1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   49   50   51   52   53   54   55   56   57

149
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
şübhəsiz,  xarici  siyasət  və  eyni  zamanda  dövlətin  digər  dövlətlərlə 
ikitərəfli  münasibətləri  də  qeyri-hökumət  təşkilatları  (QHT)  adlandırılan 
strukturların təsir sahəsinə daxil olmağa başladı. Əvvəlki mərhələyə dair 
az sayda nümunələr olsa da, qeyri-hökumət təşkilatlarının xarici siyasətdə 
iştirak  etməsi  daha  çox  II  Dünya  müharibəsindən  sonrakı  dövrə  təsadüf 
edir. Bu prosesi iki mərhələyə ayırmaq mümkündür. Birinci mərhələ soyuq 
müharibənin başladığı, ikinci mərhələ isə soyuq müharibənin sona çatdığı 
dövrdür.  II  Dünya  müharibəsindən  sonra  (soyuq  müharibənin  başladığı 
dövrdə)  beynəlxalq  qurumların  və  QHT-lərin  beynəlxalq  münasibətlərin 
yeni  elementi  kimi  ortaya  çıxması  ənənəvi  diplomatiya  anlayışının 
dəyişməsinə  səbəb  olub.  QHT-lərin  xarici  siyasətdəki  rolunun  müasir 
səviyyəyə çatması isə birbaşa soyuq müharibədən sonrakı mərhələyə aiddir. 
Bu, bir tərəfdən beynəlxalq münasibətlərin təbiətinin dəyişməsi ilə əlaqəli 
olub, digər tərəfdən ölkələrin yaşadıqları dəyişikliklərdən və ehtiyaclardan 
qaynaqlanıb. Yuxarıda da qeyd edildiyi kimi, demokratik transformasiyalar, 
iştirakçılıq  və  yaxşı  idarəetmə  qeyri-hökumət  təşkilatlarının  siyasi 
qərarvermə  mexanizmində  və  eyni  zamanda,  xarici  siyasətdə  iştirakını 
zəruri  edib.  Dövlətlər  yalnız  digər  hökumət  və  ya  beynəlxalq  təşkilatları 
deyil,  xarici  ictimai  rəyi  də  nəzərə  alan  siyasətləri  inkişaf  etdirmək 
məcburiyyətində qalıb. Bunun nəticəsində klassik diplomatiya anlayışından 
və  terminlərindən  əlavə  olaraq  ictimaiyyətin,  medianın,  informasiyanın, 
ictimai  rəyə  təsirin  və  gündəmin  müəyyənləşdirilməsinin  əhəmiyyətinin 
artması  QHT-lərə  yeni  imkanlar  yaratmışdır.  Ümumiyyətlə,  bu  qeyd 
olunanlar  nəticəsində  xarici  siyasətdə  sadəcə  dövlətlər  deyil,  ictimai 
rəy, media, QHT-lər, ictimai xadimlər, elm adamları və ziyalılar, iqtisadi 
güclər (milli və beynəlxalq/beynəlmiləl şirkətlər), dövlətin üzvü olduğu və 
olunmasını  hədəflədiyi  beynəlxalq  qurumlar,  imzalanan  və  imzalanması 
planlaşdırılan beynəlxalq və regional anlaşmalar, dini liderlər və qurumlar 
xarici siyasətdə təsir və təzyiq vasitəsi kimi iştirak etməyə başlayıb. 
QHT-lər fəaliyyətlərini xarici siyasət kontekstində müxtəlif formalarda 
həyata  keçirməyə  çalışıblar.  Onlar  dövlətlə  əməkdaşlıq  edərək,  rəsmi 
siyasətin  tamamlayıcısı  kimi  bəzi  sahələrdə  fəaliyyət  göstərirlər.  QHT-
lər,  xüsusilə,  dövlətin  xarici  siyasətində  boş  saxladığı,  ya  da  çox  maraq 
göstərmədiyi  sahələr  üzrə  fəaliyyət  göstərirlər.  Onlar  xarici  siyasət 
mövzularında  qərar  qəbul  edən  orqanlarla  əməkdaşlıq  edir,  bu  orqanlara 
mütəxəssis  dəstəyi  verir,  ictimaiyyəti  istiqamətləndirmə  mövzusunda 
köməklik göstərirlər. QHT-lər rəsmi dövlət siyasətinin təsirinin az olduğu 
ölkəyə bu və ya digər yollarla təsir göstərməyə çalışırlar. Məsələn, QHT-


150
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
lər  xarici  siyasətin  hədəfinə  (digər  ölkənin  ictimaiyyəti,  siyasətçiləri  və 
mediasına)  xitab  edərək,  bu  yolla  təsir  etməyə  cəhd  göstərirlər.  QHT-lər 
beynəlxalq qurumlar vasitəsilə də (birlikdə layihələr həyata keçirməklə və 
s.)  effektiv  fəaliyyət  göstərməyə  çalışırlar.  Vurğulamaq  istərdik  ki,  bəzi 
dövlətlər QHT-ləri digər ölkələrin daxili siyasətinə müdaxilə vasitəsi kimi 
istifadə  edir,  nəticədə  bəzi  dövlətlər  də  bu  mövzuda  ciddi  narahatlıqlar 
keçirirlər. Xüsusilə, postsovet  məkanında bu mövzuda ciddi narahatlıqlar 
dilə gətirilir. Demokratiyadan çəkinən  və QHT-lərin xarici ölkələr tərəfindən 
birbaşa olmayan təsir vasitəsi kimi istifadəsi barədə məlumatlara sahib olan 
idarəçilər ictimai qurumlarla sərt rəftar edirlər. 
QHT-lər  Türkiyə  və  Azərbaycanın  xarici  siyasətlərində  yuxarıda 
qeyd edilənlər çərçivəsində, xüsusilə, gözlənilməz proseslər baş verdiyi 
zaman daha çox əhəmiyyət qazanmışlar. Məsələn, Türkiyənin ətrafındakı 
regionlarda  baş  verən  proseslər  bu  ölkədəki  müxtəlif  təbəqələri,  yəni 
fərqli etnik, dini, dil, mədəni, coğrafi (məsələn, qafqazlı və s.), ideoloji 
və s. icmaları hərəkətə keçirib. Türkiyədə yaşayan müxtəlif təbəqələrin 
özlərini  yaxın  hiss  etdikləri    coğrafiyalarda  baş  verənlər,  yaşanan 
müxtəlif  problemlər  (Bosniya-Herseqovinada  yaşananlar,  Ermənistanın 
Azərbaycan  ərazilərini  işğal  etməsi,  Fələstin  problemi,  Çeçenistan 
müharibəsi, Kosova problemi, Abxaziya problemi, İraqda yaşananlar və 
xüsusilə türkmənlərin vəziyyəti, uyğurlarla əlaqədar problemlər, Kəşmir 
problemi,  Krım  türklərinin  və  Ahıska  türklərinin  vəziyyəti  və  s.)  və 
müxtəlif hədəflər (AB üzvlüyü, türk dünyasının inteqrasiyası, müsəlman 
dünyasının birliyi, avrasiyaçılıq və s.) ötən əsrin 90-cı illərində Türkiyədə 
xarici siyasətin “ictimailəşməsinə”, cəmiyyətin xarici siyasət mövzularına 
marağının artmasına və müxtəlif vasitələrlə xarici siyasətdə qərar qəbuluna 
təsir etməsinə səbəb olub.
Bununla yanaşı, bir az qlobal, bir az da milli səbəblərə görə xarici siyasət 
soyuq müharibə dövrünün standart qəlibindən kənara çıxıb. İqtisadi, ictimai 
və  siyasi  liberallaşmanın  təsirləri  də  hiss  edilib.  Xarici  siyasətdə  rəsmi 
olmayan vasitələrin öhdəçilik daşıması dövlətdən rol “oğurlama” kimi şərh 
olunur və düşünmək olar ki, bu, xarici siyasətdə yeni kanalların açılmasını 
təmin edir. QHT-lər Türkiyənin qardaş toplumlarla əlaqələrində - Qarabağ, 
Çeçenistan  və  Bosniya-Herseqovina  nümunələrindən  göründüyü  kimi 
müharibələrdə, Abxaziyada olduğu kimi dövlətin rəsmi siyasətinə paralel 
siyasətin inkişaf etdirilməsində əhəmiyyətli bir vasitə funksiyası daşıyıb. 
Hazırda beynəlxalq əlaqələr o qədər ictimailəşib ki, bir ölkə (o cümlədən 
Türkiyə) ikinci bir ölkə ilə əlaqələrini müəyyən edərkən yalnız daxili və 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə