Doktoranturaya və dissertanturaya xarici dil üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə təşkili qaydaları



Yüklə 196,97 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix31.08.2023
ölçüsü196,97 Kb.
#121176
növüQaydalar
  1   2   3
speaking (1) (1)



Doktoranturaya və dissertanturaya xarici dil üzrə fəlsəfə doktoru 
imtahanının danışıq bloku üzrə təşkili qaydaları 
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı vermək istəyən iddiaçılar xarici dil imtahanında 
çoxpilləli təhsil sistemi çərçivəsində əvvəllər mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, 
praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni 
dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş 
etdirməlidirlər.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı qrammatik qaydalar üzrə 5 qapalı və 5 açıq test 
tapşırığı, danışıq üzrə ümumi dəyəri 10 bal olmaqla 3 tapşırıq, dinləyib-anlama bacarığı üzrə 
dialoq və monoloq tipli mətn üzrə 10 qapalı test tapşırığı, oxuyub-anlama üzrə 350-500 sözdən 
ibarət mətn üzrə 10 qapalı test tapşırığı və akademik yazı bacarığı üzrə 10 balla 
qiymətləndirilməklə bir vizual məlumatın təsviri üzrə yazı tapşırığından ibarətdir. Səhv cavablar 
düzgün cavabların nəticəsinə təsir göstərmir. Qeyd olunmalıdır ki, yazı işləri yoxlanılarkən hər 
esse iki ekspert tərəfindən yoxlanılır, qiymət fərqi üç baldan çox olduqda iş üçüncü ekspertə 
göndərilir. Digər hallarda iki qiymətin ədədi ortası götürülür (məsələn, ekspertlər 3 və 4 balla 
qiymətləndirdikdə yekun qiymət 3,5 bal çıxarılır). Eyni prosedur danışıq bloku üzrə də tətbiq 
olunur və iddiaçının verdiyi cavabın iki ekspert tərəfindən qiymətləndirilməsi məqsədilə 
iddiaçının cavabı lentə yazılır.
Danışıq bloku üzrə iddiaçının cavabının qiymətləndirilməsi 5 alt bacarıq üzrə (səlislik və 
məntiqi ardıcıllıq; qrammatik qaydalara əməl olunma; söz ehtiyatının zənginliyi; tələffüz və 
tapşırığın yerinə yetirilməsi) qiymətləndirilir və ümumi 50 balın 20%-ni təşkil edir. Hər alt 
bacarıq üzrə maksimum 10 bal olmaqla qiymətləndirmə nəzərdə tutulur və yekunda ballar 
toplanaraq 5-ə bölünüb orta bal çıxarılır.
Danışıq bloku üzrə qiymətləndirmə üç mərhələdən ibarətdir. İddiaçı imtahan zalına daxil 
olur, ona ayrılmış yerdə əyləşir və müvafiq şəxsiyyəti təsdiq edən sənədi və cavab vərəqini 
təqdim etdikdən sonra özünü təqdim edərək ümumi məlumat verir. Bu mərhələ imtahan zamanı 
rahat dil mühitinin yaradılması üçün zəmin yaradır və qiymətləndirilmir. 
Birinci mərhələdə iddiaçı verilmiş şəkli öncə təsvir edir, sonra isə artan çətinliklə mövzu 
üzrə verilən suallara fikrini bildirir, səbəblər gətirir və izahatlar verərək əsaslandırır. Bu tapşırıq 
da birinci sual şəkil təsviri üzərində qurulmuşdur (1 dəqiqə). Ikinci sual ümumi (1 dəqiqə), 
üçüncü sual (1 dəqiqə) isə nisbətən xüsusi xarakter daşıyır. Ümumilikdə bu mərhələ üçün ayrılan 
vaxt 3 dəqiqədən çox olmamalıdır. Bu tapşırıq maksimum 3 balla qiymətləndirilir. 
İkinci mərhələdə verilmiş məlumatlar əsasında (lehinə/əleyhinə) uyğun olanı seçərək 
fikrini əsaslandırmaq üçün iddiaçı təqdimetmə bacarığını nümayiş etdirir. Düşünmək üçün 
iddiaçılara maksimum iki dəqiqə vaxt verilir və iddiaçı üç dəqiqəlik təqdimatla çıxış edir. Bu 
tapşırıq maksimum 5 balla qiymətləndirilir.
Üçüncü mərhələdə iddiaçıya təqdimatla əlaqədar bir sual verilir. Sonuncu mərhələyə 
ayrılan vaxt 1 dəqiqədir. Bu tapşırıq maksimum 2 balla qiymətləndirilir. 



Yüklə 196,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə