1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   49   50   51   52   53   54   55   56   57

151
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
ünsiyyətdə olacağı ölkənin cəmiyyətlərini deyil, digər əlaqədar ölkələrin də 
ictimaiyyətini nəzərə almaq məcburiyyətində qalır.
Azərbaycanda QHT-lərin ictimai həyatda, xüsusən də xarici siyasətdə 
yer  alması  kifayət  qədər  yeni  mövzudur  və  peşəkar  mərhələyə,  demək 
olar ki, keçə bilməyib. Türkiyədə TİKA, Azərbaycanda QHT-lərə Dövlət 
Dəstəyi Fondunun yaradılması, həm bu iki qurum, həm də digər vətəndaş 
cəmiyyəti təşkilatları vasitəsilə ölkə daxilində və onun xaricində layihələr 
təşkil edilməsi bu sahənin güclənməsinə ciddi təsir göstərib. 
 
Ɔ
Ümumilikdə Azərbaycan-Türkiyə əlaqələri
Türkiyə və Azərbaycan türkləri eyni millətin övladları kimi uzun illər 
boyunca  eyni  bölgədə  yaşayıblar.  Lakin  tarixin  müəyyən  dövrlərindən 
etibarən bu iki cəmiyyət ayrı-ayrı dövlətlər qurub. Xüsusilə Osmanlı və Səfəvi 
dövründə  bu  iki  türk  cəmiyyəti  arasında  ciddi  qopma,  ictimai  səviyyədə 
olmasa  da  dövlət  səviyyəsində  qarşıdurma  yaşanıb.  Səfəvi  dövlətinin 
dağılmasından sonra Azərbaycanda meydana çıxan xanlıqlar ilə Osmanlı 
dövləti  arasında  əlaqələr  mövcud  olub.  Osmanlı  dövləti  ilə  çar  Rusiyası 
arasında yaşanan döyüşlərdə digər Qafqaz xalqları kimi Azərbaycan türkləri 
də  cəmiyyət  olaraq  Osmanlıya  yaxın  olublar.  Azərbaycan  və  Anadolu 
türkləri arasındakı əlaqələr XIX əsrin sonları, XX əsrin əvvəllərində yüksək 
səviyyəyə çatıb. Sovet işğalı altında olarkən Azərbaycanın Türkiyə cəmiyyəti 
ilə əlaqəsi tam kəsilməsə də, çox məhdudlaşıb. 1991-ci ildə Azərbaycanın 
müstəqillik əldə etməsindən sonra iki cəmiyyət arasında əlaqələr yenidən 
inkişaf etməyə başlayıb. Azərbaycan müstəqilliyinə qovuşduğu zaman onu 
ilk olaraq Türkiyə tanıyıb. Rusiyadan dəstək alan Ermənistan ona hücum 
edən zaman Türkiyə Azərbaycanın yanında olub. Müstəqillikdən bu günə 
qədər  keçən  müddətə  nəzər  saldığımızda  iki  ölkə  arasındakı  əlaqələrin 
əhəmiyyətli mərhələlər qət etdiyini söyləyə bilərik.
Bu əlaqələr başlanğıcda hisslərə və ideologiyaya əsaslanan dövr keçib. 
Çünki həm Türkiyədə, həm də Azərbaycanda müstəqilliyə qovuşmadan öncə 
milliyyətçi bir seqment formalaşıb. İkinci mərhələdə fərdi əlaqələr ön plana 
çıxıb. Azərbaycan  Prezidenti  Heydər  Əliyev  ilə Türkiyə  Respublikasının 
Prezidenti Süleyman Dəmirəl arasındakı şəxsi əlaqələr ikitərəfli əlaqələrin 
təməlini  təşkil  edib.  Üçüncü  isə  əlaqələrin  təşkilatlanması  mərhələsidir. 
Bünövrəsi  əvvəlki  idarəçilər  tərəfindən  qoyulan  münasibətlərin  inkişafı 
Azərbaycanda İlham Əliyevin, Türkiyədə Ədalət və İnkişaf Partiyası (AK 
Parti) hökumətinin vəzifədə olduğu dövrlərdə diqqəti cəlb edir. 


152
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
Sahib  olduqları  tarixi  keçmiş,  dövlət  ənənələri  və  təşkilatanma 
səviyyələri arasındakı fərqliliklər, I və II Dünya müharibələrinə və soyuq  
müharibə dövrünə bağlı fərqli qəbul etmələr, soyuq  müharibə dövrü sonrası 
mərhələ ilə əlaqəli, ümumiyyətlə, ortaq müşahidələrə baxmayaraq, məruz 
qaldıqları  fərqli  faktorlar Azərbaycan  və  Türkiyənin  xarici  siyasətlərinin 
formalaşma müddətləri arasında ciddi fərqliliklər ortaya çıxarmışdır. Yenə 
də,  ümumiyyətlə,  1991-2011-ci  illərdəki  dövrün  siyasi  əlaqələrini  daima 
güclənən  dövrlər  olaraq  xarakterizə  etmək  mümkündür.  Bu  müddətdə 
ikitərəfli  münasibətlərdə  qısa,  davamlı  və  nisbi,  lakin  əhəmiyyətli  iki 
gərginlik  məqamından  bəhs  etmək  mümkündür.  Bunlardan  ilki  1995-
ci  ilin  mart  ayında  Azərbaycandakı  hərbi  çevriliş  cəhdinin  Türkiyə  ilə 
əlaqələndirilməsi  ilə  başlayan  və  Heydər  Əliyev  ilə  Süleyman  Dəmirəl 
arasındakı şəxsi əlaqələrin dəstəyi ilə ortadan qaldırılan gərginlik olmuşdur. 
İkincisi,  Türkiyə-Ermənistan  əlaqələrinin  son  dövrlərdəki  inkişafı  ilə 
bağlı (protokolların imzalanması və sərhədlərin açılması barədə müzakirələr) 
Azərbaycanla “dərdini qardaşına izah edə bilməmə” və ya “doğru çatdıra 
bilməmə” kimi xarakterizə olunan problemlər meydana çıxmışdı. Bu dövr 
ikitərəfli əlaqələrdə QHT-lərin rolu baxımından, bəlkə də, ən sıx dövr olub. 
Liderlər  bir-birinə  və  ictimaiyyətə  daha  çox  xitab  etməyə  başladıqdan 
sonra isə ikitərəfli əlaqələrdə zirvə sayıla biləcək dövr başlayıb və iki ölkə 
arasında Strateji Əməkdaşlıq Razılaşması (2010-cu ildə) imzalanıb və Ali 
Strateji Əməkdaşlıq Şurası yaradılıb. Daha sonra Azərbaycan-Türkiyə Ali 
Strateji  Əməkdaşlıq  Şurasının  ilk  toplantısı  keçirilib  və  Türkiyənin  Baş 
naziri Rəcəb Tayyib Ərdoğan bu görüşü “sanki iki ölkənin ortaq kabinet 
toplantısı” kimi xarakterizə edib.
 
Ɔ
Azərbaycan-Türkiyə əlaqələrində qeyri-hökumət təşkilatları
 
Azərbaycan-Türkiyə əlaqələrinin təşkilatlandığı bir dövrdə cəmiyyətin 
bütün  təbəqələrini  əhatə  edəcək  şəkildə  münasibətlərin  genişlənməsinin 
vacibliyi,  bu  istiqamətdə  mövcud  ciddi  çatışmazlığın  aradan  qaldırılması 
zəruriliyi QHT-lər üçün xüsusi rol müəyyən edir . 
QHT-lərin rolu baxımından ifadə ediləcək cəhətlərdən biri iki ölkənin 
qeyri-hökumət təşkilatları arasında yüksək səviyyəli əlaqələrin olmasıdır. 
Bu  münasibətlər  ikitərəfli  əlaqələrə  töhfə  vermək  məqsədilə  göstərilən 
fəaliyyətlərin geniş sahəsini əhatə edir. Bu, arzu olunan səviyyədə olmasa da, 
ictimai, hərbi, təhsil, iqtisadi, idman, hüquq (insan haqları), sağlamlıq, ətraf 
mühit, media, peşə və digər sektorlar üzrə əməkdaşlıqları inkişaf etdirib. 


153
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
Son illərdə bu sahələrə araşdırma mərkəzləri arasındakı əməkdaşlıqlar da 
əlavə olunub.
İki  ölkə  arasındakı  əlaqələrdə  QHT-lərin  rolunu  bir  neçə  qrupa 
ayırmaq  mümkündür.  Bunların  içərisində  ən  əhəmiyyətlisi  Türkiyədəki 
Azərbaycan  dərnəklərinin  bu  ölkədəki  tanıtma  işləri,  Azərbaycandakı 
bəzi  türk  dərnəklərinin  tanıtma  fəaliyyətləri, Azərbaycandakı  bəzi  qeyri-
hökumət təşkilatlarının Türkiyədəki işləri, Türkiyədəki bəzi qeyri-hökumət 
təşkilatlarının  Azərbaycandakı  işləridir.  Bundan  başqa,  Azərbaycan  və 
Türkiyə QHT-lərinin ortaq bir mövzu və ya problemlə bağlı üçüncü ölkədəki 
birgə fəaliyyətləri, habelə ATƏT, NATO və digər beynəlxalq təşkilatlara, 
müsəlman, ya da türk şəxsiyyətinə istiqamətlənmiş işləri mövcuddur.
Azərbaycandakı QHT-lər ikili əlaqələrdə rəsmi siyasətin tamamlayıcısı 
rolunda çıxış edirlər. Bəzi QHT-lər dövlətin xarici siyasətdə nisbətən daha 
az maraq göstərdiyi sahələrdə fəaliyyət göstərirlər. Türkiyə ilə Azərbaycanın 
daha  çox  inteqrasiyasına  istiqamətlənən  səylər,  yaxud  Şimali  Kipr  Türk 
Respublikasının (SKTR) tanınmasında Türkiyənin fəaliyyətini dəstəkləmək 
üçün görülən işlər bu çərçivədə qiymətləndirilə bilər. 
Türkiyədəki  vətəndaş  cəmiyyəti  təşkilatları  içərisində  araşdırma 
mərkəzi kimi fəaliyyət göstərənlərin bəziləri dövlətlə əməkdaşlıq edərək, 
rəsmi  siyasətin  tamamlayıcısı  rolunda  ciddi  işlər  görüblər.  Məsələn, 
SETAV, TASAM,  USAK,  ORSAM  kimi  strateji  araşdırma  mərkəzlərinin 
və digər bəzi qeyri-hökumət təşkilatlarının təşkil etdikləri toplantılarda hər 
iki ölkənin səlahiyyətli şəxsləri iştirak edib, toplantılar daha çox mövcud 
idarəçilərin siyasətlərini izah etməyə, əsaslandrmağa və mövcud əlaqələrə 
töhfə  verməyə  istiqamətlənib.  Rəsmilərin  siyasətinə  daha  çox  USAK-ın 
peşəkarlıq  və  ictimaiyyəti  istiqamətləndirmə  mövzusunda  dəstək  verdiyi 
də müşahidə edilib. Uzun müddət ərzində Avrasiya Strateji Araşdırmalar 
Mərkəzinin  (ASAM)  çox  ciddi  işlər  gördüyünü  xatırlatmaq  lazımdır. 
ASAM Türkiyə və Azərbaycanda ikitərəfli əlaqələrə və ümumi mövzulara 
aid çoxlu sayda toplantı təşkil edib.
Türkiyə dövlətinin xarici siyasətdə çox maraq göstərmədiyi sahələr üzrə 
işləyən və Azərbaycan ilə əlaqələrə ciddi töhfələr verən QHT-lər arasında 
Türk  Ocağı, Azərbaycan  Mədəniyyət  Dərnəyi,  Mərmərə  Qrupu, TÜDEV 
ciddi işlər görüblər.
Azərbaycan  və  türk  ictimai  rəyinə,  siyasətçilərinə,  mediasına  xitab 
edərək, ikitərəfli əlaqələrin inkişafı üçün ciddi çalışmalar aparan QHT-lərdən 
biri  TÜRKSAM-dır.  TÜRKSAM  həm  də  Azərbaycan  və  Azərbaycanın 
maraq  göstərdiyi  əsas  mövzulara  dair  davamlı  işlər  (araşdırma,  nəşr, 


154
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
fəaliyyət, şərh və s.) aparan azsaylı QHT-lər arasında yer alır.
Hələ ötən əsrin 90-cı illərində adında “Azərbaycan” sözü keçən, türk və 
müsəlman coğrafiyasında marağı olan dərnək və vəqflər Türkiyədə müəyyən 
işlər  görüblər.  Türk  Ocağı,  Azərbaycan  Kültür  Dərnəyi,  Azərbaycan 
Dayanışma  Dərnəyi,  Türkiyə-Azərbaycan  Dostluq  və  Dayanışma 
Dərnəyi,  KÖKSAV  və  digər  dərnək  və  vəqflər  Türkiyədə,  ümumiyyətlə, 
Azərbaycanın  Qarabağ  problemi  başda  olmaqla  digər  problemlərinin, 
həmçinin  Azərbaycan  mədəniyyətinin  tanınmasına,  qarşılıqlı  əlaqələrin 
müxtəlif sahələrdə inkişafına ciddi töhfələr veriblər. 
Xüsusilə  2000-ci  illərdə  Türkiyədə  bu  cür  dərnəklərin  sayında  ciddi 
artım  müşahidə  edilib.  Bu,  həm  münasibətlərin  inkişafındakı  sürət,  həm 
Türkiyədəki müvafiq qanunvericilikdəki dəyişikliklər, həm də Azərbaycanın 
Diasporla  İş  üzrə  Dövlət  Komitəsinin  fəaliyyətinin  nəticəsi  idi.  Əlbəttə, 
kəmiyyət artımı keyfiyyət artımında arzuolunan şəkildə əks olunmasa da və 
tənqid edilsə də, bu QHT-lərin sadəcə təsis toplantısı ilə əlaqədar xəbərlərin 
mediada  və  ictimaiyyətdə  yaratdığı  effekt  vurğulanmalıdır.  Türkiyənin 
müxtəlif şəhərlərində həmin şəhərin adı və “Azərbaycan” sözünü daşıyan 
dərnəklərin yaradılması iki ölkənin köklü şəkildə yaxınlaşma potensialından 
xəbər  verir.  İzmir  Azərbaycan  Mədəniyyət  və  Dayanışma  Evi  Dərnəyi, 
Çanaqqala  Azərbaycan  Evi  Dərnəyi,  Kocaeli  Azərbaycan  Evi  Dərnəyi, 
Ankara  Azərbaycan  Evi  Dərnəyi,  İstanbul  Türk-Azərbaycan  Dostluq 
Mədəniyyət və Dayanışma Dərnəyi, Əskişəhər Azərbaycanlıları Dərnəyi, 
Antalya  Azərbaycan  Evi  Dərnəyi,  İstanbul  Azərbaycan  Mədəniyyət  və 
Sənət Dərnəyi kimi təşkilatları buna misal göstərə bilərik. Bu dərnəklərin 
bir  qismi  Türkiyə-Azərbaycan  Dərnəkləri  Federasiyası  adı  ilə  ortaq  bir 
platformada birləşib.
Türkiyədə “Azərbaycan” adlı dərnəklərin ilki olan Azərbaycan Kültür 
Dərnəyi  1949-cu  il  fevralın  1-də  yaradılıb  və  1952-ci  il  aprelin  1-dən 
etibarən  “Azərbaycan”  adlı  jurnal  da  nəşr  etməyə  başlayıb.  Dərnək  eyni 
zamanda Azərbaycanın tarixini, sənətini və siyasi həyatını əhatə edən 56 
ədəd kitab nəşr edərək ölkənin Türkiyədə daha yaxşı tanınmasına ciddi səy 
göstərib.
Son illərdə qurulan dərnəklər içərisində isə Türkiyə-Azərbaycan Dərnəyi 
daha  çox  diqqəti  cəlb  edir.  2010-cu  il  iyulun  31-də Ankarada  yaradılan 
dərnək qısa müddət ərzində ciddi fəaliyyətlərə imza atıb. 24 sentyabr 2011-
ci ildə dərnəyin İstanbul şöbəsi açılıb ki, bu mərasimdə millət vəkilləri və 
Azərbaycanın səlahiyyətli nümayəndələri də iştirak edib. 
Azərbaycanda daha ciddi işlər görən təşkilatlardan Azərbaycan Türkiyə 


155
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
İş  Adamları  Birliyi  (ATİB),  Türkiyə  Sənayeçi  və  İş  Adamları  Birliyi 
(TÜSİAB) və Gəncliyə Yardım Fondunun adları da mütləq qeyd edilməlidir. 
Bu qurumlar müxtəlif ictimai, akademik, mədəni fəaliyyətlər təşkil edir və 
Türkiyə adına yardımları həyata keçirirlər. 
İkitərəfli  əlaqələrə  töhfə  verən  ən  əhəmiyyətli  qurumlardan  biri  də 
Azərbaycandakı  “İrəli”  İctimai  Birliyidir.  Bu  ictimai  birlik  ikitərəfli 
əlaqələrdə orijinal sayıla biləcək fəaliyyətləri həyata keçirib. Birlik 2010-
cu il 27 yanvar - 06 dekabr arasında Ərzurumda təşkil edilən 25-ci Dünya 
Universitetlərarası  Qış  Olimpiadalarında  20  nəfərlik  bir  qrupla  iştirak 
edərək xarici heyətlər üçün təmənnasız əlavə tərcüməçi dəstəyini göstərib. 
Buna bənzər fəaliyyət 2011-ci il 23-30 iyul tarixində Trabzonda keçirilən XI 
Avropa Gənclər Yaz Olimpiadalarında da təşkil olunub. Hər iki iş Türkiyə 
və Azərbaycan mediasının diqqətini yaxından çəkib və “İrəli”nin addımları 
ikili əlaqələrdə qarşılıqsız dəstək nümunəsi olaraq müsbət qarşılanıb.
“İrəli”  İctimai  Birliyi  2009-cu  ildən  etibarən  hər  yaz  Türkiyədə 
(Karabük) və Azərbaycanda (Lənkəran) hər iki ölkədən 20 nəfər olmaqla 
cəmi  40  şagird  üçün  “Türkiyə  və  Azərbaycan  Gənclərinin  Dostluq 
Düşərgəsi” adlı yaz proqramı təşkil edir. Bundan başqa, 56-cı Avroviziya 
Mahnı  Müsabiqəsinin  yarımfinalında  Türkiyənin  müsabiqədən  kənarda 
qalmasından sonra “İrəli” Bakıda bir qrup türk və azərbaycanlı tələbələrlə 
Türkiyənin  Azərbaycanı  dəstəkləməsi  istiqamətində  fəaliyyət  həyata 
keçirib.  Bəzi  QHT-lərin  dəstəyi  nəticəsində  Türkiyənin  yardımı  ilə 
Azərbaycan bu yarışmada birincilik əldə edib.
Son  dövrlərdə  göründüyü  kimi,  Türkiyə-Ermənistan  və  Azərbaycan-
İsrail əlaqələrində dövlətlər bəzən yalnız daxili ictimaiyyətin rəyini deyil, 
bir-birlərinin  ictimai  rəyini  də  diqqətə  almaq  məcburiyyətindədirlər. 
Türkiyə-Ermənistan  əlaqələrindəki  protokollar  müddətində,  Türkiyədə 
terror hücumlarının artdığı dövrlərdə, ŞKTR-ə dəstək mövzularında və son 
Van zəlzələsi əsnasında bir daha müəyyən oldu ki, hər iki ölkənin vətəndaş 
cəmiyyəti təşkilatları inanılmaz qarşılıqlı dəstək nümunəsi göstərir. Xüsusilə 
protokollar müddətində Azərbaycan və Türkiyədəki çoxlu sayda QHT ortaq 
hədəf üçün ikitərəfli əlaqələrin əsl potensialını ortaya qoydu. Eyni zamanda 
ikitərəfli  əlaqələrdə  QHT-lərin  fəaliyyətinin  inkişafına  daha  çox  ehtiyac 
olduğu aydınlaşıb.  
Protokollara qədər Türkiyə-Ermənistan əlaqələrinin inkişafını müdafiə 
edən QHT-lər daha ön planda olublar. Bu təşkilatlar media üzərindən çox 
ciddi  işlər  həyata  keçirməklə  dövlət  orqanlarını  istiqamətləndirmək  və 
ictimai fikri yönəltmək üçün addımlar atıblar. Protokollar müddətində hər 


156
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
iki ölkədəki QHT-lərdə “həssaslığı bir kənara buraxaq, Ermənistan ilə daha 
yaxşı  əlaqə  yaradaq”  deyənlər  və  dövlətin  rəsmi  siyasətinin  bir  parçası 
olanlar mövcud idi, həmçinin rəsmi siyasəti tənqid edərək fərqli görüşlər 
ortaya qoyanlar da var idi. Bu zaman Azərbaycanda Türkiyənin mövqeyi 
sərt şəkildə tənqid edilmişdi (tənqidin böyük hissəsi Türkiyə rəhbərliyinə 
yönəlmişdi).  Bu  dövrdə  QHT-lərin  çoxsaylı  qarşılıqlı  ziyarətləri  baş 
tutub  və  birgə  toplantılarda  inanılmaz  yaxınlaşma  müşahidə  olunub. 
Azərbaycandan  edilən  ziyarətlər  içərisində  QHT  Milli  Forumu  və  QHT 
Dövlət Dəstəyi Fondu nümayəndələrinin etdikləri səfərlər və keçirdikləri 
tədbirlər ictimaiyyət arasında ciddi əks-səda doğurub.
Azərbaycan  və  Türkiyənin  iqtisadi  sahədə  araşdırma  aparan  QHT-
ləri  layihələr  əsasında  əməkdaşlıqlar  ediblər.  Bu  sahədə  daha  intensiv 
işləyən dərnəklərdən biri olan Azərbaycan İqtisadi Araşdırmalar Mərkəzi 
Türkiyədəki İqtisadi Araşdırmalar Vəqfi ilə əməkdaşlığı inkişaf etdirmək 
üçün  qarşılıqlı  ziyarətlər  həyata  keçirib  və  toplantılar  təşkil  edib. 
Toplantılarda  belə  qərara  alınıb  ki,  iki  ölkə  arasındakı  iqtisadi  əlaqələrin 
inkişafı haqqında elmi konfransın təşkili üçün birgə fəaliyyətə start verilsin.
Azərbaycan  İqtisadi  Tədqiqatlar  Mərkəzi  (İTM)  Türkiyə-Ermənistan 
protokolları ilə bağlı Azərbaycan-Türkiyə əlaqələrində gərginlik yaşandığı 
dövrdə prosesləri qiymətləndirmək məqsədilə Bakıda Qafqaz Beynəlxalq 
Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) ilə ortaq şəkildə bir 
konfrans da həyata keçirib. Konfransda ikitərəfli əlaqələrin iqtisadi ölçüləri 
ətraflı müzakirə mövzusu olub.
QAFSAM həmçinin Türkiyənin iki QHT-si - TÜRKSAM və Azərbaycan 
Birlik  Təşkilatı  (ABT)  ilə  ortaq  şəkildə  Türkiyənin  çoxsaylı  universitet 
tələbəsi üçün təqdimat layihəsi reallaşdırıb.
İki  ölkənin  QHT-ləri  arasında  səhiyyə  sahəsində  əməkdaşlıq  az 
sayda olsa da mövcuddur. Səhiyyə Mənsubları Dərnəyi (SAMEDER) ilə 
Beynəlxalq Qeyri-Hökumət Təşkilatlarını Dəstəkləmə və İnkişaf Etdirmə 
Dərnəyi (USİDER) tərəfindən reallaşan əməkdaşlıq istiqamətində Türkiyə 
ilə Azərbaycan arasında şəfa körpüsü qurulub. Bu layihəyə Azərbaycandan 
Səhhətimiz  Naminə  Təbiblər  Dərnəyi  (SNT)  də  qoşulub.  Layihə 
çərçivəsində  Bakıya  səfər  edən  türkiyəli  həkimlər  dörd  min Azərbaycan 
vətəndaşını ödənişsiz müayinə ediblər. Bu sahədə nümunə sayıla biləcək 
digər bir fəaliyyət mərkəzi Ankarada olan Avrasiya Gastroenteroloji Dərnəyi 
tərəfindən həyata keçirilib. Dərnək davamlı olaraq Azərbaycan QHT-ləri ilə 
ortaq şəkildə fəaliyyətlər reallaşdırır, tibb sahəsində ortaq elmi işlərə ciddi 
töhfələr verir.


157
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
Avrasiya Metal İşçiləri Konfederasiyası çərçivəsində, həmçinin birbaşa 
Azərbaycan Həmkarlar Təşkilatı Konfederasiyası ilə Kamu-Sen arasındakı 
əməkdaşlıq  çərçivəsində  həyata  keçirilən  fəaliyyətlər  həmkarlar  ittifaqı 
sahəsində,  Avrasiya  İnsan  Hüquqları  Federasiyası  çərçivəsində  həyata 
keçirilən  fəaliyyətlər  isə  insan  hüquqları  sahəsindəki  qeyri-hökumət 
təşkilatlarının fəaliyyətlərinə nümunələr təşkil edir. Bundan başqa, media 
sahəsində  işlər  görən  Azərbaycan  Parlament  Müxbirləri  Dərnəyinin 
Türkiyədəki  çoxsaylı  milli  və  yerli  jurnalist  dərnəkləri  ilə  imzaladığı 
razılaşmalar və həyata keçirilən fəaliyyətlər, türk dünyası jurnalistlərini bir 
araya gətirmə səyləri QHT əlaqələrinin nəticəsi kimi diqqəti cəlb edir.
QHT-lərin Azərbaycan-Türkiyə əlaqələrində nisbətən az yer tutduğunu  
söyləyə bilərik. Lakin bu fəaliyyət sahələrinin gün keçdikcə daha da inkişafı 
və QHT-lərin ikitərəfli əlaqələrdə oynadığı rolun hər keçən gün artdığı da 
müşahidə edilir. QHT-lərin xüsusilə həssas mövzularda (Qarabağ problemi, 
ŞKTR, PKK terroru) və mühüm proseslərdə (protokollar, Mavi Mərmərə 
hücumu və s.) möhkəm bir körpü funksiyası daşıdığı və ciddi bir potensiala 
sahib olduğı artıq sübut edilib. Bu sahənin inkişafı və dərinləşməsi üçün 
müsbət cəhdlərin intensivliyinin artması faydalı olacaq.  


158
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ SON 20 İLDƏ: UĞURLAR VƏ İMKANLAR
Redaktor:
Mübariz CƏFƏRLİ
Korrektor:
Aqşin MƏMMƏDOV
Tərcüməçi:
Könül MUXTAR
Dizayner:
İntiqam MƏHƏMMƏDLİ
Tiraj: 1000 (min) ədəd
Nəşriyyat:
CBS

Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə