1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan və Türkiyə ortaq tarix doktrinası



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

133
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
Zirvəsi”  olaraq  keçirilən  görüşlərin  adı  “Türk  Respublikaları  Dövlət 
Başçıları  Zirvəsi”,  1998-ci  ildə  Astanada  keçirilən  sammitdə  “Türkdilli 
Ölkələrin  Dövlət  Başçıları  Zirvəsi”  olaraq  dəyişdirilib.  1992-ci  ildən 
etibarən  müəyyən  fasilələrlə  təşkil  edilən  zirvələrdə  türk  dünyasının 
problemləri gündəmə gətirilib. 
Türkdilli  Ölkələrin  Dövlət  Başçıları  Zirvəsinin  IX  Sammiti  2009-
cu  il  oktyabrın  2-3-də  Naxçıvanda  keçirilib.  Bu  sammitdə    imzalanan 
müqavilənin  şərtlərinə  görə, Türk  Şurası  adlanan  daimi  katiblik  qurulub. 
Müqaviləyə  uyğun  olaraq,  Türk  Şurasının  təşkilati  mərkəzi  İstanbul, 
akademik mərkəzi Qazaxıstan, Parlament mərkəzi (TÜRKPA) Bakı olub. 
“TÜRKSOY” da birbaşa bu şuraya daxil edilib.
Türkdilli Ölkələrin Dövlət Başçıları Zirvəsinin əsas məqsəd və vəzifəsi 
türk  dövlətləri  arasındakı  siyasi,  iqtisadi,  mədəni,  ictimai, ortaq  tarixi  və 
mədəni  bağları  dərinləşdirmək,  qarşılıqlı  əməkdaşlığı  genişləndirmək  və 
ortaq tarixi mirasa sahib çıxmaqdır.
Buna əsasən aşağıdakılar aiddir:
Ortaq mədəni dəyərlər baxımından:
-  türk xalqları arasındakı mövcud əlaqələri daha da inkişaf etdirmək
-  türk respublikaları arasındakı dostluq və təşkilati əlaqələri gücləndirmək;
-  türk dünyasının ortaq əlifbasını hazırlamaq; 
-  türk ləhcələrinin müqayisəli lüğətini hazırlamaq;
-  türk tarixini tədqiq edəcək Ortaq Türk Tarixi İnstitutu qurmaq; 
-  ortaq mədəniyyət mirası olan tarixi əsərlərin qorunması, təmir edilməsi 
və tanıdılması ilə əlaqədar layihələr hazırlamaq və tətbiq etmək. 
Ortaq təhsil baxımından:
-   təhsil  nazirlikləri  və  universitetlər  arasındakı  əməkdaşlığa  səy 
göstərmək; 
-   qarşılıqlı təqaüdlü tələbə mübadiləsini inkişaf etdirmək
-   lisey  və  universitetlərarası  şagird/tələbə  mübadilə  və  sirkulyasiya 
sistemini qurmaq; 
-   ortaq türk tarixi kitabı və ortaq tarix tədris planı hazırlamaq.
Regional və beynəlxalq  təhlükəsizliyin təmin edilməsi baxımından:
-   beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə xidmət edən müsbət 
təşəbbüsləri artırmaq; 
-  terrorizm,  qaçaqmalçılıqla  mübarizə  və  təhlükəsizlik  sahəsində 


134
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
əməkdaşlığı genişləndirmək;
-   Avrasiyada türk varlığı və əməkdaşlıq potensialını daha da artırmaq; 
-   müstəqillikdən sonra türkdilli ölkələrin siyasi, iqtisadi və təhlükəsizlik 
sahəsində ortaq hərəkət etməsinə səy göstərmək
-   ortaq hərbi fəaliyyətləri həyata keçirmək.
İqtisadi baxımdan:
-  türk coğrafiyasını əməkdaşlıq, sabitlik və barış bölgəsinə çevirmək
-  beynəlxalq  və  regional  platformalarda  ortaq  hərəkət  edərək  siyasi  və 
iqtisadi fəaliyyətlərini artırmaq; 
-  türk dünyasını bir-birinə bağlayacaq enerji siyasətləri meydana gətirmək; 
-  İstanbul-Almatı  qatar  və  ümumi  nəqliyyat  şəbəkəsinə  Bişkeki  daxil 
etmək  və  Bakı-Tbilisi-Axalkələk-Qars  dəmiryolunun  inşasına  dəstəyi 
artırmaq; 
-  İpək Yolunun tarixi əhəmiyyət və funksionallığını canlandırmaq; 
-  müxtəlif sahələrdə çoxtərəfli və ikitərəfli əməkdaşlığı inkişaf etdirmək
-  türk dünyasının iqtisadi inteqrasiya olunmasını təmin etmək məqsədilə 
ortaq gömrük müqaviləsi  imzalamaq;
-  nəqliyyat  və  informasiya  layihələri  tətbiq  etmək,  biznes  və  iqtisadi 
əlaqələri inkişaf etdirmək. 
Təşkilatlanma baxımından:
-  daimi bir katiblik yaratmaq;
-  digər  sahələrdə  əməkdaşlıq  koordinasiyasını  təmin  etmək  məqsədilə 
müxtəlif alt komitə və komissiyalar qurmaq.
Siyasi baxımdan:
-   Parlamentlərarası Şura və Parlamentlərarası Əlaqələr İnstitutu qurmaq; 
-  ölkələr  arasındakı  regional  və  beynəlxalq  problemlər  haqqında  fikir 
mübadiləsi aparmaq və ortaq strategiyanı inkişaf etdirmək.
Türkdilli  Ölkələrin  Dövlət  Başçıları  Zirvəsinin  mövcud  potensialını 
daha  da  artıraraq Avropa  Birliyi  modelində  “Türk  Dövlətləri  Birliyi”nin 
qurulması üçün fəaliyyətə başlamaq lazımdır.
Bu  görüşlərin  davamı  olan  Naxçıvan  Sammiti  təşkilatlanma, 
ölkələr  arasında  əməkdaşlığın  inkişaf  etdirilməsi,  xarici  siyasətlərinin 
koordinasiyası,  regional  və  beynəlxalq  problemlərin  müzakirəsi,  türk 
dünyasının  gələcəyinin  hazırlanması  və  uzunmüddətli  əməkdaşlıq 


135
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
sahələrinin müəyyən olunması və prioritet mövzulara görə təsnif edilməsi 
baxımından böyük əhəmiyyət kəsb edir.
1
Naxçıvan Sammitində ikitərəfli görüşlər keçirilib və regional əməkdaşlıq 
mövzuları ilə qlobal məsələlər müzakirə olunub. Bu sammitdə Azərbaycan 
Prezidenti  İlham  Əliyev  və  Türkiyə  Prezidenti  Abdullah  Gül  arasında 
birbaşa  aparılan  görüşlərin  Ermənistan  məsələsi  və  Türkiyə-Ermənistan 
protokollarının imzalanmasından əvvələ təsadüf etməsi xüsusi əhəmiyyət 
kəsb edib. Naxçıvan Sammitində qəbul edilən mühüm qərarlardan biri də 
dövlətlər arasında qarşılıqlı əməkdaşlığı təmin edəcək Türkdilli Ölkələrin 
Əməkdaşlıq  Şurasının  qurulmasına  dair  müqavilənin  imzalanmasıdır. 
Müqaviləyə  uyğun  olaraq,  Türkdilli  Ölkələrin  Dövlət  Başçıları  Şurası, 
Türkdilli  Ölkələrin  Xarici  İşlər  Nazirləri  Şurası,  Təcrübəli  Məmurlar 
Komitəsi, Ağsaqqallar  Heyəti  və  mərkəzi  İstanbulda  olacaq  Katiblikdən 
ibarət olan nizamlı bir məşvərət mexanizmi yaradılıb.
IX Sammitin Naxçıvanda təşkilinin başqa xüsusiyyəti də son zamanlarda 
Ermənistanın  Naxçıvana  yönəlik  ərazi  iddiaları  olub.  Zirvə  görüşünün 
Naxçıvanda keçirilməsi Azərbaycanın siyasi və mədəni mərkəzinin sadəcə 
Bakıdan  ibarət  olmaması  və  Ermənistanın  əsassız  ərazi  iddialarına  qarşı 
türk dünyasının ortaq şəkildə cavab verməsi baxımından böyük əhəmiyyət 
daşıyır.
Türk  respublikaları  arasında  əməkdaşlığın  ticarət,  iqtisadi,  mədəni  və 
ictimai  sahələrdə  reallaşması  ehtimalı  daha  yüksəkdir.  Bu  əməkdaşlığın 
genişlənməsində  Xəzər  hövzəsi  xüsusi  əhəmiyyətə  malikdir.  Bu  sahədə 
Transxəzər neft və təbii qaz boru xətləri layihələrinin müzakirəsi və ortaq 
mənfəətlərin qorunması daha perspektivlidir.
Türk  respublikaları  arasında  xarici  siyasətin  koordinasiyası,  mövcud 
olan  problemlərin  həlli,  beynəlxalq  təşkilatlarda  əməkdaşlıq  üçün  ciddi 
addımlar  atmaq  mümkündür.  Hələlik  bu  mövzuda  dövlətlər  təkliflərini 
bildirsə də, konkret addımlar atılmayıb. 
Bir başqa problem digər türk respublikalarının Azərbaycan torpaqlarının 
Ermənistan  tərəfindən  işğal  edilməsi  məsələsinə  Türkiyə  qədər  və 
eyni  zamanda  Türkiyənin  beynəlxalq  sahədə  qarşılaşdığı  qondarma 
erməni  soyqırımı  təbliğatı  və  Kipr  probleminə Azərbaycan  qədər  həssas 
olmamalarıdır. 
Bütün  bu  mənfi  cəhətlərə  baxmayaraq,  türk  respublikaları  arasında 
1   Rövşən İbrahimov, “Türkdilli Dövlətlərin Sammiti: Simvolik toplantımı, yoxsa işlək bir qurum?”, 
http://www.caspianweekly.org/turkce-makale/turk-dis-politikasi/3054-turk-dili-konusan-dövlətlerin-
zirvesi-sembolik-toplanti-mi-yoksa-calisan-bir-kurum.html


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə