilməsi,  habelə  Türkiyəyə  elektrik  enerjisi  ixracı  da  rəsmi 
gündəmdədir. 
Enerji sahəsində iki ölkə arasında uzun müddət müzakirə predmeti olan 
təbii  qazın  nəqli  qiymətlərində  yeni  formul  artıq  razılaşdırılıb.  Bununla 
da həm “Şahdəniz” yatağı üzrə 1-ci fazada Türkiyəyə satılmış qazın yeni 
qiymətləndirilməsindən sonra həmin ölkənin qaz borcu problemi, həm də 
2-ci faza üzrə yeni nəql həcmi və qiyməti problemi xeyli dərəcədə həllini 
tapıb.  2010-cu  il  dekabrın  sonunda  Türkiyə  “Şahdəniz”  səhmdarlarına 
qaza  görə  borcunu  da  ödəməyə  başlayıb.  2010-cu  ilin  iyununda  rəsmi 
Bakı və Ankara Türkiyə bazarında qazın qiyməti və “Şahdəniz 2” layihəsi 
çərçivəsində Azərbaycan qazının həcmi üzrə razılıq əldə edib. 
“Şahdəniz”in  işlənməsinin  2-ci  mərhələsindən  Türkiyəyə  ildə  6 
mlrd.  kubmetr  və  Türkiyədən  tranzitlə  Avropaya  10  mlrd.  kubmetr  qaz 
göndərilməsi  realdır.  “Mərhələ  2”  layihəsi  çərçivəsində  boru  kəmərinin 
tikintisi də daxil $25-30 milyard investisiya qoyulacaq. “Şahdəniz” qazının 
əsas alıcısı olan Türkiyə daim alış həcmini azaldır. Əgər 2008-ci ildə bu 
ölkə Azərbaycandan 5,3 milyard kubmetr qaz almışdısa, 2009-cu ildə 5,1 
milyard kubmetr, ötən il cəmi 4,9 milyard kubmetr qaz alıb. 2011-ci ildə 
həmin göstəricinin 4,75 milyard kubmetrə düşəcəyi gözlənilir
25

2011-ci ilin oktyabrında iki ölkə arasında Türkiyənin Azərbaycandan qaz 
almasına və Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzitinə 
imkan verən bir sıra mühüm qaz ixracı sazişləri imzalanıb. Bu sənədlərə 
Azərbaycan  hökuməti  ilə  Türkiyə  hökuməti  arasında  hökumətlərarası 
saziş, ARDNŞ və “BOTAŞ”  arasında, eləcə də Azərbaycan Qaz Təchizatı 
25   http://www.milli.az (2011)


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə