1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

110
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
 
Ɔ
Nəticə
Girişdə qeyd olunduğu kimi, TİKA Baş Ofisi Azərbaycanın inkişafına 
kömək  göstərilməsi  istiqamətində  bu  günə  qədər  600-dən  çox  layihə  və 
fəaliyyət həyata keçirib. Bu layihə və fəaliyyətlər nəticəsində 4500-dən çox 
yerli mütəxəssisə təcrübə və peşəkarlığın artırılması üçün müxtəlif sahələr 
üzrə nəzəri və praktiki təlimlər verilib.  
TİKA fəaliyyət göstərdiyi müddət ərzində qardaş Azərbaycanın dövlət 
strukturları, təhsil və elm qurumları, ictimai təşkilatları və bütün insanları 
ilə xoş münasibət qurub və sıx əməkdaşlıq edib. TİKA Baş Ofisinin Bakı 
Proqram  Koordinasiya  Ofisi  vasitəsilə  Azərbaycanda  həyata  keçirilən 
layihə və fəaliyyətlərin müsbət nəticəsini görmək bizləri daim sevindirib və 
yeni layihələrə təşviq edib. 
Türkiyənin  sahib  olduğu  müasir  nəzəri  və  praktiki  təcrübəni  dost  və 
qardaş  Azərbaycanın  inkişafına  dəstək  məqsədilə  paylaşmaq  üçün  Türk 
Əməkdaşlıq  və  Koordinasiya Agentliyi  Baş  Ofisi  ilk  gündə  olduğu  kimi 
bu  gün  və  bundan  sonra  da  əməkdaşlıq  və  fəaliyyətini  hərtərəfli  davam 
etdirəcək.


111
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
Azərbaycanın  təhsil  sahəsində  əməkdaşlıq  etdiyi  ölkələrdən  biri  də 
Türkiyə Respublikasıdır. 
Hazırda Azərbaycanla Türkiyə arasında çoxtərəfli və inkişaf etmiş təhsil 
əlaqələri mövcuddur. Azərbaycanın Türkiyə ilə bu sahədə əməkdaşlığı həm 
məzmununa, həm də miqyasına görə başqa ölkələrlə müqayisədə çox geniş 
spektri əhatə edir.
Ötən 15 il ərzində iki qardaş ölkə arasında təhsil sahəsində çoxtərəfli 
əməkdaşlığı  həyata  keçirmək  üçün  lazımi  hüquqi  baza  yaradılıb.  1992-
ci  ildə  “Azərbaycan  Respublikası  Xalq  Təhsili  Nazirliyi  ilə  Türkiyə 
Respublikası  Milli  Təhsil  Nazirliyi  arasında  təhsil  sahəsində  əməkdaşlıq 
haqqında”  Müqavilə,  1994-cü  ilin  fevralında  “Türkiyə  Respublikası  ilə 
Azərbaycan Respublikası arasında elm, texnika, sosial, mədəni və iqtisadi 
sahələrdə  əhatəli  əməkdaşlıq  haqqında”  Müqavilə,  1997-ci  ilin  martında 
“Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  ilə  Türkiyə  Respublikası 
Milli  Təhsil  Nazirliyi  arasında  təhsil  və  elm  sahələrində  əməkdaşlıq 
haqqında”  Protokol  imzalanıb.  Bu  sənədlərdə  təhsilin  müxtəlif  sahələri, 
qarşılıqlı  tələbə  mübadiləsini  təmin  edən  müddəalar  mövcud  olsa  da, 
Azərbaycan  ali  məktəblərində  verilən  ixtisasların  Türkiyə  tərəfindən 
tanınması  məsələsi  həllini  tapmayıb.  Bu,  sonrakı  illərdə  Azərbaycan  ali 
Qulu NOVRUZOV 
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycanla-Türkiyə 
arasında təhsil əlaqələri


112
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
məktəblərini  bitirən  Türkiyə  vətəndaşlarının  diplomlarının  Türkiyənin 
müvafiq qurumları tərəfindən tanınmaması kimi ciddi problemə səbəb olub. 
Türkiyə Respublikasının vətəndaşları yalnız ölkələrinin Ali Təhsil Şurası 
(YÖK)  tərəfindən  tanınan  ali  məktəblərin  müvafiq  ixtisaslarında  təhsil 
aldıqda belə problemlə rastlaşmırlar.
Türkiyədə  daha  çox  ehtiyac  duyulan  ixtisaslar  üzrə  kadr  hazırlayan 
Azərbaycan ali məktəblərinin diplomlarının qardaş ölkədə tanınması üçün 
hüquqi bazanın yaradılması son dərəcə zəruri idi. Bu məsələ Azərbaycan 
Respublikasının  təhsil  naziri  Misir  Mərdanovun  1998-ci  il  noyabrın 
2-9-da  Türkiyəyə  səfəri  zamanı  həll  olunub.  Səfər  zamanı  “Azərbaycan 
Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi 
və Ali Təhsil Şurası rəhbərliyi arasında təhsil və elm sahələrində əməkdaşlıq 
haqqında” Razılıq Protokolu imzalanıb. 
Bu  Protokolun  təhsil  sahəsində  imzalanmış  əvvəlki  sənədlərdən  əsas 
fərqi məhz türkiyəli gənclərin Azərbaycan ali məktəblərində təhsil almasına 
imkan  verən  14-cü  maddənin  məzmunundadır.  Protokolun  bu  maddəsi 
aşağıdakı şəkildə ifadə olunur:
“Azərbaycan ali təhsil ocaqları tərəfindən aşağıda göstərilən ixtisaslar 
üzrə  hər  səviyyədə  verilən  ali  təhsil  diplomları  Türkiyə  Respublikası  Ali 
Təhsil  Şurası  tərəfindən  tanınacaqdır.  Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyi tərəfindən müəyyən edilən rəsmi dövlət universitetlərindəki dəqiq 
elmlər, tarix, incəsənət tarixi, coğrafiya, sosiologiya, klassik arxeologiya, 
türk dili və ədəbiyyatı, müasir türk dilləri və ədəbiyyatları, ingilis dili və 
ədəbiyyatı, fransız dili və ədəbiyyatı, alman dili və ədəbiyyatı, holland dili 
və  ədəbiyyatı,  polyak  dili  və  ədəbiyyatı,  italyan  dili  və  ədəbiyyatı,  ispan 
dili  və  ədəbiyyatı,  ərəb  dili  və  ədəbiyyatı,  rus  dili  və  ədəbiyyatı,  bolqar 
dili  və  ədəbiyyatı,  fars  dili  və  ədəbiyyatı,  urdu  dili  və  ədəbiyyatı,  yapon 
dili  və  ədəbiyyatı,  koreya  dili  və  ədəbiyyatı,  incəsənət,  tətbiqi  riyaziyyat, 
hesablama texnikası, fizika müəllimi, riyaziyyat müəllimi, kimya müəllimi, 
biologiya müəllimi, bədən tərbiyəsi və idman müəllimi, incəsənət müəllimi, 
xarici dil müəllimi, Azərbaycan Dövlət Neft Akademiyasında asfaltit və neft-
qaz istehsalının fiziki mərhələləri, dənizdə neft və qaz istehsalı avadanlığı, 
neft  və  təbii  qaz  geologiyası,  neft-qaz  quyularının  və  anbarlarının 
layihələndirilməsi,  inşası  və  istismarı,  neft  və  qaz  istehsal  maşınları  və 
təchizatı, neft-qaz yataqlarının istismarı və istifadəsi, Azərbaycan Texniki 
Universitetində  kompyuter  mühəndisliyi  sahələrindəki  əyani  (gündüz) 
təhsili ixtisasları.
 Azərbaycan Respublikası Təhsil Nazirliyi hər il üçün əvvəlki ilin noyabr 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə