1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

98
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
Nazirinin  Mərkəzi  Aparatı  nəzdində  fəaliyyət  göstərən  TİKA  çox  geniş 
sferaya  yayılan  layihə  və  proqramların  əlaqələndirilməsini  təmin  etmək 
üçün Proqram Koordinasiya Ofisləri açıb. Hazırda Albaniya, Azərbaycan, 
Bosniya-Hersoqovina, Efiopiya, Əfqanıstan, Fələstin, Gürcüstan, Kosova, 
Makedoniya,  Moldova,  Monqolustan,  Qaradağ,  Qazaxıstan,  Qırğızıstan, 
Pakistan,  Özbəkistan,  Seneqal,  Serbiya,  Sudan,  Suriya,  Tacikistan, 
Türkmənistan və Ukraynada olmaqla (cəmi 23 ölkədə)  26 TİKA Proqram 
Koordinasiya Ofisi fəaliyyət göstərir. 
TİKA-nın  Bakı  Proqram  Koordinasiya  Ofisi  Türkiyə  ilə  Azərbaycan 
arasında imzalanmış “Texniki Əməkdaşlıq Protokolu” çərçivəsində 1994-
cü  ildən  etibarən fəaliyyət göstərir.  İqtisadiyyat, kənd  təsərrüfatı, turizm, 
institusional  infrastrukturun  inkişaf  etdirilməsi,  texniki,  sosial,  mədəni 
və  təhsil  sahələrində  həyata  keçirilən  fəaliyyətlər  üzrə  dost  və  qardaş 
Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına 
xüsusi əhəmiyyət verilir. 
Azərbaycanın  inkişafına  kömək  göstərilməsi  və  Türkiyə-Azərbaycan 
dostluğunun  möhkəmləndirilməsi  istiqamətində  TİKA-nın  indiyədək 
həyata keçirdiyi 600-dən çox layihə və fəaliyyətin  qısa xülasəsini aşağıdakı 
şəkildə vermək mümkündür. 
 
Ɔ
Kənd təsərrüfatı
Azərbaycan-Türkiyə  Toxum İstehsalı və Tədqiqat Müəssisəsi  
Azərbaycanda toxumçuluğun inkişaf etdirilməsi istiqamətində 1995-
ci  ildən  etibarən  həyata  keçirilən  fəaliyyətlərin  konkret  bir  struktur 
vasitəsilə aparılması, Türkiyə və Azərbaycan mənşəli toxum növlərinin 
sınaqdan  keçirilməsi,  yaxşılaşdırılması  və  uyğun  növlərin  istehsal 
edilməsi  məqsədi  ilə  2001-ci  ildə  Xaçmaz  rayonunda  Azərbaycan-
Türkiyə  Toxum  İstehsalı  və  Tədqiqat  Müəssisəsi  yaradılıb.  Kənd 
təsərrüfatı avadanlıqları, toxum və gübrə ilə təchiz edilən müəssisənin 
keyfiyyətli  toxum  istehsal  etməsi  təmin  olunub.  Bundan  əlavə, 
müəssisədə  fermerlərin  təlim  keçməsi  üçün  Fermer  Təlim  Mərkəzi 
yaradılıb  və  işçilər  üçün  təlim  proqramları  təşkil  olunub.  Aparılan 
toxumçuluq işləri nəticəsində məhsuldarlıqda  25-30% artım əldə edilib. 
TİKA-nın  Türkiyədən  gətirdiyi  toxumların  sınaq  əkini  nəticəsində 
illik ortalama 500-600 ton yüksək keyfiyyətli toxum istehsal olunaraq 
ölkənin müxtəlif regionlarındakı fermerlərə verilməkdədir. 


99
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
“Bitki mühafizəsi və karantin laboratoriyalarının yenilənməsi” layihəsi
Azərbaycana  idxal  olunan  bitkiçilik  məhsullarının  sağlam  şəkildə 
müayinə  edilərək  ölkəyə  daxil  olmasının  təmin  edilməsi  məqsədi  ilə 
2000-2006-cı illər arasında layihə həyata keçirilib. Layihə çərçivəsində 
bitki  mühafizəsi  və  karantini  sahəsində  xidmət  göstərən  Azərbaycan 
Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət  Fitosanitar 
Nəzarəti  Xidmətinə  bağlı  Bakı  mərkəz,  Astara  və  Samur  sərhəd 
karantin  labaratoriyalarına  yeni  avadanlıqlar  verilib  və  burada  işləyən 
mütəxəssislər  (təqribən  100  nəfər)  üçün  Türkiyə  və  Azərbaycanda 
müxtəlif  tədris  proqramları  təşkil  olunub.  Türkiyədən  ezam  olunan 
mütəxəssislər Dövlət Fitosanitar Nəzarəti Xidmətinə məsləhət xidməti də 
verib. Bundan əlavə, Azərbaycanda bitki mühafizəsi və karantinlə bağlı 
qanunvericiliyin  təkmilləşdirilməsi  istiqamətində  aparılan  fəaliyyətlərə 
də dəstək göstərilib. 
Layihənin bitki mənşəli xəstəlik və zərərvericilərin xaricdən Azərbaycana 
gəlməsi,  eyni  zamanda  ölkə  daxilində  regionlar  arasında  yayılmasının 
qarşısını  alan  nəzarət  mexanizminin  formalaşdırılması,  aqrar  istehsalın 
inkişafı və ərzaq təhlükəsizliyi kimi milli hədəflərin reallaşdırılması, habelə 
qanunvericilik  bazasının  təkmilləşdirilməsinə  müsbət  və  vacib  təsirləri 
olub. 
Torpaq analizi laboratoriyaları 
Əkin  sahəsi  kimi  istifadə  olunan  torpaqların  kimyəvi  tərkibinin 
öyrənilməsi,  torpaqda  və  bitkilərdə  məhsuldarlığın  artırılması  və  ekoloji 
problemlərin  qarşısının  alınması  məqsədi  ilə  2004-2009-cu  illər  arasında 
həyata keçirilən layihə çərçivəsində Gəncə, Quba və Abşeronda fəaliyyət 
göstərən  üç  laboratoriyanın  infrastrukturu  yaxşılaşdırılıb.  Laboratoriyalar 
müasir cihaz və avadanlıqlarla təchiz olunub, mütəxəssislər (ümumi sayı 
40  nəfər)  üçün  laboratoriya  analizləri  ilə  bağlı  təlim  proqramları  təşkil 
edilib. Türkiyədən ezam olunan mütəxəssislər tərəfindən laboratoriyalarda 
aparılan analizlərlə bağlı mütəmadi yoxlamalar aparılıb və lazımi məsləhət 
xidməti verilib.
Nəticədə,  Gəncə, Quba və Abşeron torpaq analizi laboratoriyalarında 
çalışan yerli mütəxəssislər torpaqların əkin və suvarmaya əlverişli olmasının 
öyrənilməsi  üçün  azot,  fosfor,  natrium,  xlor  və  buna  bənzər  70-dən  çox 
kimyəvi analiz apara biliblər.


100
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
 “Damazlıq ana arı yetişdirilməsi” layihəsi
Azərbaycanda arıçılığın inkişafı, təbliği, müasir arısaxlama texnologiyala-
rının tətbiqi, arı xəstəliklərinə qarşı mübarizə, yerli arı genofondunun qorun-
ması və damazlıq işinin təşkili məqsədilə həyata keçirilən layihə çərçivəsində 
Türkiyədən ana arı yetişdirilməsi üçün istifadə olunan  avadanlıqlar gətirilib. 
Bu avadanlıqlar Azərbaycanda damazlıq ana arı yetişdirilməsi istiqamətində 
fəaliyyət göstərən “Dağ arıçıları” İctimai Birliyinə təhvil verilib. 
Layihənin həyata keçirilməsi ilə aşağıdakı müsbət nəticələr əldə olunub.
-  Cənubi  Qafqaz  ölkələri  arasında  ilk  dəfə  Azərbaycanda  beynəlxalq 
standartlara uyğun kütləvi damazlıq ana arı yetişdirilməsinə başlanılıb.
-  Bir il içərisində 3.000-4.000 ədəd ana arı yetişdirilməsinə nail olunub. 
Əvvəlki göstərici 600 ədəddir.
-  Təsərrüfatların məhsuldar ana arılarla təmin olunması nəticəsində bal 
məhsuldarlığı 35-40% artıb. Başqa sözlə, illik 30 ton əlavə bal istehsal 
edilir.
-  Respublikanın bir neçə bölgəsində ana arı yetişdirilməsinə başlanılıb.
-  Ana arı yetişdirilməsi sahəsində yerli mütəxəssislər hazırlanıb.
“Heyvan cinslərinin yaxşılaşdırılması” layihəsi 
Kiçikbuynuzlu heyvanlarda məhsuldarlığı artırmaq və yüksək məhsuldar 
qoyun  cinsləri  əldə  etmək  üçün  ət  və  süd  məhsuldarlığına  görə  yüksək 
nəsilvermə  xüsusiyyətləri  olan  Sakız  və  İvesi  cinsinə  aid  30  baş  qoç  və 
qoyun Türkiyədən gətirilərək (2004-cü ildə) yerli şəraitə uyğunlaşması və 
yeni nəsillər əldə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı 
Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutuna (Gəncə) verilib.
İnstitut  qoyun  cinslərini  artıraraq  ölkənin  müxtəlif  regionlarındakı 
qoyunçuluq  təsərrüfatlarına  paylanılması  istiqamətində  işlər  aparır.  Bu 
yeni  qoyun  cinsi  sayəsində  süd  və  ət  məhsuldarlığında  əvvəlki  dövrlə 
müqayisədə ciddi artım əldə edilib. 
“Kənd təsərrüfatı master planı və kənd yerləri inkişaf strategiyasının 
hazırlanmasına dəstək” layihəsi
Rayonların  kənd  təsərrüfatı  master  planlarının  tərtib  edilməsi  üçün 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə