Ada 2018 Təhsil Konfransı: “ Təhsilin İnkişafının Strategiyalaşdırılması: Müzakirələr və İrəli Baxış”



Yüklə 9.82 Kb.

tarix07.11.2018
ölçüsü9.82 Kb.

background image
 

 

ADA 2018 Təhsil Konfransı: 



“ Təhsilin İnkişafının Strategiyalaşdırılması: Müzakirələr və İrəli Baxış” 

 

KÖNÜLLÜLƏR ÜÇÜN ÇAĞIRIŞ 

 

ADA 2018 Təhsil Konfransı - “Təhsilin İnkişafının Strategiyalaşdırılması: Müzakirələr 

və İrəli Baxış” 2018-ci il iyunun 7-8-ində ADA Universitetində baş tutacaq. Konfransın 

hədəflərimizə uyğun və uğurlu şəkildə keçməsi üçün ADA Universitetinin təhsilin idarə 

olunması fakültəsi konfrans günü və ondan öncəki günlər ərzində təşkilati işlərə kömək 

məqsədilə könüllülər axtarışındadır.  

 

Könüllülük əsl iş mühiti ilə tanış olmaq, təşkilatların necə idarə edildiyini əyani görmək 



və yeni insanlarla tanış olmaq üçün böyük şansdır. Əgər siz karyeranızı irəli aparmaq

peşəkarlarla şəbəkə yaratmaq və liderlik bacarıqlarınızı gücləndirməkdə maraqlısınızsa, 

bu sizin üçün yaxşı imkandır. Biz ADA 2018 Təhsil Konfransına töhfə vermək istəyən 

hər kəsi könüllü olmağa çağırırıq. Seçimdə üstünlük təhsillə əlaqəli sahələrdə təhsil alan 

və könüllülük təcrübəsi olan namizədlərə veriləcək.  

 

Könüllülər Konfrans komandasını verilən tapşırıqlar zamanı dəstəkləyəcəklər: 



 

Qeydiyyat bağlamalarını hazırlamaq (konfrans qovluqları/çantalar və iştirakçıların 



kimliyi qeyd olunan etiketlər); 

 



Qeydiyyat masasını hazırlamaq və idarə etmək. Konfrans materiallarını giriş 

masasına ötürmək; 

 

Məlumat bukletlərinin paylanmasında dəstək;  



 

Konfransın saytının dizaynında dəstək (İT tələbələri arzuolunandır), 



 

Müvafiq sənədləri tərcümə etmək



 

Konfrans zalını müşahidə etmək və audio-vizual cihazların quraşdırılmasına 



kömək etmək; 

 



Sosial tədbirlərin təşkilinə kömək etmək (şəbəkə tədbiri, qəhvə fasilələri); 

 



Konfrans iştirakçılarına (qonaqlar, təqdimatçılar və əsas çıxışçılar) konfrans 

məkanına qədər bələdçilik etmək və suallarına cavab vermək; 

 

Digər tələb olunan tapşırıqlar. 



 

Maraqlanan namizədlər aşağıdakı linkdəki qeydiyyat formunu doldurmalıdırlar: 

https://docs.google.com/forms/d/1zoKJQ9pMfsv4Pv1MAiWPB7KPVwWuF3r3WPez6B

xzXy8/edit

  

 

Əlavə suallar üçün  



sel@ada.edu.az

 adresində Natella Tarverdiyeva ilə əlaqə saxlayın. 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə