1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

129
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
Sərgi  zamanı  Azərbaycanın  müdafiə  sənayesi  naziri  Yavər  Camalov 
Türkiyənin milli müdafiə naziri Vecdi Gönüllə görüşərək, ölkələrimizə fayda 
gətirəcək perspektiv müqavilələr imzalayıblar. Müqavilələrə əsasən, hər iki 
tərəfin mütəxəssisləri prinsipcə yeni növ silahların işlənib hazırlanmasında 
iştirak  edəcək.    Bununla  da Azərbaycan  Respublikası  Müdafiə  Sənayesi 
Nazirliyi  yeni  bir  mərhələyə  qədəm  qoyur.  Müdafiə  Sənayesi  Nazirliyi 
yeni inkişaf səviyyəsinə çatdığını, gələcəyin əsasını bu gün qoya bilən əqli 
potensiala malik olduğunu göstərir. Hər iki tərəfin mütəxəssisləri 2011-ci 
ilin iyununda görüşərək birgə fəaliyyət göstərmələri haqqında qərar qəbul 
edib və layihənin uğurla nəticələnəcəyinə əmin olduqlarını bildiriblər.
Çox  az  dövlət  var  ki,  müstəqillik  əldə  etdikdən  sonra  qısa  vaxt 
ərzində inkişaf hesabına başqa ölkələrdən asılılığını azaltsın. Azərbaycan 
Respublikasını  məhz  bu  cür  dövətlərə  aid  etmək  olar.  Ötən  iyirmi  il 
ərzində Azərbaycan Respublikası istər iqtisadiyyatda, istər əhalinin sosial 
təminatında,  istər  dövlət  və  istərsə  də  ordu  quruculuğunda  əldə  etdiyi 
uğurlarla  müstəqilliyini  yeni  qazanmış  dövlətlərə  nümunə  ola  bilər. 
2011-ci il  iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü 
münasibəti ilə keçirilən hərbi nümayişdə dövlətimizin bu istiqamətdə əldə 
etdiyi uğurlar göz qarşısında idi. Hərbi nümayiş sübut etdi ki, Azərbaycan 
xəyallarla  yaşamır,  sabahı  düşünərək  gələcəyə  inamla  gedir.  Bu  cür  əqli 
potensiala, orduya və iqtisadiyyata malik olan dövlət basılmazdır.  
Hazırda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin hərbi 
sənaye  kompleksləri  arasında  əməkdaşlıq  müxtəlif  sahələri  əhatə  edir  və 
sürətlə inkişaf edir. Qardaş Türkiyənin sahib olduğu müasir hərbi sənaye 
Azərbaycan üçün də fəxr mənbəyidir, çünki güclü Türkiyə eyni zamanda 
güclü Azərbaycan deməkdir.


130
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ SON 20 İLDƏ: UĞURLAR VƏ İMKANLAR


131
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
 
Ɔ
Giriş
Qloballaşmanın yeni mərhələyə daxil olduğu dünyamızda yalnız siyasi, 
iqtisadi,  təhlükəsizlik  sahələrində  deyil,  ictimai,  mədəni,  tarixi  və  elmi 
sahələrdə  də  ortaq  nöqtələr  mövcuddur.  Sovet  İttifaqının  parçalanması 
ilə  Azərbaycan  və  Orta  Asiya  türk  respublikalarının  müstəqillik  əldə 
etməsindən sonra türk dünyasının tarixi və elmi dəyərlərinin ortaq nöqtələrdə 
birləşməsinə daha çox ehtiyac duyulur. Bu baxımdan əsrlərdir ortaq tarixi 
paylaşan Azərbaycan və Türkiyə üçün  yeni imkan və fürsətlər  meydana 
çıxıb.  Azərbaycan  və  Türkiyə  bəzi  dövrlərdə  qarşı-qarşıya  gəlsələr  də, 
zamanla bu anlaşılmazlıqlar dəf edilib və qarşılaşdıqları ortaq problemlərin 
həlli üçün uyğun mühit yaranıb. Xüsusilə Azərbaycan 18 oktyabr 1991-ci ildə 
müstəqilliyini elan etdikdən sonra Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq 
inkişaf edib və əlaqələr yeni səviyyəyə yüksəlib. Əlbəttə, iki ölkə arasında 
inkişaf edən əməkdaşlıq təqdirə layiqdir. Amma bütün türkdilli xalqların bu 
mövzularda ortaq məxrəcə gəlməsi, gələcəkdə siyasi inteqrasiyanın təməlini 
təşkil edəcək strategiya, təhlükəsizlik, iqtisadiyyat, tarix, mədəniyyət, elm 
və texnologiya sahələrində əməkdaşlığın genişlənməsi bu günün həqiqətləri 
və türk dünyası liderlərinin siyasi iradəsi ilə birbaşa əlaqəlidir. 
Dr. Hatəm CABBARLI 
Azərbaycan Respublikası Milli Məclisi 
Analitik informasiya şöbəsinin müdir müavini   
Azərbaycan və Türkiyə 
ortaq tarix doktrinası: erməni iddialarına 
qarşı yeni platformanın yaradılması


132
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
Bu  məqalədə  hər  iki  ölkənin  qarşılaşdığı  tarixi  problemlərin  həllində 
dövlətlərin dəstəyi ilə xarici işlər, mədəniyyət, təhsil, universitetlər, ictimai 
birliklər və təşkilatlararası əməkdaşlığın inkişafı, ortaq tarix doktrinasının 
yaradılması məsələlərinə toxunulub. Eyni zamanda, Naxçıvanda keçirilən 
Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Sammitinin (2-3 oktyabr 2009-
cu il) qərarlarının tətbiqi, Ermənistanın Azərbaycana qarşı ərazi, Türkiyəyə 
qarşı  qondarma  soyqırımı  iddialarının  hüquqi  dayağının  olmaması  və 
bunlarla  bağlı  həqiqətlərin  ictimaiyyətə  çatdırılması,  hər  iki  ölkənin  və 
xarici  dövlətlərin  arxivlərində  ortaq  araşdırmaların  həyata  keçirilməsi 
imkanları tədqiq edilib .
 
Ɔ
Azərbaycan və Türkiyə ortaq tarix doktrinasının təşkilatlanma  
infrastrukturu
Türk dünyasının görkəmli xadimlərindən olan İsmayıl Bəy Qaspıralının 
“dildə,  fikirdə,  işdə  birlik”  düşüncəsinin  XIX  əsrin  sonu,  XX  əsrin 
əvvəllərində həyata keçirilmə fürsəti olmasa da, 1991-ci ilin dekabrında Sovet 
İttifaqının parçalanmasından sonra türk dünyasının birlik və bərabərliyini 
təmin  etmək  üçün  yeni  imkan  yarandı.  Bu  tarixdən  etibarən  Cənubi 
Qafqazda Azərbaycan, Orta Asiyada Qazaxıstan, Özbəkistan, Qırğızıstan və 
Türkmənistan müstəqilliklərini elan etdilər. Dünya siyasi xəritəsini yenidən 
formalaşdıran geosiyasi dəyişikliklər fonunda türk dünyasının bir məqsəd, 
bir amal ətrafında birləşməsi üçün uyğun mühit yetişmişdi. 100 ildən artıq 
tarixin qaranlıq keçmişində qalmış türk birliyi – “dildə, fikirdə, işdə birlik” 
düşüncəsi  yenidən  canlanmış,  türksoylu  millətlərin  ortaq  platformasını 
meydana gətirəcək tarixi fürsət əldə edilmişdi. Bu işin liderliyini Türkiyə 
öhdəsinə götürdü və türk birliyinin meydana gəlməsinə imza atan mərhum 
Turqut Özalın təşəbbüsü  ilə ilk dəfə 1992-ci il oktyabrın 30-31-də Ankarada 
zirvə görüşü keçirildi. Sonrakı sammitlər 1994-cü ildə İstanbulda, 1995-ci 
ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə 
Bakıda,  2001-ci  ildə  İstanbulda,  2006-cı  ildə Antalyada  və  2009-cu  ildə 
Naxçıvanda təşkil olunub. 
Ankara  sammiti  böyük  hədəflərlə  başlasa  da,  ilk  dəfə  keçirildiyindən 
daha çox tanışlıq və ortaq problemləri öyrənmək xüsusiyyəti daşıyıb. Buna 
baxmayaraq,  bu  sammitdə  “TÜRKSOY”un  yaradılması,  türk  dünyasının 
elm və mədəniyyət sahəsində tanınmış nümayəndələrinin ortaq xatırlanması 
mövzusunda qərarlar qəbul edilib.
1996-cı  ildə  Daşkənddə  keçirilən  IV  Zirvə  Görüşünə  qədər  “Türk 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə