107
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
sentyabrın13-16-da isə “İllik iş statistikası” mövzularında Komitəyə
məsləhət xidməti verilib. Habelə Komitə əməkdaşları üçün Türkiyədə
həmin mövzularda təlim proqralmarı təşkil edilib. Verilən təlim və məsləhət
xidməti proqramlarına Komitəsinin 25 əməkdaşı cəlb olunub.
Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə
təlim dəstəyi
Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
(QKDK) və Türkiyə Kapital Bazarı Şurası (SPK) ilə birgə təşkil olunan
təcrübə və təlim kurslarının həyata keçirilməsinə TİKA dəstək verib. Bakıda
və İstanbulda keçirilən proqramlarda QKDK-nın təqribən 40 əməkdaşına
təlim verilib. QKDK-nın təklifi əsasında Milli Depozit Mərkəzinin 8
əməkdaşının Türkiyənin Takasbank və Milli Qeydiyyat Təşkilatında təşkil
olunan təlim proqramlarında iştirak etməsinə köməklik göstərilib.
İdarəetmənin təkmilləşdirilməsi sahəsində əlavə olaraq TİKA Baş
Ofisinin aşağıdakı fəaliyyətləri də vurğulana bilər:
- Daşınmaz Əmlakın Dövlət Reyestri sahəsində əməkdaşılq;
- Beynəlxalq Polis Təlimi əməkdaşlıq
layihəsi;
- Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşları üçün təlim
proqramı.
Ɔ
Elmi və mədəni sahələrdə əməkdaşlıq
“XXI əsrdə qadının rolu” mövzusunda beynəlxalq konfrans
Azərbaycan, Qazaxıstan, Qırgızıstan, Özbəkistan və Türkmənistanın
dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası
Milli Məclisinin himayəsi və TİKA, TürkPA, Dialoq Avrasiya Azərbaycan
Nümayəndəliyi və Lider Qadınlar İctimai Birliyinin birgə əməkdaşlığı ilə
oktyabrın 3-4-də “XXI əsrdə qadının rolu” mövzusunda beynəlxalq konfrans
təşkil olunub. Bakıda keçirilən bu konfransda Türkiyə Respublikasının
ailə və sosial siyasət naziri Fatma Şahin, Azərbaycan Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırgızıstan Özbəkistan və
Türkmənistandan olan qadın deputatlar, elm adamları, siyasət və qeyri-
hökumət təşkilatı nümayəndələri iştirak ediblər.
108
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi V Beynəlxalq
Konfransı
TİKA Baş Ofisi, Azərbaycan Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, BDU,
UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu,
Daşkənd İnformasiya Texnologiyaları Universiteti və Elektrik və Elektronika
Mühəndisləri İnstitutunun (İEEE) birgə əməkdaşlığı ilə oktyabrın 12-14-də
Bakıda təşkil olunan konfransda 31 ölkədən 162 elm adamı iştirak edib.
Elmi və mədəni sahələrdə əməkdaşlıq istiqamətində, yuxarıda sadalanan
layihə və fəaliyyətlərə əlavə olaraq, TİKA Başqanlığının aşağıdakı
çalışmaları da qeyd oluna bilər:
- “AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun modernləşdirilməsi”
layihəsi;
- II Türk Filmləri Festivalı;
- Beynəlxalq Türk Dili Olimpiadaları;
- Beynəlxalq Molla Nəsrəddin Karikatura Festivalı;
- Beynəlxalq Uşaq Muğam Festivalı;
- Beynəlxalq
Mülki Hüquq Simpoziumu;
- Novruz bayramı tədbirləri;
- “Yunus Əmrədən Füzuliyə insan sevgisi” mövzusunda beynəlxalq
konfrans;
- “Keçmişdən bu günə Əhməd Yəsəvi”
mövzusunda konfrans;
- “Cənubi Qafqazda sabitlik və əməkdaşlığı artırma” mövzusunda
konfranslar silsiləsi;
- Qloballaşma prosesində Qafqaz və Orta Asiya Konqresi.
Ɔ
Sosial məzmunlu layihə və fəaliyyətlər
Müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün kompyuter
kurslarının təşkili
TİKA Azərbaycanda fəaliyyət göstərən Regional İnsan Hüquqları və
Media Mərkəzi İctimai Birliyinin Bərdə rayonunda təşkil etdiyi kompyuter
kurslarını lazımi avadanlıqla təchiz edib. 2010 və 2011-ci illərdə təşkil
109
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
olunan kurslarda 121 nəfər uşaq kompyuter biliklərinə yiyələnib. Bu kursları
bitirən uşaqlardan 27 nəfəri qazandığı biliklər nəticəsində işlə təmin olunub.
Gəncə Uşaq Evinə dəstək
Gəncə Uşaq Evində 14-15 yaşa qədər yaşadıqdan sonra uşaq evindən
ayrılmaq məcburiyyətində qalan uşaqların peşə sahibi olmasını təmin etmək
üçün tədris kurslarının təşkili məqsədi ilə korpusların hazırlanması və digər
ehtiyacların qarşılanması üçün zəruri maddi vəsait verilib.
Şəki Əlillərə Qayğı İctimai Birliyinə dəstək
Şəki Əlillərə Qayğı İctimai Birliyi ilə birgə həyata keçirilən “Əqli və
fiziki əlillər üçün tədris kurslarının təşkil olunması” layihəsi çərçivəsində
əlillərə xalçaçılıq, qobilen, trikotaj, tikiş və kompyuter biliklərinin tədris
olunması üçün lazım olan avadanlıq, təchizat və materialların məsrəfləri
qarşılanıb. Kurslara davam edən əlillərin nəqliyyat problemini həll etmək
məqsədi ilə bir ədəd mikroavtobus Birliyə hədiyyə edilib.
Əlil Uşaqlarla İş Mərkəzinə dəstək
Azərbaycanda əlil uşaq və gənclərin sosial problemlərinin həlli
istiqamətində fəaliyyət göstərən Əlil Uşaqlarla İş Mərkəzinə əlil uşaqların
asudə vaxtlarını dəyərləndirə bilmələri üçün tikiş maşınları və idman
ləvazimatları hədiyyə edilib. Bundan əlavə, əlil uşaq və gənclərin müxtəlif
məqsədli şəhərdaxili gəzintilərini təmin etmək məqsədilə Mərkəzə bir ədəd
mikroavtobus verilib.
Sosial məzmunlu layihə və fəaliyyətlərin sırasında əlavə olaraq
aşağıdakıları da qeyd etmək olar:
- Müharibə veteranı olan qadınlar üçün Məişət Xidməti Mərkəzinin
yaradılması;
- İnsan alveri qurbanları üçün Sosial Reinteqrasiya Mərkəzinin
yaradılmasına dəstək;
- Azərbaycan Əlillər Cəmiyyəti Yasamal Rayon Şöbəsinə dəstək;
- Bakı Əlil Uşaqlar Reabilitasiya Mərkəzinə avadanlıq yardımı;
- Azərbaycan Uşaq Təşkilatı Yasamal Rayonu Şöbəsində istilik sisteminin
qurulması.