1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

101
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
ixtisaslaşmış  kadrların  hazırlanması  məqsədilə  2005  və  2006-cı  illərdə 
layihə həyata keçirilib. Türkiyədən Azərbaycana ezam olunan peşəkarlar 
yerli mütəxəssislərə məsləhət xidməti verib və fəaliyyət planı hazırlanıb. 
Daha sonra  27 nəfər azərbaycanlı mütəxəssis üçün kənd təsərrüfatı master 
planlarının hazırlanması mövzusunda “təlimçilərin təlimi” mahiyətində 3 
həftəlik kurs təşkil olunub. Təlimdə iştirak edən mütəxəssislər arasında 
seçim  aparılaraq,  iki  pilot  rayonda  kənd  təsərrüfatı  master  planlarının 
hazırlanması  üçün  işçi  qruplar  formalaşdırılıb.  Bu  işçi  qrupların  həyata 
keçirdiyi  15  günlük  sahə  çalışmalarında  türkiyəli  mütəxəssislər  də 
yaxından  iştirak  edərək  lazımi  məlumat,  təcrübə  və  məsləhət  yardımı 
göstəriblər. 
“Ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi” layihəsi
Ölkədə  ekoloji  təmiz  kənd  təsərrüfatının  inkişafı  üçün  elmi 
təminatın həyata keçirilməsinə məsul olan dövlət strukturu Azərbaycan 
Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinin  İqtisadi  İslahatlar  Elmi-
Tədqiqat  İnstitutudur.  Bu  qurumla  birgə  icra  olunan  layihə  ölkədə 
alternativ  aqrar  istehsal  forması  kimi  ekoloji  kənd  təsərrüfatının 
inkişaf  etdirilməsi  məqsədini  güdür  Bu  sahədə  Türkiyə  təcrübəsinin 
Azərbaycana gətirilməsi və hər iki ölkə qurumları arasında əməkdaşlığın 
möhkəmləndirilməsi üçün yerli mütəxəssislərin qardaş dövlətdə təlim, 
təcrübə və tədqiqat proqramlarında iştirak etməsi təmin olunub.  Layihə 
çərçivəsində  2011-ci  il  oktyabrın  31-dən  noyabrın  4-dək  Gəncə  və 
Bakı şəhərlərində Türkiyədən dəvət olunan mütəxəssislər və yerli elm 
adamlarının iştirakı ilə seminarlar təşkil edilib. 
Layihənin sonrakı mərhələlərində beynəlxalq konfransın təşkil olunması, 
Türkiyədən mütəxəssis ezam olunması və pilot istehsal layihəsinin həyata 
keçirilməsi nəzərdə tutulur. 
Yuxarıdakı layihə və fəaliyyətlərdən başqa aqrar tədqiqat mərkəzlərinə 
avadanlıq  yardımı  göstərilib,  yerli  fermerlərin  təlimi  üçün  audio,  video 
və  yazılı  tədris  materialları  gətirilib,  gübrə  və  toxum  yardımı  edilib, 
azərbaycanlı  mütəxəssislər  üçün  təlim  proqramları  təşkil  olunub,  kənd 
təsərrüfatı maşınları hədiyyə verilib, Türkiyədə keçirilən konfrans, seminar, 
sərgi və s. bu kimi tədbirlərdə azərbaycanlı mütəxəssislərin iştirakı təmin 
edilib. 


102
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
 
Ɔ
İqtisadi inkişaf 
“Abşeron sənaye şəhərciyi qurulması” layihəsi
Qeyri-neft  sektorunun  inkişafı,  sənaye  potansialının  yüksəldilməsi, 
regionlar arasında inkişaf fərqlərinin azalması və sosial-iqtisadi inkişafın 
təmin  olunması,  ixrac  və  sərmayə  imkanlarının  artırılması  məqsədilə 
Azərbaycanda qurulacaq ilk sənaye bölgəsinin pilot infrastrukturunun plan, 
xəritə və layihələrini 2005-2007-ci illərdə TİKA hazırlayıb.
“Kiçik  və  orta  sahibkarları  əhatə  edəcək  İnternet  şəbəkəsinin 
qurulması” layihəsi
Azərbaycanda  ixracat  istiqamətli  istehsalla  məşğul  olan  kiçik  və  orta 
sahibkarların xarici bazarlara çıxmasını və beynəlxalq əməkdaşlıq qurmasını 
təmin etmək üçün “KOS-NET” adlandırılan İnternet şəbəkəsi qurulub.
Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesinə dəstək 
Azərbaycanın  Ümumdünya  Ticarət  Təşkilatına  üzvlük  prosesində 
Türkiyənin  sahib  olduğu  təcrübədən  faydalanmaq  məqsədi  ilə  tədris 
proqramları  təşkil  olunub,  müxtəlif  məsləhət  və  mütəxəssis  köməyi 
göstərilib.
“Dağlıq Şirvan regionunun sosial-iqtisadi inkişafı” pilot layihəsi
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət 
Proqramı” çərçivəsində 10 iqtisadi regiondan biri olan Dağlıq Şirvan iqtisadi 
regionunun Baş İnkişaf Planının hazırlanması istiqamətindəki fəaliyyətlərə 
TİKA tərəfindən köməklik göstərilib.
İqtisadi  İnkişaf  Nazirliyi  Antiinhisar  Siyasəti  Departamenti  ilə 
əməkdaşlıq
Rəqabətin  təşkili  və  istehlakçı  hüquqları  mövzularında  qanunların 
hazırlanması  vəzifəsini  həyata  keçirən  İqtisadi  İnkişaf  Nazirliyinin 
Antiinhisar Dövlət Xidməti  ilə Türkiyə Cümhuriyyəti Rəqabət Qurumu və 


103
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
Sənaye və Ticarət Nazirliyi İstehlakçı Hüquqlarının Qorunması Baş İdarəsi 
arasında təcrübə mübadiləsini təmin edən əməkdaşlıq təsis olunub .
Bütün bunlara əlavə olaraq aşağıdakı layihə və fəaliyyətlər də həyata 
keçirilib:
-  Azərbaycanda  İnvestisiyaların  Təşviqi  və  Məsləhət  Fondu  ilə 
əməkdaşlıq;
-  “Keyfiyyət  və  standartlar  sahəsində  texniki  dəstək  və  əməkdaşlıq” 
layihəsi;
-  Vergi təhsili proqramları;
-  Bank və sığorta təhsili proqramları;
-  “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonalar” qanun layihəsinə 
məsləhət dəstəyi;
-  “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı Dövlət Proqramı”na 
məsləhət dəstəyi;
-  “Rəqabət hüququ” mövzusunda təlim proqramı; 
-  “Sahibkarlığın inkişaf etdirilməsi” mövzusunda təlim proqramı;
-  İstehlak mallarına nəzarət sahəsində təlim proqramı.
 
Ɔ
Səhiyyə
“Sümük İliyi Transplantasiyası Mərkəzinin yaradılması” layihəsi 
TİKA Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  və  Heydər  Əliyev 
Fondu  ilə  əməkdaşlıq  edərək  Bakıda  Sümük  İliyi  Transplantasiyası 
Mərkəzinin  yaradılmasına  dəstək  verib.  2008-ci  ildə  TİKA  Baş  Ofisi 
Bakıdakı Talasemiya Mərkəzinin nəzdindəki Sümük İliyi Transplantasiyası 
Mərkəzini lazımi tibbi və laboratoriya avadanlıqları ilə təchiz edib. Sümük 
İliyi Transplantasiyası Mərkəzində işləyən həkim və orta tibb heyəti üçün 
Azərbaycan və Türkiyədə təlim proqramları təşkil olunub.
 
1 saylı Respublika Psixiatriya Xəstəxanası həkimləri üçün təlim 
2010 və 2011-ci illərdə 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 
20  nəfərlik  həkim  və  tibbi  heyəti  üçün  İstanbul  Bakırköy  Ruhi  və  Əsəb 
Xəstəlikləri Xəstəxanasında müxtəlif mövzularda təlim proqramları təşkil 
olunub. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə