1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

115
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
görülməsi”, 24-cü maddəsinə Türkiyə tərəfinin yeni təlim texnologiyaları 
sahəsindəki  bilik  və  bacarıqlarını  Azərbaycan  tərəfi  ilə  bölüşməyi,  dərs 
vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisasartırmaları 
istiqamətlərində,  həmçinin  Azərbaycan  tərəfinin  Dünya  Bankı  və  başqa 
beynəlxalq  qurumlarla  həyata  keçirəcəyi  layihə  fəaliyyətlərinə  hər  cür 
texniki yardım göstərəcəyi”, 26-cı maddəsinə pedaqoji kadrların müxtəlif 
ixtisaslar  üzrə  ixtisasartırma,  yenidənhazırlanma,  rəhbər  kontingentin 
idarəetmə sahəsində elmi nəzəri, təcrübi biliklərinin artırılması, məsafədən 
(distant) təhsil, rəhbər və pedaqoji kadrların attestasiya mexanizmləri ilə 
bağlı” əməkdaşlıq məsələlərini tənzimləyən müddəalar əlavə edilib.
Tərəflər  iki  ölkə  arasında,  xüsusilə  1998-ci  ildən  bəri  təhsil  və  elm 
sahələrində  əməkdaşlığın  uğurlu  olduğunu  ifadə  etməklə  yanaşı,  bəzi 
sahələrdəki  çətinlikləri,  xüsusən  də  bir  sıra  ixtisaslar  üzrə  Azərbaycan 
ali  məktəb  diplomlarının  Türkiyə  tərəfindən  tanınmaması  məsələlərinə 
toxunublar.  Müzakirələr  nəticəsində  “Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyi  ilə  Türkiyə  Respublikası  Ali  Təhsil  Şurası  arasında  ali  təhsil 
sahəsində  əməkdaşlığa  dair”  İlkin  Protokol  imzalanıb.  Bu  Protokolda 
Azərbaycan  ali  məktəbləri  tərəfindən  verilən  iqtisadiyyat,  beynəlxalq 
əlaqələr,  memarlıq  və  inşaat,  elektrik-elektronika  və  maşın  mühəndisliyi 
ixtisaslarının ən yaxın zamanda tanınması üçün müvafiq işlərin aparılması 
nəzərdə tutulub. Tərəflər iki ölkənin ali məktəblərini tibb ixtisasları üzrə 
bitirən məzunların diplomlarının tanınması şərtlərinin müəyyən edilməsində 
razılığa  gəliblər.  Azərbaycanın  Türkiyə  vətəndaşları  üçün  müəyyən 
etdiyi  kontingent  çərçivəsində  Türkiyədə  keçirilmiş  qəbul  imtahanları 
nəticəsində Azərbaycan Tibb Universitetinə qəbul olunmuş tələbələr ilk 3 
ili bu ali məktəbdə təhsil aldıqdan sonra təhsillərini Türkiyənin aparıcı ali 
məktəblərində davam etdirmələri barədə razılıq əldə edilib. Protokolda bu 
da qeyd olunub ki, Türkiyədə “tibdə uzmanlıq” proqramı üzrə dövlət xətti 
ilə təhsil almağa göndərilən Azərbaycanın ali məktəb məzunları bir tədris ili 
“Türk dili üzrə hazırlıq mərkəzi”ndə oxuduqdan sonra Egey Universitetində 
təşkil  ediləcək  ixtisas  imtahanlarının  nəticəsinə  görə  Ali  Təhsil  Şurası 
tərəfindən müvafiq ali məktəblərə yerləşdiriləcəklər. Eyni zamanda, tərəflər 
istər dövlət, istərsə də qeyri-dövlət xətti ilə qarşılıqlıq olaraq ayrılmış təqaüd 
yerləri çərçivəsində diplomdansonrakı təhsilə (magistratura, doktorantura) 
qəbulun  artırılması  məqsədilə  müvafiq  tədbirlərin  görüləcəyi  haqqında 
razılığa gəliblər. 
2000-ci  ildən  başlayaraq  Bakının  6,  14,  41,  56  və  261  saylı 
məktəblərində türk dili tədris olunur. Dərslər Bakıda fəaliyyət göstərən Bakı 


116
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
türk  liseylərinin  türkiyəli  müəllimləri  tərəfindən  aparılır.  Dərslərin  daha 
keyfiyyətli  və  maraqlı  keçməsi  üçün  Türkiyə  Respublikasının  Bakıdakı 
səfirliyi həmin məktəblərin hər birində bir sinif otağını yeni məktəb mebeli 
ilə  yanaşı,  kompyuter  dəsti,  televizor  və  tələb  olunan  dərsliklərlə  təchiz 
edərək “Türk dili” kabineti təşkil edib. 
Türkiyə  tərəfi  ilə  təhsil  sahəsində  imzalanmış  protokolların  müvafiq 
bəndlərinə uyğun olaraq əməkdaşlıq istiqamətində görülən işlərin icrasına 
nəzarət,  qarşılıqlı  müzakirələrin  aparılması,  qarşıya  çıxan  problemlərin 
vaxtında  həll  edilməsi  üçün  müvafiq  təkliflərin  hazırlanması,  iki  ölkənin 
təhsil nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə hər iki 
tərəfin nümayəndələrindən ibarət yaradılan Daimi Komissiyanın fəaliyyəti 
tənzimlənir. Bu günə qədər Daimi Komissiyanın 8 iclası keçirilmişdir. 
Türkiyə  Respublikasının  milli  təhsil  naziri  Hüseyn  Çeliyin  dəvəti  ilə 
Azərbaycan  Respublikasının  təhsil  naziri  Misir  Mərdanovun  başçılıq 
etdiyi nümayəndə heyəti 2005-ci il 14-20 mart tarixində Türkiyədə olub. 
Səfərin  əsas  məqsədi Azərbaycan  ilə Türkiyə  arasındakı  təhsil  sahəsində 
aparılan çoxtərəfli və inkişaf etmiş əməkdaşlığın genişləndirilməsi, təhsil 
sənədlərinin  (xüsusilə  ali  təhsili  əhatə  edən)  qarşılıqlı  tanınmasına  dair 
danışıqların  aparılması  idi.  Azərbaycan  nümayəndə  heyəti  ilə  Türkiyə 
Respublikası Yüksək Öyrətim Kurulu Başqanlığı və Milli Təhsil Nazirliyi 
arasında qabaqcadan planlaşdırılmış danışıqlar zamanı ölkələrimiz arasında 
təhsil  sahəsindəki  ikitərəfli  əlaqələrin  inkişaf  etdirilməsi,  1993-cü  ildən 
etibarən  Türkiyə  tərəfindən  maliyyəşdirilən  “Böyük  Tələbə  Layihəsi” 
çərçivəsində  yüzlərlə  azərbaycanlı  gəncin  Türkiyənin  ən  qabaqcıl  ali 
məktəblərində Azərbaycan iqtisadiyyatının bugünkü tələblərinə cavab verən 
müasir ixtisaslar (o cümlədən tibb) üzrə hazırlanması, eyni zamanda türk 
gənclərinin dövlət və qeyri-dövlət xətti ilə Azərbaycanın ali məktəblərində 
təhsilləri ilə bağlı fikir mübadiləsi aparılıb. 
Azərbaycan  ali  məktəbləri  ixtisaslarının  Türkiyə  Ali  Təhsil  Şurası 
tərəfindən  tanınmasının  mahiyyəti  qeyd  olunmalıdır.  Türkiyənin  təhsillə 
bağlı  milli  qanunvericiliyi  və  Ali  Təhsil  Şurasının  qaydalarına  görə, 
türkiyəli  gənclər  xarici  ölkə  ali  məktəblərinin  yalnız  Ali  Təhsil  Şurası 
tərəfindən tanınan ixtisasları üzrə təhsil ala bilərlər. Əks halda onlar tələbə 
kimi  Türkiyə  tərəfindən  tanınmır,  nəticədə  aldıqları  diplomları  tanıtmaq 
üçün  çox  ciddi  problemlərlə  üzləşirlər.  Buna  görə,  türkiyəli  gənclər  bu 
və  ya  digər  xarici  ölkədə Ali  Təhsil  Şurası  tərəfindən  tanınan  müəyyən 
ali məktəblərin konkret ixtisasları üzrə təhsil ala bilərlər.  Burada maraqlı 
cəhətlərdən biri də ondan ibarətdir ki, türkiyəli abituriyentlər ölkələrində 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə