Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin



Yüklə 42,25 Kb.

tarix22.05.2018
ölçüsü42,25 Kb.


Azərbaycan Respublikası 

Mərkəzi Bankı İdarə Heyətinin 

“21” yanvar 2015-ci il tarixli qərarı 

ilə təsdiq edilmişdir 

 

Protokol N 01/1 



 

 

 

 

 

AZƏRBAYCAN

 

RESPUBLİKASI

 

MƏRKƏZİ

 

BANKININ 

PRUDENSİAL

 

SİYASƏT

 



 

METODOLOGİYA

 

DEPARTAMENTİ

  

HAQQINDA

 

 

 

Ə S A S NA M Ə 

 

 

 

 

 



 

 

 



 

 

 



 

Bakı – 2015 

 

 


1.  ÜMUMİ MÜDDƏALAR 

1.1.  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  Prudensial  siyasət  və 

metodologiya  departamenti  (bundan  sonra  –  Departament)  Azərbaycan  Respublikası 

Mərkəzi  Bankının  (bundan  sonra  –  Mərkəzi  Bank)  mərkəzi  aparatının  struktur 

bölməsidir. 

1.2.  Departament 

öz 

fəaliyyətində 



Azərbaycan 

Respublikasının 

Konstitusiyasını,  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”  və  “Banklar 

haqqında” Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikasının qüvvədə 

olan  digər  normativ-hüquqi  aktlarını,  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarını, 

İdarə  Heyətinin  qərarlarını,  Mərkəzi  Bank  üzrə  əmrləri,  sərəncamları  və  bu 

Əsasnaməni rəhbər tutur.  

1.3.  Departament  bu  Əsasnamə  ilə  müəyyən  olunmuş  funksiyalarının  yerinə 

yetirilməsi  prosesində  fəaliyyətini  Mərkəzi  Bankın  digər  struktur  bölmələri  və 

qurumları ilə əlaqələndirir. 

 

2.  DEPARTAMENTİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ 

Departamentin fəaliyyətinin əsas məqsədi bank sisteminin fərdi və sistem xarakterli 

daxili  və  kənar  (endogen  və  ekzogen)  risklərinin  müəyyənləşdirilməsinə,  onların  bank 

sisteminin  maliyyə  dayanıqlığına  potensial  təsirinin  qiymətləndirilməsinə  və  bununla 

bank  sisteminin  itkilərinin  minimallaşdırılmasına  yönəldilmiş  əhatəli,  risk-yönümlü 

prudensial tənzimləmə siyasətinin və nəzarət çərçivəsinin formalaşdırılmasıdır.  

 

3.  DEPARTAMENTİN ƏSAS FUNKSİYALARI 

 

Departament aşağıdakı əsas funksiyaları həyata keçirir:  



3.1.  bank  sisteminin  maliyyə  sabitliyinə  və  dayanıqlığına    təsir  edə  biləcək 

amilləri  (korporativ  sektor,  ev  təsərrüfatları,  xarici  sektor,  iqtisadiyyatın  tsikliliyi, 




bankların  fərdi  və  kollektiv  davranışı  və  s.),  risk  faktorları  və  kövrəklik  zonaları 

müəyyənləşdirir və təhlil edir; 

3.2.  aparılmış təhlillər əsasında bank sisteminin yarana biləcək mümkün itkiləri 

absorbsiya etmək potensialını qiymətləndirir; 

3.3.  makro  və  mikro-prudensial  tənzimləmə  və  nəzarət  üzrə  qabaqcıl 

beynəlxalq təcrübə və standartlara uyğun olaraq Mərkəzi Bankın prudensial siyasətinin 

müəyyən edilməsi üzrə təkliflər verir; 

3.4.  Mərkəzi  Bankın  prudensial  siyasətinə  uyğun  olaraq  kredit  təşkilatlarının 

fəaliyyətinin  tənzimlənməsi  üzrə  normativ–metodoloji  bazanın  və  bank  nəzarəti 

proseslərinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır; 

3.5.  prudensial  normativlərin  və  tələblərin  tətbiq  edilməsi  məqsədilə  kredit 

təşkilatlarına metodoloji dəstək göstərir; 

3.6.  səlahiyyətlərinə  aid  məsələlər  üzrə  kredit  təşkilatları,  həmçinin  Mərkəzi 

Bankın  bank  nəzarəti  və  digər  aidiyyəti  əməkdaşları  üçün  təlimlərin  həyata 

keçirilməsini təşkil edir;   

3.7.  bank 

və 

valyuta 


qanunvericiliyi 

bazasının 

hazırlanması 

və 


təkmilləşdirilməsində iştirak edir; 

3.8.  kredit  təşkilatlarında  uçot  siyasətinin  Maliyyə  Hesabatlarının  Beynəlxalq 

Standartlarına  (MHBS)  uyğun  aparılmasını  təmin  etmək  məqsədilə  standartların, 

həmçinin  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartları  Komitəsinin  (IASB)  buraxdığı 

MHBS-yə əlavə və dəyişikliklərin tətbiqi üçün kredit təşkilatlarına müvafiq metodoloji 

dəstək göstərir; 

3.9.  rəhbərliyin  tapşırığı  ilə  səlahiyyətlərinə  aid  məsələlər  üzrə  dövlət 

orqanlarında  Mərkəzi  Bankı  təmsil  edir,  habelə  müxtəlif  dövlət  proqramlarının, 

tədbirlər  planlarının,  yerli  və  beynəlxalq  layihələrin  icrası  ilə  bağlı  təsis  edilən  işçi  və 

ekspert qruplarının, komissiyaların tərkibində iştirak edir, rəy və təkliflər verir; 




3.10. maliyyə  sisteminin  fəaliyyəti,  makro  və  mikro-prudensial  tənzimləmə, 

bank  və  valyuta nəzarəti,  həmçinin  maliyyə sabitliyi sahəsinə aid olan digər  məsələlər 

üzrə  yerli  və  beynəlxalq  tədbirlərdə  (konfranslarda,  seminarlarda,  məlumatlar  və  fikir 

mübadiləsinin aparılmasında) iştirak edir; 

3.11. fəaliyyət  istiqamətləri  üzrə  Mərkəzi  Bankın  analitik,  informasiya    və 

hesabat materiallarının hazırlanmasında iştirak edir; 

3.12. fəaliyyət istiqamətləri üzrə Mərkəzi Bankın digər struktur bölmələri, kredit 

təşkilatları,  dövlət  orqanları,  həmçinin  beynəlxalq  maliyyə  təşkilatları  və  xarici 

ölkələrin bank nəzarəti orqanları ilə əməkdaşlıq edir; 

3.13. Departamentə  daxil  olan  müraciətlərə  baxır,  məktub  və  sorğulara  cavablar 

hazırlayır;  

3.14. rəhbərliyin  tapşırıqlarına  uyğun  olaraq  fəaliyyət  istiqamətləri  üzrə  digər 

işləri yerinə yetirir. 

 

4.  DEPARTAMENTİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏ 



OLUNMASI 

4.1.  Departamentin təşkilati strukturu aşağıdakı şöbələrdən ibarətdir: 

4.1.1. Prudensial siyasət şöbəsi; 

4.1.2. Prudensial nəzarətin metodologiyası şöbəsi. 

4.2.  Departamentin  fəaliyyətinə  direktor  rəhbərlik  edir.  Departamentin 

direktoru  Mərkəzi  Bankın  İdarə  Heyəti  tərəfindən  vəzifəyə  təyin  edilir  və  vəzifədən 

azad  olunur.  Departament  direktoru  öz  fəaliyyətini  Mərkəzi  Bankın  İdarə  Heyəti 

tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir. 

4.3.  Departamentin  digər  rəhbər  əməkdaşları  (departament  direktorunun 

müavini-Prudensial  nəzarətin  metodologiyası  şöbəsinin  rəisi  və  Prudensial  siyasət 

şöbəsinin  rəisi)  Mərkəzi  Bankın  İdarə  Heyəti  tərəfindən  vəzifəyə  təyin  edilir  və 

vəzifədən  azad  olunurlar.  Departamentin  rəhbər  əməkdaşları  öz  fəaliyyətini  Mərkəzi 




Bankın  İdarə  Heyəti  tərəfindən  təsdiq  olunmuş  vəzifə  təlimatına  əsasən  həyata 

keçirirlər. 

4.4.  Departamentin ştat cədvəli Mərkəzi Bankın sədri tərəfindən təsdiq edilir. 

 

5.  DEPARTAMENTİN İŞİNİN TƏŞKİLİ  

5.1.  Prudensial  siyasət  şöbəsinin  əsas  fəaliyyəti  –  Mərkəzi  Bankın  risk-

yönümlü  prudensial  tənzimləmə  siyasətinin  müəyyənləşdirilməsi  və  nəzarət 

çərçivəsinin 

formalaşdırılması, 

həmçinin 

bank 


sisteminin 

risklərinin 

müəyyənləşdirilməsi  və  qiymətləndirilməsi  istiqamətində  təhlil  və  tədqiqatların 

aparılmasından və müvafiq təkliflərin formalaşdırılmasından ibarətdir. 

5.2.  Prudensial siyasət şöbəsi: 

5.2.1. müntəzəm  şəkildə  bank  sisteminin  əhatəli  təhlilini  həyata  keçirir, 

Azərbaycan  bank  sistemində,  ölkənin  real  sektorunda,  maliyyə  bazarında  və  maliyyə 

sektorunun  digər  sahələrində,  qlobal  maliyyə  bazarlarında,  habelə  beynəlxalq  bank 

nəzarəti  sahəsində  baş  verən  meylləri  izləyir,  həmin  meyllərin  yerli  bank  sisteminə 

təsirini təhlil edir; 

5.2.2. makroiqtisadi 

proseslərin 

bank 

sisteminin 



sabitliyinə 

təsirini, 

makroprudensial  siyasət  alətləri  və  onların  transmissiya  effektini  təhlil  edir  və  bu 

proseslərdən və alətlərin tətbiqindən irəli gələn sistemdənkənar riskləri qiymətləndirir;  

5.2.3. makro  və  mikro-prudensial  tənzimləmə  və  bank  nəzarəti  üzrə  Mərkəzi 

Bankın  strateji  hədəflərinə,  yerli  və  qlobal  bank-maliyyə  sisteminin  mövcud 

vəziyyətinin  və  inkişaf  perspektivlərinin  təhlilinin  nəticələrinə  əsaslanaraq  Mərkəzi 

Bankın hərtərəfli prudensial siyasətinin formalaşdırılması üzrə təkliflər hazırlayır; 

5.2.4. prudensial  siyasətə  müvafiq  olaraq  mövcud  prudensial  normativlərin  və 

tələblərin  təkmilləşdirilməsinə  dair  rəhbərliyə  təkliflər  verir,  müəyyən  edilmiş  yeni 

prudensial  normativlərin  və  tələblərin  tətbiqinin  bank  sisteminə  təsirini  öncədən 

qiymətləndirir və müvafiq simulyasiyaları həyata keçirir; 




5.2.5. maliyyə  sabitliyi  icmalının  və  digər  analitik  materialların  hazırlanmasını 

təmin edir; 

5.2.6. beynəlxalq  təcrübədə  istifadə  olunan  prudensial  bank  nəzarəti  sisteminin 

nəzəri  və  təcrübi  məsələlərini  öyrənir,  prudensial  bank  nəzarəti  ilə  bağlı  yenilikləri  və 

alternativ  tənzimləmə  alətlərinin  tətbiqi  imkanlarını  araşdırır,  MHBS-yə  əlavə  və 

dəyişiklikləri izləyir və bunlarla bağlı müvafiq təkliflər hazırlayır; 

5.2.7. prudensial  bank  nəzarəti  və  bank  sisteminin  sabitliyi  məsələlərinə 

münasibətdə  səlahiyyətləri  çərçivəsində  beynəlxalq  maliyyə  institutları  ilə  əməkdaşlıq 

edir; 

5.2.8. bank tənzimlənməsi və nəzarəti ilə bağlı informasiya mübadiləsi sahəsində 

ölkənin  maliyyə  sektorunda  fəaliyyət  göstərən  nəzarət  orqanları  və  digər  institutlarla, 

habelə xarici ölkələrin bank və maliyyə nəzarəti orqanları ilə əməkdaşlıq edir; 

5.2.9.  departament  rəhbərliyinin  tapşırıqlarına  uyğun  olaraq  fəaliyyət 

istiqamətləri üzrə digər işləri yerinə yetirir. 

5.3.  Prudensial nəzarətin metodologiyası şöbəsinin əsas fəaliyyəti – Mərkəzi 

Bankın risk-yönümlü prudensial bank nəzarəti siyasətinə uyğun olaraq normativ hüquqi 

və  metodoloji  bazanın  hazırlanmasından/təkmilləşdirilməsindən  və  bu  istiqamətdə 

kredit təşkilatlarına metodoloji dəstəyin göstərilməsindən ibarətdir. 

5.4.  Prudensial nəzarətin metodologiyası şöbəsi: 

5.4.1. Mərkəzi  Bankın  prudensial  tənzimləmə  və  bank  nəzarəti  siyasətinə,  bu 

sahə  üzrə  qabaqcıl  beynəlxalq  təcrübə  və  standartlara  uyğun  olaraq,  kredit 

təşkilatlarının  fəaliyyətinin  tənzimlənməsinə  və  nəzarətin  təşkilinə,  habelə  valyuta 

nəzarətinə dair normativ-metodoloji bazanı hazırlayır və mövcud bazanı təkmilləşdirir; 

5.4.2. bank  fəaliyyətini  tənzimləyən  qanunvericilik  aktlarının  hazırlanmasında 

iştirak edir; 

5.4.3. prudensial  tənzimləmə  və  bank  nəzarəti  məsələləri  üzrə  beynəlxalq 

əməkdaşlığa dair sənədlərin hazırlanmasında iştirak edir; 



5.4.4. kredit  təşkilatlarında  mühasibat  uçotunun  MHBS-yə  uyğun  həyata 

keçirilməsinə dair metodoloji yardımı həyata keçirir; 

5.4.5. prudensial  normativlərin  və  tələblərin  tətbiqi,  habelə  səlahiyyətlərinə  aid 

digər  məsələlər  üzrə  kredit  təşkilatları,  həmçinin  Mərkəzi  Bankın  bank  nəzarəti  və 

digər aidiyyəti əməkdaşları üçün təlimlərin həyata keçirilməsini təşkil edir; 

5.4.6. Departament 

rəhbərliyinin 

tapşırıqlarına 

uyğun 

olaraq 


fəaliyyət 

istiqamətləri üzrə digər işləri yerinə yetirir. 

 

 

Mərkəzi Bankın sədri                                                    E. Rüstəmov 



 

 



A.Quliyev 

V.Xubanov 

A.Babayev 

X.Abdullayev 

R.Orucov 

Z.Əliyev 

Ş.Heydərov 

Ə.Məmmədyarov 

L.Hüseynova 

R.Məlikova 



L.Nəbiyeva 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə