R b a y c a n X z r d n z g m



Yüklə 403,03 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix21.06.2018
ölçüsü403,03 Kb.
#50436
1   2   3   4   5   6   7

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


15 iyul 2016-cы il   № 41-44 (9047)

5

Astara çayı üzərində 

tikiləcək dəmir yolu körpü-

sünün aşırımında 24 ədəd 

32 metr dərinliyində özül 

qoyulub, iki aşırımın dayağı 

tikilib.

Astara stansiyasından İran 

İslam Respublikası dövlət sər-

hədinə qədər birxətli 8,3 kilo-

metr uzunluğunda dəmir yolu 

xəttinin 7 kilometrində torpaq 

yatağının  işlənməsi  başa  çat-

dırılıb. Relyefi mürəkkəb olan 

əraziyə  100-ə  yaxın  texnika 

cəlb  olunub.  Bu  günə  kimi 

280 min kubmetr qum, qaya daşı, çınqıl və 

köhnə dəmir-beton məmulatı döşənib.

Ərazidə  çirkab  sularının  axıdılması 

üçün  14  ədəd  suötürücü  qurğu  tikiləcək. 

Bunun 7 ədədi artıq hazırdır. Eyni zamanda 

dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən 

elektrik və qaz xətlərinin köçürülməsi da-

vam etdirilir. Bu işlər yaxın vaxtlarda başa 

çatacaq.  Bütövlükdə  bu  ərazidə  köçürül-

məli olan 315 obyekt var. Bunun da 10-u 

yaşayış evidir. Artıq 60 yaxın obyektin, o 

cümlədən  3  evin  köçürülməsi  başa  çatıb. 

Digərlərinin sənədləşməsi aparılır.

Həm  körpünün,  həm  də  dəmir  yolu 

xəttinin tikintisinin 2016-cı ilin sonunadək 

yekunlaşdırılması planlaşdırılır.

Qeyd  edək  ki,  “Şimal-Cənub”  Bey-

nəlxalq  Nəqliyyat  Dəhlizi  haqqında  Ra-

zılaşma  Rusiya  Federasiyası,  İran  İslam 

Respublikası və Hindistan arasında 2000-

ci  il  sentyabrın  12-də  Sankt-Peterburq 

şəhərində bağlanıb. Göstərilən dövlətlərdə 

daxili prosedurlardan keçdikdən sonra Ra-

zılaşma  2002-ci  il  mayın  21-də  qüvvəyə 

minib. 2005-ci ilin sentyabrında Azərbay-

can  “Şimal-Cənub  Beynəlxalq  nəqliyyat 

dəhlizi haqqında Saziş”ə qoşulub.

Proqnozlar  göstərir  ki,  tam  gücü  ilə 

fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cə-

nub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avro-

pa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya 

və  Qafqaz  regionlarının  Fars  körfəzi  və 

Hindistana  çıxışına,  Xəzəryanı  ölkələrin 

Qara dəniz limanları ilə ticarət əlaqələrinin 

intensivləşdirilməsinə şərait yaradacaq.

Xatırladaq  ki,  Azərbaycan  Respubli-

kasının Prezidenti İlham Əliyev 2015-ci il 

dekabrın  7-də  “Şimal-Cənub  Beynəlxalq 

Nəqliyyat  Dəhlizinin  Azərbaycan  Res-

publikasının ərazisindən keçən hissəsində 

işlərin sürətləndirilməsi haqqında” Sərən-

cam imzalayıb.

Həmin Sərəncama uyğun olaraq, 2016-

cı  il  aprelin  20-də Azərbaycan  Respubli-

kası  ilə  İran  İslam  Respublikasının  döv-

lət  sərhədində, Astara  çayı  üzərində  82,5 

metr uzunluğunda dəmir yolu körpüsünün 

təməli  qoyulub,  2016-cı  il  martın  1-dən 

Astara stansiyasından İran İslam Respub-

likası  dövlət  sərhədinə  qədər  birxətli  8,3 

kilometr uzunluğunda yeni dəmir yolu xət-

tinin tikintisinə start verilib.



“Rosneft” 2017-ci ildən İrana yana-

caq ixrac etmək niyyətindədir. Bu müddət 

ərzində “Petrocas Energy Group” şirkəti 

(onun səhmlərinin 49%-i “Rosneft”ə 

məxsusdur) Cənubi Qafqaz dəhlizi üzə-

rindən logistik terminal tikəcək. 

Bu  barədə  RBK-ya  “Petrocas  Energy 

Group”un  baş  direktoru  Vano  Nakaidze 

bildirib.  İnformasiyanı  şirkətin  majoritar 

(51%) səhmdarı olan David Yakobaşvili də 

təsdiqləyib. “Petrocas Energy Group” ben-

zin və dizel yanacağını İranın Neka və Ən-

zəli limanlarına ixrac edəcək. İxrac şirkətin 

Gürcüstanın Poti limanındakı neft termina-

lından həyata keçiriləcək. V. Nakaidze bil-

dirib  ki,  Poti  terminalının  illik  ötürücülük 

qabiliyyəti 3 mln. tondur. Hazırda o 1-1,5 

mln.  tonluq  yüklənib.  Terminal  üzərindən 

Ermənistana,  Azərbaycana  və  Gürcüstana 

əlvan neft məhsullarının ixracı həyata keçi-

rilir. TOP-menecer bildirir ki, İrana yanacaq 

nəqli Azərbaycanın dəmir yolları üzərindən 

həyata keçiriləcək: “Dəmir yolu ilə limanla-

ra, o cümlədən Bakının limanlarına çatdırı-

lan yanacaq buradan İrana tankerlərlə yola 

salınacaq”. Yakobaşvili  qeyd  edib  ki,  İran 

bazarına çıxmaq üçün il ərzində minimum 

1 milyon ton benzin ixrac etmək lazımdır. 

Şirkət  terminallarını  genişləndirmək,  yeni 

dəmir  yolu  vaqonları  və  tankerlər  almaq 

niyyətindədir.  Bunun  üçün  təxminən  100-

200 milyon dollar arası vəsait lazımdır ki, 

şirkət bu vəsaiti öz hesabına təmin edə bilər. 

Nakaidze bildirib ki, İran bazarına 2017-ci 

ildə çıxmaq planlaşdırılır.

Poti limanına 3 milyon ton neft məhsu-

lu çatdırılacaq ki, bunun da 1 milyon tonu 

İrana  ixrac  olunacaq.  Qalan  2  milyon  ton 

Türkmənistan  və  Qazaxıstandan  alınaraq 

Avropaya  ixrac  ediləcək.  1  milyon  tonun 

təxminən 500 min tonunu “Rosneft” təmin 

edəcək. “Bu işlər elədir ki, İrandakı siyasi 

vəziyyətdən,  ölkələr  arasındakı  münasi-

bətdən çox asılıdır. Ona görə də dəqiq ta-

rix söyləmək çox çətindir. Bizim ən böyük 

istəyimizdən  biri  İranda  logistik  terminal 

inşa etməkdir. Cənub Qafqaz dəhlizi yara-

nandan  sonra  “Rosneft”  İran  bazarına  öz 

məhsullarını  sata  biləcək.  Qazaxıstan  və 

Türkmənistanın  da  bu  dəhlizdən  istifadəsi 

planlaşdırılır” - deyə Yakobaşvili bildirib. 

RBK  bu  məsələ  ilə  bağlı  İrandan  mü-

nasibət öyrənə bilməyib. İranın neft naziri 

iyun ayının əvvəlində bildirmişdi ki, ölkəsi 

3,8 milyon barel neft istehsal edir və onun 

da 2 milyon tondan çoxunu ixrac edir.

Buna baxmayaraq, İranda benzin çatış-

mazlığı var. Rəsmi Tehran 2020-ci ilə qə-

dər ölkədə 5 neftayırma zavodu inşa etmək 

niyyətindədir. Amma bunun üçün hansı ma-

liyyə  mənbəyindən  istifadə  ediləcəyi  bəlli 

deyil. “Bloomberg” yazır ki, təkcə mövcud 

zavodların  modernləşməsinə  14  milyard 

dollar lazımdır. Yakobaşvili İranın bu müd-

dət ərzində zavod inşasına bu qədər vəsait 

cəlb edə biləcəyinə inanmadığını qeyd edib.

Onun fikrincə, yeni istiqamət üzrə neft 

məhsullarını  ixracı  İranın  benzin  məsələ-

sindəki problemini müəyyən qədər həll edə 

bilər.

A. Miriyev

dəniz sərhədlərinə nəzarətin gücləndirilməsi 

üçün yeni texnologiyalar tətbiq olunacaq

Kosmos  texnologiyası  üzrə 

italiyalı eskpertlər Aralıq dəni-

zində nəzarətin gücləndirilməsi 

üçün xüsusi layihə təqdim edib-

lər.

İtaliya  Kosmos  Agentliyi 

(İKA)  tərəfindən  reallaşdırılan 

“CLOSEYE”  layihəsi  Avropa 

İttifaqının xüsusilə cənub dəniz 

sərhədlərinə nəzarətin və fövqə-

ladə hallara təcili müdaxilələrin 

daha təkmil həyata keçirilməsi üçün innovativ sistemin tətbiqini nəzərdə tutur.

Layihə çərçivəsində istifadə olunan “Cosmo SkyMed” yeri müşahidə sis-

temi hadisə yerindən şəkillər toplayır. “Athena-Fidus” peyki isə istənilən dəniz 

nəqliyyat vasitəsini tanımaq xüsusiyyətinə malikdir. Bu, xüsusilə qeyri-qanuni 

miqrasiya və məhsulların qanunsuz dövriyyəsi zamanı müdaxilə üçün yararlı 

ola bilər.

İKA-nın prezidenti Roberto Battiston layihənin önəmli nailiyyət olduğu-

nu vurğulayıb. O, bildirib ki, Avropada miqrasiya sahəsində müşahidə olunan 

fövqəladə vəziyyətin xüsusi nəzarətə götürülməsi, bu istiqamətdə baş verən 

hadisələrə vaxtında müdaxilə edilməsi və profilaktik tədbirlərin həyata keçiril-

məsi üçün bu cür təkmilləşdirilmiş texnologiyanın istifadəsi vacibdir.



Gürcüstanın hərbi dəniz qüvvələri yaratmaq 

üçün maliyyə imkanları yoxdur

Bizim Hərbi Dəniz 

Qüvvələrimiz yoxdur. 

Bu cür qüvvələrin 

yaradılması üçün 

təkcə bacarıqlı hərbçi 

kadrların olması azdır. 

Bunun üçün maliyyə 

imkanları olmalıdır. 

Gürcüstanın Hərbi 

Dəniz Qüvvələrini ya-

ratmaq üçün maliyyə 

imkanları yoxdur.

Bu sözləri Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli deyib.

Nazir bildirib ki, Qara dənizdə təhlükəsizlik məsələlərini NATO həyata keçi-

rir və Gürcüstan bu prosesdə iştirak edir. “Bizim NATO-ya üzvlüyümüzdən asılı 

olmayaraq Varşava Sammitində qəbul olunacaq istənilən konsepsiya Gürcüstanın 

iştirakı ilə qəbul ediləcək. NATO-nun Qara dənizdə keçirəcəyi istənilən bütün tə-

limlərdə Gürcüstan fəal iştirak edəcək”, - deyə o bildirib.

Bəzi siyasətçilər T.Xidaşelinin bəyanatını Gürcüstan-NATO əlaqələrinin inki-

şafının göstəricisi kimi qiymətləndiriblər.

Nazirin bu bəyanatını Gürcüstanın NATO və digər beynəlxalq təşkilatlardan, 

eləcə də hegemon dövlətlərdən asılılığına işarə kimi dəyərləndirənlər də var.

Xətayi Əzizov

şəhid limançıların xatirəsinə həsr 

olunmuş abidə ucaldılacaq

Bakı  Limanı  Əsas  yük 

terminalında Qarabağ döyüş-

lərində  Vətənin  azadlığı  uğ-

runda  canını  qurban  vermiş 

limançı  şəhidlərin  xatirəsinə 

həsr olunmuş abidə ucaltmaq 

niyyətindədir.

Bu  məqsədlə  Bakı  Limanı 

heykəltəraşlar və həvəskar ya-

radıcı  şəxslər  üçün  müsabiqə 

elan edib.

“Bakı  Beynəlxalq  Dəniz 

Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən bildirilib ki, müsabiqədə bütün 

peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər. İştirakçıların eskizlərini 

peşəkar və tanınmış heykəltəraşlardan ibarət münsiflər heyəti qiymətləndirəcək və 

qaliblər müəyyən olunacaq. Abidənin ucaldılması üçün forma və ya dizaynla bağlı 

təklif və eskizlərin bölüşdürülməsi təklif olunur.

Qeyd edək ki, monumentin hazırlanması üçün material, ölçü və miqyas barədə 

dəqiq bir tələb yoxdur. Hər bir iştirakçı öz versiyasını göndərə bilər.

altı ayda ceyhan limanından 

8,5 milyon tondan çox neft ixrac edib

SOCAR  iyunda  Novorossiy-

sk  lim

anından  159  min  574  ton, 

Supsa  limanından  176  min  120 

ton,  Ceyhan  limanından  isə  1 

milyon 340 min 337 ton xam neft 

ixrac edib.

SOCAR-ın mətbuat xidmətin-

dən  bildirilib  ki,  yanvar-iyun  ay-

larında  Novorossiysk  limanından 

479 min 73 ton, Supsa limanından 

1 milyon 217 min 67 ton, Ceyhan limanından 8 milyon 536 min 793 ton, Kulevi 

terminalından isə 14 min 946 ton xam neft ixrac olunub.

SOCAR  tərəfindən  ixrac  olunan  xam  neftin  göstəriciləri  həm  Azərbaycan 

dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

körpünün və dəmir yolu xəttinin tikintisinin 2016-cı 

ilin sonunadək yekunlaşdırılması planlaşdırılır

“dəmir yolu ilə limanlara, o cümlədən bakının limanlarına 

çatdırılan yanacaq buradan irana tankerlərlə yola salınacaq”

11iyul - Ümumdünya Əhali 

Günü 1989-cu ildə BMT-nin Əha-

li Fondu tərəfindən təsis olunub. 

Məqsəd dünya əhalisinin prob-

lemlərinə ictimaiyyətin diqqətini 

yönəltmək və ümumi inkişafa nail 

olmaqdır.

Ölkəmizdə  əhalinin  problem-

ləri  daim  diqqət  mərkəzindədir. 

Bu  sahədə  dövlət  siyasətinin  əsas 

məqsədi  demoqrafik  proseslərdə 

yaranmış  neqativ  meyilləri  aradan 

qaldırmaqla  ölkənin  inkişaf  stra-

tegiyasına  uyğun  olaraq  əhalinin 

kəmiyyət-keyfiyyət  artımını  təmin 

etməkdir.  Prezident  İlham  Əliye-

vin  2006-cı  il  25  iyul  tarixli  Sərəncamı 

ilə  “Azərbaycan  Respublikasının  Dövlət 

Miqrasiya Proqramı” təsdiq edilib. Həmin 

proqram  çərçivəsində  dövlət  başçısının 

2007-ci il 19 mart tarixli Fərmanına əsasən 

Dövlət Miqrasiya Xidməti yaradılıb. Eyni 

zamanda, 2006-cı il dekabrın 28-də “İnsan 

Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliy-

yət Planı” təsdiq edilib.

İlin  əvvəlindən Azərbaycan  əhalisinin 

sayı 33,6 min nəfər və ya 0,3 faiz artaraq 

9  milyon  739,2  min  nəfərə  çatıb. 

Əhalinin  sıxlığı  bir  kvadratkilo-

metrə 112 nəfər olub. Ölkə əhali-

sinin 53,1 faizi şəhərlərdə, 46,9 fa-

izi kəndlərdə yaşayır. Hazırda hər 

1000 kişiyə 1007 qadın düşür.

Qeyd edək ki, 2016-cı ilin axı-

rında  Yer  kürəsi  əhalisinin  sayı 

təxminən 7,3 milyard nəfər təşkil 

edəcək. Bir il ərzində dünya əha-

lisinin sayı 78 milyon, yaxud 1,08 

faiz artıb. Dünyanın ən çox əhali-

si olan ölkəsi Çindir. Çində 1,367 

milyard insan yaşayır. İkinci yerdə 

isə  1,252  milyard  nəfərlə  Hindis-

tan  qərarlaşıb.  ABŞ,  İndoneziya, 

Braziliya,  Pakistan,  Nigeriya,  Banqladeş 

əhalisinin  sayına  görə  növbəti  pillələrdə 

yer alıblar. Rusiya 142,423 milyon nəfərlə 

9-cu yeri tutur. Yaponiya isə sırada 10-cu 

yerdədir.



11 iyul - ümumdünya əhali Günü idi

ipək yolu ölkələri ilə 

neft-qaz əməkdaşlığını 

genişləndirməyi təklif edir

İpək  Yolu  iqtisadi  qurşağında  və 

XXI əsrin dəniz İpək Yolunda yerləşən 

ölkələr  arasında  neft-qaz  əməkdaşlı-

ğını  genişləndirmək  üçün  daha  ciddi 

addımlar  atılmalıdır.  Bu  sahədə  əmək-

daşlıq bütün neft-qaz sənayesi zəncirini 

əhatə  etməlidir.  “Sinxua”  agentliyinin 

verdiyi  xəbərə  görə,  bunu  Çuntsində 

(Cənub-Qərbi  Çin)  “Asiyada  davamlı 

energetik inkişaf və əməkdaşlıq yolları” 

devizi ilə keçirilən forumda çinli ekspert 

bildirib.

Çin  Neft  Texniki-İqtisadi  İnstitutu-

nun  direktor  müavini  Tsyan  Syuefenin 

sözlərinə  görə,  dünya  neft  təchizatının 

yarısı və istehlakının üçdəbir hissəsi İpək 

Yolu iqtisadi qurşağı və XXI əsrin dəniz 

İpək  Yolunda  yerləşən  ölkələrin  payına 

düşür. Lakin Avrasiya regionunda bütün 

neft və qaz dəhlizlərinin 70 faizi qərb və 

şimal istiqamətlərinə uzanıb və yalnız 30 

faizi cənuba və şərqə yönəlib.

Tsyan  Syuefenin  fikrincə,  neft-qaz 

marşrutlarının  təhlükəsizliyini  təmin  et-

mək üzrə ikitərəfli və çoxtərəfli əməkdaş-

lıq mexanizmləri yaradılmalı, fövqəladə 

hallara əlaqəli reaksiya verilməlidir.




Yüklə 403,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə