Hormətli həmkarlar



Yüklə 12,88 Kb.
tarix11.04.2018
ölçüsü12,88 Kb.



DƏVƏTNAMƏ

Hormətli həmkarlar,


Avropa İttifaqının (Aİ) 1 May 2004 tarixindəki genişlənməsi, Aİ və Azərbaycan arasında siyasi və iqtisadi cəhətdən qarşılıqlı asılılığı gücləndirərək, İttifaq üçün siyasi, coğrafi və iqtisadi şərtlərdə tarixi bir irəliləyiş meydana gətirdi. Bu, əməkdaşlığı aşan və getdikcə daha sıx qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək, iqtisadi inteqrasiyanın mühüm tədbirlərini cəlb etmək və siyasi əməkdaşlığı dərinləşdirmək məqsədilə Aİ və Azərbaycan üçün imkan yaradır.

Hazırkı Fəaliyyət Planı bu prosesdə ilk addımdır. Aİ-Azərbaycan Fəaliyyət Planı, Azərbaycan və Aİ arasındakı əməkdaşlığın strateji hədəflərini əhatə edən siyasi bir sənəddir. Beş illik müddəti əhatə edir. Onun həyata keçirilməsi Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) müddəalarının icrasına yardım edəcək və Azərbaycanın Avropa strukturlarına gələcək inteqrasiyası hədəfini həvəsləndirəcək və dəstəkləyəcəkdir. Fəaliyyət Planının həyata keçirilməsi Azərbaycan qanunvericiliyinin, norma və standartlarının Avropadakılara yaxınlaşmasını əhəmiyyətli dərəcədə irəli aparacaqdır.

Yuxarıdakıları nəzərə alaraq, Azərbaycan Gənc Diplomatlar Birliyi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası, Avrasiya Hüquqşünaslar Assosiasiyası və Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Azərbaycan Respublikası Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun dəstəyi ilə 13 Fevral 2007-ci il saat 15:00-da Azərbaycan Respublikası Elmlər Akademiyası İnsan Hüquqları İnsitutunun Kofrans zalında “Avropa İttifaqı və Azərbaycan; Fəaliyyət Planı və onun həyata keçirilmə perspektivləri” mövzusunda “Dəyirmi masa” keçirəcəkdir.

Sizi böyük məmnuniyyətlə bu “Dəyirmi masada” iştirak etməyə dəvət edirik.


Sizi bu dəyirmi masada görməkdən məmnunluq duyardıq. Görüşün gündəliyi bu məktuba əlavə olunur.
Dərin hörmətlə,
Rafət Əliyev, Azərbaycan Gənc Diplomatlar Birliyinin sədri

Nadir Adilov, Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri

Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası

Ramil İsgəndərov, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri


GÜNDƏLİK
“Avropa İttifaqı və Azərbaycan; Fəaliyyət Planı və onun həyata keçirilmə perspektivləri” mövzusunda “Dəyirmi masa”


Təşkilatçılar:

Azərbaycan Gənc Diplomatlar Birliyi, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi


Dəstək: Azərbaycan Respublikası Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu
Tarıx: 13 Fevral, 2007, saat 15:00

Tədbirin keçiriləcəyi yer: Azərbaycan Respublikası Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun Konfrans Zalı

15:00 Açılış

Rövşən Mustafayev - Azərbaycan Respublikası Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun rəhbəri

Rafət Əliyev, Azərbaycan Gənc Diplomatlar Birliyinin sədri

Nadir Adilov, Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri

Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası

Ramil İsgəndərov, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri


Qonaqların çıxışları
15:30 – 16:00

Mövzu: “Avropa İttifaqı və Azərbaycan; Fəaliyyət Planının Azərbaycanda demokratiya, insan hüquqları və qanunun aliliyinin inkişafında rolu və onun həyata keçirilmə perspektivləri”



Çıxışçı: Rövşən Mustafayev
16:00 – 17:00 Mövzu ətrafında müzakirələr
17:00 – 18:00 Fəaliyyət Planı gənclərin gözü ilə; Açıq müzakırələr
18:00 Son
: ngos -> 218 -> events
events -> GöZƏLLİK İnsanin daxiLİNDƏDİR
ngos -> Müstəqil Sosial Tədqiqat Mərkəzinin (Sankt Peterburq, Rusiya) Direktor Müavini Baş Tədqiqatçı oleq paçenkov
218 -> Hüquqlarimiz uğrunda çarpişan qadinlar
218 -> İsmayilli rayonunda korrupsiya iLƏ MÜbariZƏYƏ HƏsr olunmuş
218 -> Aba ceeli atət azərbaycan Respublikası Gənclər, İdman və Turizim Nazirliyi Bakı Polad Zavodu
events -> Bərabər hüquqlar və Qadınların İnsan Hüquqları Azərbaycanda gənc hüquqşünaslar üçün iki həftəlik qadınların insan hüquqları üzrə təlim kursu Bakı, Azərbaycan
218 -> Azərbaycan Gənc Hüquqşünaslar Birliyi
218 -> Femina boşanmanin qurbani uşaqlar olur
218 -> Qadınların qeyri-rəsmi nigahda olmasının yaratdığı problemlər müzakirə edilib


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə