1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

65
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
təqdirdə  müşavir/müşavirin  müavini  və  nazir  müavini  səviyyəsində  və 
aidiyyəti digər qurum nümayəndələrinin iştirakı ilə əlavə iclaslar təşkil edə 
bilər. Qrup iclasların nəticəsi haqqında Şuraya məlumat verəcək.
İqtisadi  və  ticarət  məsələlərində  iqtisadi  əməkdaşlıq  üzrə  Birgə 
Hökumətlərarası  Komissiya  əsas  mexanizm  rolunu  oynamağa  davam 
edəcək. Komissiya iclasların nəticələri haqqında Şuraya məlumat verəcək. 
Enerji təminatı, nəqli və təhlükəsizliyi sahəsində birgə layihələrin işlənilib-
hazırlanması  və  tətbiq  olunması  məqsədilə  iki  ölkənin  əlaqədar  orqan 
və  təşkilat  nümayəndələrinin  iştirakı  ilə  təsis  ediləcək  Birgə  Energetika 
Komissiyası  energetika  sahəsində  əməkdaşlığın  gücləndirilməsi 
məsələsində əsas mexanizm rolunu oynayacaq. Komissiya il ərzində ən azı 
bir dəfə yığılacaq və fəaliyyətinin nəticələrini Şuraya təqdim edəcək.
İki ölkənin xalqları arasında mövcud olan çoxyönlü və hərtərəfli əlaqələr 
çərçivəsində  dialoq  kanallarının  səmərəliliyini  daha  da  artırmaq,  eyni 
zamanda  vətəndaş  cəmiyyəti  təşkilatlarının  əməkdaşlığını  gücləndirmək 
və şaxələndirmək məqsədi ilə Vətəndaş Cəmiyyəti Forumu təsis ediləcək. 
Foruma biznes dairələri, təlimçilər, diaspor təşkilatlarının da daxil olduğu 
müxtəlif  qeyri-hökumət  təşkilatlarının  nümayəndələri,  sənətçilər,  elm 
xadimləri, mətbuat orqanlarının nümayəndələri də daxil olmaqla cəmiyyətin 
bütün təbəqələri töhfəsini verə biləcək. Forum iclasları Şura iclaslarından 
əvvəl və ya eyni vaxtda, Şura iclasının təşkil olunacağı şəhərdə keçiriləcək
6

Əslində,  bu  yeni  institusional  mexanizm  rəsmilərin  daha  intensiv 
görüşməsinə və cari məsələlərə daha operativ münasibətinə təkan verəcək.
 
Ɔ
İnvestisiya axını və birgə müəssisələr
ARDNŞ-in  Türkiyədə  investisiya  yatırımlarının  intensivliyini 
artırması,  iki  ölkənin  neft-kimya  komplekslərini  inteqrasiya  etmək 
niyyətini açıqlaması gələcəkdə mühüm nəticələrə gətirib çıxara bilər. Bu 
inteqrasiya  iki  qardaş  ölkə  iqtisadiyyatlarının  ümumi  bir  vəhdət  halında 
çalışması  istiqamətində  ciddi  bir  addım  olacaq.  Bütün  bunlar  göstərir 
ki,  artıq  ölkələrimiz  arasında  investisiya  axınları  qarşılıqlı  xarakter  alır. 
Əgər  bir  neçə  il  bundan  əvvələ  qədər,  adətən,  Türkiyənin  Azərbaycana 
investisiya  qoyuluşlarından  danışılırdısa,  artıq Azərbaycan  da  Türkiyəyə 
irihəcmli  investisiya  qoyuluşları  həyata  keçirməyə  başlayıb
7
.  Türkiyənin 
hazırda Azərbaycan iqtisadiyyatına sərmayəsinin həcmi 10 milyard dollara 
6   http://e-qanun.az/print.php?internal=view&target=1&docid=21161&doctype=0 (2011) 
7   http://www.gun.az/interview/15000 (2011)


66
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
yaxınlaşmaqdadır.  Türkiyə,  həmçinin, Azərbaycanın  qeyri-neft  sektoruna 
investisiyaların həcminə görə liderliyini qoruyur. Azərbaycandakı 1000-dən 
çox türk şirkətinin (Azərbaycandakı bütün xarici sərmayəli şirkətlərin üçdə 
biri) ümumi sərmayəsi Türk Petrolları Anonim Ortaqlığının (TPAO) enerji 
sektoruna  sərmayələri  daxil  olmaqla  6  milyard  dollar  həcmindədir.  Türk 
şirkətlərinin (əsasən tikinti sektorunda) 2010-cu ilin əvvəlinə Azərbaycanda 
üzərlərinə  götürdükləri  198  layihənin  ümumi  dəyəri  3.3  milyard  dolları 
ötüb
8
. Hazırda Azərbaycanda türk kapitalı ilə 5 bank da fəaliyyət göstərir. 
2010-cu ildə Türkiyədə əcnəbilərin təsis etdiyi 2 min 479 şirkətdən 136-sı 
Azərbaycan iş adamlarına məxsus olub. Azərbaycanlılar Türkiyədə şirkət quran 
əcnəbilərin siyahısında 4-cü sıraya yüksəlib. Bu ilin ilk 5 ayının rəqəmlərinə 
əsasən,  Türkiyədə  xarici  ölkə  vətəndaşları  tərəfindən  401  şirkət  yaradılıb 
ki,  bunun  da  86-sı  azərbaycanlıların  payına  düşür.  Türkiyədə  Azərbaycan 
kapitalının iştirakı ilə qeydə alınan şirkətlərin 74-ü İstanbulda yaradılıb. 2010-
cu ildə Azərbaycan kapitalının iştirakı ilə 6 səhmdar cəmiyyət və 130 məhdud 
məsuliyyətli cəmiyyət yaradılıb. Azərbaycan kapitalının iştirak etdiyi şirkətlərin 
çoxu tikinti sektorunda fəaliyyət göstərir. 2010-cu ildə Türkiyədə xarici iştirakla 
yaradılan  məhdud  məsuliyyətli  cəmiyyətlər  arasında  Azərbaycan  dördüncü, 
səhmdar cəmiyyətlər arasında isə 14-cü yerdədir
9

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
8   http://www.mfa.gov.tr/turkiye-azerbaycan-ekonomik-iliskileri.tr.mfa 
9   http://www.milli.az (2011)


67
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
Azərbaycan tərəfi də son illər Türkiyədə birgə müəssisələr yaratmaqla 
yeni-yeni sərmayə qoyuluşları həyata keçirməkdə maraqlıdır. 2008-ci ildə 
ARDNŞ-in SOCAR & TURCAS Enerji A.Ş. (STEAŞ) alyansı “PETKİM” 
kimya konserninin 51 faizlik səhm paketinin satışı üzrə tenderin qalibi olub 
və bunun üçün 2,04 milyard dollar vəsait ödənilib. PETKİM Petrokimya 
Holdinq plastik qablaşdırma, parça, yuyucu vasitələr və s istehsal edir və 
Türkiyədə  bu  cür  məhsulun  yeganə  istehsalçısıdır.  2011-ci  ildə ARDNŞ 
ümumi kapitalı 2010-cu ilin əvvəlində 3.4 milyard dollar olan
10
 “SOCAR-
TURCAS”  birgə  müəssisəsində  payını  artırdığını  da  bildirib.  Türkiyənin 
Aksoy  şirkəti  (“SOCAR-TURCAS”ın  təmsilçisi)  ilə  yeni  sazişdən  sonra 
birgə  müəssisənin  nizamnamə  kapitalında  ARDNŞ-in  payı  51%-dən 
74,98%-ədək  artıb.  Habelə, ARDNŞ  İstanbul  və Ankaranın  qazpaylayıcı 
şəbəkələrinin  özəlləşdirilməsində  iştirak  etmək  istəyir.  Beləliklə,  2012-ci 
ildə  ARDNŞ  “PETKİM”-in  fəaliyyətindən  artıq  gəlir  gözləyir.  2010-cu 
ildə ARDNŞ-in  gəlirləri  Türkiyədə  1.6  milyard  manat  təşkil  edib
11
.  Onu 
da qeyd edək ki, son illər aktiv şəkildə fəaliyyətini genişləndirən ARDNŞ-
in  təsis  etdiyi  “SOCAR-TURCAS”  şirkəti  Türkiyənin  daxili  bazarında 
təbii qazın topdan ticarəti hüququnu əldə edib. Türkiyənin Enerji Bazarını 
Tənzimləmə Qurumu “SOCAR-TURCAS Petrokimya” şirkətinə bu ölkədə 
təbii qazın topdan satışı üçün 30 illik lisenziya verib. “SOCAR-TURCAS”-ı 
ARDNŞ idarə edir və o, Azərbaycanın ən vacib xarici aktividir.  ARDNŞ 
2011-ci ildən Türkiyənin daxili bazarında 1,2 milyard kubmetr qaz satmağı 
planlaşdırır.  Bu  həcmin  böyük  hissəsi  Petkim  Holdingə,  qalanı  istilik 
elektrik stansiyalarına veriləcək.
2011-ci il oktyabrın 25-də hər iki ölkənin dövlət və hökumət başçılarının 
iştirakı  ilə  İzmirdə  “SOCAR”-ın  sərmayəsi  ilə  tikiləcək  yeni  neft-kimya 
kompleksinin  təməlinin  qoyulması  ikitərəfli  iqtisadi  əlaqələrdə  yeni 
mərhələnin  simvoluna  çevrilib.  “Star  Rafinerisi”  adlanan  kompleksi 
“SOCAR-TURCAS”  birgə  müəssisəsi  müştərək  inşa  edir  və  bu  layihəyə 
qoyulacaq  sərmayələr  5.5  mlrd.  dollardır.  “SOCAR”  və  “TURCAS” 
şirkətlərinin  sahibi  olduqları  “PETKİM”  şirkətinə  məxsus  ərazidə  inşa 
ediləcək “STAR” neft-kimya kompleksinə yönəldilən sərmayə Türkiyə özəl 
sektorunun tarixində tək nöqtəyə yatırılan ən böyük investisiyadır. 2015-ci 
ildə ilk qurğuları işə düşəcək neft-kimya kompleksində ildə 1 milyon 600 
min ton nafta istehsal ediləcəkdir ki, bu da “Petkim” şirkətinin bu məhsula 
olan  tələbatını  tam  ödəyəcək  və  onun  hazırda  bu  məhsul  üzrə  idxaldan 
80%-lik  asılılığını  sıfıra  endirəcək.  İllik  emal  gücü  10  milyon  ton  olan 
zavodda “PETKİM” şirkətinin ana xam maddəsi nafta ilə yanaşı, təxminən 
6 milyon ton aşağı kükürdlü motorin, 500 min ton aviasiya yanacağı, 500 
10   http://www.socarturcas.com.tr/Content/1/561/HAKKIMIZDA.aspx 
11   http://www.socar.az (2011)


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə