1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ SON 20 İLDƏ: UĞURLAR VƏ İMKANLAR



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

122
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ SON 20 İLDƏ: UĞURLAR VƏ İMKANLAR


123
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
 
Ɔ
Giriş
Müstəqilliyini  əldə  etdikdən  sonra  hər  bir  xalqın  gördüyü  ilk  iş 
dövlət  atributlarını  yaratmaq  olur.  Azərbaycan  1991-ci  il  oktyabrın  18-də 
müstəqilliyinin bərpasını elan etdikdən sonra dövlət atributlarını təmin etmək 
üçün  çalışmağa  başlayıb.  Dövlət  atributlarının  ən  vacibi  və    əhəmiyyətlisi 
Silahlı Qüvvələrdir. Rusiya imperiyasının tərkibində olarkən Azərbaycan 170 
il ərzində nizami orduya malik olmayıb və ona Silahlı Qüvvələrini yaratmaq 
imkanı verilməyib. Müstəqilliyini bərpa edən Azərbaycan ilk günlərdən həlli 
mürəkkəb olan problemlərlə üzləşib. Sovet imperiyasının dağılmasını anlayan 
Ermənistan əvvəlcədən yaradlmış erməni silahlı dəstələri (sonralar bu dəstələr 
Ermənistan Silahlı Qüvvələrinin əsasını təşkil edib) və parçalanmış Sovet 
ordusunun muzdlu əsgərlərinin köməyi ilə Azərbaycana qarşı ərazi iddiaları 
irəli  sürərək  elan  edilməmiş  müharibəyə  başlayıb.  O  dövrdə Azərbaycan 
erməni silahlı dəstələrinin işğalçı hücumundan  ərazilərini müdafiə etmək 
məqsədilə  könüllülərdən  ibarət  silahlı  dəstələr  yaratmışdı.  Lakin  hərbi 
təcrübəsi olmadığından və vahid komandanlıq altında birləşmədiyindən bu 
silahlı dəstələr erməni işğalına qarşı səmərəli müqavimət göstərə bilmirdi. 
Yəhya MUSAYEV
 Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə 
əməkdaşlığı (1991-2011)


124
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
Belə bir halda nizami ordunun təcili yaradılması zərurəti meydana çıxmışdı. 
Lakin Silahlı Qüvvələrin yaradılması ən çətin proseslərdən biridir. Hərbi 
sahədə azərbaycanlı milli kadrların sayı olduqca az idi və mövcud qüvvə ilə 
Silahlı Qüvvələrin yaradılması üçün sabitlik və sülh dövrü tələb olunurdu. 
Erməni işğalı isə davam edirdi. Mövcud vəziyyətdən çıxmaq üçün könüllü 
dəstələrə  hərbi  təlimlər  vermək,  eyni  zamanda  nizami  ordu  yaratmaq 
çox  vacib  idi.  Belə  halda  Silahlı  Qüvvələrinin  yaradılması  prosesində 
sıx  əməkdaşlıq  üçün Azərbaycan Türkiyə  Cümhuriyyətinə  müraciət  etdi. 
Yaradılacaq  Azərbaycan  Silahlı  Qüvvələrinin  gənc  zabit  heyətinə  təlim 
vermək, müxtəlif  təkmilləşdirmə kurslarında iştirak etmək, eyni zamanda 
yaradılan orduya texniki cəhətdən yardım göstərmək məqsədilə 1992-ci ildə 
“Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti  arasında hərbi sahədə elmi, 
texniki və təlim-tədris üzrə əməkdaşlıq haqqında” Saziş imzalandı. Sazişin 
maddələrini  icra  etmək  və  daha  geniş  tərkibdə  təlim  vermək  məqsədilə 
Türk Silahlı Qüvvələri içərisindən seçilmiş ən bacarıqlı zabit və gizir heyəti 
Azərbaycana gətirildi. Müstəqil Azərbaycan dövlətinin ən çətin durumunda 
onun yanında olan və onu yaxından dəstəkləyən ilk dövlət məhz Türkiyə 
olub. Beləliklə, döyüşlərin getdiyi anda gənclərə hərbi təlim verən, hərbin 
sirlərinə sahib olmaqda təcrübəsiz gənc zabitlərə köməklik göstərən Türkiyə 
ordusunun  təmsilçiləri,  eyni  zamanda,  Azərbaycan  Silahlı  Qüvvələrinin 
formalaşdırılması prosesində də yaxından iştirak etməyə başladılar. Həmin 
dövrdə  türk  zabitlərinin  məskunlaşdığı  təlim  mərkəzlərindən  birinin 
kazarmasının  girişində  yazılmışdı:  “Azərbaycan  qardaşlarımıza  yardım 
türklərin  vicdan  borcudur”.  Bu  nə  dahi  bir  insan,  nə  də  filosofun  dediyi 
bir kəlam idi. Bu sözlər çətin anda qardaş köməyinə qoşan sadə bir türk 
zabitinin qəlbindən gələn səmimi hissləri ifadə edirdi.  
 
Ɔ
Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq
Müstəqilliyin ilk on ilini Azərbaycan Silahlı Qüvvələrinin formalaşması 
dövrü kimi qəbul etmək olar. Bu dövr ərzində Azərbaycanın güc strukturla-
rında  xidmət  edən  minlərlə  zabit  və  gizir  Türkiyə  Silahlı  Qüvvələrinin 
təlim-tədris mərkəzlərində təhsil alıb və müxtəlif təkmilləşdirmə kursları 
keçiblər.  Ən  bacarıqlı  zabitlər  isə  Türkiyə  Silahlı  Qüvvələrinin  hərbi 
akademiyalarında  təhsillərini  davam  etdiriblər.  Azərbaycan  Silahlı 
Qüvvələri  strukturlarının  formalaşmasında  yaxından  iştirak  edən Türkiyə 


125
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
Silahlı  Qüvvələri Azərbaycan  Ordusuna  müxtəlif  sahələr  üzrə  mütəmadi 
hərbi  yardımlar ediblər. Bütün bu yardımlar beynəlxalq hüquq normalarına 
cavab verən sazişlərlə tənzimlənib. Məhz bu illər ərzində Azərbaycan ilə 
Türkiyə arasında bir neçə beynəlxalq saziş imzalanıb. Böyük dövlət xadimi 
Heydər Əliyev Azərbaycan-Türkiyə əlaqələrinə, o cümlədən hərbi sahədə 
əməkdaşlığın  genişləndirilməsinə  xüsusi  əhəmiyyət  verirdi.  Məhz  bunun 
sayəsində Türkiyə Silahlı Qüvvələrinin iştirakı və dəstəyi ilə Azərbaycan 
Ali  Hərbi  Məktəbi,  Azərbaycan  Ali  Hərbi  Hava  Qüvvələri  Məktəbi  və 
Azərbaycan Ali  Hərbi  Dənizçilik  Məktəbi  prinsipcə  yenidən  qurulub  və 
NATO  standartları  səvviyyəsinə  çatdırılıb.  Hal-hazırda  bu  məktəblərdə 
təlim-tədris  səviyyəsinin  yüksək  standartlara  cavab  verdiyini  etiraf  edən 
xarici dövlətlərin hərbi sahədəki mütəxəssisləri ölkələrinin gənclərinin də 
bu məktəblərdə təhsil almaları üçün Azərbaycana müraciətlər edirlər.
Azərbaycan  Silahlı  Qüvvələrinin  strukturu  yaradıldıqdan  və  ordunun 
texniki təchizatı lazımi səviyyəyə çatdırıldıqdan sonra Silahlı Qüvvələrin 
qarşısında  mövcud  strukturun  təkmilləşdirilməsi  və  müasir  standartlara  
uyğunlaşdırılması həlli vacib məsələ kimi qalmaqda idi. NATO üzvü olan 
Türkiyə  bu  məsələnin  həllində Azərbaycan  Silahlı  Qüvvələrinə  hərtərəfli 
yardım göstərib. Türk Silahlı Qüvvələrinin müşavirləri tərəfindən verilən 
tövsiyələri  nəzərə  alan Azərbaycan  bölgədə  ən  çevik  və  qüvvətli  orduya 
malikdir. Bu dövr ərzində Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan 
Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılıb və bu gün Azərbaycan 
ordusunun  bacarıqlı  zabitləri  bu  Akademiyada  hərb  elminin  sirlərinə 
yaxından  yiyələnirlər.  Hərbi Akademiyanın  uğurlu  fəaliyyəti  nəticəsində 
bu  gün  Azərbaycan  ordusunda  peşəkar  general  və  zabitlərin  sayı  artıb. 
Məhz bu general və zabit heyətinin bacarığı sayəsində Azərbaycan Silahlı 
Qüvvələrinin döyüş qabiliyyəti xeyli yüksəlib.
Formalaşmış  Silahlı  Qüvvələrin  döyüş  qabiliyyətinin  yüksəldilməsi 
üçün  ən  vacib  amil  texniki  təchizatdır.  Azərbaycan  dövlətinin  müdafiə 
sənayesi  kompleksi  mövcud  olsa  da,  səmərəli  fəaliyyət  göstərmirdi.  Bu 
çatışmazlığı aradan qaldırmaq üçün Türkiyənin hərbi sənaye kompleksinə 
daxil  olan  şirkətlər Azərbaycan  Silahlı  Qüvvələrinin  ehtiyacını  ödəməyə 
çalışırdılar. Həmin dövrdə Türkiyə Milli Müdafiə Nazirliyi ilə Azərbaycan 
Silahlı Qüvvələri arasında yaranmış əməkdaşlığı xüsusilə qeyd etmək yerinə 
düşərdi. Lakin yenə də göstərilən bu köməkliklər Azərbaycan Ordusunun 
tələbatını  tam  ödəmirdi.  Ölkənin  hərbi  sənaye  kompleksini  təşkil  edən 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə