Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Prezidentin çıxışı



Yüklə 13,11 Kb.

tarix06.05.2018
ölçüsü13,11 Kb.


Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Prezidentin çıxışı  

Ruzvelt otağı  

Bir çoxlarınızın bildiyi kimi bazar günü Ümumdünya Mətbuat Azadlığı Günüdür, bu gündə biz

mətbuatın demokratiyanın bərqərar olmasında və bir çox çətinliklərin, amansızlıqların 

işıqlandırılmasında oynadığı əhəmiyyətli rolu və dünyanın müxtəlif ölkələrində mövcud olan 

ümidverici hadisələri bir daha qeyd edirik.    

Jurnalistlər bizə bir vətəndaş olaraq öz ölkəmiz, özümüz və hökumətimiz barəsində həqiqəti 

öyrənmək imkanını təmin edirlər. Bu bizi daha da təkmilləşdirir. Gücləndirir. Bu, öz fikrini ifadə 

edə bilməyənlərə səs verir, ədalətsizliyi ifşa edir və mənim kimi ölkə rəhbərlərini daha da 

cavabdeh olmağa məcbur edir.    

Təəssüf ki, dünyanın bir çox yerlərində azad mətbuat, həqiqəti gizlətmək istəyən və yaxud 

vətəndaşların müstəqil qərarlarına etibar etməyən hökumətlər tərəfindən hücumlara məruz qalır. 

Jurnalistlər təqib olunur, bəzən hətta qətlə yetirilirlər. Müstəqil kütləvi informasiya vasitələri 

bağlanılır. Fikir ayrılığı susdurulur. Sərbəst ifadə azadlığı boğulur.      

Bu baxımdan çox çətin şəraitdə inanılmaz dərəcədə cəsarət göstərmiş üç jurnalist haqqında 

məlumat almaq imkanını yüksək qiymətləndirirəm və dəyər verirəm. Onların hər üçü mətbuat 

azadlığını kəskin şəkildə məhdudlaşdırmış ölkələri təmsil edirlər. Onların hər üçü əvvəllər həbs 

edilmiş və yaxud təqiblərə məruz qalmışlar. Hazırda onların hər üçü burada, Birləşmiş Ştatlarda 

sığınacaq tapmışlar. Biz, onların qarşısında duran əhəmiyyətli vəzifələrini davam etdirə bilmələri 

üçün onları qəbul etmişik.  

Mən onların haqqında qısaca qeyd etmək istəyirəm. Onlardan biri Rusiyadan olan Fatima 

Tlisovadır. O, Şimali Qafqaz bölgəsində baş verən hərbi əməliyyatlar, eləcə də insanların yoxa 

çıxması və korrupsiya barəsində məlumatlar yaymışdır. Onun özü hücuma məruz qalmış, 

qaçırılmış və ona işgəncə vermişlər. Hal-hazırda o, Amerikanın Səsi radiosunda çalışır və bu 

yaxınlarda Boston şəhərində baş vermiş partlayışla bağlı keçirilən məhkəmə prosesi haqqında 

məlumat vermişdir. Biz, Fatimanın burada olmasını yüksək qiymətləndiririk.     

Digəri Vyetnamdan olan bloqqer Diyeu Kaydır, bu onun ədəbi təxəllüsüdür, o, insan haqları, o 

cümlədən dini etiqad azadlığı haqqında yazılar yazmış, Vyetnamda mətbuat azadlığının təmin 

olunması istiqamətində böyük mübarizə aparmışdır. O, altı il həbsdə yatmışdır və oktyabr ayında 

azadlığa buraxılmışdır.     

Nəhayət, onlardan üçüncüsü Efiopiyadan olan Lili Menqeşadır. O, erkən yaşlarda uşaqların zorla 

ərə verilməsi problemini işıqlandırmışdır. Mətbuat azadlığının müdafiəsinə qalxdıqdan sonra o, 

təqiblərə məruz qalmış və həbs edilmişdir. Bu gün o, Milli Demokratiya Fondunda çalışır.       

Beləliklə, onların hər biri ilə bağlı yaxından məlumat almışam və bizim hər birimiz, o cümlədən 

Birləşmiş Ştatlar hökuməti üçün mətbuat azadlığının əhəmiyyətini müdafiə etmək böyük 




əhəmiyyət kəsb edir. Mən onlarla olan söhbətimdə qeyd etdiyim kimi, onların təmsil etdikləri 

ölkələrlə biz əməkdaşlıq edirik və bir sıra işgüzar əlaqələrimiz mövcuddur, biz düşünürük ki, 

bizim iştirakımız və diplomatiya, Birləşmiş Ştatların milli maraqları baxımından son dərəcə 

həlledici əhəmiyyət kəsb edir. Bununla bərabər bizim Konstitusiyamızda və ona edilmiş 

hüquqlar haqqında ilk on düzəlişdə təsbit edilmiş dəyərləri müdafiə etməyimiz də vacibdir, çünki 

biz hesab edirik ki, bu dəyərlər yalnız Amerika dəyərləri deyil, hər hansı bir təhlükə olmadan 

özünü ifadə etmək və vicdanının səsini dinləmək kimi başlıca dəyərlər insan hüququdur, 

ümumbəşəri hüquqdur və son nəticədə fərdlərin öz vicdanlarını sərbəst ifadə etməsi və mətbuat 

azadlığının bərqərar olması dünyanı daha da nəcibləşdirir və gücləndirir.          

Bu gün biz eyni zamanda həbsxanalarda əziyyət çəkən, təqiblərə məruz qalan, təhlükədə olan və 

əlbəttə ki, öz həyatlarını itirmiş jurnalistləri də yad etməliyik və onların xatirəsini əziz 

tutmalıyıq. Bu jurnalistlər arasında “Çarli Hebdo” jurnalında çalışmış və Parisdə qətlə yetirilmiş 

Stiven Sotlof, Ceyms Foley, Lyuk Somers də vardır. Biz, haqsız yerə həbs edilmiş jurnalistlərin, 

o cümlədən hazırda İranda saxlanılan “The Washington Post” qəzetinin müxbiri Ceson 

Rezaianın azadlığa çıxması üçün öz fəaliyyətimizi davam etdirəcəyik.       

Bu gün burada iştirak edən və insanların üzləşdikləri çətinlikləri aydın və qəti şəkildə mənimlə 

paylaşan bu üç jurnalistə bir daha təşəkkür etmək istəyirəm. Mən istəyirəm ki, hər bir kəs bilsin 

ki, bu, bizim xarici siyasətimizdə Birləşmiş Ştatlar üçün prioritet məsələ olmaqda davam 

edəcəkdir, yalnız sadəcə ona görə yox ki, bu doğru addımdır, eyni zamanda həm də ona görə ki

son nəticədə bu, Birləşmiş Ştatların milli maraqlarına cavab verən bir məsələdir.    



### 

 

: libraries -> azerbaijan -> 749085 -> highlights
highlights -> Səfirin Açılış Nitqi Amerika Günləri Festivalının Açılış Mərasimi Nizami Kino Mərkəzi, Bakı Azərbaycan
highlights -> DöVLƏt katiBİ con kerriNİn bəyanati 25 noyabr 2015-ci IL Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar
highlights -> Mətbuat Katibliyi Press-reliz
highlights -> Səfir Robert Sekutanın çıxışı Humanitar Yardım Layihəsi Təməlqoyma mərasimi Yeni-Daşkənd Cümə axşamı, 5 Noyabr, 2015
highlights -> Prezidentin İqlim Dəyişikliyinə dair Paris Sazişi barədə Bəyanatı
highlights -> Dövlət Departamenti Maliyyə Şəffaflıq Hesabatını dərc etmişdir
highlights -> Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Səfir Riçard Morninqstar
highlights -> Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Müvəqqəti işlər vəkili Derek Hoqan
highlights -> Prepared remarks
highlights -> Səfir Riçard Morninqstarın Çıxışı Xəzər Neft və Qaz Sərgisi qəbul mərasimi Bakı, Azərbaycan 3 iyun, 2014-cü IL


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə