1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan və Türkiyə ortaq tarix doktrinası



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

136
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
yaşanan  bəzi  problemlər  əlaqələri  zədələyəcək  amillər  kimi  deyil,  daha 
da  gücləndirəcək  amillər  olaraq  qiymətləndirilməli  və  ortaq  həll  yolları 
tapılmalıdır. Üzv ölkələr arasındakı problemlərə, bölgə və bölgə xaricindəki 
dövlətlərin  bu  tipli  birliyin  yaranmasını  istəməməsinə  baxmayaraq, 
Türkdilli  Ölkələrin  Dövlət  Başçılarının  Sammitinin  davamlı  olması 
böyük  bir  müvəffəqiyyət  kimi  qiymətləndirilməlidir.  Mühüm  olan  türk 
respublikalarının bu mövzuda siyasi iradəyə sahib olması və zamanla daha 
da təşkilatlanan birliyin türk dünyası, regional və beynəlxalq problemlərin 
həllində iştirakına inanmalarıdır. 
Türk dünyasının birlik və bərabərlik içində olması onların təbii haqqıdır 
və dünyada son zamanlarda inkişaf edən geosiyasi dəyişikliklər bunu zəruri 
edir. Əhəmiyyətli olan bu siyasi iradə və potensialı gerçəyə çevirməkdir.
Azərbaycan və Türkiyənin həm Türkdilli Ölkələrin Dövlət Başçılarının 
Sammiti  çərçivəsində,  həm  də  ikitərəfli  müqavilələr  formasında  siyasi, 
iqtisadi, hərbi, mədəni, təhsil və elm sahələri üzrə əlaqələri inkişaf etdirmək 
imkanları var. Lakin bu imkanlardan faydalanmaq üçün yaxın, orta və uzun 
müddətli strategiya planı hazırlanmalıdır. 
Azərbaycan  və  Türkiyə  arasında  mütəxəssis  kadrların  hazırlanması, 
təhsil,  elmi  akademiyalar  arasında  əməkdaşlığın  qurulması,  idman, 
mədəniyyət və digər sahələrdə ortaq fəaliyyət sahələrinin təməlini aşağıdakı 
protokollar və müqavilələr təşkil edir:
-  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti 
arasında  mütəxəssis  kadrların  hazırlanması  haqqında”  Protokol  
(2 noyabr 1992-ci il);
-  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təlim, təhsil, 
texniki və elmi  əməkdaşlıq haqqında” Müqavilə (3 may 1992-ci il);
-  “Azərbaycan  Respublikasının  Elmlər  Akademiyası  ilə  Türkiyə  Elmi 
və Texnoloji Araşdırma Qurumu (TUBİTAK) arasında elmi və texniki 
əməkdaşlıq haqqında” Müqavilə (2 noyabr 1992-ci il);
-  “Azərbaycan  Respublikası  Dövlət  Televiziya  və  Radio  Komitəsi  ilə 
Türkiyə Respublikası Radio və Televiziya Qurumu arasında əməkdaşlıq 
haqqında” Protokol (2 noyabr 1992-ci il);
-  “Azərbaycan  Respublikası  ilə  Türkiyə  Respublikası  arasında  idman 
sahəsində əməkdaşlıq haqqında” Protokol (9 fevral 1994-cü il);
-  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəniyyət 
və incəsənət sahələrində əməkdaşlıq haqqında” Protokol (9 fevral 1994-
cü il);
-  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təhsil və 


137
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
elm sahələrində əməkdaşlıq haqqında” Protokol (9 fevral 1994-cü il);
-  “Azərbaycan  Respublikası  ilə  Türkiyə  Respublikası  arasında  elm, 
texnika, sosial, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlıq haqqında” 
Müqavilə (30 may 1994-cü il);
-  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Televiziya 
Yayımları haqqında” Müqavilə (8 dekabr 1995-ci il);
-  “Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyi  ilə  Türkiyə 
Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi  arasında  mədəniyyət 
sahəsində əməkdaşlıq haqqında” Protokol (13 aprel 2004-cü il).
2
 
Ɔ
 Erməni iddialarına qarşı yeni platformanın yaradılması
  Erməni  probleminin  ortaya  çıxması,  üsyanlar,  Nemesis  intiqam 
təşkilatı və ASALA
Erməni  probleminin  ortaya  çıxması  93  döyüşü  ilə  yaddaşlarda  qalan 
1877-1878-ci illərdəki Osmanlı-Rus müharibəsinə son qoyan Yeşilköy (31 
mart 1878-ci il) müqaviləsinə əsaslanır. Osmanlı dövləti bu müharibə ilə 
təkcə  ərazi  itirməyib,  eyni  zamanda  daxili  işlərinə  müdaxilə  edilməsinə 
icazə verəcək qədər zəifləyib. Osmanlı dövləti və Rusiya arasında 31 mart 
1878-ci  ildə  aparılan  sülh  danışıqlarında  ermənilər  müzakirə  mövzusu 
olmayıb.  Lakin  razılaşma  mətni  hazırlandığı  zaman  ruslar  ermənilərlə 
əlaqəli bir maddənin qəbul edilməsinə nail ola biliblər. Belə ki, Yeşilköy 
müqaviləsinin 16-cı maddəsinə əsasən, Osmanlı dövləti ermənilərin can və 
mal  təhlükəsizliyini  qorumağı  öhdəsinə  götürüb. Yeşilköy  müqaviləsinin 
şərtləri  İngiltərənin  mənfəətlərinə  zidd  olduğu  üçün  Osmanlı  rəhbərliyi 
ilə görüşərək Rusiyaya qarşı onu müdafiə edəcəyini bildirib və yeni sülh 
konfransının  təşkilini  təklif  edib.  Uzun  müzakirələrdən  sonra  konfransın 
Berlində  keçirilməsi  qərarlaşdırılıb.  Berlin  konfransında  erməni  məsələsi 
61-ci maddədə qeyd olunub. Beləliklə,  erməni problemi ilk dəfə beynəlxalq 
sənəddə yer alır və indiki  dövrə qədər gəlib çatan bir mərhələ başlanır. 
Ermənilərin ilk dəfə 1890-cı ildə Ərzurumda qiyam etmələri və daha 
sonra çıxardıqları üsyanlar Osmanlını çox çətin bir vəziyyətə gətirib çıxarır, 
I  Dünya  müharibəsinin  başlaması  isə  hadisələrin  istiqamətini  tamamilə 
dəyişdirib.  Müharibənin  başlaması  daşnakları  seçim  qarşısında  qoyur: 
ya  Osmanlıya  bağlı  qalaraq  hökumətin  yanında  olacaq,  ya  da  Rusiya  ilə 
2   Bu haqda geniş məlumat üçün baxın: http://www.mfa.gov.az/index.php?option=com_content&task=vi
ew&id=348&Itemid=68, (24 oktyabr 2011-ci il)


138
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
əməkdaşlıq edərək hədəflədikləri müstəqilliyi əldə etmək üçün Osmanlıya 
qarşı müharibə edəcəklər. Daşnaklar 1914-cü ilin iyul ayında keçirdikləri 
qurultayda  rusların  yanında  olmayacaqları  haqqında  qərar  qəbul  ediblər, 
ancaq hələ Osmanlı dövləti I Dünya müharibəsinə girmədən partiyanın şərq 
bürosu “Qərbi Ermənistan”da ermənilərin “yox edilmə təhlükəsi” ilə qarşı-
qarşıya qaldığını iddia edərək ikinci yolu seçib ruslarla birlikdə Osmanlıya 
qarşı döyüşmək məqsədilə silahlı birliklər yaradıblar.
3
 
Müharibə  başladığı zaman Zeytunda yaşayan ermənilər hökumətə itaət 
etməyib və vergi ödəməyiblər. Ermənilər bölgələrini mühafizə etmək üçün 
komandir və zabitləri özlərindən olması şərtilə “Zeytun Fədai alayı” adlı bir 
milis təşkilatı yaratmaq barədə hökumətdən icazə istəyiblər, ancaq müsbət 
cavab almadıqda, 30 avqust 1914-cü ildə silahlı üsyana başlayıblar.
4
 Zeytun 
üsyanından  sonra  Kayseri,  Bitlis,  Ərzurum,  Mamuratil  Əziz,  Diyarbəkir, 
Sivas, Trabzon, Ankara, Adana və Hələb erməniləri də üsyan ediblər.
Erməni silahlı birliklərinin Şərq cəbhəsində rus ordusu ilə əməkdaşlıq 
edərək,  yerli  xalqa  qarşı  qırğınlar,  terror  hadisələri  törətmələri,  ölkə 
daxilində  üsyan  çıxarmaları  daxili  və  xarici  təhlükəsizliyə  mənfi  təsir 
göstərib. Belə bir çıxılmaz vəziyyət qarşısında qalan Osmanlı hökuməti 
24  aprel  1915-ci  ildə  ermənilərin  daha  çox  gücə  sahib  olduğu  14 
qubernatorluq və 10 əyalətə erməni komitə və dərnəklərinin bağlanması 
və liderlərinin həbs olunması haqqında əmr göndərib.
5
 Bu əmrdən sonra 
komitə üzvlərindən 2345 erməni həbs olunub. Ancaq ermənilərin dövlətə 
qarşı hərəkətlərinin qarşısını almaq mümkün olmadıqda hökumət 27 may 
1915-ci  ildə  “Təhcir  (Köçürülmə)  qanunu”  adlandırılan  “Hökumətə 
qarşı fəaliyyətdə olanlar üçün görüləcək lazımi tədbirlər haqqında qanun 
(Vakt-ı  Seferde  İcraat-ı  Hükümete  karşı  gelenler  için  cihet-i  askeriyece 
ittihaz olunacak tedabir hakkında kanun-ı muvakkat)” adlı dörd maddəlik 
müvəqqəti  köçürülmə  haqqında  qanun  qəbul  edib.  Bu  qanuna  uyğun 
olaraq, Şərq cəbhəsində olan ermənilərin ruslarla əməkdaşlığının qarşısının 
alınması  və  dinc  əhalinin  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə 
ermənilər müvəqqəti olaraq başqa bölgələrə köçürülüblər. 
Tərəflər arasında müharibə davam edərkən, 1919-cu ildə Daşnaksütyun 
Partiyasının iclasında ermənilərə qarşı “soyqırımı” icra etmiş türk dövlət 
adamlarının  cəzalandırılması  üçün  “Nemesis”  adlı  xüsusi  bir  qrup 
3   Ованнес Качазнуни, Дашнакцутюн больше нечего делать!, Баку, Эль, 1990, стр.10.
4   Hüsamettin Yıldırım,  Kafkaslarda Türk-Rus-Ermeni Münasebetleri (1914-1918), Ankara Üniversitesi 
Sosyal Bilimler Enstitüsü,  Ankara, 1990, Yayınlanmamış Yüksek Lisans Tezi,  s.  68.
5   Yavuz Ercan, “Ermeniler ve Ermeni sorunu”, Osmanlıdan Günümüze Ermeni Sorunu, Ankara, 2001, 
Yeni Türkiye yayınları, ss.75-104. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə