1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

126
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
Xüsusi  Maşınqayırma  və  Konversiya  Komitəsi  artıq  təkmilləşdirilmiş 
ordunun  tələblərinə  cavab  vermirdi.  Komitənin  fəaliyyətini  gücləndirmək 
məqsədilə 2000-ci il sentyabrın 20-də Xüsusi Maşınqayırma və Konversiya 
Komitəsi  (XMKK)  ilə Türkiyənin  hərbi  təyinatlı  məmulatlar  istehsal  edən 
Makina və Kimya Endüstrisi Kurumu (MKEK) arasında “Müdafiə sənayesi 
sahəsində əməkdaşlıq haqqında” Müqavilə imzalanıb. Müqavilədə MKEK-in 
Azərbaycan  hərbi  sənaye  kompleksinin  inkişafına  hərtərəfli  yardım  etməsi 
nəzərdə tutulurdu. Tərəflər arasında imzalanan bu müqavilə XMKK-nin işinə 
müəyyən  qədər  müsbət  təsir  göstərsə  də,  qurum  dövrün  tələblərinə  cavab 
vermirdi.  2005-ci  ilin  dekabrında  Azərbaycan  Respublikasının  Prezidenti 
İlham Əliyevin Fərmanı əsasında ölkənin müdafiə qüdrətini möhkəmləndirmək 
və xaricdən asılılığı azaltmaq məqsədi ilə hərbi sənaye kompleksini özündə 
birləşdirən Müdafiə Sənayesi Nazirliyi (MSN) yaradıldı. MSN  köhnəlmiş 
sovet stereotiplərini dağıdaraq, tabeliyində olan bütün müəssisələrin ən yeni 
texnologiya ilə işləyən müasir avadanlıqlara malik olması üçün yenidənqurma 
işləri həyata keçirdi. Müəssisələrin müasir texnologiya və avadanlıqla təchiz 
edilməsi üçün beynəlxalq sahədə fəaliyyət göstərmək tələb olunurdu. Bu 
məqsədlə  Azərbaycan  Respublikasının  müdafiə  sənayesi  naziri  Yavər 
Camalov xarici dövlətlərə ilk rəsmi səfərini məhz 2006-cı il sentyabrın 11-
15-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Vecdi Gönülün 
dəvəti ilə qardaş ölkəyə edib. Hər iki ölkənin nazirləri arasında hərbi-texniki 
sahədə əməkdaşlığın genişləndirilməsi haqqında müzakirələr aparılıb. Səfər 
zamanı nümayəndə heyəti Türkiyənin hərbi sənaye kompleksinə daxil olan 
bir sıra müəssisələri ziyarət edərək, onların işləri ilə yaxından tanış olub. 
NATO  standartları  və  qabaqcıl  texnologiya  əsasında  işləyən  Türkiyənin 
müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.
2007-ci ilin mart ayında Türkiyənin MKEK-in Baş direktorunun rəhbərlik 
etdiyi  nümayəndə  heyəti  işgüzar  səfərlə  Azərbaycan  Respublikasının 
Müdafiə Sənayesi Nazirliyini ziyarət edib. Ziyarət əsnasında MKEK-in Baş 
direktoru Ünal Önsipahioğlu Müdafiə Sənayesi Nazirliyinin rəhbər heyəti 
ilə  görüşərək  əməkdaşlığın  genişləndirilməsi  haqqında  fikir  mübadiləsi 
aparıb və müəssisələrimizlə tanış  olub. Ziyarət nəticəsində tərəflər arasında 
bir neçə müqavilə imzalanıb. MKEK müəssisələrimizdən birinə təmənnasız 
olaraq ov patronları istehsal xəttinin verilməsi haqqında qərar qəbul edib 
və  2008-ci  ilin  iyulunda  bu  xətt  gətirilərək  montaj  olunub.  Hazırda  bu 
xətt  məmulat  istehsal  etməkdə  davam  edir.  Bununla  yanaşı,  Türkiyənin 


127
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
“ROKETSAN”  şirkətinin  nümayəndələri  Azərbaycana  işgüzar  səfərdə 
olublar və görüşlər zamanı əməkdaşlıq sahələri müəyyən edilib.
Əməkdaşlıq  sahələri  genişləndiyindən  tərəflər  bu  prosesin 
əlaqələndirilməsi  və  səmərəliliyinin  artırılması  məqsədilə  2007-ci  ildə 
Yüksək  Səviyyəli  Hərbi  Dialoq  İclasını  (YSHDİ)  təsis  ediblər.  YSHDİ 
ildə iki dəfə toplanaraq meydana çıxmış problemlərin həlli və əməkdaşığın 
genişləndirilməsi istiqamətində hərtərəfli fəaliyyət göstərir.
2008-ci il ərzində Türkiyə Mülli Müdafiə Nazirliyi Müdafiə Sənayesi 
Müstərşarlığının  rəhbərliyi  və  nümayəndə  heyəti  müxtəlif  vaxtlarda 
Azərbaycana  işgüzar  səfərlər  ediblər.  2008-ci  ilin  iyulunda  Türkiyənin 
müdafiə sənayesi müstəşarı Murat Bayarın başçılıq etdiyi nümayəndə heyəti, 
həmin ilin sentyabrında isə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Lütfi Varoğlu 
işgüzar səfərlə Müdafiə Sənayesi Nazirliyini ziyarət ediblər. Qonaqlar, eyni 
zamanda,  müəssisələrimizi  ziyarət  edərək  aparılan  yenidənqurma  işlərini 
dəyərləndiriblər. Bu görüşlər nəticəsində yeni əməkdaşlıq sahələri müəyyən 
olunub. Hər iki səfərin sonunda bir neçə müqavilə imzalanıb. Müqavilələrə 
əsasən müəssisələrimizin Türkiyə müəssisələrindən xammal və dəstləşdirici 
hissələr əldə etmək imkanı yaranıb. Digər bir müqavilə ilə Türkiyə Müdafiə 
Sənayesi  Müstəşarlığı  Azərbaycan  Respublikasının  Müdafiə  Sənayesi 
Nazirliyini  2008-ci  ilin  noyabrında  Pakistanda  keçirilən  Beynəlxalq 
Müdafiə Məmulatları Sərgisində iştirak etməyə dəvət edib. Bu dəvətə görə 
Türkiyə  icarəyə  götürdüyü  stenddə Azərbaycan  Respublikasının  Müdafiə 
Sənayesi Nazirliyi üçün təmannasız guşə ayırıb. Bununla da tarixdə ilk dəfə 
olaraq  Azərbaycan  istehsal  etdiyi  milli  silahlarını  beynəlxalq  səviyyəyə 
çıxarmaq imkanı əldə edib. Uğurla keçən bu sərgi iki ölkə arasında qardaşlıq 
əlaqlərinin inkişafının bir nümunəsidir. 
Digər  bir  müqavilə  ilə  mütəxəssislərimizin  Türkiyədə  ixtisasartırma 
kurslarında iştirak etməsi haqqında razılıq əldə olunub. Bu razılığa əsasən, 
2009-cu  il  ərzində  bir  neçə  müəssisəmizin  mütəxəssisləri  Türkiyədə 
ixtisasartırma kursları keçiblər. 
Bundan başqa, Türkiyənin “TİSAŞ” şirkəti Müdafiə Sənayesi Nazirliyi 
ilə  kiçik  çaplı  atıcı  silahların  birgə  istehsalı  layihəsini  həyata  keçırib. 
Hazırda  layihə  bütünlüklə  icra  edilib  və  müəssisələrimizdə  bu  məmulat 
istehsal olunur. 
Müəssisələrimizdə  aparılan  yenidənqurma  işləri  və  müasir 
texnologiyanın  gətirilməsi  nəticəsində  Müdafiə  Sənayesi  Nazirliyinin 


128
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
müəssisələri  rəqabətədavamlı  məmulatlar  istehsal  edir.  Məhz  bunun 
nəticəsidir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Respublikasının 
Müdafiə  Sənayesi  Nazirliyini  istehsal  etdiyi  məmulatları  beynəlxalq 
sərgidə nümayiş etdirmək məqsədilə İstanbulda keçirilən IX Beynəlxalq 
Müdafiə  Sənayesi  Sərgisinə  (IDEF-2009)  dəvət  edib.  MSN  sərgidə  27 
adda məmulatı uğurla nümayiş etdirib. Sərginin açılışında Türkiyənin Baş 
naziri cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan stendini ziyarət edib və 
məmulatlarla, xüsusilə də “İstiqlal” adlı snayper tüfəngi ilə yaxından tanış 
olub. Azərbaycanın qısa müddət ərzində əldə etdiyi uğurlara sevindiyini 
gizlətməyən cənab Baş nazir Müdafiə Sənayesi Nazirliyinə fəaliyyətində 
daha böyük uğurlar qazanmasını arzulayıb. Sərgi zamanı Müdafiə Sənayesi 
Nazirliyi  bir  neçə  müqavilə  imzalamağa  da  müvəffəq  olub.  Türkiyənin 
“ASELSAN”  şirkəti  optik  sahədə  müəssisələrimizlə  əməkdaşlıq  etmək 
hüququnu  əldə  edib.  Bunun  nəticəsində  müəssisələrimizdə  müasir 
texnologiya ilə istehsal edilən optik cihazlar istehsal olunacaq. Hazırda 
istehsal  xəttinin  yaradılması  prosesi  başa  çatmaq  üzrədir.  Bununla 
əlaqədar bir sıra mütəxəssislərimiz “ASELSAN” şirkətində ixtisasartıma 
kursları keçirlər.
2010-cu  ildə  Türkiyənin  “ROKETSAN”  şirkəti  ilə  müzakirələr 
davam  etdirilib  və  əməkdaşlıq  haqqında  razılıq  əldə  olunub.  Həmin  ildə 
mütəxəssislərimiz  Türkiyənin  tank  zavodunu  ziyarət  edərək  təcrübə 
mübadiləsi  keçiblər.  Bundan  başqa,  Türkiyənin  bir  neçə  müəssisəsi  ilə 
əməkdaşlıq müqavilələri imzalanaraq həyata keçirilib. 2010-cu il avqustun 
16-18-də Azərbaycana rəsmi səfər edən Türkiyə Prezidenti Abdullah Gülün 
başçılıq etdiyi rəsmi heyətin tərkibində olan bu ölkənin müdafiə sənayesi 
müstəşarı Murat Bayar azərbaycanlı həmkarı Yavər Camalovla görüşərək 
əməkdaşlıqdan məmnunluğunu bildirib və gələcək inkişaf planları haqqında 
fikir mübadiləsi aparılıb.
Bu  məqsədlə  2011-ci  ilin  aprelinda  MKEK-in  Baş  direktoru  Ünal 
Önsipahioğlu Müdafiə Sənayesi Nazirliyinə işgüzar səfər edərək, gələcək 
planlar haqqında fikir mübadiləsi aparıb.
MSN  2011-ci  ilin  mayında  İstanbulda  keçirilən  “IDEF-2011”  X 
Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 89 adda məmulatla iştirak edib. 
Sərginin  açılış  günü  Türkiyə  Prezidenti Abdullah  Gül  stendimizi  ziyarət 
edib  və  uğurlar  arzulayıb.  Bu  ziyarət  Azərbaycana  verilən  dəyərin  və 
əhəmiyyətin təcəssümi idi. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə