1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan və Türkiyə ortaq tarix doktrinası



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   49   50   51   52   53   54   55   56   57

146
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
qondarma  erməni  soyqırımı  ilə  günahlandırıb,  Azərbaycan  torpaqlarının 
Ermənistan  tərəfindən  işğal  edilməsi  xalqların  öz  müqəddəratını  təyin 
etmək  kimi  qiymətləndirilib.  Bu, Türkiyə  və Azərbaycan  ilə  müqayisədə 
hər  baxımdan  olduqca  kiçik  olan  Ermənistanın  uğurudur.  Ermənistanın 
tarixi  həqiqətlərdən  məhrum  olan,  yalnız  böhtan  və  yalanlar  üzərində 
qurulmuş  təbliğatı  bu  gün  daha  da  genişlənir.  Erməni  təbliğatının  nəticə 
verməsində  təsirli  olan  iki  faktor  var:  xarici  dövlətlərin  Azərbaycan  və 
Türkiyəyə düşmən mövqedə olması  (bura din faktorunu da əlavə etmək 
mümkündür)  və  erməni  təbliğatının  davamlılığı. Azərbaycan  və  Türkiyə 
erməni  təbliğatına  qarşı  fəaliyyətdə  ciddi  nəticələr  əldə  etmək  istəyirsə, 
Türkiyə  yerləşdiyi  geosiyasi  mövqeyindən,  Azərbaycan  sahib  olduğu 
enerji  mənbələrindən  bəhrələnərək  xarici  dövlətlərin  düşmən  mövqedən 
yanaşmasını  minimuma  endirməli    və  erməni  təbliğatının  nəticələrini 
aradan qaldırmağı bacarmalıdır. Əks-təqdirdə Azərbaycan və Türkiyə yenə 
də erməni təbliğatını arxadan izləməyə məcbur olacaq. Təbliğat dünyamızın 
ən son texnoloji silahından daha təsirlidir. Bu həqiqəti anlamadan, qısa, orta 
və  uzunmüddətli  təbliğat  planlarını  tərtib  etmədən  arzuolunan  nəticəyə 
çatmaq qeyri-mümkün olacaq. Azərbaycan və Türkiyənin insan resursları, 
maliyyə və digər parametrlər üzrə ciddi təbliğat potensialı var. Bu potensialı 
planlı şəkildə hərəkətə keçirmək, əməkdaşlıq etmək və siyasi iradə ortaya 
qoymaq lazımdır.


147
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
 
Ɔ
Giriş
Azərbaycan-Türkiyə  münasibətləri  haqqında  yazmaq  həm  çox  asan, 
həm də kifayət qədər çətindir. Çünki “hər kəsin haqqında hər şeyi bildiyi”, 
lakin bəzən də “əslində daha bilmədiyimiz nə qədər mövzu varmış” deyərək 
qiymətləndirdiyi münasibətlərdən yazmaq elə də asan deyil. Digər tərəfdən, 
ikitərəfli  münasibətlər  haqqında  ümumi  xarakterli  çoxlu  sayda  məqalə, 
kitab, hətta magistr və doktorluq dissertasiyaları da yazılıb. 
Azərbaycan-Türkiyə münasibətləri  baxımından çox az tədqiq edilmiş 
bir  sahə  də  var:  iki  ölkənin  qeyri-hökumət  təşkilatları  (QHT)  arasındakı 
əlaqələr  və  yaxud  ümumi  olaraq  ikitərəfli  əlaqələrdə  qeyri-hökumət 
təşkilatlarının yeri mövzusu. 
Qeyri-hökumət təşkilatlarının xarici siyasətdə, o cümlədən Azərbaycan-
Türkiyə münasibətlərindəki yeri, ümumiyyətlə, az (Türkiyədə digərlərinə 
nisbətlə,  Azərbaycanda  isə  bütün  mənalarda)  araşdırılıb.  Vətəndaş 
cəmiyyətinin  əhəmiyyətinin  get-gedə  artdığı  bir  dünyada Azərbaycan  və 
Türkiyədə  istər  vətəndaş  cəmiyyəti  –  xarici  siyasət  kontekstində,  istərsə 
də  birbaşa  hər  iki  ölkənin  vətəndaş  cəmiyyətləri  arasındakı  münasibətlər 
kontekstində  tədqiqatların    sayının  ciddi  dərəcədə  artmaması  böyük 
Araz ASLANLI
Qafqaz Beynəlxalq Münasibətlər və 
Strateji Araşdırmalar Mərkəzinin sədr müavini
Xəzər Universitetinin müəllimi
Azərbaycan və Türkiyə 
QHT-ləri arasında əlaqələr


148
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
çatışmazlıq  kimi  xüsusi  diqqət  çəkir.  Eyni  zamanda,  onu  da  qeyd  etmək 
lazımdır ki, bu  mövzuda  elmi  araşdırmaların sayının az olmasının təbii 
səbəbləri də mövcuddur. Son illəri nəzərə almasaq,  Azərbaycan-Türkiyə  
münasibətlərində  çatışmazlığı  ən  çox  vurğulanan    məqamlardan  biri  də 
məhz münasibətlərin rəsmi orqanlarla məhdudlaşması olmuşdur. 
Bu  məqalə qeyd olunan mövzu barədə ilk araşdırmalardan biri olduğu 
üçün  burada çatışmazlıqların və səhvlərin olması mümkündür. Məqalədə 
qarşıya  qoyulan  əsas  məqsədlərdən  biri  ən  azı  mövcud  vəziyyətin 
öyrənilməsi və gələcək tədqiqatlarda daha geniş toxunulacaq istiqamətlərin 
müəyyənləşdirilməsidir. 
Bu çərçivədə xarici  siyasətdə  QHT-lərin  oynadığı rol ümumi şəkildə  
nəzərdən  keçirilir,    bundan    sonra Azərbaycan-Türkiyə  münasibətlərinin 
ümumi xüsusiyyətlərindən bəhs edilir, daha sonra isə ikitərəfli əlaqələrdə 
qeyri-hökumət təşkilatlarının yeri müzakirə olunur. Bu məqsədlə məqalədə 
QHT-lərin təsnifatı aparılır, dövlətlərin QHT-lər vasitəsilə həyata keçirilən 
fəaliyyətlərə dair mövqeyinə aydınlıq gətirilir, ictimai təşkilatların qarşılıqlı 
əlaqələrə töhfəsi baxımından bəzi nümunələrdən bəhs edilir. 
 
Ɔ
Xarici siyasət və qeyri-hökumət təşkilatları
Klassik  mənada  beynəlxalq  münasibətlər  beynəlxalq  sistemdəki 
elementlərin,  xüsusilə  də  beynəlxalq  münasibətlərin  əsas  oyunçusu 
kimi  qəbul  edilən  dövlətlərin  digər  dövlətlər  və  qeyri-dövlət  qurumları 
(beynəlxalq/regional/hökumətlərarası təşkilatlar) ilə münasibətlərini əhatə 
edirdi.  Sonradan  bu  tərifə  beynəlxalq  şirkətlər,  beynəlxalq  normalar  və 
beynəlxalq  ictimaiyyət  də  əlavə  olundu.  “İkitərəfli  münasibətlər”  ifadəsi 
ilə  nəzərdə  tutulan  məna  da,  əsasən,  bir  dövlətin  digər  dövlət,  ya  da 
dövlətlər tərəfindən yaradılan strukturlar ilə əlaqələri idi. Lakin vətəndaş 
cəmiyyətinin siyasi və ictimai həyatda rolunun artması ilə bu ifadə bir az da 
dəyişib. Siyasi ədəbiyyatda “iştirakçılıq”, “idarəetmə” (daha sonra “yaxşı 
idarəetmə”) terminlərini tez-tez eşitməyə başladıq. Zaman keçdikcə bu iki 
ifadə beynəlxalq  təşkilatlar tərəfindən milli dövlətlərə “ev tapşırığı” kimi 
verilməyə  başlandı.  
İştirakçılıq və idarəçiliyin əsas dəyər halına gəlməsi prosesi ilə birlikdə 
bəzən  də  ondan  müəyyən  qədər  müstəqil  şəkildə  vətəndaş  cəmiyyətinin  
təşkilati    formada  dövlət  idarəçiliyində  klassik  demokratiya  vasitələri  ilə 
birbaşa  təmsil  olunmaqdan  başqa  yeni  vasitə  və  üsullarla  təsir  gücünə 
malik olduqları da müşahidə edildi. Bütün bu dəyişikliklər ortaya çıxdıqca, 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə