Buraxılış tarixi



Yüklə 21,59 Kb.
tarix14.09.2018
ölçüsü21,59 Kb.

Şərq-Qərb İdarəetmə İnstitutu, Inc. / Sosial-İqtisadi İnkişaf Fəaliyyətləri

Tender üçün Müraciət (TüM)

Buraxılış tarixi: 04 iyul 2018

Şərq-Qərb İdarəetmə İnstitutu, Azərbaycanda həyata keçirdiyi Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən, Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində “Füzuli rayonunun Alxanlı icmasında Yem Emalı Sexinin Qurulması” İcma Əsaslı Sosial-İqtisadi Layihəsi üçün marağı olan tikinti təşkilatlarını tenderdə iştirak etmək üçün qiymət təklifi təqdim etməyə dəvət edir.

İş və materialların təsviri, həmçinin “Füzuli rayonunun Alxanlı icmasında Yem Emalı Sexinin Qurulması” layihəsinə dair qiymət təklifləri ilə bağlı təlimatlar aşağıdakı qoşmalarda Tender Paketində verilib.

Qoşma A. Tender İştirakçıları üçün Təlimatlar

Qoşma B. Təqdimat məktubu

Qoşma C. Material və əməyin təsviri

Qoşma D. Baş plan

Qoşma E. Plan

Qoşma F. Bünövrə

Qoşma G. Dam

Qoşma H. Fasadlar

Qoşma I. Su və Kanalizasiya və Elektrik

Qoşma J. Son üç ildə təklif verənin yerinə yetirdiyi oxşar dəyərli fəaliyyət növləri

(Bu əlavələri elektron ünvandan yükləmək və ya Şərq-Qərb İdarəetmə İnstitutunun AZ 1095, 28 may küçəsi 4/1 ünvanında yerləşən Bakı ofisindən əldə etmək olar.



Tenderdə iştirak etmək üçün uyğunluq tələbləri:
Maraqlı şirkətlər qiymət təklifi ilə birlikdə tələblərə uyğun olan aşağıdakı sənədləri təqdim etməlidir. Tələb olunan sənədlərdən hər hansı təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.

  • Qeydiyyat sənədləri;

  • Qiymət təklifi verənin (İddiaçı) tam adı, hüquqi statusu nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə

  • Bank rekvizitləri;

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayış təqdim edilmədiyi təqdirdə, təşkilat tenderdən kənarlaşdırılacaqdır);

  • Vergi dərəcəsi (2%, 4% və ya 18%) haqqında arayış

  • SEDA Layihəsinə qiymət təklifi verən təşkilatların layihənin icrası üçün tələb olunan bütün lisenziya və icazə sənədləri olmalıdır

  • Təqdim olunan qiymət təkliflərinin etibarlılıq müddəti minimum 60(altmış) gün olmalıdır. Zəhmət olmasa Qoşma C-nin müvafiq bölməsində aydın qeyd

  • İddiaçının son (12 ay) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  • İddiaçının son 3 illik təcrübəsində icra etdiyi fəaliyyətin siyahısı - göstərilmiş dəyərdə oxşar layihə yerinə yetirməsi haqda sənədi

  • Əvvəlki layihələrin mənfəətçilərindən (imzalanmış, möhürlənmiş, əhəmiyyətli və müsbət) rəy/arayış (3 arayışın təqdim edilməsi vacibdir)

  • İddiaçı şirkətin tender təklifi üçün müvafiq əmlak və işçi heyətinin siyahısı.

  • Bu ancaq avans tələb edən şirkətlərə şamil olunur: Tələb olunan avans ödənişinə dəyərcə bərabər olan avans ödənişi üzrə bank zəmanəti müqavilənin icrasına başlandıqdan sonrakı 5 iş günü ərzində tələb edilməlidir.

Qiymət təklifinin təqdim olunması:

Təkliflər iki nüsxədə (orijinal və surəti), ayrıca möhürlənmiş ikiqat iki ədəd zərfdə təqdim edilməlidir. Möhürlənmiş zərflərin üzərində uyğun olaraq “Orijinal” və “Surəti” sözləri və həmçinin təqdim edən təşkilatın ünvanı qeyd edilməlidir. Təkliflərə Tender İştirakçıları üçün Təlimatlarda (Qoşma A) göstərilmiş tələb olunan bütün sənədlər və imzalanmış Təqdimat Məktubu (Qoşma B) daxildir.




Tender iştirakçılarından xahiş olunur ki, “Tender iştirakçıları üçün təlimatlara” (Qoşma A) xüsusi diqqət versinlər və orada qeyd edilmiş tələb olunan sənədləri təqdim etsinlər. Tələb olunan sənədlərdən hər hansı təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.

Bütün təkliflər poçt, kuryer yaxud poçtalyon vasitəsilə 01 avqust 2018-ci il tarixdə saat 17:00-a kimi təqdim edilməlidir.

ŞQİİ/SEDA

28 may küçəsi, 4/1

Bakı, AZ1095

Bütün təkliflər aşağıdakı göstərilən tərəfə ünvanlanmalıdır:

ŞQİİ/SEDA, Təkliflərə Baxış Komitəsi (TBK)

Ünvanlanan şəxs: Təchizat məsələləri üzrə məsul şəxs.

Telefon, elektron poçt, teleqram yaxud faks vasitəsilə göndərilən qiymət təklifləri qəbul olunmur. Gec təqdim olunan təkliflər nəzərə alınmayacaq.



Təmir/tikinti sahəsinə səfər:

Tenderdə iştirak etməyə marağı olan şirkətlər təmir sahəsinə səfər edə bilərlər (məcburi deyil).



Qiymət təklifi zərflərinin açılışı:

Qiymət təklifi zərflərinin açılışı 10 avqust 2018-ci il tarixdə saat 11:00-da ŞQİİ-SEDA-nın Bakı ofisində keçiriləcəkdir. Təşkilatların məsul nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.



Təkliflərə Baxış Komitəsi

Əlaqə telefonu: (012) 598 46 14



QEYD: Qalib podratçı texniki spesifikasiya və eskizlərin yerli standartlara və normalara uyğunluğunu yoxlamaq məqsədilə müqavilə imzlanmadan əvvəl lisenziyalı memar, mühəndis və ya firma tərəfindən onların yazılı şəkildə möhürlə təsdiqlənməsinə dair məsuliyyət daşıyır və təklif olunan texniki eskizlərin qəbul edilə biləcəyini təsdiq edir.

Lisenziyalı Memar / Mühəndis / Firma tərəfindən Texniki Göstəricilərin və Eskizlərin Təsdiqlənməsi üzrə qrafik

İş günlərinin sayı

Layihələrin texniki eskizlərini və spesifikasiyalarını nəzərdən keçirmək

2

Layihələrin yerli standartlara və normlara uyğun olduğunu təsdiq etmək

1

Təkmilləşdirmə üzrə tövsiyələrlə bağlı şərh və rəy (2 səhifəyə qədər məktub və ya izahat ilə) vermək

1

Eskizləri və spesifikasiyaları yazılı şəkildə rəsmi məktub / izahat, imza və möhür ilə təsdiq etmək

1

Cəmi

5



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə