1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan və Türkiyə ortaq tarix doktrinası



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   49   50   51   52   53   54   55   56   57

142
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
bilən şəxslər Ankara və Ərciyəs universitetlərində bu dili tədris edə bilər. 
Beləliklə, mövcud problem aradan qaldırılar.
-  Rusiya,  Fransa,  ABŞ,  İngiltərə  və  Vatikan  arxivlərində  qondarma  
erməni  soyqırımı  ilə  əlaqəli  gizlilik  müddəti  bitmiş  arxiv  sənədlərinin 
öyrənilməsi mövzusu da xüsusi əhəmiyyət kəsb edir. Çünki Ermənistan və 
bəzi xarici tarixçilər sadalanan dövlətlərin arxivlərində türklərin soyqırım 
törətdiyini  sübut  edən  rəsmi  sənədlərin  olduğunu  iddia  edirlər.  Bu, 
dezinformasiyadan başqa  bir  şey  deyil.  Əgər  bu  dövlətlərin arxivlərində, 
həqiqətən  də,  türkləri  soyqırımla  günahlandıracaq  mahiyyətdə  sənədlər 
olsaydı,  çoxdan  tədqiqatçılar  üçün  açıq  olar  və  Türkiyə  ittiham  edilərdi. 
Əksinə,  bu  dövlətlərin  arxivlərində  XIX  əsrin  sonlarından  XX  əsrin 
əvvəllərinə qədər onların Osmanlı ermənilərinin təşkilatlanması və üsyan 
çıxarmalarına kömək etmələri, ASALA terror təşkilatına və Ermənistanın 
qondarma  soyqırımı  iddialarına  verdikləri  dəstək  haqqında  Türkiyənin 
lehinə  olan  bir  çox  sənədlər  mövcuddur.  İşlər  bu  mövzu  istiqamətində 
aparılmalıdır. 
-    Azərbaycan  və  Türkiyə  Ermənistana  qarşı  həyata  keçirəcəkləri 
fəaliyyətdə  dünyaca  məşhur  BBC,  CNN,  Amerikan  FOX  News,  ABC, 
CBS, NBC, Əl Cəzirə və başqa televiziya kanallarında fikirlərini əks etdirən 
proqramların,  sənədli  filmlərin  yayımlanması,  “National  Geographic”, 
“History  Review”,  “Political  Science  Quarterly”,  “Foreign  Affairs”, 
“Journal  of American  History”  və  “Journal  of  Defence  and  Diplomacy” 
jurnallarında məqalə və tədqiqatların  dərc olunması yollarını tapmalıdırlar. 
Bu  mövzuda  xüsusilə  ictimai  birliklərin  regional  və  beynəlxalq  sahədə 
işlərini Xarici İşlər Nazirlikləri koordinasiya etməlidir. 
- İnternet vasitəsilə erməni təbliğatına qarşı Azərbaycan və Türkiyənin 
həqiqətlərini  əhatə  edən  arxiv  sənədləri,  türk  və  xarici  elm  adamlarının 
əsərləri ingilis, alman, fransız dillərinə tərcümə edilərək yayılmalı, xüsusi 
saytlar hazırlanmalıdır.
-  Müasir  dünyada  regional  və  beynəlxalq  terrorizmlə  mübarizənin 
yeni dövrə girdiyi nəzərə alınaraq xarici dillərdə erməni terroru haqqında 
elektron məlumatlar hazırlanmalı, dünyanın bütün dövlətlərinin Xarici İşlər 
Nazirliklərinə, arxivlərinə, universitetlərinə göndərilməlidir.  Burada yazılı 
və  vizual  medianın  imkanlarından  faydalanmaqla,  1919-cu  ildə  Osmanlı 
dövlət adamlarını öldürmək məqsədilə qurulan “Nemesis”, 1970-ci illərdə 
türk diplomatlarına qarşı terror törədən ASALA terror təşkilatı, ermənilərin 
öz  dövlət  adamlarına  qarşı  təşkil  etdikləri  terror  hərəkətləri,  ermənilər 
tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Azərbaycan türklərinə 


143
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
qarşı həyata keçirdikləri Xocalı soyqırımı haqqında məlumatlar verilməlidir.
-Ermənistan  və  erməni  diasporu  qondarma  soyqırım  haqqında  çoxlu 
sayda  sənədli  və  bədii  filmlər  çəksə  də,  bu  günə  qədər  Türkiyənin  bu 
mövzuda fikirlərini dəstəkləyən bir neçə sənədli film istisna olmaqla (bu, 
çox azdır) sənədli və bədii film çəkilməyib. Rejissorluğu Natuk Baytana, 
ssenarisi  Mim  Kamal  Ökeyə  aid  olan  “Divardakı  qan”  filmi  tarixi 
həqiqətlərin  ictimaiyyətə  çatdırması  baxımından  əhəmiyyətlidir,  amma 
bu  film  beynəlxalq  cəmiyyətdə  nümayiş  etdirilməlidir.  Teodor  Jivkov 
dövründə Bolqarıstanda türklərə qarşı həyata keçirilən zülmü əhatə edən, 
Osman  F.Sedenin  rejissoru  olduğu,  ssenarisini  Sevinc  Çoxum  yazdığı 
“Yenidən  doğulmaq”  filminin  nümayiş  etdirilməsindən  sonra  bolqar 
mövqelərinin verdiyi reaksiya nəzərə alınarsa, bu cür təbliğatın necə nəticə 
verdiyi anlaşılır. Bu baxımdan son illərdə ciddi inkişafda olan “Yeşilçam” 
“Hollywood” ilə birlikdə qondarma erməni iddialarını əhatə edən filmlər 
çəkə bilər. Təbliğatın istənilən nəticəyə çatması baxımından “Yeşilçam”ın 
adının  keçmədiyi  müstəqil  xarici  studiyaların  Türkiyənin  tezisini 
dəstəkləyən sənədli və bədii filmlər çəkməsi daha məqsədəuyğundur.
-  İndiki  dövrdə  dövlətlərdən  daha  çox  qeyri-hökumət  təşkilatlarının  
apardığı təbliğatın inandırıcı olması və daha ciddi nəticələr verə bilir.  Bu 
baxımdan  Avropa,  Rusiya  və  ABŞ-dakı  Azərbaycan  və  Türkiyə  diaspor 
qurumlarının  fəaliyyətlərinin  istiqamətləndirilməsi  və  koordinasiya 
edilməsi olduqca əhəmiyyətlidir. Hər iki ölkənin dünyada fəaliyyət göstərən 
diaspor nümayəndələrinin sayı təxminən 10 milyon nəfərdir. Bu, olduqca 
ciddi rəqəmdir. Onlar doğru şəkildə təşkilatlansa, istənilən müvəffəqiyyəti 
əldə etmək mümkün ola bilər. Bu diaspor qurumlarının fəaliyyəti mövsümi 
olmamalıdır; müntəzəm şəkildə həyata keçirilən fəaliyyətlə nəticəyə çatmaq 
daha  asan  olar.  Amma  bu  diaspor  qurumları,  ümumiyyətlə,  qondarma 
erməni  soyqırımının  gündəmə  gəldiyi  24  aprel  və  Xocalı  soyqırımının 
gündəmə  gəldiyi  26  fevral  tarixlərində  daha  gərgin  fəaliyyət  göstərir, 
sonra isə arxa planda qalırlar. Şübhəsiz, müntəzəm olmayan təbliğat işləri 
istənilən nəticəni verməyəcək.
-Azərbaycan və Türkiyənin fikirlərinə yaxın olan Avropa və ABŞ elm 
adamlarını  müəyyən  edərək  onlarla  görüşmək, Azərbaycan  və Türkiyəyə 
dəvət edərək gerçəkləri tanıtmaq, arxivlərdə tədqiqat aparmalarına imkan 
vermək,  onlara  köməklik  göstərmək,  yaşadıqları  ölkələrdə  və  başqa 
dövlətlərdə  simpozium  və  ya  konfraslar  keçirmələrinə  dəstək  olmaq, 
yazdıqları  məqalə  və  kitabları  digər  dillərə  tərcümə  etmək  daha  ciddi 
nəticələr üçün imkan yaradacaq.


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə