1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

63
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
3.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası 
Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında” Saziş
Ankara, 
2 noyabr 1992
4.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası 
Hökuməti arasında kicik və orta həcmli sənaye müəssisələrini 
inkişaf etdirmək sahəsində texniki əməkdaşlıq haqqında” Protokol
Ankara, 
2 noyabr 1992
5.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 
investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında” Saziş
Ankara, 9 fevral 
1994
6.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında kənd 
təsərrüfatı sahəsində elmi, texniki və iqtisadi əməkdaşlıq haqqında” 
Protokol
Ankara, 9 fevral 
1994
7.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında gömrük 
sahəsində əməkdaşlıq və qarşılıqlı yardıma dair” Protokol
Ankara, 9 fevral 
1994
8.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında gəlirlərin 
ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Saziş
Ankara, 9 fevral
1994
9.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi 
əməkdaşlıq haqqında” Memorandum
Bakı, 8 dekabr 
1995
10.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 
Azərbaycan təbii qazının Türkiyəyə tədarük edilməsinə dair” Saziş 
Ankara, 12 mart 
2001
11.
“Azərbaycan Respublikası Milli Bankı ilə Türkiyə Bank 
Tənzimlənməsi və Nəzarəti Agentliyi arasında bank nəzarəti 
sahəsində Anlaşma Memorandumu”
7 sentyabr 
2005
12.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 
uzunmuddətli iqtisadi əməkdaşlıq Proqramı və İcra Planı”
Bakı, 6 noyabr 
2007
13.
“Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 
ilə Türkiyə Respublikasının Kapital Bazarı Şurası arasında əməkdaşlıq 
və informasiya mubadiləsi haqqında” Anlaşma Memorandumu
Ankara, 13 iyul
2010
14.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji 
tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Muqavilə 
Bakı, 16 avqust 
2010
15.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək 
Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə 
Bəyannamə. 
İstanbul, 
15 sentyabr 
2010
Mənbə: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
2010-cu  il  avqustun  16-da  Bakı  şəhərində  imzalanmış  “Azərbaycan 
Respublikası  ilə  Türkiyə  Respublikası  arasında  strateji  tərəfdaşlıq  və 
qarşılıqlı  yardım  haqqında”  Müqavilədə  tərəflər  ölkələrində  və  üçüncü 
dövlətlərdə  karbohidrogen  ehtiyatlarının  inkişaf  etdirilməsi,  daşınması 
və  satışının  təmin  edilməsi  üçün  müştərək  investisiya  layihələri  həyata 


64
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
keçirmək  məqsədilə  Enerji  Sahəsində  Birgə  Komissiya  formalaşdırmaq 
barədə ilkin razılığa gəliblər
4

2007-ci  il  noyabrın  6-da  Bakı  şəhərində  imzalanmış  “Azərbaycan 
Respublikası  ilə  Türkiyə  Respublikası  arasında  uzunmüddətli  iqtisadi 
əməkdaşlıq  Proqramı  və  İcra  Planı”na  əsasən  isə  tərəflər  iqtisadi 
əməkdaşlıqda 8 prioritet sahə müəyyən ediblər ki, bunlar da aşağıdakılardır: 
ticarət,  azad  iqtisadi  zona,  sənayə,  energetika,  nəqliyyat,  rabitə,  turizm 
və  kənd  təsərrüfatı.  Sənədə  əsasən,  Azərbaycan-Türkiyə  azad  iqtisadi 
zonasının  yaradılması  imkanlarının  araşdırılması  məqsədilə  müzakirələr 
başlanmalı və müzakirələr nəticəsində tərtib olunacaq hesabat azad iqtisadi 
zona layihəsinin hazırlanması və həyata keçirilməsi ilə məşğul olan təşkilat 
və  firmalara  təqdim  edilməlidir.  Azərbaycanda  azad  iqtisadi  zonanın 
yaradılması zamanı lazım olan təlim dəstəyi və texniki yardımları Türkiyə 
təmin edəcək
5
.
 
Ɔ
 İkitərəfli iqtisadi münasibətlərin institusional bazası
2010-cu il sentyabrın 15-də İstanbul şəhərində “Azərbaycan Respublikası 
ilə  Türkiyə  Respublikası  arasında  Yüksək  Səviyyəli  Strateji  Əməkdaşlıq 
Şurasının yaradılması haqqında” Birgə Bəyannamə imzalanıb. Bəyannaməyə 
əsasən,  “Şura Azərbaycan  və  Türkiyə  arasında  mövcud  olan  siyasi,  hərbi, 
iqtisadi,  ticarət,  energetika,  nəqliyyat,  mədəniyyət,  elm  və  humanitar 
sahələrdə  həyata  keçirilən  əlaqələrin  strategiyasını  müəyyən  edəcək,  bu 
strategiyanın əsasında əməkdaşlıq layihələrinin inkişafını və həmin layihələrin 
icra  olunmasını  təşviq  edəcək.  Azərbaycan  Respublikasının  Prezidenti  və 
Türkiyə Respublikasının Baş naziri Şuranın həmsədrləri vəzifəsini üzərlərinə 
götürürlər.  Şuranın  iclaslarında,  gündəlikdə  olan  mövzulara  uyğun  olaraq 
Azərbaycan və Türkiyə Respublikası hökumətlərinin üzvləri iştirak edəcəklər. 
Şuranın iclasları tərəflərin razılığı ilə mütəmadi keçiriləcək. Hökumət üzvləri 
Şuranın qərarlarının həyata keçirilməsi üçün məsuliyyət daşıyacaqlar. Şuranın 
bazasında, siyasi mövzularda iki ölkə arasındakı əlaqələrin və əməkdaşlığın 
daha da inkişaf etdirilməsi, ikitərəfli, regional və qlobal mövzularda siyasi 
fikir  mübadiləsinin  aparılması  və  əməkdaşlığın  prioritet  sahələrinin  və 
layihələrinin müəyyən edilməsi məqsədilə Birgə Strateji Planlaşdırma Qrupu 
təsis ediləcək. Qrupun iclasları il ərzində ən azı bir dəfə, xarici işlər nazirlərinin 
həmsədrliyi ilə keçiriləcək. Birgə Strateji Planlaşdırma Qrupu lazım olduğu 
4   http://e-qanun.az/print.php?internal=view&target=1&docid=21158&doctype=0 (2011)
5   http://e-qanun.az/print.php?internal=view&target=1&docid=13851&doctype=0 (2011)


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə