1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan və Türkiyə ortaq tarix doktrinası



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   49   50   51   52   53   54   55   56   57

144
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
- Avropa və ABŞ-da elm, sənət və idman sahəsində tanınmış Azərbaycan 
və  Türkiyə türklərinin yaşadıqları ölkələrdə televiziya və radio kanallarında 
mövzu  ilə  əlaqədar  proqramlar  hazırlayaraq  onların  çıxışını  təşkil  etmək 
mümkündür.
- Din-islam mövzusundan faydalanaraq son zamanlarda terrorla islamı 
yanaşı  gətirənlərə  qarşı  arqumentlər  göstərmək  və  islam  dininin  Qərbdə 
bilindiyi  kimi  şiddəti  təmsil  etmədiyini  məntiqli  bir  şəkildə  açıqlamaq 
lazımdır. Avropada və ABŞ-da qondarma erməni soyqırımını tanıyan və ya 
tanımağa yaxın olan dövlətlərdə və ya şəhərlərdə Azərbaycan və Türkiyə 
tarixini,  sənətini,  mədəniyyətini,  folklorunu  tanıdan  sərgilərin  təşkil 
edilməsi ictimaiyyətə təsir edən amillər kimi qiymətləndirilə bilər.
Yuxarıda  qeyd  edilənlər  çərçivəsində  aparılacaq  təbliğat  fəaliyyəti 
vəziyyəti  tamamilə  dəyişdirməsə  də,  Azərbaycan  və  Türkiyəyə  bir  çox 
baxımdan üstünlük qazandıracaq. Bu istiqamətdə işlərin başlanılması, Türk 
Tarix  Qurumu, Azərbaycan  Milli  Elmlər Akademiyasının Tarix  İnstitutu, 
Bakı  Dövlət  Universiteti  və  Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyinin 
(ATİB)  ortaq  fəaliyyət  göstərərək  2006-cı  il  mayın  15-də  Bakı  Dövlət 
Universitetində  “Azərbaycan  və  Türkiyə  tarixində  erməni  məsələsi”  adlı 
konfrans keçirmələri müsbət haldır. Konfransın yekun sənədində sadalanan 
dörd təşkilatın imzası ilə Bakı Bəyannaməsi qəbul olunub. Bu təşkilatların 
2008-ci il fevralın 27-də Ankarada keçirilən iclasında planlanan işlərin daha 
sistematik şəkildə icrası üçün ATİB-in təşkilatçılığı ilə Azərbaycan Türkiyə 
Tarixi  Araşdırmaları  Fondu  (ATAF)  ictimai  birliyinin  qurulması  qərara 
alınıb. 2008-ci il mayın 14-də Türk Tarix Qurumunda ATAF-ın Himayəçilər 
Şurasının  ilk  iclası  təşkil  edilib.  İclasda  Azərbaycan  və  Tükiyədən  olan 
dövlət  adamları,  elm  xadimləri,  ictimai  birliklərin  nümayəndələri,  iş 
adamları  iştirak  ediblər.  İclasda  Himayəçilər  Şurası  üzvlərinin  sayı  11 
nəfərdən 52 nəfərə qədər artırılıb, Türkiyə Respublikasının IX Prezidenti 
Süleyman Dəmirəl Himayəçilər Şurasının sədri, Prof. Dr. İhsan Doğramacı, 
Azərbaycan Milli Məclisinin üzvü, Səməd Seyidov və ATİB-in fəxri sədri 
Ahmet  Erentok  sədr  müavinləri  seçiliblər.  Bu  iclasda  Azərbaycan  və 
Türkiyə  prezidentlərinə  ATAF-ın  fəxri  sədrləri  olmaları  üçün  məktubla 
müraciət edilməsi barədə qərar qəbul olunub, ATAF Ali Məsləhət Şurasının 
nizamnaməsi  təsdiq  edilib.  Himayəçilər  Şurası  tərəfindən  Azərbaycan 
Respublikası  Milli  Məslisinin  sədri  Oqtay  Əsədov  və  Türkiyə  Böyük 
Millət  Məclisinin  o  vaxtkı  sədri  Köksal  Toptan  Ali  Məsləhət  Şurasının 
həmsədrləri,  Azərbaycan  Milli  Məclisinin  millət  vəkili  Nizami  Cəfərov 
və  Türkiyə  Böyük  Millət  Məclisinin  millət  vəkili  Mustafa  Kabakçı  Ali 


145
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
Məsləhət Şurasının sədr müavinləri seçiliblər. 
İclasda  ATAF  Yüksək  Elm  Şurasının  nizamnaməsi  təsdiqləndikdən 
sonra  Türk  Tarix  Qurumunun  o  vaxtkı  sədri  Yusuf  Halaçoğlu  sədr, 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Tarix  İnstitutunun  direktoru, 
millət vəkili Yaqub Mahmudov, Bakı Dövlət Universitetinin rektoru, millət 
vəkili Abel Məhərrəmov, Azərbaycan Milli Arxiv İdarəsinin sədri Ataxan 
Paşayev, Türkiyə  Dövlət Arxivləri  müdiri Yusuf  Sarınay  sədr  müavinləri 
seçiliblər. İclasda eyni zamanda ATAF Təftiş Komissiyası və ATAF İdarə 
Heyəti Şurasının üzvləri seçiliblər.
8
 
ATAF bu istiqamətdə fəaliyyətinə davam edərək 2008-ci il sentyabrın 
27-28-də  Ankarada  Azərbaycan,  Türkiyə  və  ABŞ-dan  gələn  qonaqların 
iştirakı ilə konfrans təşkil edib. Konfransda beynəlxalq hüquq, Azərbaycan 
və  Türkiyə  baxımından  erməni  məsələsi  müzakirə  olunub  və  ATAF-ın 
gələcək  fəaliyyəti  və  hədəfləri,  2009-2015-ci  illərdə  ATAF-ın  fəaliyyət 
strategiyası müəyyən edilib.
9
ATAF 2008-ci ildə Türkiyədə bəzi “ziyalıların” türklərin ermənilərə qarşı 
törətdikləri “soyqırımına” görə başladıqları “üzr istəmə kampaniyası”na da 
biganə  qalmayıb,  bu  kampaniyada  iştirak  edənləri  qınayıb.
10
  Ermənistan 
ordusunun 1992-ci il fevralın 26-da Xocalıda törətdiyi soyqırımının 17-ci 
ildönümündə ATAF ilk dəfə Korhan Yurtseverin rejissorluğu ilə türk dilində 
“Hocalı Katliamı.  Bu, Son Olsun” adlı film çəkib. Film azərbaycan, ingilis 
və rus dillərinə tərcümə edilərək ictimaiyyətə çatdırılıb.
11
 
 
Ɔ
Nəticə
Azərbaycan  və  Türkiyənin  ortaq  tarix  doktrinasının  yaradılması 
istiqamətində  gördüyü  və  ya  görəcəyi  işlər  günümüzün  geosiyasi 
həqiqətlərinin  tələbidir.  İki  ölkə  arasında  və  ümumiyyətlə,  türk 
coğrafiyasında ilk növbədə birliyi təmin etmək, bəlkə, çətin ola bilər. Amma 
bu  istiqamətdə  əminliklə  atılan  hər  kiçik  addım Azərbaycan  və  Türkiyə 
arasında  və  ümumiyyətlə,  türk  coğrafiyasında  daha  bir  kərpicin  yerinə 
qoyulması  kimi  qiymətləndirilməlidir.  Təqribən  100  ildir  davam  edən 
erməni təbliğatı nəticəsində Avropanın bir çox dövlətləri və ABŞ Türkiyəni 
8   Ankarada Azərbaycan-Türkiyə Tarix Araşdırmaları Fondunun (ATAF) Himayəçilər Şurasının ilk iclası 
keçirildi. ATAF-ın rəsmi sənədləri. No: 08.01.01, 16.08.2008
9   Ankarada Azərbaycan-Türkiyə Tarix Araşdırmaları Fondunun (ATAF) araşdırma konfransı keçirildi. 
ATAF-ın rəsmi sənədləri. No: 08.02.02, 03.10.2008
10   Tarix xəyanətkarların və qondarma iddiaların ömrünün uzun olmayacağını göstərəcəkdir. ATAF-ın 
rəsmi sənədləri. No: 08.04.04, 18.12.2008.
11   “Hocalı Katliamı. Bu, Son olsun”, ATAF-ın rəsmi sənədləri. No: 08.01.05, 25.02.2009.


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə