Azərbaycan məktəbi



Yüklə 278,28 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix17.05.2023
ölçüsü278,28 Kb.
#110913
  1   2   3   4   5   6   7   8   9   ...   20
elmi seminar-meqalə



Azərbaycan məktəbi 
| Azerbaijan Journal of Educational Studies | 
2021. №1
69
http://as-journal.edu.az
TƏHSİLALANLARDA KOMPETENSİYALARIN
STRUKTURLAŞDIRILMASINA VƏ
QİYMƏTLƏNDİRİLMƏSİNƏ VERİLƏN
TƏLƏBLƏR
PİRALI ƏLİYEV
Pedaqoji elmlər doktoru, professor, Azərbaycan Respublikası Təhsil 
İnstitutu, Təhsilin idarə olunması və iqtisadiyyatı şöbəsinin müdiri.
E-mail: piralibexbud56@mail.ru | https://orcid.org/ 0000-0003-2420-1125
Məqalə ali məktəblərdə təhsilalanların peşə kompetensiyalarının
(səriştələrinin) mahiyyətinə, formalaşdırılmasına, strukturlaşdırılmasına
və qiymətləndirilməsinə həsr olunmuşdur. Hazırda işəgötürənlər ali
təhsil müəssisələrinə yeni kompetensiyalara sahib olan mütəxəssislərin
hazırlanması tələbini irəli sürür. Bu mənada, kadr hazırlığı aktual sahə
hesab edilir, ali təhsilin məzmununda, təşkilində, idarə olunmasında,
innovasiyaların tətbiqində, məzmun və qiymətləndirmə standartlarının
hazırlanmasında əsaslı dəyişikliklər aparılır. Yüksək ixtisaslı kadr
hazırlığında innovasiya və metodologiyaların tətbiqi məzunların işlə
təmin olunmasına imkan yaratdığından, ali təhsil müəssisələrində
elmi nəticələrin səmərəliliyinin artırılmasına çalışılır. Bazar iqtisadiy-
yatının şərtləri əsas götürülərək bilikli, bacarıqlı və səriştəli mütəxəssis
hazırlanmasına verilən tələblər araşdırılır. Aparılan araşdırmada
təhsilalanlarda formalaşdırılan kompetensiyaların müasir tələblərə
cavab verməsi və işçinin əmək funksiyalarına daxil olan səriştələr
müqayisə edilir, yeni model irəli sürülür. Vurğulanır ki, bəzi ali təhsil
müəssisələrində təhsilalanlara aşılanan kompetensiyalar müasir
tələblərə cavab vermir. Bunun da başlıca səbəblərindən biri təlim
zamanı müasir kompetensiyaların formalaşdırılmamasıdır. Halbuki
insan kapitalının keyfiyyətinin dinamik inkişafına nail olmaq və gələcək
mütəxəssislərdə peşə kompetensiyalarının formalaşdırılması ali təhsil
müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir. Məqalədə bu
sahədə olan elmi-pedaqoji və təcrübi məsələlər araşdırılaraq
ümumiləşdirmə aparılmışdır.

Yüklə 278,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə