1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan və Türkiyə ortaq tarix doktrinası



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   49   50   51   52   53   54   55   56   57

139
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
yaradılıb.
6
 Bu silahlı qrup qondarma erməni soyqırımından məsul olan türk 
dövlət adamlarını və ermənilərin milli iddialarına “xəyanət” edən erməniləri 
öldürüb. 
Ermənistanın  1920-ci  ildə  Bolşevik  Rusiyası  tərəfindən  işğal 
edilməsindən  sonra  daşnaklar  və  hınçaklar  ölkədən  sürgün  edilib,  Sovet 
Ermənistanı  Türkiyəyə  qarşı  müstəqil  siyasət  həyata  keçirə  bilmədiyi 
üçün erməni məsələsi və qondarma soyqırımı iddiaları 1960-cı illərə qədər 
gündəmə  gətirilməyib.  Ancaq  yenə  də  Avropa  və  ABŞ  erməni  diaspor 
təşkilatları bu mövzuda təbliğatlarını davam etdiriblər.
1965-ci  ildə  Ermənistan  hökuməti  qondarma  soyqırımı  qurbanlarını 
anmaq  məqsədilə    aprelin  24-də  mərasim  təşkil  edib  və  Çiçernakabert 
şəhərində soyqırımı abidəsi ucaldıb. Bu tarixdən sonra Ermənistan hökuməti 
xaricdə yaşayan ermənilərin soyqırımı təbliğatı fəaliyyətlərini koordinasiya 
etməyə  başlayıb,  diaspor  erməniləri  Daşnaksütyun  Partiyasının  liderliyi 
altında  yenidən  təşkilatlanıb.  İki  il  sonra  Daşnaksütyun  Partiyasının 
1967-ci  ildə  Beyrutda  keşirilən  XIX  qurultayında  Avropa  dövlətlərinin 
qondarma  erməni  soyqırımını  gündəmə  gətirməyə  cəhd  göstərməmələri 
ciddi şəkildə tənqid olunub və Türkiyə ilə birgə Avropa dövlətləri də erməni 
“soyqırımı”ndan məsul tutulub. 
1972-ci  ilin  dekabr  ayında  Vyanada  keçirilən  XX  qurultayda  isə 
partiyanın  inqilab  ənənəsinin  yenidən  canlandırılmasına  qərar  verilib. 
Bu  qurultayda  “Erməni  məsələsinin,  daha  doğrusu,  erməni  soyqırımının 
hansı  səbəbə  görə  mənəvi  və  siyasi  səhnədə  olmadığı”  müzakirə  edilib. 
Müzakirələr iki ayrı problem üzərində aparılıb:
- Dünya 1915-ci ildə ermənilərə qarşı tətbiq edilmiş “soyqırımı” bilmir. 
Dünya  ictimaiyyətinin  ermənilərə  qarşı  həyata  keçirilən  “vəhşilik”dən 
xəbərdar  olmaları  məqsədilə  arxiv  sənədlərini  axtarmaq,  tapmaq  və 
ictimaiyyətə çatdırmaq kifayətdir. Belə olan halda ziyalılar, insan haqlarının 
müdafiə təşkilatları, hökumətlər və parlamentlər ermənilərin qorunmamış 
haqlarını geri almaq üçün onları müdafiə edəcək;
- Dünya 1915-ci ildə nələrin baş verdiyini çox yaxşı bilir, ancaq siyasi 
səbəblərə görə bu mövzuda səssiz qalmağa üstünlük verir. 
Bu  suallara  cavab  axtarmaq  üçün  “Erməni  Məsələsi  Təşkilatı”  təsis 
edilib. Təşkilatın mövzu ilə əlaqəli son rəyi bu şəkildə olub:
-  Müxtəlif  ölkələrin  arxivlərində  erməni  “soyqırımı”  haqqında  çoxlu 
sayda  sənəd  vardır.  Dünya  mətbuatı  1915-ci  ildə  bu  mövzuda  saysız 
xəbərlər verib. Bu xəbərləri və arxiv sənədlərini dərc etmək çətin deyil (bu 
6   Оганесян, Век Борьбы, cтр. 193.  


140
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
iş sonralar icra edilib). Amma bu gün dünya mətbuatı erməni məsələsi ilə 
məşğul deyil və kimsə bu işlə maraqlanmır. Ermənilər və erməni məsələsi 
çoxdan  arxivlərə  və  muzeylərə  qoyulub,  buna  görə  də  müasir  dünyada 
heç bir təsirləri yoxdur. Avropa dövlətləri NATO-da əməkdaşlıq etdikləri 
Türkiyəni siyasi və təhlükəsizlik səbəbilə narahat etmək istəmir. Ermənilərin 
məsələlərinə və problemlərinə dünya mətbuatının diqqətini çəkmək lazımdır. 
Dünya ictimaiyyətinə ermənilərin beynəlxalq diplomatiyada özünəməxsus 
yeri  olduğunu  sübut  etmək  və  beləcə  Türkiyəyə  qarşı  təzyiq  etmələrini 
təmin etmək lazımdır. Soyqırımın tanınması üçün deyil, erməni məsələsinin 
yenidən beynəlxalq gündəmdə olması üçün Türkiyəyə təzyiq edilməlidir. 
Daşnaklar Avropa və ABŞ-da erməni məsələsini yenidən gündəmə gətirmək 
məqsədilə eynilə XIX əsrin sonu, XX əsrin əvvəllərində olduğu kimi gizli 
şəkildə silahlı hərəkətlərə başlamağa qərar verib.
7
 Beləliklə, Daşnaksütyun 
Partiyasının  qurduğu ASALA  (Ermənistanın  qurtuluşu  üçün  gizli  erməni 
ordusu  -  Armenian  Secret  Army  for  the  Liberation  of  Armenia)  terror 
təşkilatı  fəaliyyətə  başlayıb  və  türk  diplomatlarını,  ailələrini  və  səfirlik 
əməkdaşlarını yaralayıb və qətlə yetirib.
Azərbaycan və Türkiyənin erməni iddialarına qarşı ortaq fəaliyyət 
planı 
Eyni  soydan  gəldiklərindən  Azərbaycan  və  Türkiyə,  təbii  olaraq, 
ortaq  tarixi  paylaşır.  Amma  tarixin  bəzi  dövrlərində  iki  ölkə  arasında 
bəzən  qopmalar  olub. Azərbaycan  təxminən  200  il  Rusiyanın  tərkibində 
olduğundan,  tarixi  və  mədəni  dəyərlərin  fərqli  istiqamətdə  inkişafına 
məruz  qalsa  da,  əsasən,  kökündən  qopmayıb.  Azərbaycan  və  Türkiyə, 
ümumiyyətlə  isə  digər  türk  respublikaları  qədim  çağlardan  günümüzə 
qədər olan tarix salnaməsinin tədqiqində ortaq hərəkət etməli, tədqiqatlar 
aparmalı, ortaq türk tarixinin yazılması istiqamətində səy göstərməlidirlər. 
Türk  respublikaları  tarix  və  arxeologiya  institutları  bir  araya  gələrək, 
prioritetli  mövzuları  müəyyən  etməli  və  bu  istiqamətdə  layihələr  həyata 
keçirməlidirlər.
Son iki yüz ildə Azərbaycan və Türkiyə fərqli inkişaf yolu keçsələr də, 
XX əsrin əvvəllərindən etibarən hər iki dövlət erməni problemi ilə üzləşib. 
Bu problem indiki dövrə qədər davam edir və böyük bir ehtimalla bundan 
sonra  da  davam  edəcək.  Ermənistan  son  yüz  ildə  Türkiyəni  qondarma 
soyqırımda ittiham edib, apardığı təbliğat ilə dünyanın müxtəlif dövlətlərində 
7   Оганесян, Век Борьбы, Tom 2, cтр.  454-455.


141
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
qondarma  soyqırımın  tanınması  istiqamətində  müxtəlif  qərarlar  qəbul 
olunub. Türkiyənin bütün xoşməramlı cəhdlərinə baxmayaraq, Ermənistan 
“soyqırımı”  təbliğatına  davam  edir.  Azərbaycan  və  Türkiyə  XX  əsrin 
əvvəllərində Ermənistan ilə müharibə vəziyyətində olub, Ermənistan Dağlıq 
Qarabağda  yaşayan,  Azərbaycan  vətəndaşları  olan  ermənilərin  separatçı 
fəaliyyətlərinə  dəstək  verib  və  1991-1994-cü  illər  arasında  Azərbaycan 
torpaqlarının 20%-ni işğal edib. Problemin həlli üçün beynəlxalq təşkilatlar 
çərçivəsində bu günə qədər müzakirələr davam etsə də, tərəflər arasında son 
sülh  müqaviləsı  imzalanmayıb. Azərbaycan  və Türkiyənin  qarşılaşdıqları 
bu problemlər onları Ermənistana qarşı ortaq məxrəcə gətirib və prioritet 
sırasına görə qısa, orta və uzunmüddətli strateji fəaliyyət planı hazırlamağa 
və  tətbiqinə  fürsət  verib.  Bu  fürsətlər  düzgün  şəkildə  qiymətləndirilərsə, 
Ermənistan qarşısında ciddi müvəffəqiyyətlər əldə etmək mümkün ola bilər. 
Bu fürsətləri aşağıdakı kimi təsnif etmək mümkündür:
- Ermənilər qondarma soyqırımı mövzusunda təxminən 100 ildir fasiləsiz 
şəkildə təbliğat aparır. Amma 1980-ci illərdə bu mövzuda müvəffəqiyyət 
qazana  biliblər.  Bu  baxımdan Azərbaycan  və  Türkiyə  tarixçiləri  Erməni 
təbliğat tarixini tədqiq etməli, onların hansı mövzulara üstünlük verdiklərini 
müəyyən etməli, zəif nöqtələrini tapmalı və ümumiyyətlə, bu istiqamətdə 
əks-təbliğat işləri prioritet olmalıdır. 
-  Ermənistan  beynəlxalq  aləmdə  əlinə  düşən  hər  fürsətdə  Türkiyəni 
arxivləri bağlı saxlamaqda günahlandırır, halbuki arxivlər açıqdır. Türkiyə 
isə Ermənistan və Daşnaksütyun Partiyasının arxivlərinin bağlı olduğunu 
nə  daxildə,  nə  də  beynəlxalq  arenada  kifayət  qədər  gündəmə  gətirib.  Bu 
mövzuda Türkiyə Ermənistan ilə çox rahat bir şəkildə mübahisəyə girə bilər. 
- Türkiyədə qərbi və şərqi erməni dilini bilən mütəxəssislərin sayı çox 
azdır və bu mütəxəssislər erməni dilini yüksək səviyyədə bilmirlər. Türkiyə 
son zamanlarda bu çatışmazlığı aradan qaldırmaq üçün bəzi addımlar ataraq 
Ankara  Universitetində  erməni  dili  kursları  və  Ərciyəs    Universitetində 
erməni  dili  və  əsəbiyyatı  ixtisası  açsa  da,  Türkiyədə  erməni  dili 
qrammatikasını və erməni dilini mükəmməl bilən müəllim olmadığından 
problem  hələ  də  qalmaqdadır.  Türk  mətbuatında  dərc  olunan  xəbərlərə 
görə, erməni dili müəlliminin Ermənistandan gətirilməsi məsələsi müzakirə 
olunub. Bu, strateji cəhətdən yanlış addımdır və təhlükəsizlik baxımından 
gələcəkdə  ciddi  problemlərə  səbəb  ola  bilər. Azərbaycanda  bu  mövzuda 
vəziyyət fərqlidir. Erməni dilini mükəmməl bilən insanlar var, Azərbaycan 
Dövlət  Radiosu  və  ATV  İnternational  televiziya  kanalı  hər  gün  erməni 
dilində  proqram  nümayiş  etdirir. Azərbaycanda  erməni  dilini  mükəmməl 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə