Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli



Yüklə 23,45 Mb.
səhifə1/70
tarix29.11.2023
ölçüsü23,45 Mb.
#139279
  1   2   3   4   5   6   7   8   9   ...   70
Quruda və dənizdə neftin, qazın boru kəməri ilə nəqli mühazirə-1


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fənn: Quruda və dənizdə neftin və qazın boru kəməri ilə nəqli


Müəllim: dos. Məmmədov Rafiq Məmmədəli oğlu

Bakı- 2018



    1. Boru kəmərləri ilə nəql olunmanın qısa tarixi icmalı

Məlumdur ki, təbii sərvətlərlə, xüsusən də neft və qazla zəngin olan Azərbaycan Yaxın Şərq və Rusiyadan sonra karbohidrogen ehtiyatlarına görə bölgədə özünə məxsus yer tutur. Ölkəmizin bu ehtiyatları ta qədimdən bütün dünyanın diqqətini özünə cəlb etmişdir. Azərbaycana olan bu diqqətin digər səbəbi isə onun Avropa və Asiyanın sərhəddində, yaxın Şərq, Cənubi Asiya və Afrika ölkələri üçün Rusiya və Avropaya Qafqaz koridoru hesab olunmaqla çox əlverişli coğrafi məkanda, qədim «İpək yolu»nun üstündə yerləşməsi olmuşdur. B.e.ə. VII-VIII əsrlərdə Azərbaycanda neft çıxarılması barədə ilk məlumatlar yayılmışdır. IX-XII əsrlərdə Azərbaycana gələn tacir və səyyahlar neftçıxarma tarixinin dünyada analoqu olmayan muzeyi sayılan Abşeron yarımadası və onu əhatə edən adalarda neft və qazdan meydana gələn yanar məşəllərlə maraqlanmış və öz memuarlarında Azərbaycan neftindən bəhs etmişlər. Tariximizdə hələ e.ə. Abşeron neftindən məişətdə müxtəlif məqsədlər üçün istifadə olunması, dayaz quyulardan çıxarılan neftin dəri tuluqlara doldurularaq dəvələrlə İrana, İraqa və Hindistana daşınması haqda məlumatlar da mövcuddur. 1798-ci ildə dənizdə ilk dəfə (Bibiheybət körfəzində) iki quyu qazılmışdır. 1847-ci ildə Bibiheybətdə dünyada ilk dəfə olaraq mexaniki üsulla ilk dərin quyu qazılmışdır. Lakin Azərbaycanda əhəmiyyət kəsb edən neft hasilatı və sahibkarlığına, «qara qızıl»dan istifadə olunmasına 1871-ci ildən sonra başlanılmışdır. 1872-1873-cü illərdə ilk dəfə olaraq Bibiheybət, sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmışdır. Neft istehsalının artımı ilə əlaqədar bu dövrdə onun daşınmasında da irəliləyişlər mövcud idi. Ümumiyyətlə, boru kəmərləri ilə nəqlin inkişafı neft sənayesi ilə sıx bağlı olmuşdur. 1872-1873-cü illərdə ilk dəfə Xəzər dənizində taxta barjlardan istifadə olunmaqla neft nəql edilmişdir. 1878-ci ildə qızdırma üçün işlədilən ağ neftin daşınması üçün metal gövdəli «Zərdüşt» tankeri istifadəyə verilmişdir.1881- ci ildə dünyada ilk dəfə olaraq Bakıda neft məhsulları dəmir yolu ilə çənlərdə daşınmışdır. İlk dəfə olaraq Bakıda 1872-ci ildə uzunluğu 12 km, diametri isə 300 mm olan neft kəməri çəkilmiş və neft Balaxanı mədənlərindən neftayırma zavoduna nəql edilmişdir.Dünyada ilk neft məhsulu nəql edən boru kəməri rus alimi D.İ.Mendeleyevin təşəbbüsü ilə 1896-1906-ci illərdə çəkilmişdir. Bakıdan Batumiyə kerosin ixrac edən bu kəmərin uzunluğu 883 km, diametri isə 200 mm olmuş və kəmərdə 16 nasos stansiyası tikilmişdir. Səmt neft qazlarından sənaye və məişətdə yanacaq kimi 1880 -1890-cı illərdə Bakıda istifadə olunmağa başlandığı üçün ilk dəfə olaraq kiçik qaz kəmərlərindən istifadə məhz bu dövrə təsadüf etmişdir. Zaqafqaziya dəmiryolunun və bir neçə yerli neft kəmərlərinin tikilməsi hesabına Bakı nefti dünyanın bir çox ölkələrinə daşınmış və təsadüfi deyil ki, XIX əsrin 80-ci illərində bəzi yerlərdə ABŞ neftinin əsas rəqibinə çevrilmişdir. Bu dövrdə neft sənayesinə yerli nümayəndələr (Z.Tağıyev və başqaları), Rusiya və Avropadan gələnlər (Nobel, Şibayev, Rotşild və başqaları) tərəfindən kapital qoyulmuş, əsas inhisarçı şirkətlər («Nobel qardaşları», Rotşildin «Xəzər-Qara dəniz cəmiyyəti» və s.) yaranmışdır.XX əsrin başlanğıcında Azərbaycan neft sənayesi yüksək inkişaf mərhələsinə çataraq Rusiya neftinin 95 %-ni, bütün dünyada çıxarılan neftin isə yarıdan çoxunu vermişdir. Sonrakı illərdə, neft sənayesi milliləşdirilənə kimi (Sovet hakimiyyəti qurulanadək) aydın inkişaf proqramının olmaması, neft ticarətində yol verilən səhvlər və 1918-ci ildə yaranan Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmış vəziyyəti düzəltməyə imkanı və vaxtı az olduğundan Azərbaycan neft sənayesində tənəzzül dövrü olmuşdur.
1920-ci il noyabrın 13-də Avropa və Asiyada ilk ali texniki məktəb-Azərbaycan Politexnik İnstitutu (İndiki Neft Akademiyası) yaradılmışdır. Bir il sonra «Azərbaycan Neft Sənayesi» jurnalı nəşr olunmuşdur.



Yüklə 23,45 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə