1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

119
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
göz həkimliyi və s.) yürsək səviyyəli kadrları olaraq fəaliyyət göstərir. 
Ümumiyyətlə, Azərbaycanın öz müstəqilliyini əldə etdiyi tarixdən bu 
günədək  qardaş  Türkiyənin  ali  məktəblərində  4000-ə  yaxın  azərbaycanlı 
gənc dövlət xətti ilə təhsil almaq imkanına malik olmuşdur. Yuxarıda da 
göstərildiyi kimi, bu prosesin daha nizamlı və mütəşəkkil şəkildə həyata 
keçirilməsi  1998-ci  və  sonrakı  illərdə  Təhsil  Nazirliyinin  Türkiyənin 
müvafiq təhsil qurumları ilə imzaladığı sənədlərlə tənzimlənmişdir.
İllər_1998'>Türkiyə Respublikasının illər üzrə Azərbaycana ayırdığı təqaüdlərə 
və Azərbaycan tərəfinin istifadə etdiyi yerlərə aid statistik məlumat
İllər
1998
1999
2000 
2001
2002
2003
2004
Ayrılan təqaüdlərin sayı
150
150
150
150
150
150
150
İstifadə olunan 
təqaüdlərin sayı
174
138
141
140
150
150
150
İllər
2005
2006
2007
2008
2009
2010
2011
Ayrılan təqaüdlərin sayı
150
150
150
125
125
125
125
İstifadə olunan 
təqaüdlərin sayı
140
128
126
93
91
117
117
Türkiyə Respublikasında dövlət xətti ilə təhsil alan 
tələbələrə aid statistik məlumat
Tədris ili
1997- 
1998
1998- 
1999
1999- 
2000 
2000- 
2001
2001- 
2002
2002- 
2003
2003- 
2004
Tələbələrin sayı
1503
1327
837
667
610
543
561
Tədris ili
2004- 
2005
2005- 
2006
2006- 
2007
2007- 
2008
2008-
2009
2010- 
2011
2011-
2012
Tələbələrin sayı
636
734
659
605
548
503
487
Qeyd etdiyimiz kimi, 2006-cı ilə qədər gənclərimiz daha çox təhsilin 
bakalavr səviyyəsi üzrə müxtəlif ixtisaslarda təhsil almaq üçün Türkiyəyə 
göndərilirdisə, 2006-ci ildən etibarən gənclərimizin Azərbaycanın ehtiyac 
duyduğu ixtisas istiqamətləri (İKT, tibb, mühəndislik, idarəetmə və maliyyə) 
üzrə əsas təhsildən sonrakı təhsil səviyyələri (magistratura, doktorantura) 


120
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
üzrə  təhsil  almalarına  üstünlük  verilirdi.  Müalicə  işi  və  stomatologiya 
ixtisasları üzrə əsas təhsillərini bitirən tələbələrin tibbin müxtəlif sahələri 
üzrə  uzmanlıq  (rezidentura)  səviyyəsində  təhsil  almaları  üçün  şəraitin 
yaradılması xüsusilə qeyd olunmalıdır.  
Ötən  illər  ərzində  2  minə  yaxın  tələbəmiz  məzun  olaraq  ölkəmizin 
müxtəlif  sahələrində  uğurla  çalışmaqdadırlar.  Bu  gün  respublikamızın 
ali  və  orta  məktəbləri,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 
Strateji Araşdırmalar Mərkəzi, Xarici və Daxili İşlər nazirlikləri, Ədliyyə 
Nazirliyi,  Səhiyyə  Nazirliyi,  Diasporla  İş  üzrə  Dövlət  Komitəsi,  Dövlət 
Gömrük  Komitəsi, Konstitusiya Məhkəməsi, Milli Elmlər Akademiyası, 
onun Naxçıvan MR-dəki filialı, digər dövlət qurumları və müəssisələrində 
çalışan mütəxəssislər arasında Türkiyə ali məktəblərinin məzunlarına rast 
gəlmək olar. İxtisasca iqtisadçı və bank işçisi olanların müəyyən bir qrupu 
respublikamızda  fəaliyyət  göstərən  çoxsaylı  dövlət  və  özəl  banklarda 
çalışırlar.
Türkiyə  ali  məktəblərindən  məzun  olmuş  bəzi  azərbaycanlı  gənclər 
dünyanın  müxtəlif  ölkələrində  (ABŞ,  Yaponiya,  Almaniya,  İngiltərə, 
Rusiya və s.) təhsillərini davam etdirir və ya bu ölkələrin özəl şirkətlərində 
çalışırlar. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 
2007-ci  il  tarixli,  2090  saylı  sərəncamı  ilə  təsdiq  edilmiş  “2007-2015-
ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət 
Proqramı” gənclərimizin qardaş Türkiyənin ali məktəblərində təhsil almaq 
imkanklarını daha da genişləndirmişdir. Bu Proqram çərçivəsində hazırda 
853 nəfər dünyanın nüfuzlu ali məktəblərində təhsil almaqdadır ki, onların 
da 201 nəfəri Türkiyənin aparıcı ali məktəblərində təhsil alırlar. Proqram 
çərçivəsində  təhsil  alan  tələbələrin  bütün  xərcləri  (təhsil,  yaşayış,  gediş-
gəliş və s.) Azərbaycan dövləti tərəfindən ödənilir.
Proqram  iştirakçıları  olan  azərbaycanlı  gənclər  Türkiyənin  əsas  ali 
təhsil  ocaqlarının  müxtəlif  təhsil  səviyyələrində  müxtəlif  ixtisas  sahələri 
(tibb, iqtisadiyyat və idarəetmə, sənaye və mühəndislik, İKT, xidmət) üzrə 
təhsillərini davam etdirirlər. Ötən 4 dərs ili ərzində (2007/2008-2010/2011) 
təqribən  130  nəfər  Türkiyədə  təhsil  almaq  hüququ  qazanmışdırsa,  təkcə 
2011-ci  ildə  bu  rəqəm  103  nəfər  olmuşdur.  2011/2012-ci  tədris  ilində 
Türkiyəyə  göndərilənlərin  80-i  tibb  ixtisası  üzrə,  xüsusilə  də  rezidentura 
proqramlarında təhsil alanlar olmuşdur.
5  illik  dinamika  ilə  bağlı  rəqəmlər  onu  göstərir  ki,  2011-ci  ildə 
ən  çox  tələbə  həm  tibb  ixtisası  üzrə,  həm  də  ümumilikdə  Türkiyəyə 


121
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
göndərilmişdir. 
Azərbaycan gənclərinin Türkiyədə təhsil almaları ilə yanaşı, Türkiyə 
vətəndaşları  da  Azərbaycanın  müxtəlif  ali  məktəblərində  müxtəlif 
ixtisaslarda  təqaüdlər  çərçivəsində  və  ya  şəxsi  vəsaitləri  hesabına 
təhsil  almaqdadırlar.  Ümumiyyətlə,  qeyd  edilməlidir  ki,  Azərbaycanda 
təhsil  alan  əcnəbi  tələbələrin  böyük  əksəriyyətini  məhz  qardaş Türkiyə 
Respublikasından olan tələbələr təşkil edir. 
Hazırda  Bakı  Dövlət  Universitetində,  Azərbaycan  Dövlət  Neft 
Akademiyasında,  Azərbaycan  Memarlıq  və  İnşaat  Universitetində, 
Azərbaycan  Dillər  Universitetində,  Azərbaycan  Texniki  Universitetində, 
Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Musiqi Akademiyasında 
və  digər  ali  məktəblərdə  3459  nəfər  (2010/2011-ci  tədris  ilində) Türkiyə 
vətəndaşı təhsillərini davam etdirirlər.
Türkiyədən  gələn  tələbələr,  əsasən,  kompyuter  mühəndisliyi, 
beynəlxalq münasibətlər, memarlıq, neft və qaz geologiyası, azərbaycan 
dili  və  ədəbiyyatı,  xarici  dillər,  rus  dili  və  ədəbiyyatı,  ssenari  yazıçısı, 
marketinq,  menecment,  iqtisadiyyat,  texniki  və  humanitar  fənlər 
müəllimliyi, tibb, musiqi, dizayn, qrafika ixtisaslar üzrə respublikamızın 
dövlət və özəl ali məktəblərində təhsil alırlar.
Azərbaycan Respublikasının ali məktəblərində təhsil alan 
Türkiyə Respublikası vətəndaşları haqqında statistik məlumat
Tədris illəri
2004-
2005
2005-
2006
2006-
2007
2007-
2008
2008-
2009
2009-
2010
2010-
2011
Tələbələrin sayı
2640
3365
3874
4218
4499
4073
3459
Azərbaycan xalqının ilahi sərvəti olan “qara qızılın insan kapitalına 
çevrilməsi” siyasətinə töhfə verən Azərbaycanla Türkiyə arasında təhsil 
sahəsindəki  əməkdaşlıq  bundan  sonra  da  yüksələn  xətt  üzrə  inkişaf 
etdiriləcəkdir. 
Ölkələrimiz arasında təhsil sahəsində ildən-ilə genişlənən əməkdaşlıq 
xalqlarımızın  bir-birinə  daha  da  yaxınlaşmasına  xidmət  edir  və  istər 
Türkiyədə,  istərsə  də  Azərbaycanda  elmin,  təhsilin  və  mədəniyyətin 
inkişafı üçün geniş imkanlar açır.


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə