Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı proqramı və izahlı test tapşırıqları nümunələrindən ibarət metodiki vəsait



Yüklə 270,87 Kb.
tarix26.09.2017
ölçüsü270,87 Kb.

Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə dövlət
qulluğuna qəbul üçün test imtahanı proqramı və izahlı test
tapşırıqları nümunələrindən ibarət metodiki vəsait


Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqənin test imtahanlarında istifadə olunacaq məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə test bloku aşağıdakı 3 bölməyə aid test tapşırıqlarından tərtib olunur:
Sözlə bağlı (verbal) testlər

Fiqurla bağlı testlər

Məntiqi – riyazi testlər
Sözlə bağlı (verbal) testlər

1. Cümlənin məntiqi tamamlanması

2. Digərlərindən fərqlənən sözün seçilməsi

3. Analogiyaya görə sözün seçilməsi

4. Anaqramlar

5. Mətnin məntiqi təhlili

6. Atalar sözləri

7. Ümumi dünyagörüşünün səviyyəsinin müəyyən edilməsi


Fiqurla bağlı testlər

1. Analogiyaya görə şəklin seçilməsi

2. Şəklin məntiqi tamamlanması

3. Digərlərindən fərqlənən fiqurun seçilməsi

4. Fiqurların müxtəlif kombinasiyalarının qurul­ması
Məntiqi-riyazi testlər

1. Riyazi qanunauyğunluğun tapılması

2. Tərəzilər

3. Şəkil-ədəd əlaqələri

4. Cədvəl

5. Məntiqi-riyazi məsələlərin həlli

6. Şifroqramlar

7. Riyazi əməllər

8. Qrafik şəkildə verilənlərin təhlili
Test tapşırıqları nümunələri
Aşağıda bütün bölmələr üzrə test tapşırıqlarının nümunələri təqdim edilmişdir. Bu nümunələr test tapşırıqlarının növləri ilə tanış olmağa imkan verir və onların yerinə yetirilməsi üçün müəyyən faydalı vərdişlərin qazanılmasına xidmət edir.
Sözlə bağlı (verbal) testlər

Sözlə bağlı (verbal) bölməyə aid olan testlərlə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı təhlil etmə, sintez etmə, müqayisə etmə, ümümiləşdirmə, mücərrədləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hiss etmə qabiliyyətləri yoxlanılır. Bu bölmə 7 alt bölmədən ibarətdir.


1. Cümlənin məntiqi tamamlanması
Nümunə

Cümlənin doğru mənasını tamamlayan cavabı tapın:

Nahar.......ola bilməz.

A) stolsuz B) qab-qacaqsız

C) qidasız D) susuz

E) stulsuz


Həlli: Nahar üçün ən mütləq olanı qidadır. Qida olmazsa nahar ola bilməz.

Düzgün cavab C-dir.
2. Digərlərindən fərqlənən sözün seçilməsi
Nümunə

Digərlərindən fərqlənən sözü tapın:

A) çaqqal B) tülkü

C) qoyun D) pişik

E) it
Həlli: Verilmiş variantlardan yalnız qoyun ət yemir, otla qidalanır.

Düzgün cavab C-dir.
3. Analogiyaya görə sözün seçilməsi
Nümunə

Verilən sözlər cütü arasındakı məntiqi əlaqəyə analoji olan variantı tapın: (sözlərin ardıcıllığı nəzərə alınmalıdır)

həkim-terapevt
A) dosent-aspirant B) cinayətkar-qatil

C) bəstəkar-şair D) uşaq-adam

E) diktor-rejissor
Həlli: Tapşırıqda verilən “həkim-terapevt” söz­lə­ri arasında məntiqi əlaqə var: terapevt mütləq həkim­dir. Başqa sözlə “terapevt” anlayışı, “həkim” anlayı­şı­nın alt çoxluğudur. Uyğun olaraq demək olar ki, qatil də cinayətkardır.

Düzgün cavab B-dir.
4. Anaqramlar
Nümunə

Anaqramlardan biri çay adını bildirmir:

A) zmanoa B) seyyine

C) mspsiiis D) prend

E) ltabik
Həlli: Bütün cavablarda sözlər anaqram şəklində verilmişdir. A cavabındakı anaqram Amazon, B-də Yenisey, C də Missisipi, D-də Dnepr, E-də isə Baltik oxunmalıdır. Göründüyü kimi Amazon, Yenisey, Missisipi, Dnepr çay adları, Baltik isə dəniz adıdır.

Düzgün cavab E-dir.
5. Mətnin məntiqi təhlili
Nümunə

Nərmin, Rəna, Nilufər və Aysel müxtəlif çalğı alətlərində (pianoda, kamançada, skripkada, arfada) ifa edə bilirlər. Lakin hər biri ancaq bir alətdə çala bilir. Eyni zamanda onların hər biri bir xarici dil bilir (ingilis, alman, fransız və ispan).

Məlumdur ki:

1) Skripkada çala bilən qız ispan dilini bilir.

2) Rəna arfada və pianoda çalmır və ingilis dilini bilmir.

3) Nərmin də arfada və pianoda çalmır və ingilis dilini bilmir.

4) Nilufər fransız dilini bilir, lakin arfada çala bilmir.

Aysel hansı alətdə ifa edir və hansı xarici dili bilir?

A) arfa, ingilis dili B) arfa, ispan dili

C) skripka, ispan dili D) kamança, ispan dili

E) kamança, alman dili
Həlli: Cədvəl qurmaqla məsələnin həllinə nəzər yetirək. İkinci şərtə əsasən “Rəna” sətri ilə “piano”, “arfa”, “ingilis” sütunlarının kəsişdiyi xanalarda çıx­ma işarəsini yazaq.

Üçüncü şərtə əsasən Nərmin də bu alətlərdə çal­mır və ingilis dilini bilmir. Bu şərti də cədvəldə çıxma işarəsi ilə qeyd edək.

Dördüncü şərtə görə Nilufər fransız dilini bilir, lakin arfada çala bilmir.

Bu şərti də uyğun xanalarda toplama və çıxma işarələrini yazmaqla göstərək. Onda “Nilufər” sətri ilə “ingilis”, “alman”və “ispan” sütunlarının kəsişdi­yi xanalarda çıxma işarəsini yazırıq. Digər tərəfdən əgər Nilufər fransız dilini bilirsə, onda Nərmin, Rəna və Aysel bu dili bilmirlər. Bunu uyğun xana­larda çıxma işarəsini yazmaqla qeyd edirik. Cədvəl­dən görünür ki, Aysel arfada çalır və ingilis dilini bilir. Bütün bu deyilənlərdən sonra cədvəl aşağıdakı şəkildə olur:



Çalğı aləti və dil

Ad


piano

kamança

skripka

arfa

ingilis

fransız

alman

ispan

Nərmin

-







-

-

-







Rəna

-







-

-

-







Nilufər

+

-

-

-

-

+

-

-

Aysel

-

-

-

+

+

-

-

-


Düzgün cavab A-dır.
6. Atalar sözləri


Nümunə 1

Atalar sözünü tamamlayın.

Yalançının ... olmaz.

A) ağlı B) dili

C) qohumu D) qonşusu

E) yaddaşı


Həlli: Atalar sözünə görə yalançının yaddaşı olmaz.

Düzgün cavab E-dir.
Nümunə 2

“l gc sl gc” atalar sözündəki düşmüş saitlər sırası­nı tapın:

A) e, o, ü, ü, ü, ü B) ü, ü, e, ü, ü, i

C) e, e, ü, ü, u, ü D) ü, ü, e, ü, e, ü

E) e, e, ü, ü, ü, e
Həlli: Atalar sözü “El gücü, sel gücü” oldu­ğun­dan, yerləri dəyişik verilmiş saitlərin düzgün sıralan­ması belədir: e, ü, ü, e, ü, ü.

Düzgün cavab D-dir.
7. Ümumi dünyagörüşü səviyyəsinin müəyyən edilməsi
Nümunə

Hacı Zeynalabdin Şirvani, Fernand Magellan, Mixail Lazaryev, Ceyms Kuk və Piri Rəisi birləşdirən ümumi cəhəti tapın:

A) həkim B) səyyah

C) münəccim D) şair

E) astronom
Həlli: Adları çəkilən bütün şəxslər məşhur səyyah olmuşlar.

Düzgün cavab B-dir.

Fiqurla bağlı testlər

Fiqurla bağlı testlər vizual məlumatı təhlil etmə, fəza təsəvvürünün inkişaf səviyyəsini müəyyən etmə, müqayisə etmə, sintez etmə, ümumiləşdirmə, mücər­rədləşdirmə qabiliyyətlərini yoxlayır. Bu bölmə 5 alt bölmədən ibarətdir.


1. Analogiyaya görə şəklin seçilməsi
Nümunə 1

Qanunauyğunluğu müəyyən edin və “?” işarəsi yerinə uyğun gələn variantı tapın:


group 610

group 597
A) group 587 B) group 577 C) group 567

5

D) group 557 E) group 547



Həlli: Göründüyü kimi, birinci sıradakı sağdakı şəkil soldakından onun saat əqrəbinin hərəkəti istiqamətində 900 döndərilməsi nəticəsində alınmışdır. Anoloji qaydada ikinci sıradakı soldakı şəkli döndərərək C cavabında göstərilən şəkli ala bilərik.

Düzgün cavab C-dir.
Nümunə 2

“?” işarəsinin yerinə uyğun gələn fiquru tapın:



canvas 2488

A) canvas 2457 B) canvas 2448 C) canvas 2439

D) canvas 2430 E) canvas 2421

Həlli: Kvadratın içindəki qara dairə 1 addım sola, qara kvadrat 1 addım sola, ulduz 1 addım sağa, üçbucaq isə 1 addım sağa doğru hərəkət edir.

Düzgün cavab D-dir.
Nümunə 3

“?” işarəsinin yerinə uyğun gələn fiquru tapın:



полотно 540

A) group 531 B) group 527 C) group 523


D) group 518 E) group 512
Həlli: Birinci sırada sol səkildəki kvadratı diaqo­nalları vasitəsi ilə 4 bərabər hissəyə bölsək sağ şəkil­dəki fiqur alınır. Göründüyü kimi yalnız E cavabında­kı üçbucaq 4 bərabər hissəyə bölünür.

Düzgün cavab E-dir.
2. Şəklin tamamlanması
Nümunə 1:

Qanunauyğunluğu müəyyən edin və “?” işarəsi yerinə uyğun gələn variantı tapın:


полотно 482
A) autoshape 1296 B) group 475 C) group 472
D) group 466 E) group 461
Həlli: Şəkildə hər sətir üzrə yerləşən ilk iki fiqur üst-üstə qoyulduqda üst-üstə düşən eyni hissələr silinir və qalan hissələr üçüncü fiquru əmələ gətirir. Bu qayda ilə üçüncü sətirdə yerləşən ilk iki fiqur da üst-üstə qoyulduqda eyni fiqurlar olan kvadratlar silinir və nəticədə qalan fiqur üçbucaq olur.

Düzgün cavab A-dır.
Nümunə 2

Qanunauyğunluğu müəyyən edin və “?” işarəsi yerinə uyğun gələn variantı tapın:




group 456

group 449

group 637


group 444

group 438

group 433

group 426

group 421

?

A) group 414 B) group 408 C) group 402


D) group 397 E) group 392
Həlli: Şəkildə dairə, romb və kvadrat kimi üç fiqur göstərilmişdir. Hər fiqurdan üç ədəddir. Hər sətir və sütunda fiqurların , -ü ştrixlənmişdir. “?” işarəsinin yerinə  hissəsi ştrixlənmiş romb yerləşməlidir.

Düzgün cavab B-dir.
Nümunə 3:

“?” işarəsinin yerinə uyğun gələn variantı tapın:



полотно 903

A) полотно 895 B) полотно 887 C) полотно 878

D) полотно 870 E) полотно 862
Həlli: Şəkildə bərabərliyin sol tərəfindəki fiqurların toplanması nəticəsində alınan fiqurun sağ tərəfdə bir hissəsi göstərilmişdir. Bərabərliyin sağ tərəfində yekun fiqurun alınması üçün çəkilməmiş xətləri müəyyənləşdirərək çatışmayan fraqmenti tapırıq.

Düzgün cavab E dir.

3. Digərlərindən fərqlənən fiqurun seçilməsi
Nümunə

Digərlərindən fərqlənən fiquru tapın:

A) полотно 773 B) полотно 765

C) полотно 757 D) полотно 749 E) полотно 741


Həlli: A cavabındakı fiqurdan başqa bütün fiqur­lar bir-birindən 900 saat əqrəbinin hərəkəti istiqamə­tində döndərməklə alınır.

Düzgün cavab A-dır.
4. Fiqurların müxtəlif kombinasiyalarının qurulması
Nümünə 1

Verilən fiquru beşbucaqlıya tamamlamaq üçün uyğun gələn fiquru tapın:



freeform 1295
A) freeform 1294 B) freeform 1293 C) freeform 1292
D) freeform 1291 E) freeform 1290
Həlli: Göründüyü kimi E cavabında göstərilən fiquru 900 saat əqrəbinin hərəkəti istiqamətində dön­dərərək şərtdə verilmiş fiqurda yerinə qoysaq, beşbucaqlı alınar.

Düzgün cavab E-dir.
Nümunə 2

Verilmiş kublar müəyyən qayda üzrə düzülmüşlər. Bu qaydaya əməl edərək növbəti kubu tapın:


group 366
A) group 360 B) group 354 C) group 347
D) group 341 E) group 335
Həlli: Şəkildə eyni kub oturacağından qaldırıl­madan ona perpendikulyar ox ətrafında saat əqrəbinin hərəkəti istiqamətində 900 döndərilir və hər dəfə sağ tərəfdəki üz qabağa keçir.

Düzgün cavab B-dir.
Nümunə 3

Aşağıda eyni kubun müxtəlif görüntüləri verilmişdir. Bu kubun açılışını tapın:



полотно 309
A) полотно 291 B полотно 273

C) полотно 255 D) полотно 237

E) полотно 219
Həlli: Şəkildə ağ rəngli kvadratla ağ dairə qonşu üzlər üzərində yerləşdiyi halda A cavabında qarşı üzlərdə yerləşdiyi göstərilmişdir. Rənglənmiş kvadrat və diaqonallar üzrə kəsişən xətlər əslində qonşu üzlərdə yerləşdiyi halda B cavabında qarşı üzlərdə yerləşmişdir. Ağ rəngli kvardat olan üzlə toplama işarəsi olan üz qonşu olduğu halda C cavabında onlar qarşı üzlər üzərində göstərilmişdir. E cava­bında da diaqonallar üzrə kəsişən xətlər olan üzlə toplama işarəsi olan üz bir-birinin qarşısında göstərildiyi halda verilmiş kubda onlar qonşu üzlərdədir. Yalnız D cavabındakı kubun açılmış halı şərtdə verilmiş kuba uyğundur.

Düzgün cavab D-dir.
Nümunə 4

“?” işarələrinin yerinə uyğun gələn variantı tapın:



полотно 995

A) T; P B) P; N C) P; M D) T; N E) L; N



Həlli: Sol şəkildəki dairələr sağ şəkildə müxtəlif istiqamətlərdə hərəkət edərək yerlərini dəyişiblər. Sol şəkildəki dairələrin sağ şəkildəki hansı dairələrə uyğun olduğunu müəyyənləşdirmək üçün dairələrdən çıxan xətlərə diqqət yetirməliyik. Göründüyü kimi sol şəkildə 3 dairədən (M, L, P) 3 xətt, 2 dairədən (T, N) 2 xətt və 1 dairədən (K) 1 xətt çıxır. Sağdakı şəkildə tapmalı olduğumuz X və Y dairələrindən iki xətt çıxdığından onlardan birinin T, digərinin N olduğunu müəyyənləşdiririk. Sağ şəkildəki N-dən fərqli olaraq T bir xətti olan K dairəsi ilə bir dairə vasitəsilə əlaqəlidir. Sağdakı şəkildə belə əlaqə X dairəsinə aid olduğundan X=T, müvafiq olaraq Y=N olduğunu müəyyənləşdiririk.

Düzgün cavab D-dir.
5. Fiqurun perimetr və sahəsinin tapılması.
Nümunə 1

Fiqurun perimetrini tapın:



полотно 1239

A) 16a B) 18a C) 20a D) 22a E) 24a



Həlli: Şəkildəki fiqurun bir çox tərəflərinin a-ya bərabər olduğu görünür. Ölçüsü göstərilməyən tərəfləri də analogiyaya görə tapırıq. Qırıq xətlərin köməkliyi ilə a-ların qarşılarında yerləşən tərəflərin də a-ya bərabər olduğunu müəyyənləşdiririk. Fiqurun perimetri onun bütün tərəflərinin cəminə bərabər olduğuna görə, şəkildəki fiqurun perimetri 20a-ya bərabərdir.

Düzgün cavab C-dir.
Nümunə 2

Fiqurun sahəsini tapın:



полотно 1221

A) 14a2 B) 15a2 C) 16a2 D) 17a2 E) 18a2



Həlli: İlk olaraq fiqurun tərəflərini hesablayırıq. Fiqurun bir çox tərəflərinin a və ya 2a-ya bərabər olduğu görünür. Ölçüsü göstərilməyən tərəfləri isə analogiyaya görə tapırıq. Qırıq xətlərin köməkliyi ilə a2a-ların qarşılarında yerləşən tərəfləri müəyyənləşdiririk.

Tərəfləri tapdıqdan sonra şəkildə göstərilən fiqurun sahəsini hesablamaq üçün onu ayrı-ayrı düzbücaqlılara ayırmaq olar. Məlum olduğu kimi, düzbucaqlının sahəsi onun eninin uzununa hasilinə bərabərdir. Onda fiquru əmələ gətirən düzbucaqlıların sahələrinin cəmi bu fiqurun sahəsinə bərabər olacaqdır:

6a2+3a2+2a2+a2+4a2+a2=17a2

Düzgün cavab D-dir.

Məntiqi-riyazi testlər

Bu bölmə ədəd və kəmiyyətlər arasında olan qanunauyğunluğu müəyyən etmək qabiliyyətini və eyni zamanda riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə kömək edir və 8 alt bölmədən ibarətdir.


1. Riyazi qanunauyğunluğun tapılması
Nümunə 1

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:




A) 6 B) 5 C) 4 D) 2 E) 1
Həlli: Sistemin I və III tənliklərini tərəf-tərəfə toplasaq 2∆+(+□)=14 alarıq. II tənlikdən +□=10 olduğunu nə­zərə alsaq, 2∆+10=142∆=4∆=2 olar.

Düzgün cavab D-dir.
Nümunə 2

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:

3, 7, 10, 20, 24, 27, 54, ?

A) 51 B) 52 C) 53 D) 54 E) 58


Həlli: Verilmiş ardıcıllıqda aşağıdakı qanunauy­ğunluq var.
group 163
Göründüyü kimi “?” işarəsinin yerinə 54+4=58 ədədi gəlməlidir.

Düzgün cavab E-dir.
Nümunə 3

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:




49

23

36

26

83

41

62

?

A) 63 B) 61 C) 42 D) 83 E) 12


Həlli: 49 ilə 83 ədədləri arasında 4·2=8, 9:3=3, 23 ilə 41 ədədləri arasında 2·2=4, 3:3=1, 36 ilə 62 ədədləri arasında isə 3·2=6, 6:3=2 şəklində əlaqə olduğunu nəzərə alıb, bu qanunauyğunluğu 26 ədədinə tətbiq etdikdə 2·2=4 və 6:3=2, yəni 42 ədədini alarıq.

Düzgün cavab C-dir.
Nümunə 4

144 və 10 ədədləri arasındakı əlaqə 81 və 7 arasın­da da vardır. Belə əlaqə aşağıdakı ədədlər cütünün hansında vardır?


A) 49, 9 B) 121, 13

C) 36, 4 D) 169, 13

E) 64, 10
Həlli: 144 və 10 ədədləri arasında və 81 və 7 arasında uyğun əlaqələr var­dır. Buna oxşar əlaqə 36 və 4 ədədləri arasında vardır, yəni olur.

Düzgün cavab C dir.
Nümunə 5

I və II ardıcıllıq arasındakı qanunauyğunluğa əsasən III ardıcıllıqla bağlı olan IV ardıcıllığı tapın:




I.

6

2

5

1

6

II.

129

43

40

8

3

III.

10

2

7

1

8

IV.

?

?

?

?

?

A) -18 -2 -11 -1 10

B) 225 45 40 8 3

C) 340 68 63 9 2

D) 65 13 7 1 8

E) 270 54 48 8 2


Həlli: I, II və III ardıcıllıqların düzəlmə qanunauyğunluğu aşağıdakı kimidir:


I.

group 148

II.

group 134

III.

group 119

Göründüyü kimi IV ardıcıllıqda uyğun olaraq :5,  5, :7,  7 əməlləri tətbiq edilməlidir. Bu şərti ödəyən yeganə ardıcıllıq C cavabındadır.


group 105

Düzgün cavab C-dir.
2. Tərəzilər
Nümunə

“?” işarəsinin yerinə uyğun gələn variantı tapın:



canvas 2928

A) L B) LK

C) KKKL D) LLL

E) KKKK
Həlli: Şəkildə tərəzi təsvir edildiyindən yan-yana yazılmış işarələr arasında toplama əməli nəzərdə tu­tulmuşdur. Beləliklə, KLL=ML  M=KL

Digər tərəfdən LL=KKKK olduğundan, L=KK və deməli MK=KLK=KKKK olar.

Düzgün cavab E dir.
3. Şəkil-ədəd əlaqələri
Nümunə 1

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:



полотно 1154

A) 10 B) 9 C) 6 D) 7 E) 8


Həlli: Verilmiş I və II dairələrdə ədədlər arasındakı qanunauyğunluq aşagıdakı kimidir:

I. (25+14+6+12):19=57:19=3

II. (42+24+7+18):13=91:13=7

Bu qanunauyğunluğu III dairəyə də tətbiq etsək onda (4+15+10+13):7=42:7=6 cavabını alarıq.



Düzgün cavab C-dir.
Nümunə 2

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:



полотно 52
A+B=?
A) 12 B) 13 C) 14 D) 15 E) 16
Həlli: Ulduzun təpə nöqtələrindəki rəqəmlər aşağı­dakı qayda üzrə alınır:

1+2+1+4=8

3+0+2+0=5

2+0+4+0=6

Onda A=3+0+1+2=6, B=1+4+4+0=9 və A+B=6+9=15 alarıq.

Düzgün cavab D-dir.
Nümunə 3

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:



полотно 929

A) 228 B) 229 C) 231 D) 232 E) 236



Həlli: Şəkildə təsvir olunan fiqurlardan hər biri müəyyən funksiyanı yerinə yetirir:

полотно 958

Buna uyğun olaraq sonuncu şəkli aşağıdakı kimi ifadə edirik:

((200+(3+3))+3+(46))+3=236

Düzgün cavab E-dir.
Nümunə 4

“?” işarəsinin yerinə uyğun gələn variantı tapın:



canvas 2819

A) a + 3b + 3c B) 3a + b + 3c

C) a + 3b +2 c D) 3a + 2b + c

E) a + b + 4c



Həlli: Hər hərf bu fiqurun bir hissəsini göstərir. Kvadrat a hərfi ilə, düzbucaqlı üçbucaq c hərfi ilə, bərabərtərəfli üçbucaq isə b hərfi ilə ifadə olunub. III fiqurda 1 kvadrat, 1 bərabəryanlı üçbucaq, 4 düzbucaqlı üçbucaq olduğundan a + b + 4c olur.

Düzgün cavab E-dir.
4. Cədvəl
Nümunə 1

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:












13

8

6

A

16

14

15

49

24

C

B

36

A + B + C = ?


A) 33 B) 34 C) 35 D) 36 E) 37

Həlli:

Hər simvol bir funksiyanı yerinə yetirir:

 - ədədin rəqəmlərinin cəminin 2 mislini əks eləyir.

 - ədədin rəqəmlərinin fərqinin 3 mislini əks eləyir.

 - ədədin rəqəmlərinin cəminin kvadratını əks eləyir.

A=(3+1)2=16

B=(4-2)3=6

C=(4+2)2=12

16+6+12=34

Düzgün cavab B-dir.
Nümunə 2

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:




+

a

b

c

x

15

12

13

y

14

11

12

t

12

9

10

ab+ay+xb+xy+t+c=?


A) 105 B) 120 C) 135 D) 149 E) 175
Həlli: Sadə çevrilmələr aparaq: ab+ay+xb+xy+t+c=a(b+y)+x(b+y)+(c+t)=(b+y)· (a+x)+(c+t). Onda cədvələ görə (b+y) (a+x) + (c+t) = 11·15+10=175.

Düzgün cavab E-dir.
Nümunə 3

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:




2

8

4

10

6

5

11

7

13

9

13

19

15

21

17

10

15

10

17

13

13

21

17

?

19

A) 10 B) 11 C) 19 D) 21 E) 25


Həlli: Son sütundakı nəticə hər sətir üzrə yerləşən ədədlərin ədədi ortası kimi alınır, yəni

(2+8+4+10):4=6

(5+11+7+13):4=9

(13+19+15+21):4=17

(10+15+10+17):4=13

Onda (13+21+17+x):4=19 x=25


Düzgün cavab E-dir.
Nümunə 4

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:



+

a

b

c

a




24




b







20

c

42








Þ c=?
A) 9 B) 10 C) 13 D) 16 E) 19
Həlli:

a+b=24 a=24-b

b+c=20 c=20-b

a+c=42 24-b+20-b=42 2b=2 b=1

a=23 c=19

Düzgün cavab E-dir.
Nümunə 5

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:






I.

II.

III.

IV.

V.




I.

18

14

32

13

19




II.

7

4

11

6

5




III.

21

15

36

17

19

X+Y=?

IV.

11

13

24

18

6

V.

19

23

42

34

8




VI.

38

14

52

X

Y



A) 48 B) 50 C) 52 D) 54 E) 56


Həlli: Cədvəldə hər sətirdə I və II sütundakı ədəd­lərin cəmi IV və V sütundakı ədədlərin cəminə bərabərdir. Digər tərəfdən bu cəmlər hər sətirdə III sütunda yazılmışdır:


I.



18+14=13+19

=

32

II.



7+4=6+5

=

11

III.



21+15=17+19

=

36

IV.



11+13=18+6

=

24

V.



19+23=34+8

=

42

VI.



38+14=X+Y

=

52

Düzgün cavab C-dir.
5. Məntiqi-riyazi məsələlərin həlli
Nümunə 1

Dərnəkdəki oğlanlar qızların 40%-ni təşkil edirsə, qızlar oğlanların neçə faizini təşkil edir?


A) 100 B) 150 C) 200 D) 250 E) 400
Həlli: Qızlar 100%, oğlanlar 40% olduğundan, 100% 40%-in -ni təşkil edir. Düzgün cavab D-dir.
Nümunə 2

Piyada gedəcəyi yolun -ni qət etmişdir. O daha 50 m gedərsə yolun -ni getmiş olar. Yolun ümumi uzunluğu neçə metrdir?


A) 600 B) 650 C) 700 D) 750 E) 800
Həlli: Tutaq ki, yolun uzunluğu x metrdir. Onda yolun -i x, -i isə x-dir. Şərtə əsasən x(-)=50  x=50  x =600

Beləliklə, yolun uzunluğu 600 m-dir.



Düzgün cavab A-dır.
Nümunə 3

Atanın 60, uşaqlarının isə 9, 12, 14 yaşları vardır. Neçə il öncə atanın yaşı uşaqların yaşları cəminin 2 mislinə bərabər idi?


A) 2 B) 3 C) 4 D) 5 E) 6
Həlli: Uşaqların yaşları cəmi 9+12+14=35 oldu­ğundan, x il öncə onların birlikdə 35-3x yaşları, atanın isə 60-x yaşı var idi. Şərtə əsasən:

60-x=2(35-3x)

60-x=70-6x

5x=10  x=2



Düzgün cavab A-dır.

Nümunə 4

Arif bir işin-ni 3 gündə, Murad isə eyni işin  ni 3 gündə yerinə yetirir. Arif və Murad birlikdə 6 gün işlədikdən sonra Arif işi tərk edərsə, Murad işin qalan hissəsini neçə gündə bitirər?


A) 1 B) 2 C) 3 D) 4 E) 5

Həlli: Arif 1 gün ərzində işin :3= hissəsini, Murad isə 1 gündə işin :3= hissəsini yerinə yetirir. Onlar birlikdə 6 gün müddətində işin 6(+)=hissəsini yerinə yetirir. İşin qalan hissəsini Muradgün ərzində yerinə yetirə bilər.

Düzgün cavab C-dir.
Nümunə 5

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:



полотно 968

A) 23 B) 38 C) 46 D) 57 E) 61



Həlli: Sol şəkildəki hər bir altıbucaqlıdakı ifadə sağ şəkildəki uyğun altıbucaqlılardakı ədədlərə bərabərdir:

2a+b=19; 2b+3c=42; b+c=15;

Əvəz etmə yolu ilə a, b, və c-ni tapırıq:

b+c=15  b=15-c

2b+3c=42  2(15-c)+3c=42  30-2c+3c=42  c=12

b=15-c=15-12=3

2a+b=19  2a+3=19  a=8



a+b+c=8+3+12=23

Düzgün cavab A-dır.
6. Şifroqramlar
Nümunə 1

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:

KL0

A) 7 B) 8 C) 9 D) 11 E) 13



Həlli: Çıxma əməlinin yerinə yetirildiyi ifadənin sağ kənar hədlərinə nəzər yetirsək görərik ki, K-L=4-dür. Bu fərqi verə bilən ifadələr bunlardır:

5-1=4; 6-2=4 7-3=4 8-4=4 9-5=4

İfadədəki hərflərin yerinə yalnız K=6 və L=2 rəqəmləri qoyulduqda fərqin 564 olduğunu görərik, yəni 626-62=564

Beləliklə, K+L=6+2=8



Düzgün cavab B-dir.
Nümunə 2

“?” işarəsinin yerinə uyğun gələn variantı tapın:


KƏLƏK

ŞƏKƏR


NADİR DƏMİR = ?

DƏMİR


MƏLƏK
A) 93538 B) 47628

C) 63028 D) 03135

E) 53135
Həlli: Şərtdə verilmiş sözlərin hər biri cavab variantlarında göstərilən müvafiq ədədlə şifrələnmişdir. Tapşırığı həll edərkən hərf və rəqəmlərin sayı və yerləşməsindən çıxış edərək soruşulan sözün hansı ədədlə şifrələndiyini tapmaq lazımdır.

Üç söz eyni hərflə bitir. Digər iki sözün 2-ci hərfi Ə-dir, sonuncu hərfi isə K-dır. Bu iki sözə uyğun gələn ədədlər 03135 və 53135-dir. A cavabında “Ə” hərfinə uyğun 3 rəqəmi iki yerdə var­dır, deməli bu ədəd DƏMİR-ə uyğun deyil. DƏMİR sözünə uyğun gələn ədədin də 2-ci rəqəmi 3 olduğundan, bu ədəd 63028-dir.



Düzgün cavab C-dir.
Nümunə 3

“?” işarəsinin yerinə uyğun gələn variantı tapın:



A) 9 B) 10 C) 11 D) 33 E) 99
Həlli: 100A+10B+C-100C-10B-A= 99(A-C) və 10A+C-10C-A=9(A-C) olduğu­nu nəzərə alsaq alarıq.
Düzgün cavab C-dir.
7. Riyazi əməllər
Nümunə 1

“?” işarəsinin yerinə uyğun gələn variantı tapın:


I. 84  26 = 44

II. 35  73 = 36

III. 82  28 = 32

IV. 97  43 = ?


A) 150 B) 146 C) 75 D) 36 E) 62
Həlli: Verilmiş əvvəlki üç ifadədə qanunauyğun­luq aşağıdakı kimidir:

I. 8·4=32, 2· 6=12 və 32+12=44

II. 3·5=15, 7·3=21 və 15+21=36

III. 8·2=16, 2·8=16 və 16+16=32

IV. 9·7=63, 4·3=12 və 63+12=75 alarıq.

Düzgün cavab C-dir.
Nümunə 2

“?” işarəsinin yerinə uyğun gələn variantı tapın:

I. a  b = (a  b) + 4

II. a  b = 2·(a  b)

III. a  b = a+b

IV. 11  9 = ?


A) 44 B) 46 C) 48 D) 50 E) 52
Həlli: III şərti II-də, sonra alınan ifadəni I şərtdə nəzərə alsaq ab=(ab)+4=2·(ab)+4=2·(a+b)+4 alarıq. Onda 119=2·(11+9)+4=44 olar.

Düzgün cavab A-dır.
Nümunə 3

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:

I. x  y =

II.  -1  2   3 = ?

A) -5 B) -2 C) 1 D) 3 E) 4

$$

Həlli:



x  y ifadəsində iki hal göstərilib. Əgər xy0 olarsa x+y ifadəsini,   0 olarsa x-y ifadəsini tətbiq edirik. Verilən -1  2 ifadəsində -12=-20 olduğu üçün xy=x+y=-1+2=1 alırıq. 1  3 ifadəsində isə   0 olduğu üçün 1 3 = x-y=1-3=-2 alırıq.

Düzgün cavab B-dir.
Nümunə 4

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:


I. 188 (300) 263

II. 122 (120) 152

III. 893 (?) 915
A) 65 B) 76 C) 88 D) 99 E) 200
Həlli: Bu halda ardıcıllıqların iki kənar həddinə görə orta həddini tapmaq lazımdır. Burada I və II sətirlərdə mötərizədə olan ortadakı hədlər kənar həd­lə­rin fərqinin 4 mislinə bərabərdir, yəni 263-188=75, 75·4=300 və 152-122=30, 4·30=120 olur. Bu qayda­nı III sətirdəki hədlərə də tətbiq etsək onda 915 893= 22; 4·22=88 alarıq.

Düzgün cavab C-dir.
8. Qrafik şəklində verilənlərin təhlili
Nümunə 1

“?” işarəsinin yerinə uyğun gələn variantı tapın:


полотно 37

A+B+C=100%  (A+C)-B= ? %


A) 30 B) 40 C) 50 D) 60 E) 70
Həlli: A:B:C=200:80:120=5:2:3 olduğuna görə A=5k, B=2k, C=3k kimi işarə edək. Onda şərtə əsasən 5k+2k+3k=100% 10·k=100% k=10% olar. Buna görə də (A+C)-B=(5k+3k)-2k=6k= 6·10%=60% alarıq.

Düzgün cavab D-dir.
Nümunə 2

“?” işarəsinin yerinə uyğun gələn variantı tapın:



полотно 21

A) 6:2:1:3 B) 6:2:1:4

C) 8:1:2:3 D) 8:1:2:5

E) 6:1:2:3


Həlli: Ədədin faizinin tapılması düsturuna görə . Digər tərəfdən şərtə görə T=900, Y=300 olduğundan Z=1800-(900+300)=600. Onda X:Y:Z:T=180:30:60:90=6:1:2:3.

Düzgün cavab E dir.
Nümunə 3

“?” işarəsinin yerinə uyğun gələn ədədi tapın:




x=112 y=?

A) 115


B) 130

C) 180


D) 225

E) 240



полотно 781

Həlli: Verilmiş düz xəttin bucaq əmsalı k=2, düz xəttin ordinat oxu ilə kəsişmə nöqtəsi üçün b=1 olduğundan onun tənliyi y=kx+b=2x+1 olur. Onda x=112 olarsa, y=2·112+1=225 alarıq.

Düzgün cavab D-dir.


ƏDƏBİYYAT


  1. Boqomolova O.B., Məntiq məsələləri – Bakı, 2007, 242 səh.

  2. Həsənov İ., Məntiqi riyazi təfəkkürün inkişaf etdirilməsi üzrə IQ test nümunələri. – Bakı, 2007, 184 səh.

  3. Oral T., Seyidzadə E., Magistarturaya hazırlıq. Məntiq və informatika. – Bakı, 2009, 463 səh.

  4. Bəylərov E., İntellekt və məntiq testləri. – Bakı, 2009, 288 səh.

  5. Рассел К., Картер Ф., Большая книга IQ тестов. 1600 заданий. – Москва, 2006, 544 стр.

Metodik vəsaitlə bağlı sual və təkliflərinizi r.aliyev@csc.gov.az ünvanına göndərməyinizi xahiş edirik.









Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə