İqtisadi və Sosial İnkişaf Mərkəzinin xarici əlaqələr üzrə inkişaf konsepsiyası



Yüklə 26.64 Kb.
tarix05.02.2018
ölçüsü26.64 Kb.

 



İqtisadi və Sosial İnkişaf Mərkəzinin xarici əlaqələr üzrə inkişaf konsepsiyası

BAKI İyul 2010

İqtisadi və Sosial İnkişaf Mərkəzi

Dilara Aliyeva 115,


Bakı Az1009,Azərbaycan
Telefon: (99412) 597 0691
Faks: (99412) 437 3240
Email: cesd@aztelekom.net

cesd.az@gmail.com

Web: http://www.cesd.az






Giriş

Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində xarici əlaqələr mühüm əhəmiyyət kəsb edir. Xüsusilə nəzərə alsaq ki, bu gün QHT-lərin fəaliyyətində əsas donor kimi xarici təşkilatlar iştirak edir, hər bir təşkilat üçün xarici əlaqələr şöbəsinin yaradılması, inkişaf etdirilməsi vacibdir. Düzdür, ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının heç də hamısında xarici əlaqələrlə bağlı departamentin fəaliyyət göstərdiyini demək olmaz. Buna başlıca səbəb isə QHT-lərin belə bir departamentin yaradılmasında maliyyə problemlərinin olmasıdır. 2005-ci ildə iqtisadi və sosial sferada tədqiqat işlərini irəli çəkmək məqsədiylə yaradılan İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) xarici əlaqələrin qurulmasına həmişə önəm verib. Ötən müddətdə mərkəz dünyanın aparıcı beyin mərkəzləri ilə əməkdaşlıq edib.Hansıki, bu sıraya Avropa Kommissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Alman Marşal Fondu,Think Tank Fond, PASOS ,LGI, PTF, ABŞ Beynəlxalq İnkişaf Agentliyi,Global Integrity , Dünya Bankı, Asiya İnkişaf Bankı, Avrasiya fondu və sair daxildir. Xarici əlaqələr strategiyasının düzgün seçilməsi İSİM-in bir sıra beynəlxalq şəbəkələrə üzv olmasına gətirib çıxarıb. Bu yaxınlarda isə İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Dünya Bankının parlamentlərarası şəbəkəsinə üzv qəbul olundu. Yeri gəlmişkən İSİM bu şəbəkədə dünyanın aparıcı beyin mərkəzləri Avstraliyanın Beynəlxalq İnkişaf Mərkəzi, ABŞ-ın Qlobal İnkişaf Şəbəkəsi, Fransanın Qlobal Məsələlər üzrə Tədqiqat Mərkəzi, Rusiyanın Strateji Araşdırmalar Mərkəzi, eləcə də İsveçin Beynəlxalq Araşdırmalar Mərkəzi ilə birlikdə fəaliyyət göstərəcək.


Xarici əlaqələr departamenti – vəzifələr, məqsədlər,


Think Tank Fondunun İnstitusional Qrant Layihəsinin icarısına başlandıqdan sonra təşkilatda ayrıca xarici əlaqələr departamenti yaradılıb. Departament - xarici əlaqələrin qurulması ılə bağlı yaranan münasibətlərin tənzimlənməsi və bu istiqamətdə tələb olunan işlərin aparılmasının təmin edilməsi, o cümlədən xarici əlaqələr sahəsində siyasətin istiqamət və hədəflərinin müəyyən edilməsi məqsədi ilə yaradılıb. Fəaliyyəti dövründə departamentin məhsuldar işlədiyini desək yanılmarıq. Belə ki, yeni əlaqələrin qurulması istiqamətində müxtəlif beynəlxalq təşkilatlarla görüşlər keçirilib.

Xarici əlaqələr departamentinin həmçinin ”İSİM təcrübə proqramı” ilə bağlı elan etdiyi müsabiqənin qaliblərinin seçilməsində mühüm rolu olub. Belə ki, təcrübəçilərin seçimində bir neçə xarici dildə danışmaq qabiliyyəti üstün götürülüb.Departament seçim müsahibəsində iştirak edib. Təcrübə proqramına qatılmaq məqsədilə Amerika Birləşmiş Ştatları, Avropa və Asiya ölkələrinin tədqiqatçıları tərəfindən müsabiqəyə ərizələr təqdim edilib. Seçimlərə 360 nəfərdən artıq ərizə daxil olsa da onların arasında 3 ən yaxşısı seçilib. Onlar İsveçrə vətəndaşı Ulrix Şubert ( Albert Ludviq Universitetində şərqşünaslıq sahəsi üzrə təhsil alıb. Fransız, ispan, ingilis, italyan, türk, ərəb və rus dilində sərbəst danışır), İtaliya vətəndaşı Nikola Morfini (İtaliyada LUİSS Quido Karli Universitetinin məzunudur. İtalyan, İngilis və Rus dillərində danışır), Fəridə Poladovadır. (Azərbaycan Neft Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər və Menecment fakültəsində təhsil alır, ingilis, rus dillərində sərbəst danışır). Nəzərə çatdıraq ki, vətəndaş cəmiyyəti institutları arasında ilk dəfə İqtisadi və Sosial İnkişaf Mərkəzi xarici ekspertlərə təcrübə imkanı yaradıb.

Departament eyni zamanda təşkilatla bağlı xəbərlərin xarici dillərə tərcümə edilərək İSİM-in veb sayıtına yerləşdirilməsində yaxından iştirak edir. Yəni mərkəz və onun fəaliyyətinin yerli və xarici mətbuatda işıqlanmasında departamentin müstəsna rolu var.

Mərkəz barəsində diplomatik korpuslara məlumat vermək məqsədi ilə departament mütəmadi olaraq ölkədə fəaliyyət göstərən səfirliklərlə görüşlər keçirir. Səfirliklər haqqında məlumatlar toplayır,xüsusi tərtib olunmuş bazaya daxil edir. Və baza daimi olaraq yenilənir.

Mərkəzin həyata keçirdiyi mövcud layihələr üzrə xarici əlaqələrin qurulması və onların tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, layihələrdə xarici tərəfdaşlarla mütəmadi olaraq əlaqələrin saxlanılması, rəsmi yazışmaların aparılması və mərkəz ilə xarici tərəfdaşların əlaqələrinin koordinasiya ediməsi vacib məsələlərdən biridir. Bundan əlavə xarici əlaqələr şöbəsi mərkəzə yeni xarici tərəfdaşların cəlb edilməsi işində də hər zaman məqsədyönlü iş aparır. Bunun üçün mərkəzin ümümi konsepsiyasına uyğun gələn xarici tərəfdaşlar haqqında məlumatlar toplanır, onların fəaliyyətlərini mütəmadi olaraq izləməklə yanaşı əlaqə saxlanır. Departament müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir.
İSİM-in xarici əlaqələr şöbəsinin fəaliyyətində mühüm məsələlərdən biri də təşkilatın digər şöbələrinin beynəlxalq əlaqələrinin qurulmasına yardım göstərməkdir. O cümlədən mərkəzin ümümi konsepsiyasına və siyasıtinə uyğun olaraq xarici əlaqələrinin koordinasiya edilməsidir. Ümumiyyətlə xarici əlaqələr departamentinin əsas vəzifələrindən biri beynəlxalq təşkilatlara mərkəz haqqında dolğun məlumat vermək, müzakirə olunan məsələlər haqqında mərkəzin fikirlərini və tövsiyyələrini çatdırmaq , eləcədə mərkəzə yeni layihələrlə bağlı tərəfdaşları cəlb etmək olmaldır. Lokal, regional və beynəlxalq layihələridə mərkəzin iştirakı birbaşa olaraq şöbənin qarşısına məyyən vəzifələr qoyur. Həmin vəzifələrin vaxtında və lazımi qayda icra olunması şöbənin kordinatorunun bir başa cavabdehliyidir.

Xarici əlaqələr necə qurulmalı


Öncədən də qeyd etdiyimiz kimi, hər yeni xarici əlaqə QHT-lərin maliyyələşmə mənbələrinə çıxışı deməkdir. Bu əlaqələr nə qədər effektiv qurularsa, QHT-lərin maliyyə mənbələri bir o qədər davamlı və diversifikasiya olunmuş olar. Əksər dünya ölkələrində QHT-lərin maliyyələşməsində dövlət, özəl sektor və xarici donorlarla yanaşı, üzvlərin könüllü haqları və istisadi fəaliyyətdən əldə edilən vəsaitlər də önəmli yer tutur. Qərbi Avropa ölkələrində QHT-lərin orta statistik büdcəsinin 47 faizi üzvlük haqları və özünün fəaliyyətindən yaranan gəlirlərdən, 43 faizi dövlət maliyyələşdirməsindən, 10 faizi fondların qrantı da daxil olmaqla, xeyriyyə qoyuluşlarından, özəl sektordan və fərdi ianələrdən formalaşır. Azərbaycan QHT-ləri üçün xarakterik olan dövlət maliyyələşdirməsinin ümumi maliyyə mənbələrində xüsusi çəkisi isə Qərbi Avropa ölkələri ilə müqayisədə xeyli aşağıdır. Eyni zamanda Qərbi Avropadan fərqli olaraq, Azərbaycanda QHT-lərin büdcəsi daha çox donor təşkilatlarının qrantlarından və xeyriyyə fondlarının əvəzsiz yardımlarından əmələ gəlir. İSİM-in beynəlxalq əlaqələr departamenti mərkəzin inkişafı məqsədilə xarici əlaqələrini genişləndirmək, tərəfdaşların seçilməsində fəaliyyətini daha da genişləndirməyi planlayır. Departament 3 əsas istiqaməti özünə hədəf götürüb



  1. birgə tədqiqatlar,

  2. beynəlxalq

və regionlararası layihələrə qoşulma,

3 onların işində yaxından iştirak



etmək

Departament gələcək aylara aparıcı institutlara əməkdaşlıq təklifləri hazırlayır. Bura İnqiltərədə fəaliyyət göstərən Adam Smith İnstitutu daxildir. Bu institut Böyük Britaniyada azad iqtisadi və sosial tədqiqatlar aparır.Yaranan ilk gündən o praktik təşəbbüslərin yaradılmasında, şəxsi azadlığın qenişləndirməsində və vergilərin azaldılmasında böyük rol oynamışdır.İnstitut bu ideyaları öz araşdırmaları, hesabatları və seminarları əsasında hazırlayır və paylayır.Təşkilat siyasətdə maraqlı olan cavan insanları öz fəaliyyətinə cəlb edir. Təşkilata üzvülük rulludur. Lakin hesab edirik ki, bu təşkilata üzvlük İSİM üçün faydalı ola bilər.



Xarici əlaqələr departamenti fəaliyyət göstərdiyi müddətdə mərkəzi xaricdə beynəlxalq tədbirlərdə də təmsil edib. 2010-cu ilin aprel ayında departamentin kordinatoru Altus ittifaqı tərəfindən Moskvada keçirilən tədbirdə iştirak edib. Həmin tədbirdə qurulmuş xarici əlaqələrin nəticəsi olaraq İSİM-in xarici əlaqələr departamenti Altus ittifaqının növbəti konfransında da iştiraka vəsiqə qazanıb. Oktyabr ayında departamentin kordinatoru həmin iclasa qatılacaq. Məlumat üçün bildirək ki, tədbirin əsas məqsədi milis şöbələrinin işinin keyfiyyətinin qiymətləndirməsi, insanlar arasında məlumatlandırmanı qaldırma və insan hüquqları üzrə beynəlxalq standartları yaymaqdır. Hansıki, ittifaq İSİM –in tərəfdaşlığı vasitəsilə Azərbaycanda da belə bir layihənin reallaşdırılmasına çalışır.




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə