1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

117
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
konkret xarici ölkələrin ali məktəblərinə ayrılmış yerlər hesabına imtahan 
verməklə təhsil ala bilərlər. 
Türkiyə  ilə  əməkdaşlıq  əlaqələrinin  inkişafının  davamı  kimi  qeyd 
etmək olar ki, Avropa Şurası və Türkiyə Milli Təhsil Nazirliyinin dəvəti 
ilə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərlik 
etdiyi nümayəndə heyəti 2007-ci il mayın 4-5-də İstanbulda Avropa ölkələri 
Təhsil  Nazirlərinin  Daimi  Konfransının  22-ci  Sessiyasının  işində  iştirak 
edib. 
Sosial  vəziyyətindən,  etnik  və  dini  mənsubiyyətindən,  fiziki  və  əqli 
inkişafından  asılı  olmayaraq  bütün  uşaqlara  təhsil  almaq  üçün  bərabər 
imkanların  verilməsi,  insan  haqları,  mədəniyyətlərarası  təhsil  və  milli 
azlıqların  təhsili  sahəsində  tədrisin  keyfiyyətinin  artırılması  ilə  bağlı 
məsələlərin müzakirəsi sözügedən konfransın əsas məqsədi olub. Sessiyanın 
sonunda  Avropa  ölkələri  Təhsil  Nazirlərinin  Yekun  Bəyannaməsi  qəbul 
edilib.   
2008-ci  il  mayın  28-31-də  Türkiyə  Respublikası  Yüksək  Öyrətim 
Kurulunun  5  nəfərlik  nümayəndə  heyəti  Azərbaycana  səfər  edərək  ali 
təhsil  və  bilavasitə  konkret  ali  məktəblərin  fəaliyyəti  ilə  yaxından  tanış 
olublar. Səfərin əsas məqsədi Azərbaycan tərəfinin ayrı-ayrı ali məktəblərin 
ixtisaslarının əlavə olaraq tanınması barədə müraciətini dəyərləndirmək idi. 
Nümayəndə heyəti Bakı Dövlət Univesriteti, Azərbaycan Tibb Universiteti, 
Azərbaycan  Memarlıq  və  İnşaat  Universiteti,  Azərbaycan  Texniki 
Universiteti və Azərbaycan Pedaqoji Universitetini ziyarət edib. Qonaqlar 
ali məktəblərin maddi-texniki bazası, kitabxanası, müxtəlif laboratoriyaları, 
auditoriyaları və bəzi ixtisaslar üzrə tədris proqramları ilə tanış olublar.
Türkiyə  ilə  təhsil  sahəsində  əməkdaşlıq  barədə  danışarkən  “təhsil 
təmsilçiliyi” məsələsinə toxunmamaq olmaz. İki ölkənin Təhsil Nazirlikləri 
arasında əldə edilmiş razılığa əsasən, Türkiyə Hökumətinin müvafiq qərarı 
ilə  “Böyük  Tələbə  Layihəsi”  çərçivəsində  bu  ölkənin  ali  məktəblərində 
Azərbaycan  və  digər  türkdilli  ölkələrdən  gələn  tələbələrin  təhsil,  məişət 
və  digər  məsələləri  ilə  məşğul  olmaq  məqsədilə  təhsil  təmsilçisi  vəzifəsi 
təsis edilmişdi. 2008-ci ildən etibarən təhsil təmsilçisi vəzifəsi ləğv edilərək 
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində təhsil attaşesi vəzifəsi təsis 
edilmişdir.
2008-ci ilin sonlarında Azərbaycan və Türkiyə arasında təhsil üzrə 
əməkdaşlıq əlaqələrinin inkişafı qarşılıqlı səfərlərin təşkili ilə müşahidə 
olunub.  12-14  noyabr  2008-ci  il  tarixində  Türkiyə  Respublikasının 
Yüksək Öyrətim Kurulu - Ali Təhsil Şurasının sədri, professor, doktor 


118
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
Yusuf Ziya Özcanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda ilk rəsmi 
səfərdə  olub,  Azərbaycanın  təhsil  naziri  Misir  Mərdanovla  görüşüb. 
Görüş  zamanı  nazir  qonaqlara  iki  ölkə  arasında  mövcud  əlaqələrin 
genişləndirilməsi  üçün  görülən  işlər  haqqında  ətraflı  məlumat  verib 
və  qeyd  edib  ki,  digər  ölkələrlə  müqayisədə  Türkiyədə  ali  təhsil  alan 
azərbaycanlı tələbələrin sayı ilbəil artmaqdadır. Nazir Prezident İlham 
Əliyev  tərəfindən  təsdiq  olunmuş  “2007-2015-ci  illərdə  Azərbaycan 
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” haqqında da 
qonaqlara  məlumat  verib.  Təhsil  naziri  ölkəmizdə  fəaliyyət  göstərən 
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin, Azərbaycan Türk Özəl liseylərinin 
və  Qafqaz  Universitetinin  nümunəvi  təhsil  ocaqları  kimi  tanındığını 
və  bu  təhsil  ocaqlarının Azərbaycanla  Türkiyə  arasında  körpü  rolunu 
oynadığını bildirib.
Qardaş  Türkiyə  ilə  təhsil  sahəsində  əməkdaşlığın  ən  nəzərəçarpan 
sahələrindən  biri  tələbə  mübadiləsidir.  Qeyd  olunan  müvafiq  sənədlər 
tələbə mübadiləsi sahəsində uğurlu əməkdaşlıq üçün geniş perspektivlər 
açır.  Qarşılıqlı  şəkildə  müəyyən  olunmuş  sayda  təqaüd  yerlərinin 
ayrılması,  eyni  zamanda  bu  təqaüddən  kənar  öz  imkanları  hesabına 
ödənişli olaraq qarşı tərəfin ali məktəblərində təhsillə bağlı məsələlərin 
tənzimlənməsi həmin sənədlərdə nəzərdə tutulub. Buna görə Azərbaycan 
vətəndaşlarının xaricdə ən çox təhsil aldığı ölkə Türkiyədir, həmçinin 
təhsil  üçün  Azərbaycana  üz  tutan  xarici  tələbələr  içində  qardaş  ölkə 
nümayəndələri sayca birinciliyini bu gün də saxlayır. Ümumilikdə, hər 
iki ölkədən qarşı tərəfin ali məktəblərində təhsil alan tələbələrin sayı bir 
neçə mindən artıqdır. Sənədlərdə də qeyd olunduğu kimi, hər iki tərəf 
ölkələrində faəliyyət göstərən dövlət ali məktəblərində tərəfdaş ölkədən 
gələn  tələbələrin  təhsil  almaları  üçün  müvafiq  şəraitin  yaradılmasını 
öz  üzərinə  götürmüşdür.  Bunun  üçün  tərəflər  müəyyən  kontingent 
çərçivəsində  təqaüdlər    də  ayırmaqdadır.  Təşəkkür  hissi  ilə  qeyd 
etməliyik ki, 1992-ci ildən etibarən Türkiyə Respublikası Hökumətinin 
həyata  keçirdiyi  “Böyük  Tələbə  Layihəsi”  çərçivəsində  azərbaycanlı 
gənclər Türkiyənin ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almış 
və almaqda davam etməkdədirlər. Məhz bu layihənin həyata keçirilməsi 
nəticəsində onlarla azərbaycanlı gənc diplomdan sonrakı təhsil – tibdə 
uzmanlıq proqramları üzrə təhsil almaq üçün Türkiyə ali məktəblərinə 
göndərilmiş və onların artıq böyük bir qrupu təhsillərini uğurla bitirərək 
ölkəmizin müxtəlif tibb mərkəzlərində tibbin müxtəlif sahələrini əhatə 
edən ixtisaslar üzrə (ürək-damar cərrahiyyəsi, urologiya, ginekologiya, 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə