R b a y c a n X z r d n z g m



Yüklə 403,03 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix21.06.2018
ölçüsü403,03 Kb.
#50436
  1   2   3   4   5   6   7


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

15 iyul 2016-cı il    № 41-44 (9047) 

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

E

rmənistanın yalanları artıq heç 

kimə təsir göstərmir. Onlar diaspor 

imkanlarından və bizim beynəlxalq 

səviyyədə o qədər də çıxışımızın olmamasından 

istifadə edərək münaqişə ilə bağlı yalan məlu-

matlar yayırdılar. İndi artıq o dövr arxada qalıb. 

Həqiqət ondan ibarətdir ki, Azərbaycan haqlıdır 

və beynəlxalq hüququn normaları bu münaqişə 

ilə bağlı tam şəkildə tətbiq edilməlidir.

Münaqişənin  həlli  ilə  bağlı  bir  məsələni  də 

qeyd etmək istəyirəm ki, bu il, xüsusilə son üç-dörd 

ay ərzində danışıqlar prosesində bəlkə də tarixdə 

görünməyən  fəallıq  müşahidə  olunur.  Aprel  ha-

disələrindən sonra may ayında Amerika Birləşmiş 

Ştatlarının təşəbbüsü ilə Vyanada görüş keçirilmiş-

dir. Düzdür, Ermənistan tərəfi görüşün keçirilməsi 

üçün bir neçə şərt irəli sürmüşdür. Bu şərtləri irəli 

sürərək özlərini bir daha gülünc vəziyyətə qoymuş-

dular. Çünki yaxşı bilirdilər ki, Azərbaycan heç bir 

şərtlə razılaşmayacaq. Danışıqlar prosesi bizə də, 

onlara da lazımdır. Aprel hadisələri bunu bir daha 

göstərib. Əgər danışıqlar prosesi pozularsa və Er-

mənistan yenə də öz təxribatçı fəaliyyətini davam 

etdirərsə, vəziyyət dəyişə bilər.

Beləliklə, may ayında keçirilmiş görüşə Azər-

baycan  heç  bir  şərt  qəbul  etmədən  qatılıb  və  öz 

mövqeyini ifadə edib. May görüşündə Azərbaycan 

tərəfindən  hər  hansı  bir  sənəd,  yaxud  da  ki,  bə-

yanat  nə  imzalanıb,  nə  də  qəbul  edilib.  Həmsədr 

ölkələr  bəyanat  qəbul  ediblər,  amma  o  bəyanat 

onların  daxili  işidir.  İyun  ayında  Rusiya  tərəfinin 

təşəbbüsü, Prezident Putinin dəvəti ilə Sankt-Peter-

burqda görüş keçirilmişdir. O görüş də çox müsbət 

keçmişdir və müəyyən ümidlər yaratmışdır. Məhz 

buna görə görüşün nəticəsində birgə bəyanat qəbul 

edilmişdir. Bu bəyanat mətbuatda dərc edilib. He-

sab  edirəm  ki, Azərbaycan  dövlətinin  mövqeyi  o 

bəyanatda kifayət qədər geniş yer alıbdır.

   ….Fransa da həmsədr ölkə kimi münaqişənin 

həlli üçün çalışır. Biz əslində Minsk qrupunun fəal-

lığını müşahidə edirik. Həm Amerika, həm Rusiya, 

indi də Fransa Prezidenti bu məsələ ilə çox ciddi 

məşğuldurlar. Danışıqlar indi fəal mərhələyə keç-

məlidir və Ermənistan konstruktiv mövqe nümayiş 

etdirməlidir. Yəni, artıq məsələnin mərhələli yollar-

la həlli bütün həmsədr dövlətlər tərəfindən, ATƏT 

tərəfindən qəbul edilir. Biz həmişə demişik və de-

yirik, bunun başqa yolu yoxdur. Məsələ mərhələli 

yolla həll edilməlidir.   Azərbaycanın ərazi bütöv-

lüyü təmin edilməlidir. İkinci erməni dövləti yara-

dıla bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik 

verilə  bilməz.  Bunu  artıq  beynəlxalq  ictimaiyyət 

qəbul  edir.  Əvvəlki  dövrlərdə  biz  başqa  fikirlər 

eşidirdik. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bəzi 

hallarda beynəlxalq hüquq, BMT-nin qətnamələri 

kənarda  qalırdı  və  Dağlıq  Qarabağın  gələcəyi  ilə 

bağlı həqiqətə, o cümlədən tarixi həqiqətə uyğun 

olmayan  müxtəlif  təkliflər  irəli  sürülürdü.  Bütün 

bunlar  artıq  keçmişdə  qaldı.  Məsələnin  mərhələli 

yollarla həlli yeganə mümkün variantdır. Əgər bu 

variant reallaşarsa, onda həm torpaqlarımız işğal-

çılardan azad ediləcək, eyni zamanda, Dağlıq Qa-

rabağın erməni əhalisi və mütləq oraya qayıdacaq 

azərbaycanlılar sülh, təhlükəsizlik şəraitində yaşa-

yacaqlar. Bunun başqa həlli yolu yoxdur.

Qeyd etməliyəm ki, son 3-4 ay ərzində danışıq-

larda çox böyük fəallıq müşahidə edilir. Təbiidir, 

Ermənistan indi hər vəchlə çalışacaq ki, danışıqlar 

prosesinə yenə də zərbə vursun. Yenə də çalışacaq 

ki,  vaxtı  uzatsın.  İstisna  edilmir  ki,  təmas  xəttin-

də növbəti təxribata əl atmaqla danışıqları pozsun. 

Necə ki, 2014-cü ildə Parisdə Prezident Ollandın 

təşəbbüsü ilə keçirilmiş çox müsbət danışıqlardan 

sonra bir həftə keçməmiş Ağdam rayonunda onlar 

genişmiqyaslı hərbi təlimlər keçirmişdilər. Bu, sırf 

təxribat idi və bunu indi hamı bilir, beynəlxalq icti-

maiyyət də bilir. Bunu bəyan etməsələr də bilirlər. 

Həmin təxribat zamanı mövqelərimizə qəsdən hü-

cum çəkmişlər ki, biz o helikopteri vuraq və ondan 

sonra bizi təcavüzkarlıqda ittiham etsinlər, danışıq-

lar  pozulsun  və  pozuldu  da.  2015-ci  il  danışıqlar 

prosesi üçün itirilmiş il olmuşdur. Sadəcə olaraq, 

Minsk qrupu dekabr ayında görüntü naminə İsveç-

rədə formal görüş keçirmişdir. O görüşdən sonra gö-

rünür Ermənistan tərəfi görüb ki, bu proses fəallaşa 

bilər və aprel ayında növbəti təxribat törətmişdir. 

Ona görə məsələ ilə məşğul olan böyük dövlətlər 

bütün bu reallıqları bilməlidirlər. Əslində, bilirlər. 

Mən ikitərəfli formatda Azərbaycanın mövqeyini, 

real məsələnin bu tarixini və münaqişənin səbəblə-

rini açıqlamışam. Ona görə hesab edirəm ki, indiki 

dövrdə yaxşı imkanlar yaranıb. Ümid edirəm ki, bu 

proses müsbət nəticələrə gətirib çıxaracaq.

Bununla  bərabər,  təbii  ki,  biz  hərbi  potensi-

alımızı  gücləndiririk  və  gücləndirəcəyik.  Aprel 

döyüşləri bir daha onu göstərib ki, biz düzgün si-

yasət aparırdıq və aparırıq. Bu gün hər kəs görür ki, 

Azərbaycan Ordusu həm texniki təchizat, həm dö-

yüş qabiliyyəti baxımından dünya miqyasında güc-

lü ordular sırasındadır. Bu gün Azərbaycan Ordusu 

istənilən hərbi vəzifəni icra edə bilər. Biz sadəcə 

olaraq  hələ  də  ümid  edirik  ki,  bu  münaqişə  sülh 

yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər 

artıb. İndi əsas məsələ bundan ibarətdir - həmsədr 

ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstər-

məlidir ki, onlar təklif olunan məsələ ilə bağlı müs-

bət cavab versinlər.

Hərbi  potensialımızın  gücləndirilməsi  priori-

tet olaraq qalacaq. Aprel hadisələrindən sonra çox 

ciddi  əlavə  tədbirlər  görülüb.  Bizim  döyüş  qabi-

liyyətimiz böyük dərəcədə artıb, daha da artacaq. 

Biz ən müasir texnika, silah-sursat alırıq. Əlbəttə 

ki, bu, bizim gücümüzü artırır və danışıqlar pro-

sesində mövqelərimizi gücləndirir. Ona görə artıq 

uzun illər ərzində apardığımız siyasət öz səmərə-

liliyini təsdiq etdi. Bundan sonra hərbi potensia-

lımızın  gücləndirilməsi,  ordu  quruculuğu  prosesi 

daha da sürətlə getməlidir. Həm yerli istehsal daha 

da artmalıdır və artacaq, - bu gün artıq Azərbay-

canın çox güclü hərbi sənayesi vardır, - həm də ən 

qabaqcıl  texnologiyaya  malik  olan  silahlar  alınır 

və alınacaq.



İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

(İyulun 10-da Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər 

Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-

iqtisadi inkişafının yekunlarına və qarşıda duran 

vəzifələrə həsr olunan iclasındakı nitqindən) 

Rusiyanın xarici işlər naziri Sergey Lav-

rov iyulun 12-də azərbaycanlı həmkarı Elmar 

Məmmədyarov ilə görüşdən sonra keçirilən 

birgə mətbuat konfransında ölkəmizə səfəri 

zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli 

ilə bağlı faydalı müzakirələrin aparıldığını 

bildirib. O, hazırkı müzakirələrin prezidentlə-

rin görüşü zamanı əldə edilmiş razılaşmaların 

həyata keçirilməsi istiqamətində vacib addım 

olduğunu qeyd edib.

Sergey  Lavrov  Rusiya  ilə  münasibətlərin 

bütün sahələrdə inkişafına verdiyi töhfəyə görə 

Azərbaycan  rəhbərliyinə  təşəkkürünü  bildirib. 

O deyib ki, müzakirələrdə ticari-iqtisadi müna-

sibətlərin inkişafına təkan verilməsinin vacibliyi 

qeyd edilib. Hər iki ölkənin Xarici İşlər nazirlik-

ləri də bu səylərə dəstək verəcək. Həmçinin Şi-

mal-Cənub dəhlizi ilə bağlı məsələ də müzakirə 

olundu. Bununla bağlı yaxın vaxtlarda prezident-

lərin üçtərəfli görüşü baş tutacaq.

Rusiya xarici siyasət idarəsinin rəhbəri Azər-

baycana  səfərinin  ümumilikdə  məhsuldar  oldu-

ğunu vurğulayıb.

Elmar  Məmmədyarov  hazırda  Ermənis-

tan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

nizamlanması ilə bağlı intensiv dialoqun aparıl-

dığını söyləyib. “Sergey Lavrovun bizimlə bölüş-

düyü informasiya bizi ümidləndirir. İndi intensiv 

dialoq  aparırıq.  Əvvəlki  görüşlərin  hamısı  bu 

münaqişənin həllində irəliləyişə nail olmaq üçün 

idi. Həll məsələsində maneələri mərhələlərlə ara-

dan qaldırmalıyıq”, - deyə Elmar Məmmədyarov 

bildirib.  O,  Ermənistan  tərəfindən  Azərbaycan 

torpaqlarının işğalının davam etməsi faktının bü-

tün region üçün böyük təhlükə yaratdığını vur-

ğulayıb.

BU SAYIMIZDA

Gənclərə qayğı Gəmiçiliyin 

perspektivli, bilikli 

kadrlarla təminatında 

əhəmiyyətli rol oynayacaq

bakı–tbilisi–ceyhan əsas ixrac 

neft boru kəmərinin istifadəyə 

verilməsindən 10 il ötür

Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin – BTC 

çəkilməsi ilə reallaşan və ulu öndər Heydər Əliyevin bir neçə 

onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla 

davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya 

birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkan-

ları artan qüdrətli dövlət kimi tanınır, 

qəbul olunur. 

səh. 4

Gəmiçiliyin rəhbərliyi yaxın dövrdə 

korporativ idarəetmə üzrə müvafiq 

reytinqin alınmasını planlaşdırır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldığı vaxtdan 

qarşısında qoyulmuş əsas hədəflərdən biri beynəlxalq standartlara 

uyğun idarəetmə sisteminin yaradılması və inkişaf etdirilməsidir. Bu 

məqsədlə Gəmiçilikdə ardıcıl tədbirlər həyata keçirilir. Korporativ 

idarəetmə - bütün risklər nəzərə alınmaqla, şirkətin öz hədəflərinə 

biznes etikası normalarına riayət olunmaqla çatmaq üçün tətbiq 

etdiyi sistemdir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi Dəniz 

Akademiyasının təhsildə uğurlu nəticələri ilə fərqlənən məzun-

larının işlə təmin olunmasına, karyera inkişafına, əlavə təhsil 

almasına, habelə sosial müdafiəsinin gücləndirilməsinə daim 

xüsusi diqqət yetirir. Regionda dənizçilik sahəsində yeganə ali 

təhsil müəssisəsi olan Azərbaycan Dövlət Dəniz Akademiya-

sında tələbələrin savadlı mütəxəssis kimi yetişməsi Gəmiçiliyin 

perspektivli, bilikli kadrlarla təmina-

tında əhəmiyyətli rol oynayır.

səh. 2

səh. 3

körpünün və dəmir yolu xəttinin 

tikintisinin 2016-cı ilin sonunadək 

yekunlaşdırılması planlaşdırılır

portuqaliya tarixdə ilk dəfə 

avropa çempionu adını qazanıb

Astara çayı üzərində tikiləcək dəmir yolu körpüsü-

nün aşırımında 24 ədəd 32 metr dərinliyində özül qoyu-

lub, iki aşırımın dayağı tikilib.

Astara  stansiyasından  İran  İslam  Respublikası  dövlət 

sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda dəmir 

yolu  xəttinin  7  kilometrində  torpaq  yatağının  işlənməsi 

başa çatdırılıb. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın 

texnika cəlb olunub. Bu günə kimi 280 min kubmetr qum, 

qaya daşı, çınqıl və köhnə dəmir-be-

ton məmulatı döşənib.



İyunun 10-da futbol üzrə XV Avropa çempionatının 

final görüşü keçirilib.

Parisin Sen-Deni rayonunun “Stade de Frans” stadio-

nunda keçirilən Portuqaliya-Fransa matçından əvvəl möh-

təşəm şou nümayiş etdirilib.

Daha sonra final görüşü start götürüb.

Portuqaliyanın  start  heyətində  Rui  Patrisio,  Sedrik, 

Pepe,  Fonte,  Qerrero,  Renato  Sançes, Adrien  Silva,  Uil-

yam Karvalyo, Joao Mari, Ronaldo 



və Nani meydana çıxıb.

səh. 5

səh. 8

dağlıq qarabağ münaqişəsinin həlli ilə 

bağlı faydalı müzakirələr aparılıb

əməyimizin yüksək qiymətləndirilməsi bizi 

daha yaxşı işləməyə ruhlandırır

Hələ də möhtərəm Prezidentimiz İlham Əliyevin “Dənizçi günü” ərəfə-

sində imzaladığı  Sərəncamların yaratdığı xoş ovqatla yaşayırıq. 

Dövlət başçısının 24 iyun 2016-cı il tarixli Sərəncamları ilə dəniz nəq-

liyyatında səmərəli əmək fəaliyyətlərinə görə 15 nəfərin “Tərəqqi” medalı 

ilə təltif olunması, 2 nəfərin  “Əməkdar mühəndis” fəxri adına layiq görül-

məsi, 4 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün 

verilməsi bütün dəniz nəqliyyatı işçilərinin peşə bayramı sevincinə sevinc 

qatdı.  

Bu yüksək təltifə görə,  dəniz nəqliyyatı işçilərinə diqqət və qayğısını 

heç vaxt əsirgəməyən möhtərəm Prezidentimizə minnətdaram. Təqdimata 

görə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti-

nin sədri Rauf Vəliyevə “Çox sağ olun!” deyirəm.  

Əməyimizin yüksək qiymətləndirilməsi bütün təltif olunanlar kimi, mənə 

də qol-qanad verib. Çalışacağam ki, yüksək etimadı layiqincə doğruldum.

Nazim RƏSULOV, 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin  

mexanika və energetika üzrə baş mütəxəssisi

m i n n ə t d a r l ı q

Yüksək etimadı əməli işimizlə 

doğruldacağıq

Möhtərəm Prezidentimiz İlham Əliyevin dənizçilərin peşə bayramı ərəfəsin-

də - 2016-cı il iyunun 24-də imzaladığı Sərəncamlar bizim bayram sevincimizə 

hədsiz sevinc qatdı. Dəniz nəqliyyatında səmərəli əmək fəaliyyətlərinə görə 15 

nəfər “Tərəqqi” medalı ilə təltif edildi, 2 nəfər “Əməkdar mühəndis” fəxri adına 

layiq görüldü, 4 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 

verildi. 

O gündən mənim də sevincim  köksümə sığmır. Axı,  “Tərəqqi” medalı ilə təltif 

olunanlardan biri də mənəm.

Bu yüksək təltifə görə,  dəniz nəqliyyatı işçilərinə diqqət və qayğısını heç vaxt 

əsirgəməyən  möhtərəm  Prezidentimizə,  təqdimata  görə  isə  “Azərbaycan  Xəzər 

Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevə minnətda-

ram. 

Yüksək mükafat sevinclə yanaşı, həm də böyük məsuliyyət deməkdir. Sözümün 

canı budur ki, göstərilən yüksək etimadı əməli işimizlə layiqincə doğrultmaq üçün 

bundan sonra daha yaxşı işləməliyik.

 Ağalar BEHBUDOV,



DND-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və 

ekologiya şöbəsinin rəisi


Yüklə 403,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə